Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Burağan
Tornado və ya Amerika qasırğası − topa yağış buludları ilə əlaqəli şəkildə fırlanan sütunşəkilli hava axınıdır. Tornado buludlardan yerə qədər uzanır və böyük dağıdıcı gücə sahib olan təbii fəlakətdir. Əksər tornadoların hərəkət sürəti 65–180 km/saat arasında dəyişir, eni 75 metrə bərabər olur və bir neçə kilometr hərəkət edir. Xüsusi təhlükəli tornadolar isə 450 km/saatdan artıq sürətə, 1,5 km-dən böyük enə malik olmaqla yanaşı, yerdə 100 km-dən artıq yol qət edə bilirlər. Tornado haqqında ilk elmi nəzəriyyə 1917-ci ildə Alfred Vegener tərəfindən irəli sürülmüş və indiyədək doğru olaraq qəbul edilməkdədir. Su hövzəsinin üzərində meydana gələn hava burulğanı, yerdən çəkdiyi sular ilə su tornadosu yarada bilər. == Həmçinin bax == ABŞ-Kanada tornadosu (1985) == Xarici keçidlər == Fotos von Tornados Arxivləşdirilib 2006-06-13 at the Wayback Machine Familie von Wasserhosen über dem Adriatischen Meer Arxivləşdirilib 2007-09-27 at the Wayback Machine European Severe Storms virtual Laboratory (ESSL) (englisch) European Severe Weather Database (ESWD) (englisch) The Tornado and Storm Research Organisation (TORRO) (englisch) NSSL: National Severe Storm Laboratory, USA (englisch) What is a Tornado? Essay von Charles A. Doswell, Cooperative Institute for Mesoscale Meteorological Studies, Norman (OK), USA (englisch) Was ist ein Tornado?
Burğac
Burğac — çilingər aləti olub, yivli bərkidici hissələrin bağlanması və açılması üçün yerinə yetirilən burma hərəkətini icra etmək üçün tətbiq edilir. İlk dəfə burğacın tətbiqinə 17-ci əsrdə rast gəlinir. Metal burğacların 19-cu əsrdə metaləksən dəzgahların ixtirası ilə əlaqədar olaraq əhəmiyyəti artmağa başlamışdır. Ona görə ki, metalların emalı ona qədər çətin olduğundan vintlərin istehsalı da məhdud idi. Vintlər əllə bülövlənirdilər. Burğac dəstəkdən və tildən ibarətdir. Dəstək adətən ağac və ya rezindən, til olan hissə isə metaldan hazırlanır. Dəstəyin diametri 10-40 mm civarında yerləşir. Bu ölçü yivli hissəyə tətbiq olunan fırladıcı momentin qiymətindən asılı olaraq seçilir. Kiçik hissələrin bərkidilməsində dəstəyi kiçik olan burğaclardan istifadə edilir ki, tətbiq olunan qüvvə hissəni zədələməsin.
Buravar
Buravar — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Şatırlı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 31 may 2013-cü ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Buravar kəndi Ləkin kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, yeni yaradılan Şatırlı kənd inzibati ərazi dairəsi tərkibinə verilmişdir. == Toponimikası == Burovar silsiləsinin yamacındadır. Kənd ərazidəki eyniadlı silsilənin adını daşıyır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1017 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. == Etimologiyası == Burovar coğrafi adının tərkibindəki "bur" sözü talış dilində "hündür", "yüksək", "o" birləşdirici sait, var komponenti isə qədim türk mənşəli termin olub, "kənd", "məskən" bildirir (Yüksək dağ kəndi).
Qarağac
Qarağac (lat. Ulmus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin qarağackimilər fəsiləsinə aid bitki cinsi.
Alçaqboylu qarağac
Ellipsvari qarağac
Ellipsvari qarağac (lat. Ulmus elliptica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin qarağackimilər fəsiləsinin qarağac cinsinə aid bitki növü. == Təbii yayılması == Qafqaz, Rusiyanın Avropa hissəsinin cənub rayonları və Krımı əhatə edir. == Botaniki təsviri == Hündürlüyü 40 m, gövdəsinin diametri 1,5 m olan iri ağacdır. Çətiri enli silindirik, ucu yumru, cavan budaqları çılpaq və ya tükcüklüdür. Qabığı boz və ya qırmızı qonur, dərin çatlayandır. Tumurcuqlari iti, uzunluğu 4-6 mm, yuxarı hissəsi narıncı qonur tükcüklü, alt tərəfi boz tükcüklüdür. Yarpaqları ellipsvari, ucu biz, bəzən 3 hissəli, uzunluğu 15 sm-dək, eni 5-6 sm, kənarları dişli, 15-20 cüt düz damarcıqlı, üstü nahamar, alt tərəfi və saplağı yumşaq tükcüklüdür. Aprel-mayda çiçəkləyir, iyulda meyvə verir. Meyvəsi əks-yumurtavari, ellipsvari və ya yumru, uzunluğu 3 sm olan qanadcıq, mərkəzdə oturan və yuxarı hissədə 5-8 mm olan tikişlə ayrılan, ipəkvari tükcüklü, açıq qırmızı qonur qozalıdır.
