Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Burdalaq
Burdalaq - İrəvan xanlığının Gərnibasar mahalında kənd adı. 1728-ci ilə aid mənbədə qeyd olunmuşdur 1828-1832-ci illərdə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və kənd dağıdılmışdır. 1728-ci ilə aid mənbədən məlumdur Ehtimal ki, Burdalan təhrifdir. Türkmənlərdə Yersari türk tayfasının üç qolundan (Burdalan, Kərki və Çarcu) biri olan Burdalan elinin adındandır.
Darçınlı burmalar
Darçınlı rulet və ya darçınlı burma (isv. kanelbulle) — Avropa (Skandinav ölkələri, Almaniya və Avstriya) və Şimali Amerika ölkələrində yayımlamış un məmulatı. == Mənşəyi == Darçınlı burmanın ən erkən resepti Birinci Dünya Müharibəsi sonra İsveçdə qeyd olunub. Halbuki, o zaman qida qıtlığına görə, o, geniş yayılmamış. Populyarlığı 1950-ci ildə başlamışdı.
Bursada Azərbaycan bayrağı qalmaqalı
Bayraq qalmaqalı — Azərbaycan və Türkiyə münasibətlərində 2009-cu ildə baş vermiş gərgin siyasi mərhələ. == Tarixi == Azərbaycan və Türkiyə arasında "Bayraq qalmaqalı" 14 oktyabr 2009-cu ildə Bursada keçirilən Türkiyə-Ermənistan milli matçı zamanı Azərbaycan bayraqlarının stadiona buraxılmaması ilə bağlı FİFA baş katibi və təşkilat komitəsi sədrinin imzası ilə Türkiyə Futbol Federasiyasının baş katibi Əhməd Güvənərə göndərilən məktubun icrasından sonra başlanmışdır. Bursadakı matçdan sonra Azərbaycan və Türkiyə arasında münasibətlər gərginləşib. Azərbaycan da Bakıda türk əsgərlərinin abidəsindən Türkiyə bayrağını endirib. Türkiyə bununla bağlı Azərbaycana nota da vermişdir. Bakıdakı Şəhidlər xiyabanında 1918-ci ildə Bakının azad olunması uğrunda gedən döyüşlərdə həlak olmuş türk əsgərlərin xatirəsinə 1999-cu ilə qoyulmuş abidənin ətrafından bayraqlar 2009-cu il oktyabrın 16-da götürülmüşdü. Dəmir bayraq dirəkləri kəsilib çıxarılmış, yerinə daş plitələr döşənmişdi. Bursadakı matçda baş verənlərlə əlaqədar olaraq Bursa valisi Şahabəddin Harput 24 oktyabrda keçirdiyi ayrıca mətbuat konfransında bununla bağlı açıqlama verərək bildirmişdir ki, Bursada Türkiyə-Ermənistan matçında Azərbaycan bayraqlarının yerə atılmasına görə bir amir (polis rəisi, yaxud rəis müavini vəzifələrinə uyğun gəlir) və 2 polis əməkdaşı haqda intizam araşdırmasına başlanıb, polislərdən biri işindən kənarlaşdırılıb. Harput demişdir ki, stadiona girişdə, nəzarət və aramalar əsnasında bəzi Azərbaycan bayraqlarının mətbuatda yer alan xoş olmayan görüntüləriylə bağlı valilikdə aparılan araşdırma artıq bitmişdir. Bunun üçün polisin özünün qeydə aldığı kamera görüntüləri, xəbərin yer aldığı 10 beynəlxalq telekanal, 3 yerli kanal, yerli və beynəlxalq mətbuat orqanlarında çıxan foto və xəbərlər incələnmişdir.