Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Maykl Buble
Maykl Stiven Buble (ing. Michael Steven Bublé; 9 sentyabr 1975) — italyan və xorvat əsilli Kanada caz müğənnisi. Bir neçə Qremmi mükafatına layiq görülmüş, 2003-cü ildən etibarən eyniadlı albomu Şimali Amerikada, Avstraliyada və Böyük britaniyada ilk onluğa daxil olmuşdur. 2004-cü ildə onun canlı ing. Come Fly with Me video albomu Avstraliyada top albom 40-lığına (ing. Top-40-Album-Charts) daxil olur. 2005-ci ildə "It’s Time" albomu ABŞ-də müvəffəqiyyət əldə edərək, 18 milyondan artıq satılmışdır. Buble Kanadanın Britaniya Kolumbiyası əyalətinin Bernabi şəhərində italyan mənşəli balıqçı ailəsində dünyaya gəlmişdir. Uşaqlıqda babasının yığmış olduğu caz kolleksiyasına tez-tez qulaq asması onda müğənniliyə və xüsusilə caza maraq oyanmışdır. O, özü sərbəst üç albom yazaraq, onlardan birini məhz babasına həsr və hədiyyə etmişdir.
Aechmea burle-marxii
Aechmea burle-marxii (lat. Aechmea burle-marxii) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin bromeliyakimilər fəsiləsinin exmeya cinsinə aid bitki növü.
Burle Marks Roberto
Burle Marks Robertu (4 avqust 1909[…], San Paulo – 4 iyun 1994[…], Rio-de-Janeyro) — Braziliya landşaft memarı, rəssam, heykəltaraş, botanik. Almaniyalı mühacir Vilhelm Marksın ailəsində doğulmuşdur (K. Marksın nəslindəndir).Berlində (1928–29, boyakarlıq və botanikanı öyrənmişdir), həmçinin Rio-de-Janeyrodakı Milli Rəssamlıq Məktəbindətəhsil almışdır. Braziliyanın tropik florası əsasında bağ-park incəsənətində müasir üslub yaratmışdır. 1934–37-ci illərdə Resifidəki bağ və parklara rəhbərlik etmişdir. Burle Rio-de-Janeyroda bir sıra iri ansamblnın binası (hazırda Mədəniyyət sarayı, 1937–43, memarlar Ş. E. Le Korbüzye, L. Kosta, O. Nimeyer, rəssam K. Portinarivə b.), Müasir İncəsənət Muzeyi (1954– 62, memar A. E. Reydi), Kopakabananıngəzinti yerləri və parkları (1959, 1970), beynəl xalq aeroport (1971) və s.] həyata keçirmişdir. Braziliya şimalınin tikintisində Nimeyer ilə əməkdaşlıq etmişdir: digər mərkəzi ansamblların süni göl, parterlər və bağ-park kompozisiyaları (1960–70-ci illər). Burle Pampulyada (Belu-Orizonti yaxınlığında, 1941–44, memar Nimeyer) memarlıq kompleksinin yaşıllıq zonaları, Karakasda Del-Este parkı (1960–61) və Parisdə YUNESKO binaları kompleksinin yaşıllaşdırma layihələrinin (1963) müəllifidir. Boyakarlıq və dekorativ-tətbiqi sənətlə (keramika, şüşə, zərgərlik məmulatları və s.) məşğul olmuşdur.
Roberto Burle Marks
Burle Marks Robertu (4 avqust 1909[…], San Paulo – 4 iyun 1994[…], Rio-de-Janeyro) — Braziliya landşaft memarı, rəssam, heykəltaraş, botanik. Almaniyalı mühacir Vilhelm Marksın ailəsində doğulmuşdur (K. Marksın nəslindəndir).Berlində (1928–29, boyakarlıq və botanikanı öyrənmişdir), həmçinin Rio-de-Janeyrodakı Milli Rəssamlıq Məktəbindətəhsil almışdır. Braziliyanın tropik florası əsasında bağ-park incəsənətində müasir üslub yaratmışdır. 1934–37-ci illərdə Resifidəki bağ və parklara rəhbərlik etmişdir. Burle Rio-de-Janeyroda bir sıra iri ansamblnın binası (hazırda Mədəniyyət sarayı, 1937–43, memarlar Ş. E. Le Korbüzye, L. Kosta, O. Nimeyer, rəssam K. Portinarivə b.), Müasir İncəsənət Muzeyi (1954– 62, memar A. E. Reydi), Kopakabananıngəzinti yerləri və parkları (1959, 1970), beynəl xalq aeroport (1971) və s.] həyata keçirmişdir. Braziliya şimalınin tikintisində Nimeyer ilə əməkdaşlıq etmişdir: digər mərkəzi ansamblların süni göl, parterlər və bağ-park kompozisiyaları (1960–70-ci illər). Burle Pampulyada (Belu-Orizonti yaxınlığında, 1941–44, memar Nimeyer) memarlıq kompleksinin yaşıllıq zonaları, Karakasda Del-Este parkı (1960–61) və Parisdə YUNESKO binaları kompleksinin yaşıllaşdırma layihələrinin (1963) müəllifidir. Boyakarlıq və dekorativ-tətbiqi sənətlə (keramika, şüşə, zərgərlik məmulatları və s.) məşğul olmuşdur.
