Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ciraquz
Çiraquz — Azərbaycan Respublikasının Xocavənd rayonunun Çiraquz kənd inzibati ərazi dairəsində kənd. 2 oktyabr 1992-ci ildən 15 oktyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Çiraquz kəndi 15 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Oykonim Çiraqlı, Ciraqlar toponimlərinin variantı olub, "ciraq tayfası yaşayan kənd, çiraqlılara məxsus kənd" deməkdir. == Tarixi == === Tarixi abidələri === Çiraquz kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Kənd Qarabağ silsiləsində yerləşir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə təhsil müəssisəsi mövcud deyil. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Virtuoz
Virtuoz (ital. virtuoso; lat. virtus – hünər, istedad) — musiqi əsərlərini texniki və bədii cəhətdən sərbəstliklə və məharətlə ifa edən musiqi ifaçısı.
Birgöz
Birgöz (lat. Ligustrum) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinə aid bitki cinsi. == Təbii yayılması == Yarpağıtökülən, yaxud həmişəyaşıl kollar, bəzən ağaclardır (hünd. 10 m-ədək). Yarpaqları qarşılıqlı, sadə, ellipsşəkilli, tamkənarlıdır. Süpürgəvarı və ya salxımvarı, təpə, yaxud qoltuq çiçək qrupunda birləşən çiçəkləri xırda, ağ, ətirli, çiçək tacı bitişikləçəklidir. Meyvələri qara giləmeyvəyəbənzər çəyirdəkmeyvədir. Çiçəyində efir yağı, qabıq və yarpağında aşı maddəsi olur. Avrasiyanın mülayim və tropik zonalarında yayılmış təqribən 50 növü məlumdur. Müxtəlifrəngli yarpaqları olan bir çox bağ forması və sortları var.
Famil Çıraqov
Famil Musa oğlu Çıraqov (1958, Qoçulu, Bolnisi rayonu) — Bakı Dövlət Universiteti, kimya elmləri doktoru, professor, «Analitik kimya» kafedrasının müdiri. == Həyatı == Çıraqov Famil Musa oğlu -1958-ci ildə Gürcüstan respublikasının Bolnisi rayonunun Qoçulu kəndində anadan olub. 1984-cü ildə Bakı Dövlət Universitetinin kimya fakultəsini bitirmiş, 1987-ci ildə namizədlik, 1999-cu ildə isə doktorluq dissertasiyasını müdafiə etmişdir. == Elmi fəliyyəti == 1987-ci ildə «Benzoy turşusunun p-törəmələrinin manqan(II), kobalt(II) və nikellə(II) əmələ gətirdiyi kompleks birləşmələrin sintezi, quruluşu və xassələri» mövzusunda namizədlik, 1999-cu ildə isə «Metalların b-diketonların törəmələri ilə kompleks birləşmələri: sintezi, quruluşu, xassələri və analitik tətbiqi» mövzusunda 02.00.01 və 02.00.02 indeksləri ilə doktorluq dissertasiyasını müdafiə etmişdir. 2004-cü ildən «Analitik kimya» kafedrasının professoru, 2006-cı ildən isə müsabiqə yolu ilə həmin kafedranın müdiri vəzifəsinə seçilmişdir. O fakultə ekspert və elmi şuralarının, D.02.011 şifrli 02.00.02, 02.0003, 02.0004 ixtisasları üzrə Diissertasiya Şurasının üzvüdür. Onun elmi-pedoqoji fəaliyyəti 420-dən çox elmi əsərdə, o cümlədən 14 müəlliflik şəhadətnaməsi, 10 kitab, 2 tərcümə və bir sıra redaktə etdiyi dərs vəsaiti və dərslikdə öz əksini tapmışdır. Onun rəhbərliyi altında 16 kimya elmlər namizədi yetirmiş və çoxlu sayda dissertasiyalara rəsmi opponent olmuşdur. O, II-ci kursda «Analitik kimya» magistraturada isə «Optiki analiz metodu» və «Kompleks birləşmələrin analitik kimyada tətbiqi» fənnlərindən mühazirələr oxuyur. O. Moskva, Voronej, Tbilisi Dövlət Universitetləri ilə sıx əlaqə saxlayır.
