Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Cırdala
Cırnatma
Dolama — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. Bu oyunu əsas hallarda uşaqlar dəstələrə bölünərək oynayırlar. Bəzən bu oyunu iki uşaq arasında da keçirilir. Hətta kiçik yaşlı uşaqlar bir-birini dolamaq (sataşmaq və cırnatmaq) məqsədilə bu oyunun sözlərindən (dolamadan) istifadə edirlər. Əvvəlcə dəstəbaşılar seçilir. Dəstəbaşı iki cür təyin olunur: ya onları oyunçular özləri seçirlər, ya da ümumin razılığı ilə (oyunda və uşaqlar arasında müəyyən keyfiyyətləri fərqlənənləri), çox hallarda isə (əgər oyunçular bir-birini tanımırlarsa) püşk yolu ilə seçirlər. Dəstələrə bölünərək oynanılan bu oyunu başlamaq üçün halay yolu ilə uşaqlar dəstələrə bölünürlər. Dəstələr bir-birindən bir neçə addım aralı dayanır. Dəstələrdən biri sanama üsulu ilə oyuna başlayır. Növbə ilə bir-birinə dolama söyləməklə oyun aşağıdakı kimi davam edir: Hansı dəstə dolama tapıb deyə bilməsə həmin dəstə oyunda uduzmuş olur.
Circaea
İkiləçək (lat. Circaea) — yağıotukimilər fəsiləsinə aid bitki cinsi. İkiləçək:The Plant List saytında takson barədə məlumat.
Viraya
Waitzia (lat. Waitzia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Leptorhynchos sect. Viraya (Gaudich.) DC. ex Pfeiff. Helichrysum sect. Waitzia (J.C.Wendl.) Baill. Aphanorrhynchus sect. Morna' (Lindl.) Rchb. ex Pfeiff. Leptorhynchos sect.
Circaea cordata
Ürəkvari ikiləçək (lat. Circaea cordata) — i̇kiləçək cinsinə aid bitki növü.
Həsən Pirniya
Həsən Pirniya (fars. حسن پیرنیا‎ , D.1872 – Ö.08/11/1935) – İranın baş naziri, Müşirüddövlə, tarixçi, siyasətçi. Həsən Pirniya 1872-ci ildə Nayində anadan olmuşdur. Rusiyada hüquq təhsili aldıqdan sonra İrana qayıdan Həsən Pirniya, 1902-ci ildə Rusiyada diplomat kimi fəaliyyət göstərməyə başladı. Daha sonra İranda müxtəlif yüksək vəzifələrdə çalışan Hasan Pirniya 4 dəfə İranın baş naziri təyin edilmişdir. Həsən Pirniya, İranın qədim tarixi, 3 ciliddə Ghani, Cyrus, Iran and the Rise of Reza Shah: From Qajar Collapse to Pahlavi Power (I. B. Tauris: London, 2000). ISBN 1-86064-629-8 Jane Lewisohn, Flowers of Persian Song and Music: Davud Pirniā and the Genesis of the Golhā Programs, Journal of Persianate Studies, Vol. 1, No. 1, pp.
Çarqaya dağı
Çarqaya dağı - Ordubad rayonu ərazisində dağ (hünd. 1372,9 m). Zəngəzur silsiləsindən cənub-qərbə ayrılan Dəmirlidağ-Göydağ qolunun cənub istiqamətli Gəvək şaxəsində, Arpadərəçay-Gilançay suayırıcısında zirvə. Biləv kəndindən 2 km qərbdədir. Orta Eosenin Lütet mərtəbəsinə aid Biləv lay dəstəsinin maili yatan vulkanogen-çökmə süxurlarından təşkil olunmuş yastı zirvəli günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentində, eyniadlı əyilmənin mərkəzi strukturu olan Şurud-Vənənd sinklinalının cənub-qərb qanadını mürəkkəbləşdirən ikincidərəcəli maili sinklinalın nüvgə hissəsində yerləşir.
Çistaya Banka
Çistaya Banka (rus. Чистая Банка) — Xəzər dənizinin şimal-şərqində yerləşir. Züdev adasından 27 km cənubda, Volqa çayı deltasında yerləşir. Çistaya Banka adasının uzunluğu 6 km, eni isə 4 km təşkil edir. Ada inzibati cəhətdən Həştərxan vilayəti ərazisinə daxildir. Çistaya Banka adası ərazisində qədim İdil şəhəri mövcud olmuşdur. Tarixçi Konstantin Nikolayeviç kosmosdan baxış zamanı adada şəhər qalıqlarını aşkarlamışdır.
