Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Buruc
Buruc — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd. Buruc kənd inzibati ərazi dairəsinin mərkəzidir. == Tarixi == Dağətəyi düzənlikdədir. İlk dəfə XVI əsrə aid mənbələrdə Buruncru variantında təsadüf olunur. 1917-ci ildə Cavanşir qəzasında Təzə Bruc və Bruc Həsənqaya adlı iki yaşayış məntəqəsi, Lənkəran qəzasında Burçalı, 1933-cu ildə Zəngilanda Burcalılar adlı kəndlər qeydə alınmışdır". Mənbələrin məlumatına görə, kənd əvvəllər Ağdərə rayonunun İorbulaq adlı ərazisində olmuşdur. 1918-ci ildə erməni qırğınları zamanı əhali indiki əraziyə köçmüş, yeni yaşayış məntəqəsinə əvvəlki adı verilmişdır. Ərazidə Buruc adlı əkin yeri də var. Kəndin əhalisi yerli Buruc camaatı təşkil edir. Azərbaycan dilinin yerli dialektlərində burusux tutqun", buruz "ədavət, kin", "acıqlı, kinli"( bu ləqəblər adlar onlara ona göre verilmişdir ki, olar öz tayfalarına hansısa qarətciləri yaxın buraxmır düşmən tayfalara qorxunc kin bəx etmişdilər) mənalarında işlənməkdədir Buruc sözunun məşəyi qədim tür tayfalarının adı ilə bağlıdır.Türküyədə və keçmiş irəvan xanlıqı ərazisində Buruc düzü deyilən ərazilər möcud olub.bəzi mənbələrin məlumatnda göre Buruc adının mənası Bürc və Burc adlarnan götürülüb.
Burun
Burun — əsasən tənəffüs və iybilmə üçün istifadə olunan, insan və ya heyvan üzünün bir hissəsi. == Quruluşu == Burun iki hissədən ibarətdir: xarici burun və daxili burun. Daxili burun burun boşluğu da adlanır. Xarici burun üzün ortasında yerləşərək qığırdaq və sümük toxumalarından təşkil olunub. Burun boşluğu çoxqatlı yastı epitellə örtülüdür. Burada çoxlu miqdarda selikli vəzilər yerləşir. Burun boşluğunda qoxu və tənəffüs nahiyələri ayrılır. Tənəffüs nahiyəsində havanı isitmək üçün mağaralı venoz kələf, selik vəziləri və kirpikli epitel yerləşir. Burun divarının içində yerləşən burun tükcükləri yad cisimləri (toz, qum) tutub saxlayır. Burnun iç hissəsi tüklü və nəmli olduğundan kənar mühitdən alınan hava təmizlənir və nəmləndirilir.
Buruq
Buruq — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Ərazisi 5 km² (504 ha), əhalisi 368 nəfər (2016). Etnik tərkibi: 85 % azərbaycanlı və qarışıq, 15 % talış. Adının mənası qədim talış dilində "isti yer", "güney" deməkdir. Kənddə Alihəmdəm, Qulamlı, Məcidli, Dadi, Bağırlı, Ağayarlı-Ruhullahlı və Cəfərli tayfaları yaşayır. Ağayarlı tayfasının qədim İran-Parfiya sülaləsi Mehranilərdən gəldiyi güman olunur. Kənddə tayfa münasibətləri daim gərgin olmuşdur == Tarixi == Buruq kəndi XVIII əsrdən mövcud olsa da, onun ərazisində Paleolit və Tunc dövrü məskənləri aşkar edilmişdir. Belə ki, Gilgil, Xortaxaran, Haləsər, Kalannığıl, Sığəsər, Bicar və Loçığ kimi qədim yaşayış məskənlərinin tarixi min illərlə ölçülür. Kənd ərazisindəki toponimlərin əksəriyyəti talış dilindədir.[mənbə göstərin] == Coğrafiyası == Talışın orta dağlıq hissəsində yerləşən Buruq kəndi əsasən Neogen çöküntülərindən ibarət yamaclarda yerləşir. Ən hündür nöqtəsi Qızqotəpə 957 m-dir.
