Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Buton
Buton — Sulavesi yarımadasından cənub-şərqdə yerləşir. İndoneziyanın ərazisinə daxildir. Ərazisi 4408 km²-dir. Ərazisinə görə dünyada 119-cu, İndoneziyada isə 19-cu yerdə gedir. == Tarixi == Koloniyalaşma dönəminə qədər Butunq adı ilə tanınırdı. Ada Ternate adasının əhatə dairəsinə daxil idi. XVI əsrdə Ternat dövlətinin mühüm mərkəzlərindən biri olmuşdur. Əsas ticarət mərkəzlərindən biri olmuşdur. == Coğrafiya == Adanın böyük hissəsi tropik meşə ilə örtülüdür. Buton dünyada iki yerdən biridir ki, burada cırtdan camış olan anoa yayılmışdır.
Alen de Botton
Alen de Botton (20 dekabr 1969, Sürix) - isveçrəli-ingilis yazıçı. Romanları bestseller olmuş, 20-dən çox dilə tərcümə olunmuşdur. Fəlsəfə anlayışını dəyişdirən yazıçının 10-dan çox romanı və hazırladığı 5 sənədli filmi vardır. == Həyatı == 20 dekabr 1969-cu ildə İsveçrənin Sürix şəhərində doğulmuşdur. Misir əsilli Qilbert de Botton və Cakelin Barquerin tək övladı idi. Alan de Botton 8 yaşına qədər Sürixdə yaşadı və bu zaman fransız ilə alman dillərini öyrəndi. 1977-ci ildə İngiltərəyə gələndə Oksfordakı Draqon məktəbində oxumağa başladı. Sonra Harrou məktəbinə getdi. Məktəbi bitirdikdən sonra Kembric Unversitetinə yollandı. == Yaradıcılığı == 1993-cü ildə ilk romanı olan "Eşq üzərində" nəşr olundu.
Ayron-Botton boğazı
Ayron Botton boğazı (ing. Iron Botton) - Mənası 'Dəmir Dib' deməkdir. Solomon dənizi akvatoriyasında yerləşir. Quadalkanal adasını Nqqela adalarından ayırır. İkinci dünya müharibəsinə qədər Silark boğaz adlanlırdı. 1942-1943 ci illərdə dünya müharibəsinin ən əhəmiyyətli döyüşləri məhz bu boğazda baş verir. Buna misal kimi Quadalkana döyüşünü göstərmək olar.
Con Burton Klilənd
Con Burton Klilənd (ing. John Burton Cleland; 22 iyun 1878 – 11 avqust 1971, Adelaida) — Avstraliya botaniki, mikoloqu, ornitoloqu, mikrobioloqu. == Elmi fəaliyyəti == Con Burton Klilənd bitkiləri, göbələklər, quşları təsnifləndirmişdir. == Əsərləri == == Şərəfinə adlandırılmış taksonlar == Clelandia J.M.Black 1932 (=Hybanthus Jacq. 1760, Violaceae) Clelandia Trappe 1979 (=Mycoclelandia Trappe & G.W.Beaton 1984, Pezizaceae) Amanita clelandii E.-J.Gilbert 1941 (Amanitaceae) Austrogautieria clelandii E.L. Stewart & Trappe 1985 (Gallaceaceae) Cortinarius clelandii A.H.Sm. 1944 (Cortinariaceae) Fomes clelandii Lloyd 1915 (=Perenniporia clelandii (Lloyd) Ryvarden 1972, Polyporaceae) Hohenbuehelia clelandii Grgur. 1997 (Pleurotaceae) Hydnangium clelandii Rodway 1924 (=Horakiella clelandii (Rodway) Castellano & Trappe 1992, Sclerodermataceae) Lachnella clelandii Hansf. 1954 (=Torrendiella clelandii (Hansf.) Spooner 1987, Sclerotiniaceae) Lactarius clelandii Grgur. 1997 (Russulaceae) Lenzites clelandii Lloyd 1919 (=Gloeophyllum trabeum (Pers.) Murrill 1908, Gloeophyllaceae) Leucopogon clelandi Cheel 1915 (Epacridaceae) Macrolepiota clelandii Grgur. 1997 (Agaricaceae) Melanoleuca clelandii Grgur.