Hamar qarağac
Hamar qarağac (lat. Ulmus laevis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin qarağackimilər fəsiləsinin qarağac cinsinə aid bitki növü. == Təbii yayılması == Atlantikada, Skandinaviyada və Оrta Avrоpada yayılıb. == Botaniki təsviri == Hündürlüyü 25-30 m-ə, gövdəsinin diamеtri 150 sm-ə çatan, еnli silindrik çətirli ağacdır. Gövdəsinin qabığı açıq-bоz rənglidir, dayaz çatlıdır və хırda löhvəciklər şəklində qоpur. Zоğları nazik, əyilən, simpоdial budaqlanır, parlaq və ya açıq-qоnur rəngdədir. Cavan zоğları tüklü və ya çılpaqdır, müхtəlif rənglidir. Yarpaqları 4-12 sm uzunluqda, 3-6 sm еnində оlub, kənarları ikişər dişlidir, aydın nəzərə çarpan 17-19 ədəd yan damarları var. Yarpaq ayası tərsyumurtavarı və ya еllips fоrmalı, yanları qеyri-bərabər, ucu sivridir, tünd-yaşıl rəngdədir. Çiçəkləri ikicinslidir, dəstə halında uzun və nazik çiçək saplaqlarında tоplanmışdır, qəhvəyi rəngdədir.
Kiçik qarağac
Kiçik qarağac (lat. Ulmus minor) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin qarağackimilər fəsiləsinin qarağac cinsinə aid bitki növü. == Arealı == Qərbi Avropa, Kiçik Asiya, İranın şimalı, Rusiya, Qafqaz, Ukraynada bitir. == Botaniki təsviri == Hündürlüyü 30 m, diametri 1,5 m olan, yarpağı tökülən ağacdır. Yarpaqları dişli, uzunsov, əks-yumurtavaridir. Narıncı – qırmızı, balverici çiçəkləri çiçək yanlığı ilə dəstələrə yığılmışdır. Mart-apreldə, yarpaqlar açılanadək çiçəkləyir. Meyvələri may-iyunda yetişir. Toxumlarda, kök zoğları, kötük zoğları ilə çoxalır. == Ekologiyası == Qarışıq və enliyarpaqlı meşələrdə, çay vadilərində rast gəlinir.
Nahamar qarağac
Nahamar qarağac (lat. Ulmus glabra) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin qarağackimilər fəsiləsinin qarağac cinsinə aid bitki növü. Vətəni Avropa, Rusiyanın Avropa hissəsidir. Hündürlüyü 30-35 m, çətrinin diametri 10 – 30 m, düz gövdəli, yelpikvari, sıx çətirli ağacdır. Qabığı tünd boz, xırda yarpaqlıdır. Yarpaqları nahamar, cod tükcüklərlə örtülmüşdür. Payızda parlaq sarı rənglidir. Yarpaqlar açılanadək çiçəkləyir, küləklə tozlanan bitkidir. Çiçəkləri yaşıl-sarı, xırda, sallaq erkəkciklıdir. Meyvələri yayın ortalarında yetişir.
Pirağac (Ərdəbil)
Pirağac (fars. پيرآغاج‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 174 nəfər yaşayır (33 ailə).
Qarağac (Qubadlı)
Qarağac — Azərbaycan Respublikasının Qubadlı rayonunun Qaracallı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Qubadlı rayonunun Sarıyataq kənd Sovetinin Qarağac kəndi Qaracallı kənd Sovetinin tərkibinə verilmişdir. 28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğramasından və bolşeviklərin işğalına məruz qalmasından sonra, 1923-cü ilin iyulunda Yelizavetpol quberniyasının Cavanşir və Zəngəzur qəzalarının bir hissəsindən Kürdüstan mahalı (sonradan qəza) təsis edilmişdir. Qarağac kəndi mahalın bir hissəsi olmuşdur. Kürdüstan qəzası ləğv edildikdən sonra Qarağac Qubadlı rayonunun tərkibinə daxil edilmişdir. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçmişdir. 1856-cı il "Qafqaz təqvimi"nə görə, əhalisi kürd dilində danışan şiə kürdlərdən ibarət olmuşdur.