Burime
Burime (fr. bouts-rimés — "qafiyəli sonluqlar") — əvvəlcədən verilmiş qafiyələrə və ya mövzulara uyğun zarafatcıl şeirlərin yazılmasından ibarət olan ədəbi oyun. Burimenin yaradılmasını 17-ci əsr fransız şairi Dülonun adı ilə bağlayırlar. Menagianaya görə, 1648-ci ildə Dülo şikayətlənir ki, onun şeirləri olan kağızıarı, 300 sonetini oğurlayıblar. Ətrafdakıların onun bu qədər çox şeir yazmasına təəccübləndiyini görəndə isə, bildirir ki, onlar hazır şeirlər deyildi, sadəcə qafiyələr idi.
Burre
Burre (fr. bourrée, bourrer sözündən – gözlənilməz sıçrayışlar etmək) — qədim fransız rəqsi. XVI əsrin ortalarında yaranmışdır. XVII əsrdən Burre səciyyəvi cüt ölçülü (alla breve), iti templi, dəqiq ritmli saray rəqsi olmuşdur. XVII əsrin ortalarında instrumental süitanın tərkibinə salınmış, J. B. Lülli B.-ni opera və baletə daxil etmiş dir. XVIII əsrin 1-ci yarısında Fransanın hüdudlarından kənarda da məşhur idi. Q. Muffat, G. F. Hendel, İ. S. Bax, A. Kampra, A. K. Detuş, J. F. Ramo öz yaradıcılıqlarında Burreyə müraciət etmişlər.
Erble
Erble (fr. Herblay) — Fransada bələdiyyə, region — İl-de-Frans, departament — Val-d'Uaz, rayon — Arjantey, kanton — Erble. Əhalisi — 26 289 nəfər (2009). Bələdiyyə Paris şəhərinin təxminən 21 km şimal-qərbində, Serji bələdiyyəsinin 9 km cənub-şərqində yerləşir.
Burbon restavrasiyası
Burbon restovrasiyası — Fransa tarixində Birinci Fransa İmperiyasının (1804-1815) süqütü ilə İyul İnqilabı (1830) arasındakı müddətdə Burbonlar monarxiyasının yeninden bərpasıdır. Restovrasiya dövrü Napoleon Bonapartın sürgündən qaçmasıyla əlaqədar olaraq Yüz gün müddətinə fəaliyyətini dayandırmışdır. Bu səbəbdən aprel 1814 və mart 1815-ci illər arasını əhatə edən dövr "Birinci Restovrasiya" dönəmi, Napoleonun taxtdan rəsmi olaraq uzaqlaşdırıldığı 1815-ci ildən 1830-cu ilə qədər isə "İkinci Restavrasiya" dönəmi adlanır. Bu dövr XVIII Luiz və balaca qardaşı X Karl dönəmlərini əhatə edir. Hər iki kral ölkədə kralı dəstəkləyən güclərlə liberal burjuaziya arasında gücləri tənzimləməyə calışmışdır. Xarici siyasətdə isə əsas məqsəd Fransanın müharibə borclarının ödənilməsi, buna bağlı olaraq işğalçı qüvvələrin Fransadan çıxarılması, Ölkənin yenidən beynəlxalq münasibətlərdə bərabər status alması idi.
Burbur (Urmiya)
Burbur (fars. بوربور‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 133 nəfər yaşayır (35 ailə).
Burque-Jalyo
Burquen-Jalyö (fr. Bourgoin-Jallieu) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Burquen-Jalyö kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dü-Pen. INSEE kodu — 38053. Kommunanın 2007-ci il üçün əhalisi 23759 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 210 ilə 382 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 430 km cənub-şərqdə, Liondan 39 km cənub-şərqdə, Qrenobldan 60 km şimal-qərbdə yerləşir. Əhalinin dinamikası (INSEE): Rehau (alm.