Edvard Burton (ilahiyyatçı)
Edvard Burton (ing. Edward Burton; 1794[…] – 1836[…]) — İngiltərə ilahiyyatçısı. O, Oksfordda ilahiyyat üzrə professoru olmuşdur. == Həyatı == Edvard Burton 13 fevral 1794-cü ildə Şrusberidə anadan olmuşdur. O, mayor Edvard Burtonun oğlu olmuşdur. O, Vestminster məktəbində təhsil almışdır. Burton 15 may 1812-ci ildə Oksford Krist kilsəsinin ümumi üzvü kimi təhsil təhsil almış, növbəti il il tələbə adını qazanmış və 1815-ci ildə həm klassik, həm də riyaziyyat üzrə birinci sinif əldə etmişdir. O, 29 oktyabr 1815-ci ildə bakalavr dərəcəsini aldıqdan sonra Staffordşirin Pettenhall kuratorluğuna təyin edilmişdir. O, 28 may 1818-ci ildə magistratura təhsilini davam etdirmişdir. == Əsərləri == Onun əsərləri arasında var: ‘An Introduction to the Metre of the Greek Tragedians,’ 1814.
Bettan
Bettan (fr. Bettant) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Amberyo-an-Byuje kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01041. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 724 nəfər təşkil edirdi. == Həmçinin bax == Fransa rayonlarının siyahısı == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Bettan ilə əlaqəli mediafayllar var.
Bolton
Bolton (ing. Bolton) — Şimal-qərbi İngiltərənin Böyük Mançester bölgəsində yerləşən şəhər. XIV əsrdə flamandlar tərəfindən məskunlaşdıqdan sonra şəhər parça istehsalı mərkəzinə çevrilmişdir. Bolton XIX əsrdə İngiltərədə ən çox inkişaf edən şəhərlərdən biri olmuşdur. 1929-cu ildə şəhərdə 216 pambıq fabriki fəaliyyət göstərirdi. Lakin, dünya müharibəsi digər bütün sənaye sahələrinə olduğu kimi pambıq sənayesinə də ciddi ziyan vurdu. Birinci dünya müharibəsi ərzində İngiltərənin bütün şəhərlərində kimi Boltonda da pambıq sənayesi sürətlə tənəzzülə uğramağa başlamışdır. Mançester şəhərindən 12 km şimal-qərbdə yerləşən Bolton şəhəri tarixi olaraq Lankaşir vilayətinə məxsusdur. İngiltərə vətəndaş müharibəsi dövründə 1644-cü ildə şəhərdə Bolton qətliamı adı ilə tanınan hadisə baş vermiş, nəticədə 1,600 nəfər həlak olmuş, 700 nəfər əsir düşmüşdür. Bolton Vonderers futbol klubunun ev oyunlarını oynadığı Makron stadionu da bu şəhərdə yerləşir.
Boston
Boston — ABŞ-nin tarixi şəhərlərindən biri və Massaçusets ştatının paytaxtı. Yeni İngiltərədə ən böyük şəhər olan Boston, bölgənin iqtisadi və mədəni mərkəzi sayılır və qeyri-rəsmi olaraq Yeni İngiltərənin paytaxtı adlanır.
Bottom
Bottom (nid. De Botte) — Sabanın paytaxtı və ən böyük şəhəri. == Məsafələr == Bottomdan Amsterdama məsafə 6.993 km-dir. Bottomdan Karib Niderlandındakı digər şəhərlərə – Oranyestada məsafə 32 km, Kralendeykə isə 816 km-dir.
Britton
Nataniel Lord Britton' (ing. Nathaniel Lord Britton; 15 yanvar 1859 – 25 iyun 1934, Nyu-York, Nyu-York ştatı) — Amerika botaniki təsnifatçısı, Karib hövzəsi florasının tədqiqatçısı. Bronksda Nyu-York Botanika Bağının qurucusu və ilk direktoru. ABŞ Elmlər Akademiyasının üzvü (1914). == Brittonun şərəfinə adlandırılan taksonlar == Brittonastrum Briq., 1896 = Agastache J.Clayton ex Gronov. (Lamiaceae fəsiləsi) Brittonella Rusby, 1893 = Mionandra Griseb. (Malpighiaceae fəsiləsi) Brittonia C.A.Armstr., 1934, nom. inval. = Ferocactus Britton & Rose (Cactaceae fəsiləsi) == Elmi əsərləri == A preliminary catalogue of the flora of New Jersey — New Brunswick: Office of the survey, 1881. Catalogue of plants found in New Jersey — 1889.