Qarağac (çay)
Qarağac, İranın Fars ostanında çay, farsça Mənd. Şiraz şəhərindən 50 km şimal-qərbdə yerləşən Teresk dağının buzlağından başlayır. Əvvəlcə cənub-şərqə axır, sonra tədricən cənuba və cənub -qərbə burulmağa başlayır və Nəhilu burnu rayonunda Fars körfəzinə tökülür. Mənsəbində bataqlıq və qamışlıqlarla səciyəvidir. Aşağı yarısında Mənd adlanır.
Qarağac yarpaqyeyəni
Pyrrhalta luteola (lat. Pyrrhalta luteola) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin sərtqanadlılar dəstəsinin yarpaqyeyənlər fəsiləsinin pyrrhalta cinsinə aid heyvan növü. Qarağac yarpaqyeyəninin yaşlı fərdləri qəhvəyi-kül rəngində olub, bədəninin uzunluğu 4–5 mm-dir. Böcəklər, yerə tökülmüş yarpaqların (xəzəllərin) və ağacların qabığı altında qışlayırlar. Onlar yazda qış yerlərindən çıxıb (aprelin axırı, may ayının əvvəlləri) qarağacın yenicə əmələ gəlmiş yarpaqları ilə qidalanaraq cütləşirlər və bir neçə gündən sonra (3-4 gündən) yumurta qoyurlar. Yumurtalar yarpaqların alt və bəzən üst tərəfinə 2-3 cərgədə, hər cərgədə 15-50 yumurta olmaqla qoyulur. Yumurta qoyma müddəti 15-20 gün davam edir. Hər bir dişi fərd inkişafı müddətində 600-700-ədək yumurta qoya bilir. Yumurtalardan çıxan sürfələr 3 yaş dövrü keçirməklə, 18-22 gün qidalanırlar, sonra isə torpağa düşərək onun yarıqlarında və yaxud da ağac gövdəsinin torpaqla birləşən hissəsində puplaşırlar. Zərərverici ildə 2-3 nəsil verir.
Qarağac çayı
Qarağac, İranın Fars ostanında çay, farsça Mənd. Şiraz şəhərindən 50 km şimal-qərbdə yerləşən Teresk dağının buzlağından başlayır. Əvvəlcə cənub-şərqə axır, sonra tədricən cənuba və cənub -qərbə burulmağa başlayır və Nəhilu burnu rayonunda Fars körfəzinə tökülür. Mənsəbində bataqlıq və qamışlıqlarla səciyəvidir. Aşağı yarısında Mənd adlanır.
Sürünən qarağac
Sürünən qarağac (lat. Ulmus pumila) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin qarağackimilər fəsiləsinin qarağac cinsinə aid bitki növü. Çinin şimal-qərbi və şimal-şərqində, Qazaxıstan, Qərbi Sibir, Monqoliya, Tibet, Hindistan, Koreya, Cənubi Avropa və Şimali Amerikada yayılmışdır. Hündürlüyü təxminən 25 m, gövdəsinin diametri 1m olan ağacdır. Zoğların qabığı hamar, bozumtul — qonur, tünd boz və ya parlaq boz rəngli, kobud, bəzi yerlərdə çatlayır bilər. Budaqları açıq sarımtıl-boz, açıq boz-qonur rəngli, hamar və ya tükcüklü, pulcuqludur. Qış tumurcuqları yumurtavari və şarşəkilli formadadır. Yarpaqları ellipsvari-oval, ellipsvari-lansetvari və ya yumurtavari-lansetvari formalı, uzunluğu 2–8 sm, eni 1,2–3,5 sm, ucu biz və simmetrik bünövrəlidir. Öz arealında quraqlı rayonlarında kol kimi bitir. Respublikamızda yaşıllaşdırmada bir çox rayonlarda mədəni şəraitdə becərilir.
Sıx qarağac
Ulmus minor subsp. minor (lat. Ulmus minor subsp. minor) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin qarağackimilər fəsiləsinin qarağac cinsinın kiçik qarağac növünə aid bitki yarımnövü. Yabanı halda Şimali İranda və Qafqazda bitir. Hündürlüyü 20 m-ə çatan ağacdır. Zoğları əvvəlcə sıx tüklü olur, sonralar tədricən tüksüzləşir, bozumtul-qonur və ya çılpaq, bəzən parıldayan, qırmızımtıl-qonur, tünd qəhvəyi rəngdədir. Yarpaqları uzunsov, ellipsvari və ya tərs-oval formalı, dərivari, üst tərəfdən çılpaq, parlaq, yaşıl, alt tərəfdən açıq-yaşıl, məxməri tüklüdür. Ayanın kənarı tam və ya enli, küt dişli, qaidəsi ürəkvari və ya zəif pazvari, üçbucaqlı və ya sivridir. Yarpaqların saplağı 0,5–1,5 sm uzunluqdadır.