Məmməd Çıraqov
Məmməd İsa oğlu Çıraqov (21 iyun 1938, Qoçulu, Lüksemburq rayonu – 15 fevral 2022) — Geologiya-mineralogiya elmlər doktoru, BDU Kristalloqrafiya, mineralogiya və geokimya kafedrasının müdiri, professor. == Həyatı == 21 iyun 1938-ci ildə Gürcüstan Respublikasının Bolnisi rayonunda anadan olmuşdur. 8 illik məktəbi Qoçuluda, orta məktəbi Arıxlıda bitirib. Həmin il Azərbaycan Dövlət Universitetinə daxil olmuş və 1962 ci ildə kristalloqrafiya ixtisası üzrə Universiteti bitirmişdi. Həmin ildə Azərbaycan Elmlər Akademiyasının Kimya İnstitutunda Xudu Məmmədovun rəhbərlik etdiyi kristallokimya laboriyasında işə başlayır. 1965-ci ildə aspiranturaya qəbul olmuş, SSRİ Elmlər Akademiyasının Sibir Şöbəsinin Qeyri-üzvi Kimya İnstitutuna göndərilmişdir. 1969-cu ildə Moskva Dövlət Universitetində namizədlik dissertasiyası müdafiə etmişdir. Geologiya-Mineralogiya sahəsi üzrə elmi dərəcə almışdır. 1969 cu ildə Bakıya qayıdıb EA-nın Qeyri-üzvi və Fizika-Kimya İnsitutunda işə başlayıb. SSRİ EA Sibir şöbəsində aspiranturanı bitirib.
Adi birgöz
Adi birgöz (lat. Ligustrum vulgare) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin birgöz cinsinə aid bitki növü. == Sinonimləri == Ligustrum album Gueldenst. ex Ledeb. Ligustrum angustifolium Gilib. [Invalid] Ligustrum decipiens Gand. Ligustrum insulare Decne. Ligustrum insulense Decne. Ligustrum italicum Mill. Ligustrum lodense Glogau Ligustrum oviforme Gand.
Birgöz Ballıqaya
Yuxarı Ballıqaya — Azərbaycan Respublikasının Goranboy rayonunun Yuxarı Ağcakənd qəsəbə inzibati ərazi dairəsində kənd. == Tarixi == Kənd 1990-cı ildə ermənilərin hücumları zamanı dağıdılmışdır. == Toponimikası == Ballıqaya kəndi Quruçayın sahilində, dağ yamacındadır. Keçmiş adı Birgöz Ballıqaya olmuşdur. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 58 nəfər əhali yaşayır.
Girdəyarpaq birgöz
Girdəyarpaq birgöz (lat. Ligustrum ovalifolium) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin birgöz cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Yaponiya və Koreyadır. Fransa, İspaniya, İtaliya, Meksika, Kosta-Rika, Qvatemala, Honduras, Kanadanın Ontario əyaləti, ABŞ və Böyük Britaniyada yayılmışdır. == Botaniki təsviri == İsti rayonlarda həmişəyaşıl və ya yarımhəmişəyaşıl koldur. Hündürlüyü 3-4 m-dir. Qalın, ətli yarpaqların üstü yaşıl, alt tərəfi yaşıl-sarıdır. Yayın ortalarında çiçəkləyir, bol ağ çiçəklərinin güclü qoxusu vardır. Çiçəkləri süpürgəyə yığılmışdır. Onların dörd qıvrım ləçəkləri və iki hündür, sarı və ya qırmızı tozcuğu olan erkəkcikləri vardır və onların arasında alçaq dişicik yerləşir; çiçək mayalandıqdan sonra ləçəkləri və erkəkcikləri tökülür və dişicik borucuğun kasacığında qalır.
Parlaq birgöz
Parlaq birgöz (lat. Ligustrum lucidum) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin birgöz cinsinə aid bitki növü. == Təbii yayılması == Təbii halda Çində, Yaponiyada və Koreyada bitir. == Botaniki təsviri == Hündürlüyü 6 m-ə çatan, şaxələnmiş çətirli koldur. Yarpaqları 15 sm uzunluqda olub, uzunsov-yumurtavari, kənarlardan nisbətən burulmuş formada, üstdən tünd yaşıl, altdan açıq yaşıl rəngdə, parlaqdır. Çiçəkləri ətirli, ağ rəngli, oturaq və uzunluğu 18 sm olan süpürgə çiçək qrupuna toplanmışdır. Çiçəkləməsi may ayında başlayır və təxminən 3 ay davam edir. == Ekologiyası == Meyvələri xırda, tünd göy rəngli, yumru və ya yumurtaşəkilli, sentyabr-oktyabr aylarında yetişir. Torpağa tələbkar, istisevən və kölgəyə davamlıdır. == Azərbaycanda yayılması == Rayonlarda park və bağlarda rast gəlinir.