Bulyon
Bulyon - Azərbaycan mətbəxinin milli yeməyi. == Zəfəranlı bulyon == === Tərkibi === Qoyun və ya mal sümüyü - 250q, baş soğan - 20q, yerkökü - 20q, cəfəri kökü - 10q, keşniş və ya şüyüd - 10q, zəfəran - 0,2q, duz. === Hazırlanma qaydası === Sümüklər yuyulur və xırda doğranır. Qazana yığılıb su ilə qızdırılır. Kəfi və üzərindəki yağ arabir yığılır, coşqun qaynamağa yol verilmir. Bulyon 5 saat bişirilir. Hazır olmağa 1-1,5 saat qalmış soğan, yerkökü, cəfəri kökü və duz qatılır. Hazır olduqdan sonra zəfəran şirəsi qatılıb süzülür. Bulyonu ətdən də hazırlayırlar. Süfrəyə verildikdə narın doğranmış göyərti əlavə edilir.
Burqon
Burqon (fr. Bourgogne, IPA: [buʁ.ɡɔɲ]) — Fransanın şərqində bir bölgədir.
Bustan
Bustan (fars. بوستان‎) — Sədi Şirazinin 1257-ci ildə yazdığı lirik əsəri. Sədi Şirazi Şərq ədəbiyyatının ən görkəmli nümayəndələri olan Nizami, Füzuli, Firdovsi, Xəyyam və Hafiz kimi əsərləri dünya mədəniyyəti xəzinəsinə daxil olan şairlərdəndir. Qədim mənbələrin dediyinə görə Sədi ölməz iki əsər və çoxlu qəzəllər, qitə və rübailər yazıb yaradıb. Sədi Şirazinin iki ən məşhur əsəri «Gülüstan» və «Bustan»dır. Hər iki əsər 1654-cü ildə alman dilinə tərcümə edilərək ilk dəfə avropalılara təqdim edilib. == Məzmun == "Bustan" lirik janrda yazılmış islami nəsihətlərdən, dini baxımdan ədliyyə, təvəzökarlıq, bərabərlik kimi keyfiyyətlərin tərifindən ibarətdir. Bundan savayı əsər dərviş mədəniyyəti haqqında məlumat verir. Faydalı nəsihətlər, zərbi-məsəllər, incə duyğularla zəngin olan bu əsərlər Yaxın və Orta Şərq xalqları arasında xüsusi şöhrətə malikdir. == Nəşr və tərcümə == Əsər Mirmehdi Seyidzadə tərəfindən Azərbaycan dilinə tərcümə edilib və Bakıda nəşr olunub.
Butuan
Butuan — Filippində şəhər. Aqusandel-Norte əyalətinin inzibati mərkəzi, Karaqa rayonunun ən böyük şəhəri. == Əhalisi == Əh. 309,7 min (2010). == Coğrafiyası == Mindanao adasının şimalında, Aqusan çayının Mindanao dənizinin Butuan buxtasına töküldüyü yerdədir. Transfilippin avtomagistralında avtomobil yolları qovşağı. Bərə yolu Mindanao adasını Manila ilə birləşdirir. Yerli dəniz portu. Aeroport. == Tarixi == İndiki Butuandan 5 km aralı olan ərazidə yaxşı vəziyyətdə qalmış ağacdan düzəldilmiş bir neçə dəniz gəmisi – “balanqay(uz.
Butros Butros-Qali
Butros Butros Qali (/ˈbuːtrɒs ˈɡɑːli/; qibt. Ⲡⲉⲧⲣⲟⲥ Ⲡⲉⲧⲣⲟⲥ-Ⲅⲁⲗⲓ, ərəb. بطرس بطرس غالي‎ Buṭrus Buṭrus Ghālī ; 14 noyabr 1922[…], Qahirə, Misir krallığı[d] – 16 fevral 2016[…], Cizə) — Misir diplomatı, 1992–1996-cı illərdə BMT-nin Baş katibi olmuşdur. 1922-ci ildə Misirdə xristian ailəsində doğulub.
Butros Butros Qali
Butros Butros Qali (/ˈbuːtrɒs ˈɡɑːli/; qibt. Ⲡⲉⲧⲣⲟⲥ Ⲡⲉⲧⲣⲟⲥ-Ⲅⲁⲗⲓ, ərəb. بطرس بطرس غالي‎ Buṭrus Buṭrus Ghālī ; 14 noyabr 1922[…], Qahirə, Misir krallığı[d] – 16 fevral 2016[…], Cizə) — Misir diplomatı, 1992–1996-cı illərdə BMT-nin Baş katibi olmuşdur. 1922-ci ildə Misirdə xristian ailəsində doğulub.