Burrel həbsxanası
Burrel həbsxanası (alb. Burgu i Burrelit) ― Albaniyanın şimal-şərq şəhəri Burreldən kənarda, Mata Rayon Polis İdarəsində yerləşən 198 məhbus tutumlu maksimal təhlükəsizlik həbsxanası. 2011-ci ildə həbsxanada 182 məhkum vardı və 120 islah məmuru işləyirdi. Birmərtəbəli qurum 21.000 kvadratmetr ərazini əhatə edən üç sahəyə bölünür. Burrel həbsxanası 1992-ci ildə Albaniya İşçi Partiyasınının hakimiyyətdən getdikdən sonra bağlandı. Həbsxana 1997-ci ildə yenidən açıldı və Albaniyanın hazırda fəaliyyət göstərən 21 həbsxanasından biridir, ölkədə ömürlük həbs edilmiş məhkumların olduğu beş həbsxanadan biri və mütəşəkkil cinayətlərə görə mühakimə olunanların olduğu iki həbsxanadan biridir. Bəzi ictimai fəallar həbsxananın bağlanmasını və buranı 1944–1992-ci illər arasında işgəncə verilərək öldürülənlərin xatirə yerinə çevrilməsini tələb edirdilər. 2013-cü ilin may ayında Burrel həbsxanasının direktoru Dəmir Çupi istefaya göndərildi. Buna məhbus Zenelinin Kukes şəhərində yaşayan həyat yoldaşını ziyarət etmək üçün 5 günlük məzuniyyət alması, lakin həbsxanaya qayıtmaması səbəb oldu. Bu, 2013-cü ildə təkrarlanan üçüncü belə hadisə idi.
Deep Purple
Deep Purple — 1968-ci ilin fevralında Xardfordda qurulan ingilis rok qrupudur. 1970-ci ildən bəri "ağır musiqi"-də gözə çarpan, nüfuzlu qruplardan hesab edilir. Musiqi tənqidçiləri Deep Purple-i hard-rok baniləri arasında görürlər. Eyni zamanda qrupun preqressiv rok və heavy metal inkişafına olan töhfələrini yüksək qiymətləndirirlər. Qrupun albomları ABŞ-də 7.5 milyon, o cümlədən bütün dünyada 100 milyondan çox satmış və bu nəticə ilə Deep Purple Ginnesin Rekordlar Kitabına düşmüşdür. İndiki üzvlər Ian Gillan - vokal, harmonika, konga (1969-1973, 1984-1989, 1992 - bu gün) Steve Morse - elektro gitara (1994 - bu gün) Roger Glover - bas gitara, sintesayzer (1969-1973, 1984 - bu gün) Don Airey - klaviş (2002 - bu gün) Ian Paice - zərb (1968-1976, 1984-bu gün) Əvvəlki üzvlər Ritchie Blackmore - Elektro Gitara (1968-1975, 1984-1993) Jon Lord - klaviş, bekvokal (1968-1976, 1984-2002) Rod Evans - vokal (1968-1969) Nick Simper - bas, bekvokal (1968-1969) David Coverdale - vokal (1973-1976) Glenn Hughes - bas, vokal (1973-1976) Tommy Bolin - gitara, vokal, pianino (1975-1976) Joe Lynn Turner - vokal (1990-1992) Joe Satriani - gitara (1993-1994) Shades of Deep Purple (1968) The Book of Taliesyn (1968) Deep Purple (1969) Deep Purple in Rock (1970) Fireball (1971) Machine Head (1972) Who Do We Think We Are (1973) Burn (1974) Stormbringer (1974) Come Taste the Band (1975) Perfect Strangers (1984) The House of Blue Light (1987) Slaves & Masters (1990) The Battle Rages On (1993) Purpendicular (1996) Abandon (1998) Bananas (2003) Rapture of the Deep (2005) Now What?! (2013) Whoosh!
Galium murale
Galium murale (lat. Galium murale) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinin qatıqotu cinsinə aid bitki növü. Aparinanthus muralis (L.) Fourr.
La Turbie
La-Türbi (fr. La Turbie) — Fransanın cənub-şərqindəki Provans-Alp-Kot-d'Azür regionunun Dənizkənarı Alplar departamentində yerləşən kommuna. Dairəsi — Nitsa. Ərazisi 8 km² olan bələdiyyənin 3118 nəfər əhalisi var (2017 siyahıyaalma statistikasına görə). Şəhərdəki Avqustun Zəfər Abidəsi çox sayda qonağı cəlb edir. Sar, İtaliya "Rəsmi saytı" (fransız). İstifadə tarixi: 22 августа 2015 года.