Georgi Çitaya
Georgi Spridonoviç Çitaya (gürc. გიორგი სპირიდონის ძე ჩიტაია;23 noyabr (5 dekabr) 1890, Poti, Kutaisi quberniyası – 24 avqust 1986, Tbilisi) — alim-etnoqraf və tarixçi, Tbilisi Açıq Hava Etnoqrafiya Muzeyinin yaradıcısı. O, gürcülərin və Qafqazın digər xalqlarının etnogenezini, maddi və mənəvi mədəniyyətini öyrənmişdir. O, kənd təsərrüfatı sistemləri və alətlərini, eləcə də Zaqafqaziyanın kəndli memarlığını öyrənmişdir. Çitaya etnoqrafiyanın ümumi problemləri ilə məşğul olmuş, etnoqrafik tədqiqatların ümumi metodologiyasını işləyib hazırlamışdır. Georgi Çitaya 1907-ci ildə şəhər məktəbini bitirmiş, sonra Tiflis şəhərindəki kişi gimnaziyasında təhsilini davam etdirmişdir. 1911-ci ildə Peterburq İmperator Universitetinin şərq fakültəsinin erməni-gürcü bölməsinə daxil olmuşdur. O, 1913-cü ildə Köniqsberq Universitetinə daxil olur. O, məşhur alman şərqşünası Karl Brokkelmanın mühazirələrində iştirak edir. G.Çitaya, Sankt-Peterburq Universitetinin dosenti İvan Aleksandroviç Cavaxişvilinin rəhbərliyi altında etnologiyanın əsaslarını öyrənmişdir.
Semyonovka çayı (Çyornaya)
Semyonovka çayı — Rostov vilayəti ərazisindən axan çay. Çyornaya çayı Çyornaya çayının sol qolunu təşkil edir. O isə öz növbəsində Çir çayına tökülür. Bu çaylar Don çayının hövzəsini təşkil edir. Çyornaya çayının mənsənibə 23 km qalmış ona tökülür. Çyornaya çayının uzunluğu 15 kilometr təşkil edir. Hövzəsinin sahəsi isə 184 km²-dir. Çay sistemi: Semyonovka → Çyornaya → Çir → Don → Azov dənizi. Semyonovka çayı öz başlanğıcını Rostov vilayətinin Şoloxov Sinqinovski xutorunun cənub-şərqindən götürür. Sonradan rayon əhəmiyyətli yolu keçdikdən sonra Maksaevski və Krujilinski xutoru ərazisindən axır.
Çyornaya çayı (Çir)
Belaya çayı — Rostov vilayəti ərazisindən axan çay. Çyornaya çayı Çir çayının sol qolunu təşkil edir. O isə öz növbəsində Don çayına tökülür. Kaqalnik çayının mənsənibə 246 km qalmış ona tökülür. Çyornaya çayının uzunluğu 48 kilometr təşkil edir. Hövzəsinin sahəsi isə 506 km²-dir. Mənsəbində hündürlük 90 m təşkil edir. Çay sistemi: Çyornaya → Çir → Don → Azov dənizi. Çyornaya çayı öz başlanğıcını Rostov vilayətinin Şoloxov rayonu Verxnetokinski xutorundan götürür. Sonradan isə Çukarinski və Krujilinski xutorları arasındakı yoldan keçir.
Aytun Çıray
Aytun Çıray (1957, Bayındır, İzmir ili) — TBMM XXIV, XXV, XXVI, XXVII çağırış millət vəkili, İYİ Partiyanın baş katibi, Türkiyə səhiyyə nazirinin müşaviri, həkim və siyasətçi. Aytun Çıray 1957-ci ildə anadan olmuşdur. Egey Universiteti Tibb fakültəsini bitirib. Daxili xəstəliklər üzrə rezidentura təhsili almışdır. 1989-cu ildə başhəkim olmuşdur. Fransızca bilir. Aytun Çıray müəyyən dövrlərdə səhiyyə nazirinin müşaviri, baş nazirin müşaviri, PETKİM, ERDEMİR və İSDEMİR İdarə Heyətlərinin üzvü olmuşdur. ERENCO şirkətinin İdarə Heyətinin sədri olmuşdur. Dünya Bankı 2. Səhiyyə Layihəsi Krediti Müqaviləsi danışıqlarına Türkiyə adından rəhbərlik edib.
Minaya davamlı pusquya qarşı qorunan vasitə
MRAP (ing: Mine Resistant Ambush Protected), ABŞ tərəfindən hazırlanmış zirehli, minaya davamlıdır və pusquya qarşı effektiv müdafiə təmin edən döyüş maşınıdır. Yol kənarında yerləşdirilmiş bombalardan içərisindəki şəxsi heyətini qorumaq üçün “V” şəkilli bir gövdəsi olan yüksək şassili nəqliyyat vasitələri, gərgin münaqişə regionlarına belə təhlükəsiz şəkildə şəxsi heyəti çatdıra və ya şəxsi heyəti həmin yerdən çıxartmağı təmin edə bilirlər. Fərqli növləri vardır: 4x4 və 6x6. Avtomobilin çəkisi və ölçüləri nəzərə alınmaqla 3 ayrı kateqoriyaya bölünür. Türkiyə Silahlı Qüvvələri tərəfindən istifadə olunan MRAP vasitələri BMC Sanayi ve Ticaret A.Ş. və Nurol Holdinq tərəfindən istehsal olunur.