Beton
Beton (frans. béton) — təbii daşın tikintidə yaratdığı çətinlikləri aradan qaldırmaq üçün istifadə olunan süni daş material. Beton səmərəli şəkildə seçilmiş, əsaslı qarışdırılmış və sıxlaşdırılmış tərkibli hər hansı bir mineral yapışdırıcı, doldurucu, su və bəzən xüsusi əlavələrdən ibarət qarışığın bərkiməsi nəticəsində yaranır. Bərkiməsindən öncə bu komponentlərin qarışığı beton qarışığı adlanır. Bu qarışıq müxtəlif tərkiblərə bölünür. Su və yapışdırıcı beton tərkibində əsas və aktiv maddələrdir. Onların kimyəvi qarşılıqlı təsiri nəticəsində yapışqan xəmir konsistensiyalı (sement xəmiri, sement südü) yeni birləşmə yaranır. Həmin birləşmə xırda və iri doldurucunun dənələrini nazik layla bürüyür. Bir müddət keçdikdən sonra dənələri sıxlaşdıraraq bu birləşmə bərkiyir və beləliklə beton qarışığı möhkəm monolit daşa — betona çevrilir. Doldurucular (qum, ələnti, qırmadaş, çınqıl və s.) betonun tərkibinin 80–85%-dək təşkil edir və sıxılmanın qarşısını alaraq betonun möhkəm skeletini yaradır.
Butan
Butan (dzonqxa: Druk Yul) və ya rəsmi adı ilə Butan Krallığı (dzonqxa: Druk Yul Kap — Əjdaha ölkəsi) — Cənubi Asiyada dövlət. Butan şimal və şimal-qərbdə Çin, cənub, cənub-qərb və şərqdə Hindistanla həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Thimphu şəhəri, ümumi sahəsi 38,394 kvadrat kilometrdir. Butanın dənizə çıxışı yoxdur. == Ümumi məlumat == Cənubi Asiyada dövlət. Şimal-qərbdə və şimalda Çinlə, cənub-qərbdə, cənubda və şərqdə Hindistanla həmsərhəddir. Sah. 46,65 min km². Əh. 758,7 min (2013).
Andre Breton
== Həyatı == Tibb təhsili alarkən I Dünya Müharibəsinin başlamasıyla hərbi xidmətə alındı. Öz istəyiylə II.Ordunun ruh və sinir xəstəlikləri mərkəzinə təyin edildi. O vaxt çox az tanınan Ziqmund Freydin üsullarını klinik olaraq istifadə etmə imkanını tapdı. Bu aralıq tanıdığı nihilist Jak Vachedən çox təsirləndi. Giyom Apolliner ilə tanış oldu. Parisə qayıtdıqdan sonra, 1919-cu ildə Lui Araqon, Filipp və Şoupolt ilə "Littérature" adlı jurnalı qurdu və ilk kitabı Mont da Piéte' ye (Pieta Təpəsi) işıq üzü gördü. Şoupolt ilə birlikdə écriture automatique (avtomatik yayı) üsuluyla Les champs magnetiques (Maqnit Sahələr) adlı xüsusi mətni bu jurnalda yayimladı. Bu üsulun məqsədi şüuraltı bütün xarici təsirlərdən xilas olub, özünü azadca ifadə etmə imkanı yaratmaqdı. 1921-də Vyanaya gedib Freydlə tanış oldu. 1921-də Simone Kan ilə evləndi.
Boston Celtics
Boston Celtics Massaçusets əyalətinin Boston şəhərini təmsil edən peşəkar basketbol klubudur. NBA-də Şərq Konfransında, Atlantik Grupunda yer alır. 17 çempionluq ilə ABŞ Milli Basketbol Liqasında (NBA) ən çox çempion olan komandadır. Oyunlarını Boston şəhərində olan TD Gardendə oynayır. == Tarixi == === İlk İlləri === Boston Celtics, 1946-cı ildə NBA qurulmadan öncə Amerika Basketbol Asosassiyası (BAA) liqası komandası olaraq quruldu. Daha sonra NBAnın yaranması ilə, NBAnın ilk klublarından biri oldu. Önəmli oyunçusu Bob Cousy başçılığında uğurlu sezonlar keçirtdi. === Bill Russell dövrü === 1956-cı ildə Bill Russellı heyətinə qatan klub bu oyunçunun böyük əməyi olan bir çox önəmli uğurlara imza atmışdır. Bill Russell ilə ilk sezonda St. Louis Hawksı 7 oyun sonunda qalib gələrək ilk çempionluğunu qazandılar.
Boston Kolleci
Boston Kolleci (ing. Boston College) — ABŞ-nin Massaçusets ştatının Boston şəhərində yerləşən özəl universitet. == Reytinqi == U.S. News & World Report nəşri tərəfindən hazırlanan «America’s Best Colleges 2008: National Universities» siyahısında 35-ci yeri tutur.