Nayib Bukele
Nayib Armando Bukele Ortes (isp. Nayib Armando Bukele Ortez; 24 iyul 1981, San Salvador) — Salvadorun hazırkı Prezidenti olan salvadorlu siyasətçi və iş adamı. Bukele 11 mart 2012-ci ildə Nuevo-Kuskatlanın bələdiyyə sədri seçildi. 1 mart 2015-ci ildə San Salvador bələdiyyə sədri seçildi və 1 may 2015-ci ildə vəzifəyə başladı. Siyasətdə özünü solçu hesab edir. Bukele dövləti avtoritar şəkildə idarə etdiyi üçün tənqid edildi. Xüsusilə, qanun layihəsinin qəbul edilməsini təşviq etmək və Salvador Qanunverici Məclisini devirmək üçün Qanunvericilik Məclisinə ordu çağırması ilə qınandı. Bu hərəkət Salvadordakı bir qrup şəxs tərəfindən onu avtokrat və avtoritar olaraq xarakterizə etmələrinə sövq etdi. "Transparency International" Salvador və Kolumbiyanı Latın Amerikasında pandemiya ilə mübarizə əlaqəli "qanun pozuntuları və korrupsiya halları"na görə qınadı. Bukele hökumətinin 20 hökumət qurumu Baş Prokurorluq tərəfindən araşdırılırdı, 2021-ci ilin may ayında Salvador baş prokurorunu və beş ali məhkəmə hakimini vəzifədən azad etdi və bu ölkədə etirazlara səbəb oldu.
Antuan Burdel
Emil Antuan Burdel (30.10.1861, Montoban – 1.10.1929, Le Vezine) — fransız heykəltəraşı. Tuluzada (1876–84), Parisdəki zərif sənətlər məktəbində (1884–86) oxumuşdur; 1893–1908-ci illərdə O, Rodenin emalatxanasında assistent işləmişdir. 1884-cü ildən Paris salonu sərgilərinin iştirakçısı olmuşdur. Roden impressionizmini qəbul etməyən Burdel monumentallığa və incəsənətin sintezinə can atmış, antik klassikaya və arxaikaya əsaslanaraq relyef sənətini dirçəltmişdir. “Ox atan Herakl” (tunc, 1909, Müasir Milli İncəsənət Muzeyi, Paris), gen. K.M. Alvearın tunc abidəsi (1913–23, Buenos-Ayres), “Fransa” heykəli (tunc, 1925, Paris), A. Mitskeviçin abidə si (tunc, 1909 –29, Paris), “Avtoportret” (maska, 1925), “Safo” (1924 –25; hər ikisi Burdel muzeyi, Paris) və s. əsərlərin müəllifidir. Görkəmli ictimai xadimlərin çoxsaylı portretlərini (100-ə yaxın) yaratmışdır: Lüdviq van Bethoven (tunc, 1887– 1929; 21 variant), A. Frans (tunc, 1919; hər ikisi Burdel muzeyi) və s. Arxaikləşən neoklassisizm ruhunda Yelisey Çölü Teatrının barelyeflərini hazırlamışdır (gips, 1912). Burdel həmçinin monumental rəngkar (Yelisey Çölü Teatrının freskaları, 1910–12) və qrafik (J. Klemanso və Q. Floberin kitablarına illüstrasiyalar) kimi də işləmişdir.
Purple drank
Bənövşəyi içki (ing. Purple drank) — öskürək şərbətinin xüsusi alkoqolsuz içki və mentollu konfetlərin birləşdirilməsi ilə hazıranan rekreativ kokteyl. Kokteyl, Texasın Hyuston şəhərində meydana gəlmişdir. Hip-hop subkulturasına aid olan və ya ABŞ-nin cənubunda yaşayan insanlar arasında olduqca məşhurdur. Kokteyl, istehlakçıya yuxu və bədənin keyləşməsi ilə müşayiət eyforik yan təsirlər göstərir. Kokteylin yaradıcısı Leyns Skott Uolker, bu qarışımın ağız hissiyatını azaltması və dadın uzun müddət ağızda qalmasını təmin etdiyini söyləmişdir. Bənövşəyi içki kokteyli istehlakçıya kəskin şəkildə yorğunluq və bədən keyləşməsi ilə müşayiət olunan eyforik yan təsirlər göstərir. Kokteylin yaradıcısı Leyns Skott Uolker, kokteyl dadının ağızda uzun müddət qaldığını da bildirmişdir. Los Angeles Times, repçi Lil Ueynin həddindən artıq bənövşəyi içki istifadə etməsi ilə əlaqədar olaraq xəstəxanaya yerləşdirilməsindən sonra bir məqalədə həkim və xəstəxana doktoru Corc Fallieras ilə qarışıqların zərərləri barədə danışmışdır. Fallieras, reportaj zamanı "dərmandakı kodein ağrı kəsici kimi xidmət edir və insanı boğmağa başlayır." kimi fikirlər irəli sürmüşdür.
