PUSH

push1

n 1. itələmə; təkan; to give a ~ itələmək; He gave me a violent push in the back O məni daldan / arxadan bərk itələdi; 2. təzyiq; təzyiq etmə, basma, sıxma; the ~ of a crowd xalqın / camaatın təzyiqi;

◊ to be put to the ~ ciddi sınağa məruz qalmaq, ciddi sınaqdan keçmək

push2

v 1. itələmək; to ~ smb. / smth. bir kəsi / şeyi itələmək; Someone pushed me Kimsə məni itələdi; 2. itələyib / basıb keçirtmək, dürtmək; to ~ a cork into a bottle probkanı butulkaya dürtmək; 3. itələyib / yarıb keçmək; He pushed through the crowd O, camaatı / izdihamı yarıb keçdi; 4. qovmaq, bərk sürmək (atı), sürətləndirmək; to ~ the vessel gəminin sürətini artırmaq; 5. basmaq; to ~ the button düyməni basmaq; Don’t push against the fence, it will give way Hasan basma / basmayın, uçacaq; 6. təzyiq göstərmək; təkid / israr etmək; We are pushed for an answer Bizdən təkidlə cavab istəyirlər; 7. əldə etmək, nail olmaq; əldə etməyə çalışmaq; to ~ one’s claims öz tələblərində təkid etmək; 8. köməklik göstərmək, himayədarlıq / himayə etmək (bir kəsə); to ~ a friend dosta köməklik / himayədarlıq etmək; 9. keçirmək; to ~ the war into the enemy’s country müharibəni düşmənin ölkəsinə keçirmək;

◊ to ~ one’s way həyatda özünə yol açmaq; to ~ to the wall divara dirəmək / qısnamaq; to ~ one’s luck bəxtini / taleyini sınamaq

PUS
PUSHCART
OBASTAN VİKİ
PTT (Push to talk)
PTT (Push to talk) — bir istiqamətdə siqnal göndərmək üçün, ikitərəfli radiointerfeys ilə təmin olunmuş əlaqə növüdür. Bu telefonlarda ratsiya funksiyasını daşıyan şəbəkədir. Danışıq siqnallarını göndərmək və qəbul etmək üçün telefonda lazım olan düyməni sıxmaq lazımdır. Bu isə hamımızın yaxşı tanıdığı radio əlaqə qurğusunu (rus dilində: Рация) xatırladır. == Mobil əlaqədə PTT funksiyası == PTT telefonlar üçün ilk əlaqə standartlarındna biri sayılır. İlk telefon qurğularında operatorla əlaqə saxlamaq üçün istifadəçi PTT düyməsini basılı saxlayırdı. Bundan sonra operator ilə əlaqə yaranırdı və istifadəçidən zəng etmək istədiyi, yəni əlaqə saxlamaq istədiyi nömrə soruşulurdu və bundan sonra nömrələr arasında əlaqə yaradılırdı. Vahid mərkəz ilə əlaqə saxlamaq bu üsulun əsas prinsiöi sayılır. Bundan sonra vahid mərkəz sizi lazım olan nömrəyə yönəldir. Bu zaman iki abonent arasında kanal məşğul vəziyyətdə olur.
Pushback
Park mövqeyindəki təyyarənin , yedəkləyici maşın vasitəsi ilə dayanacaqdan göstərişə uyğun sürmə yolu üzrə maşurut xəttinə çıxarılmasına deyilir. Müasir dövrdə yedəkləyici maşınların xüsusi konstruksiya ilə hazırlanması imkan verir ki, yedəkləmə (pushback) vaxtı ayrıca yedəkdən istifadə olunmasın. Bu halda yedəkləyici maşınların ön hissəsində təyyarənin qabaq şassisini maşına bağlayan xüsusi konstruksiya olur. Lakin sadə yedəkləyici maşınlar vasitəsi ilə yedəkləmə həyata keçirilərsə mütləq şəkildə yedək (towbar) istifədə olunur. Yedəyin bir tərəfi təyyarənin ön şassisinə xüsusi bərkidilmə üsuli ilə bağlanır hansı ki, həmin hissə buna uyğun düzəldilir. Digər tərəfi isə yedəkləyici maşına bərkidilir. Bu prosesi təlim keçmiş və icazəsi olan perron xidməti üzrə personal həyata keçirə bilər. Yedəkləmə müddətində perron xidməti üzrə personal təyyarənin və ya helikopterin təhlükəsiz bir şəkildə yedəklənməsinə cavabdehdir. Buna görə də həmin xidməti personal xüsusi danışıq vasitəsi ilə (headset və ya zərurət yarandığı halda simsiz rabitə vasitəsilə) yedəkləmə bitənə qədər uçuş heyəti ilə əlaqədə olur.