Boston Seltiks
Boston Celtics Massaçusets əyalətinin Boston şəhərini təmsil edən peşəkar basketbol klubudur. NBA-də Şərq Konfransında, Atlantik Grupunda yer alır. 17 çempionluq ilə ABŞ Milli Basketbol Liqasında (NBA) ən çox çempion olan komandadır. Oyunlarını Boston şəhərində olan TD Gardendə oynayır. == Tarixi == === İlk İlləri === Boston Celtics, 1946-cı ildə NBA qurulmadan öncə Amerika Basketbol Asosassiyası (BAA) liqası komandası olaraq quruldu. Daha sonra NBAnın yaranması ilə, NBAnın ilk klublarından biri oldu. Önəmli oyunçusu Bob Cousy başçılığında uğurlu sezonlar keçirtdi. === Bill Russell dövrü === 1956-cı ildə Bill Russellı heyətinə qatan klub bu oyunçunun böyük əməyi olan bir çox önəmli uğurlara imza atmışdır. Bill Russell ilə ilk sezonda St. Louis Hawksı 7 oyun sonunda qalib gələrək ilk çempionluğunu qazandılar.
Boston Universiteti
Boston Universiteti (ing. Boston University) — ABŞ-nin Massaçusets ştatının paytaxtı Boston şəhərində yerləşən özəl ali təhsil müəssisəsi; ölkənin ən aparıcı ali təhsil ocaqlarından biridir. == Tarixi == Boston Universitetinin tarixi 1839-cu ildə yaradılmış Vermont ştatında yerləşən Nyuberi Bibliya İnstitutundan başlayır. 1847-ci ildə Nyu-Hempşir ştatının Konkord şəhərində fəaliyyət göstərən konqreqasiya cəmiyyəti (kilsə icmaları birləşməsi) Nyuberi Bibliya İnstitutunu öz şəhərlərinə dəvət edir. İnstitut 1200 nəfəri yerləşdirə biləcək kilsə binasına köçür. Nyuberi Bibliya İnstitutu Konkord şəhərində 20 il fəaliyyət göstərir. 1867-ci ildə institut Massaçusets ştatının Boston şəhərində Piknik-strit 23-ə köçür və burada Boston İlahiyyat İnstitutu adı altında fəaliyyət göstərir. 1869-cu ildə Massaçusets ştatının Qanunvericilik Şurasının qərarına əsasən Nyuberi Bibliya Universitetinə Boston Universiteti adı verilir. Universitetin yaranmasında üç şəxsin — İsaak Riç, Li Klaflin və İakov Sliperin böyük rolu olur. Hazırda universitetdə onların adlarını daşıyan yataqxanalar fəaliyyət göstərir.
Boston marafonu
Boston marafonu (ing. Boston Marathon) - Amerika Birləşmiş Ştatlarının Massaçusets ştatının Boston şəhərində hər il ənənəvi formada təşkil olunan yürüş marafonu. Marafon eyni zamanda ABŞ üçün mühüm olan günlərdən biri Vətənpərvərlər günün şərəfinə keçirilməkdədir. İlk dəfə Boston marafonu 1897-ci ildə keçirilib. 1897-ci ildən marafonun təşkili məsələləri ilə Boston Atletika Assosiasiyası məşğul olmaqdadır. Ümumiyyətlə bu kütləvi yarış Massaçusets ştatı ərzisində keçirilən əsas idman bayramlarından biri hesab olunur. Hər il ortalama 500 mindən çox tamaşaçı tərəfindən canlı izlənilən marafon New England tarixi bölgəsində baş tutan ən böyük idman tədbiridir. İlk dəfə (1897) 18 marafonçu ilə keçirilən yarışa 2015-ci ildə 30.251 nəfər qeydiyyatdan keçmişdir. 1996-cı ildə Boston marafonu dünyanın ən böyük iştirakçılı marafonu seçilmişdir. Belə ki, həmin il 38.708 nəfərin qeydiyyatdan keçdiyi, 36.748 nəfərin yarışa qoşulduğu və 35.868 nəfərin isə finiş xəttinə çatdığı yarış dünya rekordu sıralamasına daxil olmuşdur.
Breton Dili
Bröton dili - Hind-Avropa dillərinin kelt qrupuna daxil olan dil.
Buteo buteo
Adi sar (lat. Buteo buteo) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin əsl sar cinsinə aid heyvan növü.
Buteo
Əsl sar (lat. Buteo) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan cinsi.