Pyer Burdye
Pyer Burdye (fr. Pierre Bourdieu, 1 avqust 1930[…] – 23 yanvar 2002[…], XII arondisman (Paris), Fransa) — fransız filosofu, sosioloqu. Ali Normal Məktəbi (1954) bitirmişdir. 1955– 64-cü illərdə Mulen, Paris, Lill təhsil müəssisələrində fəlsəfədən dərs demiş, 1964–2001-ci illərdə Sosial Elmlər Ali Məktəbinin (Paris) professoruru, 1982 –2001-ci illərdə Kollej de Fransın sosiologiya kafedrasının müdiri, 1985–98 illərdə Parisdə Avropa Sosiologiya Mərkəzinin direktoru, 1975-ci ildən "Actes de la recherche en sciences sociales" jurnalının baş redaktoru, 1998-ci il — dən "Liber-Raisons d’agir" nəşriyyatının rəhbəri olmuşdur. Burdye əsas sosioloji ziddiyyətin – sosial struktur ilə sosial hərəkət arasındakı uçurumun aradan qaldırılmasının variantını təklif etmişdir. Onun "genetik strukturalizm" konsepsiyası obyektivist (E. Dürkheym, K. Marks və strukturalizm) və subyektivist (M. Veber fenomenologiya və etnometodologiya) metodologiyalarının sintezinə cəhddir: "strukturlaşdırıcı struktur" Burdyeyə görə, habitus obyektiv strukturları, subyektiv intensiyaları (niyyətləri) və hərəkətləri birləşdirir. Sosial məkan, sahə, kapital və habitus B. konsepsiyasının əsas anlayışlarıdır. B-yə görə, sosial gerçəklik həm obyektiv – müxtəlif növ resursların bölüşdürülməsində obyek — tivləşdirilmiş sosial münasibətlərlə, həm də subyektiv – sosial münasibətlərə əks, fəal təsir göstərən sosial təsəvvürlər və yer dəyişmələrlə (dispozisiyalarla) strukturlaşdırılmışdır. Burdyeyə əsasən, sosial məkan çoxlu nisbətən muxtar yarımməkanlardan – "sahələrdən" ibarət olur. Sahəni oyunun strukturları, yerdəyiş mələri, qaydaları və istinadları müəyyən edir.
Rubble (pişik)
Rubbl (3 may 1988, Devon qraflığı – 3 iyul 2020, İngiltərə) — 3 may 1988-ci ildən 3 iyul 2020-ci il tarixinə qədər yaşamış dünyanın ən yaşlı pişiyi. Rubbl Ginnesin Rekordlar Kitabına daxil edilmişdir.
Triticum murale
Hordeum murinum (lat. Hordeum murinum) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin arpa cinsinə aid bitki növü. Critesion murinum (L.) Á.Löve Hordeum leporinum var. murinum (L.) Lojac. Triticum murale Salisb. Zeocriton murinum (L.) P.Beauv. Hordeum murinum subsp. glaucum (Steud.) Tzvelev Hordeum murinum subsp. leporinum (Link) Arcang. Hordeum murinum subsp.
Burla Xatun
Burla — türk əfsanələrində, xalq əhvalatlarında və nağıllarında qadın cəngavər. Döyüşçü qadın motivini işarələr. Yanında qırx döyüşçü qız dilbəri vardır. "Boyu uzun Burla xatun" və "Saçı uzun Sırma xatun" şəklində başqa bir xarakterlə birlikdə əfsanələrdə adı keçər. Qorqud Ata əhvalatlarında də iştirak edər. Sırma Xatun isə gözəlliyi simvollaşdırır. Boyu uzun Burla xatun, "Kitabi-Dədə Qorqud" əsərində xanlar xanı Bayandır xanın qızı, bəylər bəyi Salur Qazanın həyat yoldaşı, Oğuz dövlətinin birinci xanımıdır. "Boyu uzun Burla xatun" antroponim modeli "Boyu uzun" ləqəbi, "Burla" şəxs adı və "xatun" titulundan ibarətdir. "Boyu uzun" gözəllik rəmzidir. (Bur) kökündən törəmişdir.