Quruağac (Duzluca)
Quruağac — Türkiyənin İğdır ilinin Duzluca ilçəsində kənd. Kənd 1901-ci ildən eyni addadır.
Başağac (Şırnak)
Başağac — Türkiyənin Şırnak vilayətinin Mərkəz rayonunda kənd. == Tarixi == Kəndin köhnə adı 1928-ci il qeydlərində Məndəkəran kimi tanınır. 1987-ci ildə PKK münaqişəsi səbəbilə boşaldılan kənd 1999-cu ildən sonra baş nazir Vülənd Ecevitin təşəbbüsü ilə yenidən məskunlaşdırlldığı üçün xalq arasında "Ecevit Köyü" kimi tanınır.
Bulamac (Xoy)
Bulamac (fars. بولاماج‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 399 nəfər yaşayır (97 ailə). Əhalisini azərbaycanlılar təşkil edir.
Buraşan (Urmiya)
Buraşan (fars. وراشان‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Urmiya şəhristanının Ətraf bölgəsinin Bərgəşli kəndistanında, Urmiya şəhərindən 6,5 km. şimal-şərqdədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 124 nəfər yaşayır (35 ailə).
Vələsyarpaq qarağac
Xırdayarpaq qarağac
Xırdayarpaq qarağac (lat. Ulmus parvifolia) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin qarağackimilər fəsiləsinin qarağac cinsinə aid bitki növü. Şimali və Cənubi Cində, Yapоniyada və Kоrеyada təbii halda yayılmışdır. Hündürlüyü 10-12 m, nazik, sallaq budaqlı, dağınıq çətirli ağacdır. Yarpaqları iti və ya küt uclu, еllipsvari, 2-5 sm uzunluğunda, üstü hamar və parlaqdır. Alt səthi azca qabarıqdır, kənarı dişlidir. Yarpaq saplağı 2-6 mm uzunluğundadır. Qanadcığı dairəvi, еllipsvaridir, 1 sm uzunluğundadır. Çiçəkləri sarımtıl rəngdə оlub, salхım çiçək qrupunda tоplanır. Mart ayının aхırında çiçəkləyir, tохumları aprеldə yеtişir.
Burana qülləsi
Burana qülləsi – Qırğızıstanın Tokmok şəhəri yaxınlığındakı Qaraxanlıların paytaxtı olan Balasaqundakı qala. == Haqqında == İpək yolu üzərində olan Burana qalası Qaraxanlı dövləti dövründə həm minarə, həm də nəzarət qülləsi funksiyasını yerinə yetirmişdir. IX əsrin sonlarında inşa edildiyi zaman yüksəkliyi 45 metr olan qüllə XV əsrdəki zəlzələdən sonra 25 metrə enmişdir. 1900-cü illərin əvvəllərində əraziyə gələn rus mühacirləri qüllədəki bəzi kərpicləri yeni tikinti layihələri üçün istifadə etdilər. 1970-ci illərdə təməlini bərpa etmək və dağılmaq təhlükəsi ilə üzləşən qüllənin qərb tərəfini təmir etmək üçün təmir layihəsi həyata keçirilmişdir. Buraninsky yaşayış məntəqəsi və onunla birlikdə minarə XIX əsrin ortalarından bəri rus alimləri və yerli tarixçilər tərəfindən tədqiqat obyekti olmuşdur. Onların tədqiqinə yerli tarixçilər F. V. Poyarkov, V. D. Gorodetsky, A. M. Fetisov, N. N. Pantusov, V. P. Rovnyagin və görkəmli rus şərqşünası V. V. Bartold töhfə vermişlər. İnqilabdan əvvəlki dövrdə Qırğızıstan ərazisində arxeoloji tədqiqatların əhəmiyyətinə baxmayaraq, onlar təbiətdə təsadüfi, həvəskar idi. Abidələrin qorunması üçün tədbirlər görülməyib. == Hekayəsi == Qala ilə əlaqəli bir əfsanədə deyilir ki, güclü bir xanın bir qızı dünyaya gəldi.
Nurağa Tağıyev
Tüpağac
Tüpağac (Həştrud) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. Tüpağac (Qoşaçay) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. Top Ağac (Bicar) — İranın Kürdüstan ostanının Bicar şəhristanının Mərkəzi bəxşində şəhər.