Buru
Buru (ind. Pulau Buru) — Malay arxipelaqında, Molukka adalarına və İndoneziyanın tərkibinə daxil olan ada. Sakit okeana daxil olan dənizlərlə əhatələnmişdir: Seram dənizi (şimaldan), Banda dənizi (cənubdan və qərbdən). Şərqdən Manipa boğazı ilə Seram və Ambon adalarından ayrılır. Sahəsi 9505 km² təşkil edir. 2012-ci il may ayının məlumatlarına əsasən, adanın ümumi əhalisi 206 840 nəfərdir. Ada əhalisi etnik baxımdan rəngarəngdir. Adanın köklü əhalisi ilə yanaşı orada Yava adasından və İndoneziyanın digər adalarından gələnlər də yaşayır. Dini baxımdan həm islam, həm də xristian dininə etiqad edənlər var. Bununla belə bəzi rayonlarda insanlar əvvəlki inanclarına bağlılıqlarını qoruyub saxlayırlar.
Ağ Burun
Ağ Burun (ukr. Ак-Бурун, krımtat. Aq Burun, Акъ Бурун) — Krımın Kerç boğazı sahillərində yerləşir. Burun cənubdan Kerç buxtasını bağlayır. Burunda tarixi şəhərin qalıqları mövcuddur. XIX əsrdə Kerç boğazını qorumaq məqsədilə Kerç qalası inşa edilmişdir. Ağ Burunun qurtaracağında qədim kurqan vardı. Burada ayrıca batareyə yerləşdirilmişdi.
Buruc Surəsi
85-ci surə əl-Buruc (Bürclər) surəsi (Məkkədə nazil olmuşdur, 22 ayədir). Surə adını ilk ayədə işlənən və bürclər mənasını verən əl-Buruc sözündən götürmüşdür. Sürənin Məkkə dövrünün ortalarında bütpərəstlərin müsəlmanlara qarşı əziyyət və işgəncələrə başlamalarından sonra endirildiyinə inanılır. Buruc sürəsində Allahın qüdrətindən, Allah uğrunda sıxıntı çəkənlərin cənnətə gedəcəklərindən, müsəlmanlara zülm edənləri üçün isə pis sonun olduğundan bəhs edilir.
Burun (Gorus)
Burun — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Gorus rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 5 km məsafədə yerləşir. Toponim Azərbaycan dilində «irəliyə çıxan və ya suya doğru uzanan quru», «qurunun, dənizin içinə girən dağlıq, qayalıq hissəsi», «qurunun, dağın və ya qayanın sivri bucaq şəklində düzünə tərəf uzanmış hissə», başqa türk dillərində «dağ çıxıntısı, qum silsiləsi, cərgəsi, qum təpəsi», «sıra dağlardan ayrılan dağ qolu, dil» mənasında işlənən «burun» sözündən əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca sadə toponimdir.
Burun (Xudabəndə)
Burun — İranın Zəncan ostanında kənd.. == Coğrafi yerləşməsi == Xudabəndə şəhristanının Şöhrəvərd kəndistanında, Qiydar qəsəbəsindən 30 km. cənub-qərbdədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 342 nəfər yaşayır (68 ailə).
Burun (coğrafiya)
Burun — Dəniz, göl və çayın daxilinə istiqamətlənən küncvari quru parçası. Burun ya köklü sərt süxurlardan ya da qum, lil və balıq balıqqulağının bir yerə toplanmasından əmələ gəlir. == Formalaşması == Burunlar bir qayda olaraq eroziya prosesi nəticəsində meydana gəlir. Burun sahil xəttində bərk və yumşaq suxurlardan ibarətdir. Yumşaq suxurlardan ibarət olan burunlar bərk suxurlardan təşkil olunan burunlara nisbətdə daha tez yaranır.
Burun (dəqiqləşdirmə)
Burun
Burun boşluğu
Burun boşluğu və ya burun keçidi − üzün ortasında, burunun üst və arxa hissəsində içi hava dolu böyük bir boşluqdur. Hər boşluq iki burun dəliyindən birinin davamıdır. "Burun boşluğu" termini burunun iki tərəfinin hər birinə ayrılıqda və ya birlikdə aid edilə bilər. Hər bir burun boşluğunun yan divarı, əsasən əng sümüyündən ibarətdir. == Strukturu == "Burun boşluğu" termini burnun iki boşluğunun hər birinə və ya birləşdirilmiş iki tərəfə aid edilə bilər. Hər burun boşluğunun yan divarı əsasən çənə sümüyündən ibarətdir. Bununla birlikdə, palatin sümüyünün perpendikulyar lövhəsi, medial pterygoid lövhə, etmoid labirint və aşağı konka ilə kompensasiya olunan bir çatışmazlıq var. Paranazal sinuslar ostia adlanan kiçik deşiklər vasitəsilə burun boşluğuna bağlanır. Bu ostiaların əksəriyyəti burunla yan burun divarı vasitəsilə, yarımaysal boşluq kimi tanınan yarımaysal depressiya vasitəsilə əlaqə qurur. Fasilə yanal olaraq unsinat prosesi kimi tanınan bir proyeksiya ilə bağlanır.