Etyen Brüle
Etyenn Brüle (fr. Étienne Brûlé; 1592, Şampinyi-sür-Marn, Paris, Fransa — iyun, 1643, Ontario, Kanada) — Fransız tədqiqatçı səyyah. Hal-hazırda Kanadada yerləşən Müqəddəs Lavrenti çayını bütün ərazi boyu keçən ilk avropalı olaraq tanınır. Kanada yerlilərinin yaşayışı ilə maraqlanan Brüle, 1608-ci ildə Yeni Fransaya səyahət etdi. Burada səlahiyyətli Samuel de Champlain tərəfindən Huron tayfası ilə yaşaması üçün şimala göndərildi. Burada bir il yaşayıb Huronların dilini və mədəniyyətini öyrəndikdən sonra, bugünkü Ontario və Miçiqanın əksər bölgəsini kəşf etdi. Fransanın avtoritet rejimindən qaçaq düşən Brüle xəz ticarəti ilə məşğul olmuş, yerlilərlə yaşayaraq fransız tacirlər və yerlilər arasında əlaqə qurmuşdur. Seneca tayfası ilə döyüşdə əsir düşən və işgəncəyə uğrayan Brüle, ölümdən qurtulub Huron torpaqlarına geri qayıtdığında Brüleün başına gələn hadisələr inanmayan yerlilər onun Senecalılarla ticarət əlaqəsi olduğunu düşünərək onu işgəncə ilə öldürmüşlər.
Etyenn Brüle
Etyenn Brüle (fr. Étienne Brûlé; 1592, Şampinyi-sür-Marn, Paris, Fransa — iyun, 1643, Ontario, Kanada) — Fransız tədqiqatçı səyyah. Hal-hazırda Kanadada yerləşən Müqəddəs Lavrenti çayını bütün ərazi boyu keçən ilk avropalı olaraq tanınır. Kanada yerlilərinin yaşayışı ilə maraqlanan Brüle, 1608-ci ildə Yeni Fransaya səyahət etdi. Burada səlahiyyətli Samuel de Champlain tərəfindən Huron tayfası ilə yaşaması üçün şimala göndərildi. Burada bir il yaşayıb Huronların dilini və mədəniyyətini öyrəndikdən sonra, bugünkü Ontario və Miçiqanın əksər bölgəsini kəşf etdi. Fransanın avtoritet rejimindən qaçaq düşən Brüle xəz ticarəti ilə məşğul olmuş, yerlilərlə yaşayaraq fransız tacirlər və yerlilər arasında əlaqə qurmuşdur. Seneca tayfası ilə döyüşdə əsir düşən və işgəncəyə uğrayan Brüle, ölümdən qurtulub Huron torpaqlarına geri qayıtdığında Brüleün başına gələn hadisələr inanmayan yerlilər onun Senecalılarla ticarət əlaqəsi olduğunu düşünərək onu işgəncə ilə öldürmüşlər.
Selesten Buqle
Selesten Buqle (1.6.1870, Kot-dü-Nor dep-ti, Sen-Briyo – 25.1.1940, Paris) — fransız sosioloqu, Fransız sosioloji məktəbinin nümayəndəsi. 1893-cü ildə Ali Normal Məktəbi bitirmişdir. Tuluza universitetində (1900–1907-ci illər ) və Sorbonnada (1908-ci ildən professor) dərs demiş, Sosial Sənədləşdirmə Mərkəzinin direktoru (1920-ci ildən), Ali Normal Məktəbin direktoru (1935-ci ildən) olmuşdur. E. Dürkheymin davamçısı olan, həmçinin G. Zimmelin ideyalarından bəhrələnən Buqle sonuncunun təsiri ilə sosiologiyanın vəzifəsini sosial formaların, onların səbəb və nəticələrinin öyrənilməsində görürdü. Buqle sosiologiyada biologizmi tənqid etmiş, Qərb cəmiyyətlərində bərabərlik ideyalarının yayılmasının sosial amillərini araşdırmışdır (“Bərabərlik ideyaları”, 1899). Buqlenin Hindistanda kasta sisteminin sosioloji təhlilinə həsr olunmuş “Kasta rejiminə dair oçerklər” (1908) kitabı klassik əsərə çevrilmiş və bu sahədə aparılan sonrakı tədqiqatlara (L. Dümon və b.) əhəmiyyətli təsir göstərmişdir. Üçüncü respublika ideologiyasının mühüm elementi olan həmrəylik ideyalarının Fransa cəmiyyətində formalaşmasında Buqlenin də xidməti vardır.