Burabay Milli Parkı
Burabay Milli Park (qaz. «Бурабай» мемлекеттік ұлттық табиғи паркі) ― Qazaxıstanda, Aqmola vilayətinin Burabay rayonunda, Astana yaxınlığında yerləşən milli park. Park Qazaxıstanın ən populyar turizm yerlərindən biridir və birbaşa olaraqQazaxıstan Prezidentinin səlahiyyətindədir. Milli park təbiət qoruqu statusu üçün nizanlama altında olduğu üçün mühafizə edilən ərazidə iqtisadi və asudə fəaliyyətlər qadağandır. == Status tarixi == Bu təbii məkanın qorunması istiqamətində ilk addım 1898-ci ildə "dövlət meşəsi"nin yaradılması ilə atılmışdır. 1920-ci ildə Burabay milliləşdirildi və milli əhəmiyyətli bir kurort şəhəri elan edildi. 1935-ci ildə Burabay Milli Təbiət Qoruğu təşkil edildi. 1951-ci ildə təbiət qoruğu ləğv edildi və yerində Burabay meşəsi yaradıldı. Hökumətin 6 may 1997-ci il tarixli, 787 saylı qərarı ilə Burabay meşəsi dövlət tərəfindən idarə edilən "Burabay Meşəsinin Təbii və Rifah kompleksi" nə çevrildi. 2000-ci ildə 12 avqust tarixli, 1246 nömrəli qərara ilə 47 600 hektarı meşə olmaqla 83 831 hektar ərazini əhatə edən "Burabay Milli Parkı" yaradıldı.
Burgas
Burqas — Bolqarıstanda şəhər. Bolqarıstanın cənub-şərqində yerləşən Burqas ölkənin ən mühüm iqtisadi, mədəni və inzibati mərkəzlərindən biri və böyüklüyünə görə dördüncü şəhərdir. Burada ilk beynəlxalq hava limanı və Bolqarıstan ən yüksək trafik həcmi ilə busiest limanıdır. Balkan yarımadasında ən böyük kimya və neft emalı – Burqas rayonu ərazisində, şəhər şimal bir neçə mil və "Lukoil Neftochim" dir. Burgas inkişaf etmiş dəniz turizm mədəniyyət mərkəzidir. == Əhalisi == Əhalisi 206 min nəfərdir (2013). == Coğrafiyası == Qara dənizin Burqas körfəzi sahilindədir. Ölkənin ən iri dəniz portudur (yük dövriyyəsi 12,4 min. t; 2004). Dəmiryolları və avtomobil yolları qovşağı.
Burqas
Burqas — Bolqarıstanda şəhər. Bolqarıstanın cənub-şərqində yerləşən Burqas ölkənin ən mühüm iqtisadi, mədəni və inzibati mərkəzlərindən biri və böyüklüyünə görə dördüncü şəhərdir. Burada ilk beynəlxalq hava limanı və Bolqarıstan ən yüksək trafik həcmi ilə busiest limanıdır. Balkan yarımadasında ən böyük kimya və neft emalı – Burqas rayonu ərazisində, şəhər şimal bir neçə mil və "Lukoil Neftochim" dir. Burgas inkişaf etmiş dəniz turizm mədəniyyət mərkəzidir. == Əhalisi == Əhalisi 206 min nəfərdir (2013). == Coğrafiyası == Qara dənizin Burqas körfəzi sahilindədir. Ölkənin ən iri dəniz portudur (yük dövriyyəsi 12,4 min. t; 2004). Dəmiryolları və avtomobil yolları qovşağı.
Buraq
Buraq (ərəb. البُراق‎) — Məhəmməd peyğəmbəri Meraca aparan məxluq. Buraq sözü ərəbcə "ildırım sürətli" deməkdir. Rəvayətə görə Buraq Məhəmməd peyğəmbəri bir göz qırpımında Məkkədən Qüdsdəki Əl-Əqsa məscidinə çatdırmış, sonra səmaya qalxmışdır. Rəvayətə görə Rəcəb ayının 27-si gecəsi Məscidül-Həramdan Əl-Əqsa məscidinə Buraq ilə aparıldı. == Mənbə == İslam (qısa məlumat kitabı). Azərbaycan Sovet Ensiklopediyasının Baş Redaksiyası. Bakı: 1989, səh.36.
Qaraqaç (Soyuqbulaq)
Qaraqaç (fars. قره قاچ‎‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 44 nəfər yaşayır (8 ailə).
Tüpağac (Həştrud)
Tüpağac (fars. توپاغاج‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 302 nəfər yaşayır (61 ailə).
Tüpağac (Qoşaçay)
Tüpağac (fars. توپاغاچ‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.