Burun sümüyü
Burun sümüyü (lat. Os nasale), insan kəlləsinin üz hissəsində yerləşən, cüt, yastı, dördbucaqlıya yaxın formada olan sümüklərdir. İki burun sümüyü birləşərək burun piramidasının (lat. pyramis nasi) ön hissəsini və burun boşluğunun (lat. cavum nasi) yuxarı divarını təşkil edir. == Quruluşu == Burun sümüyü, aşağıdakı səthlərə və kənarlara malikdir: Facies externa (Xarici səth): Dəri ilə örtülü olan bu səth, yuxarıdan aşağıya və bir qədər bayıra doğru genişlənir. Səthin ortasında aşağıya doğru gedən burun sümüyü dəliyi (foramen nasale) yerləşir. Bu dəlikdən kiçik damarlar və sinir keçir. Facies interna (Daxili səth): Burun boşluğuna baxan bu səth, yuxarı hissəsində yivlidir və burun-kirpik siniri (lat. n.
Buruq ürəkotu
Buruq ürəkotu (lat. Cardamine flexuosa) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin ürəkotu cinsinə aid bitki növü. == Sinonimləri == Barbarea arisanensis (Hayata) S.S.Ying Cardamine arisanensis Hayata Cardamine debilis D.Don [Illegitimate] Cardamine decurrens Zoll. & Moritzi Cardamine drymeja Schur Cardamine duraniensis Revel ex Des Moul. Cardamine fallax var. glabra Nakai Cardamine flexuosa var. bracteata O.E.Schulz Cardamine flexuosa subsp. debilis O.E.Schulz Cardamine flexuosa var. debilis (O.E.Schulz) T.Y.Cheo & R.C.Fang Cardamine flexuosa var. flexuosa flexuosa Cardamine flexuosa var.
Burzu Əliyev
Burzu Xanqulu oğlu Əliyev (doğumu: 1965) - Ukraynanın Azərbaycan əsilli keçmiş deputatı (2006), Ukrayna Yanacaq və Energetika nazirinin keçmiş müavini (2007) və Ukrayna Alpaqut Federasiyasının prezidenti (2018). == Həyatı == Burzu Xanqulu oğlu Əliyev 1965-ci ildə Ağdam rayonunun Gülablı kəndində anadan olmuşdur. === Təhsili === 8-ci sinfi Gülablıda bitirdikdən sonra, Bakıda riyaziyyat-fizika təmayüllü məktəbdə təhsilini davam etdirmişdir. Orta məktəbi bitirdikdən sonra Ukraynanın Lvov şəhərində hərbi xidmətdə olmuşdur. Hərbi xidmətini bitirdikdən sonra Ukraynada Kiyev Politexnik İnstitutuna daxil olmuş və oranı da bitirmişdir. 2001-ci ildə isə Kiyev İqtisadiyyat Universitetini bitirmişdir. === Ailəsi === Ailəlidir, bir övladı var. == Kariyerası == Ukraynadakı ABŞ-Ukrayna şirkəti olan "ACME"-nin maliyyə departamentinin rəhbəri vəzifəsində çalışıb. Bundan sonra Ukrayna Ali Radasına deputat seçilmiş, 2007-ci ildə isə Ukrayna Yanacaq və Energetika nazirinin müavini təyin olunmuşdur. Bu vəzifədə çalışarkən Ukrayna nümayəndə heyətinin rəhbəri kimi Azərbaycanda rəsmi səfərdə də olmuşdur.
Okan Buruk
Okan Buruk (19 oktyabr 1973, İstanbul) — türk peşəkar futbol meneceri və keçmiş oyunçu. O, hazırda Super Liqa təmsilçisi "Qalatasaray"-ın baş məşqçisidir. Keçmiş yarımmüdafiəçi kimi "Qalatasaray", "İnter Milan", "Beşiktaş" və "İstanbul Başakşehir" kimi klublarda çıxış edib.
Okan Buruq
Okan Buruk (19 oktyabr 1973, İstanbul) — türk peşəkar futbol meneceri və keçmiş oyunçu. O, hazırda Super Liqa təmsilçisi "Qalatasaray"-ın baş məşqçisidir. Keçmiş yarımmüdafiəçi kimi "Qalatasaray", "İnter Milan", "Beşiktaş" və "İstanbul Başakşehir" kimi klublarda çıxış edib.