Tomas Burke
Tomas "Tom" Burke (d. 15 yanvar 1875; Boston, Birləşmiş Ştatlar - ö. 14 fevral 1929; Boston, Birləşmiş Ştatlar) — Birləşmiş Ştatları təmsil edən yüngül atlet. 1896 Afina Olimpiadasında iki qızıl medal qazanıb. Tomas Burke 1875-ci ilin 15 yanvar günündə Birləşmiş Ştatların Massaçusets ştatının Boston şəhərində anadan olub. 1929-cu ilin 14 fevral tarixində isə elə həmin şəhərdə ömrünün 54-cü yaşında vəfat edib. Tomas Burke 1896-cı ildə Yunanıstanın Afina şəhərində I Yay Olimpiya Oyunlarına qatıldı. 100 metr məsafəyə qaçış yarışlarında mübarizə aparan Burke təsnifat mərhələsində 11.8 saniyə nəticə ilə 1-ci yeri tutdu və finala vəsiqə qazandı. Finalda isə 12.0 saniyə nəticəyə imza atan Tomas Burke I Yay Olimpiya Oyunlarının qızıl medalını qazandı. Burke Afina Olimpiadasınad həmdə 400 metr məsafəyə qaçış yarışlarında qüvvəsini sınadı.
Bülbülə
Bülbülə – Bakının Suraxanı rayonunda qəsəbə (1936-cı ildən). Abşeronun qədim yaşayış məntəqələrindəndir. Bülbülədə orta əsrlərə dair bir sıra abidələr, o cümlədən 1624-cü ildə tikilmiş Şeyx Nəcməddin məscidi var. Bülbülə kəndində bir sıra tarixi abidələr olmuşdur. Bunların arasında "İmamzadə"xüsusi yer tutur. Bülbülə "İmamzadə"sində beşinci İmam Mühəmməd Baqirin övladı Mühəmməd Sadiq, onun xanımı, həmçinin nökəri də dəfn olunmuşdur. Onların Bülbülə torpağında dəfn olunması bu torpağın müqəddəsliyini bir daha təsdiq etmiş, onların dəfn olunduğu yer bu günə qədər ziyarətgaha çevrilmişdir. Kərbalayı Ağabalabəy Bakıxanov Azərbaycanın böyük mütəfəkkir şairi və alimi Abbasqulu Ağa Bakıxanovun qardaşı oğludur. Kərbalayı Ağabalabəyin adı ilə bağlı olan Kərbalayı Ağabalabəy məscidi 1850-1860-cı illərdə tikilmişdir. Qəriblər məscidi Bülbülənin yuxarı hissəsində lahıclar məhəlləsində yerləşir.
Bürclü
Bürclü (Ərdəbil)
Bürclər
Bürc — ulduzlu göyün bir hissəsidir. Ulduzların müşahidə və öyrənilməsinin əlverişliyi üçün ulduzlu göy bürclərə bölünür. Bürclərin əksəriyyətinə qədim zamanlardan əfsanəvi qəhrəmanların (Herkules, Persey və s.), heyvanların (Qoç, Buğa, Balıqlar və s.) və əşyaların (Teleskop, Günyə və s.) adları verilmişdir. 1922 ildən başlayaraq göy qübbəsi Beynəlxalq Astronomiya İttifaqı ilə müəyyən edilmiş 88 bürcə ayrılır. Onlardan 31-i şimal yarımkürəsində, 11-i ekvatorda və 46-sı cənub yarımkürəsində görünür. Bürclərin sərhədləri 1935 ildə müəyyənləşdilmişdir. Ən böyük bürc Hidradır (1302 kvadrat dərəcə), ən balaca isə Cənub Xaçıdır (68 kvadrat dərəcə). Astronomiyada bürclər Eynar Hertsşprunq və Genri Rassel ilə tətbiq edilmiş qısaldılmış latın adları ilə işarə edilir. Parlaqlığa görə bürclərin ulduzları yunan hərfləri ilə düşən nizamda işarə edilir. İnsanlar qədimdən ulduzların göydə qəribə fiqurlar əmələ gətirdiyini müşahidə etmişdilər.