Qamış Burun
Qamış Burun (ukr. Камиш-Бурун, krımtat. Qamış Burun) — Kerç yarımadasının ucqar şərqində, Kerç şəhər sovetliyi ərazisində yerləşir. Sahillərini Kerç boğazının suları yuyur. Sahilləri hamardır. Ərazisində Nimfey şəhərciyi və Nijnı Burunski mayakı yerləşir. Şimal sahili boyunca Qamış Burun dili uzanır. Şimal-şərqində Çurbaş gölü qərarlaşır.
İncə burun
İncə burun (türk. İnce burun) — Türkiyənin Qara dəniz sahillərində ən ucqar şimal nöqtəsi. Sinop şəhərindən 18 km aralıda yerləşir. Burunda mayak vardır. Burunun ətrafında yaşayış məntəqəsi yoxdur və bütünlüklə meşə ilə örtülüdür.
Burun tutulması
Burun tutulması — burun keçidlərinin tıxanması nəticəsində yaranan vəziyyət. Ümumi səbəb qan damarlarının iltihabı nəticəsində burun boşluğunu əhatə edən membranların şişməsi. Əgər həddindən artıq selik boğazın arxasına axırsa (bu, postnazal sindrom və ya postnazal damcı sindromu adlanır), öskürək və ya boğaz ağrısı baş verə bilər. Bəzi araşdırmalar kifozun insanda inkişaf etməsini burun tutulması ilə əlaqələndirir. == Simptomları == Təxminən 85% hallarda burun tutulması burundan deyil, ağızdan nəfəs alma ilə nəticələnir. Burun tutulması müxtəlif səbəblərdən yarana bilər. Vəziyyət yüngül narahatlıqdan həyatı təhlükəyə qədər dəyişə bilər. Burun tutulması eşitmə və danışığa mane ola bilər. Əhəmiyyətli burun tutulması yuxuya mane olur, xoruldamağa səbəb ola bilər və yuxu apnesi və yuxarı tənəffüs yollarının müqavimət sindromu ilə əlaqələndirilə bilər. == Uşaqlarda burun tutulması == Yeni doğulmuş körpə burnundan nəfəs almağa üstünlük verir..
Daş burun
Daşburun bu mənaları ifadə edə bilər:
Uruz bəy
Uruz bəy —Dədə Qorqud boylarında oğuz igidlərinin ən səciyyəvi nümayəndələrindən biri. O, qorxmaz, cəsur, əyilməz bir döyüşçüdür. Uruz Qazanxanın oğludur. Atası Qazanxanın uğrunda vuruşaraq onu əsirlikdən qurtarır. Özü yağıya əsir düşəndə isə oğuz elinin şərəfini uca tutur. Anasının ləyaqətinin tapdanmaması üçün tərəddüd etmədən tikə-tikə doğranmağa razı olduğunu bildirir. Uruz anasını da namusla yaşamağa çağırır.Uruz bəy mərd namuslu bir oğuz türkü idi.
Dərinlik-buruq süxurlar
Dərinlik-buruq süxurları (DBS) - neft mədəni yerlərində kəşfiyyat quyuları qazılarkən və istismarı dayandırılmış neft quyuluranın təkrar istismarı üçün aparılan yeraltı təmir işləri zamanı yerin səthinə lay suları ilə axıdılıb çala və çökəkliklərdə toplanan şlam çöküntüləridir. == Süxur == Həmin çöküntülər ikinci cahan müharibəsi dövründə Abşeron yarımadasında süni yaradılmış çalalarda xam neftin toplanması və çökdürülməsi zamanı da əmələ gəlmişdir. Ona görə də dərinlik-buruq süxurları genezislərinə görə iki tipə ayrılırlar: Neft buruqlarının qazılması və təmiri zamanı lay suları ilə yaranan DBS; Xam neftin çıxarılıb anbarlaşdırılması və çökdürülməsi zamanı yaranan DBS. Hər iki tipə məxsus DBS neft məhsulları ilə bu və ya digər dərəcədə hopmuşlar.
Qamış Burun dili
Qamış Burun dili (ukr. Камиш-Бурунська коса) və ya "Arşınsev burnu" — Kerç yarımadasının cənub-şərqində, Qamış Burun buxtasının sahilində yerləşir. Kerç şəhərinin inzibati ərazi vahidliyinə daxildir. 1996-cı ildən burada suyun eroziya fəaliyyəti nəticəsində tikililər və evlərdə dağılmalar müşahidə edilir. 2007-ci ilin yanvarında güçlü küləyin təsiri ilə dəniz suyu «Arşınsen Balıqtəmizləmə zavodu» ASM balansında olan yataqxananı basır. Nəticədə 51 nəfər təxliyə olunur (bunlardan 8 uşaq olur). Qamış Burun dili.
Qərbi Burun vilayəti
Qərbi Keyp və ya Qərbi Kap (afrik. Wes-Kaap; ing. Western Cape; xosa. Ntshona-Koloni) — Cənubi Afrikanın cənub-qərbində vilayət. 1994-cü ildə ölkənin inzibati ərazi bölgüsündən sonra yaradılmışdır. Mərkəzi Keyptaun şəhəridir.
Şimal Burun əyaləti
Şimal Burun əyaləti (ing. Northern Cape, Afrikaanca: Noord-Kaap, Tsvana dili: Kapa Bokone, Xhosa dili: Mntla-Koloni) — Cənubi Afrika Respublikasının ən böyük, əhali sıxlığı ən az əyaləti. 1994-cü ildə keçmiş Burun əyalətinin Şimal Burun, Cənub Burun və Qərbi Burun olaraq üç yerə bölünməsi ilə qurulmuşdur. Ən böyük şəhəri və paytaxtı Kimberleydir. Əhalinin sayı(2001): 822.727. Ən seyrək nüfuzlu Cənubi Afrika Respublikası əyalətidir. Dillər: Afrikaan (% 68). Setsvana (% 20.8). Namakua Piksli ka Seme Siyanda Frankes Baard Con Taolo Qaetseve. Şimali Keyp təxminən 361.830 km2lik sahəsi ilə Cənubi Afrika Respublikasının ən geniş əyaləti və qəsəbələrin arasındakı məsafələrin böyüklüyündən ötəri da ən seyrək sahib sahib əyalətidir.
Büruç (Zəncan)
Büruç — İranın Zəncan ostanında kənd.. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Sirdan bölgəsinin Aşağı Tarım kəndistanında, Sirdan qəsəbəsindən 26 km cənub-qərbdədir.
Barum
Yuxarı Çaykənd (1991-ci ilədək Barum) – Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Kəndin əhalisi 414 nəfər təşkil edir ki, onun da 222 nəfəri kişi, 192 nəfəri isə qadındır. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq və əkinçilikdir.
Baruq
Barıq (Qoşaçay)
Berum
Berum (norv. Bærum) — Akersxus, Norveç quberniyasının kommunası. İnzibati-mərkəzi Sannvikadır.
Blutuz
Bluetooth — beynəlxalq standartlara uyğun bir telsiz ünsiyyət sistem. Bluetooth 100 metrə qədər məsafədə verilənlərin ötürülməsi və qəbuledilməsi üçün istifadə edilən texnoloji standartdır. Verilənlərin ötürülməsi və qəbul edilməsi 2400–2483,5 MHz tezlikdə qısa dalğaların radiasiyası vasitəsilə həyata keçirilir. İstehsalçılar sıx bir şəkildə bu texnologiyanı dizüstü kompüter, cib telefonu və mobil aksesuarlarda istifadə edirlər. == Tarixçə == Bluetooth sözü X əsrdə bir-birinə düşmən danimarkalı tayfaları birləşdirmiş kral I Heraldın ləqəbindən ("mavi diş") götürülmüşdür. 1994-cü ildə Ericsson şirkəti cib telefonları ilə aksesuarları arasında ünsiyyət qura biləcək ucuz və elektrik sərfi aşağı olan bir telsiz texnologiyası fikirini araşdırmaya başladı. Məqsəd rahatlıqsız, bir-birinə uyğunlaşmasız və tez-tez qəzalanan kabelli əlaqələrin yerini alan telsiz bir texnologiya inkişaf etdirmək idi. Araşdırmanın müsbət nəticələri ardından 1998-ci ildə beş şirkət (Ericsson, Nokia, IBM, Toshiba və İntel) "Special Interest Group" (SIG)ı qurdu. İndiyə qədər SIGə 3com, Lucent, Microsoft, Motorola, B&O, Volvo və Sony kimi 1900-dən artıq şirkət qatıldı. Bluetooth adı X əsrdə yaşamış Viking kralı Harald Blatand'dan ilhamlanaraq yaradılmışdır.