Şürele
Türbə
Türbə – görkəmli müsəlman alimlərinin, vəliəhdlərin, hökmdar və hökmdar ailəsi üzvlərinin, əmirlərin, vəzir və hərbi rəhbərlərin qəbirləri üzərində ucaldılan, üzəri xüsusi qübbələrlə örtülmüş tikili. Tanınmış İslam mütəffəkirlərinin üstü açıq olan məzarlarına da onlara hörmət əlaməti olaraq türbə deyilir. Türbələr camaat tərəfindən ziyarətgaha çevrilir. Bütövlükdə türbə anlayışı İslam təliminə ziddir və İslam ölkələrində türbə tikintisinin çox geniş yayılması, başlıca olaraq əsgi türk gələnəklərinin bu regionun xatirə memarlığına yönəldici təsir göstərməsi ilə bağlıdır. İslam ölkələrinin memarlığını araşdıran mütəxəssislər qülləvari türbələrin məkan-konstruksiya və bədii memarlıq həllinin genetik kökləri barədə müxtəlif fikirlər irəli sürmüşlər. Qülləvari türbələrin soykökü haqqında elmi baxışlardan ən geniş yayılanı və daha inandırıcı dəlillərlə əsaslandırılanı bu memarlıq tipinin türk mənşəli olmasıdır. Bir qrup alim (M. Van – Beşem, E. Dits, N. Baçinski, O. Aslanapa) qülləvari türbələrin türk mənşəli olmasını təsdiq edərək, onların yaranmasını köçəri çadırının, yaxud köçəri xalqların başçılarının iri çadırlarının monumental memarlıqda yamsılanması ilə bağlayırlar. Q. A. Puqaçenkovanın fikrinə görə bu türbələr "ideyaca Orta Asiyanın və Qafqazın türk xalqlarının qədim kurqanabənzər dəfn tikintilərinə bağlıdır." Sərdabənin dəfn tikilisi kimi ortaya çıxması isə başlıca olaraq tabbutda basdırma mərasimi ilə (Avropada bu adət daha çox xristianlıqda özünü göstərir) bağlıdır. Çin alimlərinin məlumatına görə hələ eradan əvvəl ikinci yüzildə hunlar ölüləri qızıl və gümüş işləməli, qalın parçaya bürünmüş ikiqatlı tabuta qoyurdular. Türk ədəbi abidələrində də belə mərasimlər və tikililər haqqında bilgilər saxlanmışdır.
Bülbülə bələdiyyəsi
Bakı bələdiyyələri — Bakı şəhərinin ərazisində yerləşən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. Hal-hazırda Bakıda 53 bələdiyyə var. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Bülbülə gölü
Bülbülə gölü — Abşeron yarımadasının mərkəzində, Suraxanı rayonunun Bülbülə qəsəbəsi ərazisində göl. Bülbülə gölü səthinin sahəsi 99 ha, dərinliyi 2,5 m olmaqla Abşeron yarımadasının mərkəzində, Suraxanı rayonunun Bülbülə qəsəbəsi ərazisində yerləşir. Gölün suyu şortəhər olmaqla minerallaşma dərəcəsi 1,7 q/l-dir. Kationların (kalsium və maqneziumun) konsentrasiyası norma daxilində tərəddüd edir, anionların (xloridlər və sulaftların) miqdarı isə normadan cüzi dərəcədə yüksəkdir. Detergenlərin miqdarı YVHQ-dən 9,5 dəfə, fenolların miqdarı 8 dəfə, neft məhsullarının və misin konsentrasiyası isə 3,5-4 dəfə artıqdır. Gölün oksigen rejimi norma daxilindədir. Ş.Əhmədov. Mühəndis ekologiyası. Bakı, 2012 Bülbülə gölünün ətrafında bulvar salınacaq (VİDEO) [2] Bülbülə gölü.
Bülbülə qəsəbəsi
Bülbülə – Bakının Suraxanı rayonunda qəsəbə (1936-cı ildən). Abşeronun qədim yaşayış məntəqələrindəndir. Bülbülədə orta əsrlərə dair bir sıra abidələr, o cümlədən 1624-cü ildə tikilmiş Şeyx Nəcməddin məscidi var. Bülbülə kəndində bir sıra tarixi abidələr olmuşdur. Bunların arasında "İmamzadə"xüsusi yer tutur. Bülbülə "İmamzadə"sində beşinci İmam Mühəmməd Baqirin övladı Mühəmməd Sadiq, onun xanımı, həmçinin nökəri də dəfn olunmuşdur. Onların Bülbülə torpağında dəfn olunması bu torpağın müqəddəsliyini bir daha təsdiq etmiş, onların dəfn olunduğu yer bu günə qədər ziyarətgaha çevrilmişdir. Kərbalayı Ağabalabəy Bakıxanov Azərbaycanın böyük mütəfəkkir şairi və alimi Abbasqulu Ağa Bakıxanovun qardaşı oğludur. Kərbalayı Ağabalabəyin adı ilə bağlı olan Kərbalayı Ağabalabəy məscidi 1850-1860-cı illərdə tikilmişdir. Qəriblər məscidi Bülbülənin yuxarı hissəsində lahıclar məhəlləsində yerləşir.
Bürclü (Əhər)
Bürclü — İranın Şərqi Azərbaycan ostanında kənd.. Əhər şəhristanının Horand bölgəsinin Yaft kəndistanında, Horand qəsəbəsindən 37,5 km cənub-şərqdədir.
Do Bəralə
Do Bəralə (fars. دوبراله‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Mərkəzi bəxşinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 203 nəfər yaşayır (53 ailə).