İrigöz kilkə
İrigöz kilkə (lat. Clupeonella grimmi) — Xəzər dənizində yaşayan endemik növdür. == Yayılması == İrigöz kilkə Cənubi və Orta Xəzərin 40-50- m-dən yuxarı (200–500 m və daha çox) dərinliklərində yayılmışdır.Belə sahələr Xəzər dənizinin ümumi sahəsinin 50% - dən çoxunu (200 min km2 ) təşkil edir. İrigöz kilkə üst qatlardan çəkinərək Xəzərin daha dərin qatlarında yaşamağa uyğunlaşdığından dənizdə neft çıxarılan ərazilərdə (müqavilə sahələrində) daha çox təsadüf edilir. Mövsümlə əlaqədar olaraq irigöz kilkə areal daxilində müntəzəm olaraq öz yerini dəyişir. Belə ki, qış - yaz mövsümündə irigöz kilkə Cənubi Xəzərin şimali-qərbində və şərq hissəsində, payız mövsümündə isə Cənubi və Orta Xəzərin şimali - qərbində külli miqdarda toplanır. Adi və ançousabənzər kilkə növlərinə nisbətən irigöz kilkənin başı böyük, gözləri iri, üzgəcləri isə uzun olur. İrigöz kilkə digər kilkələrlə yanaşı Xəzər ixtiofaunasmm vətəgə əhəmiyyətli ən kiçik balıqlarından olub, uzunluğu 45–120 mm-ə, nadir hallarda isə 150 mm-ə çatır. == Morfoloji əlamətləri == D 12-18, orta hesabla 14,8, A 18-21, qəlsəmə dişiciklərini sayı 43-51, orta hesabla 47,4, omurğa pulcuqlarının ümumi sayı 21-30, orta hesabla 26,0-dır. Başı hündür və böyükdür, başının uzunluğu bədən uzunluğunun 23,5%-dən çoxdur.
İrigöz siyənək
İrigöz siyənək (lat. Alosa brashnikovi autumnalis) — siyənəkkimilər fəsiləsinin az saylı növüdür. == Yayılması == Xəzər dənizində yayılmışdır. Azərbaycanda əsasən Cənubi Xəzərin qərb sahil sularında yayılmışdır. Yay fəsilində Yalama Dəvəçi və Giləzi kəsimlərində yayıldığı müşahidə edilmişdir. == Morfoloji əlamətləri == D III-IV (V) 13 - 15, ümumi sayı 16 - 19 (18.0), A (II) III (IV) 16 - 20 (18.5), ümumi sayı 19 - 23 (21.5), qəlsəmə dişciklərinin sayı 25 - 36 (30.0), gövdə fəqərələrin sayı 49 - 52 (50.5), quyruq fəqərələrin sayı 33 - 35 (33.9)-dir. Dişciklər kobud, yastı, əyriüyrü və qəlsəmə yarpaqcıqlarından bir qədər uzundur. Başı və bel tərəfi yaşıl rəngə çalır. Uzunluğu 41 sm-ə qədər olur. == Yaşayış yeri və həyat tərzi == Dəniz siyənəyi olub, çoxalmaq üçün şirin sulara girmir.
İrigöz tunes
İrigöz tunes (lat. Thunnus obesus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin skumbriyakimilər dəstəsinin skumbriyalar fəsiləsinin tunes cinsinə aid heyvan növü. Əhəmiyyətli bir ticari balıq olan İrigözlü tunes , isti və ilıq dənizlərin açıqlarında tapılar, amma Aralıq dənizidə tapılmaz. Boyu 60-250 sm olar. Başı və gözləri digər tunes böyükdür. Bədənlərinin üst qisimi tünd əmtəəlik mavi, qarınına doğru boz ya da ağlaşar. Kürək və anal üzgəcləri sarı rəngdir. İrigözlü tunes bir çox fərqli balıq növləri yumşaqcalar və qabıqlılar ilə bəslənər.
İrigöz şişqarın
İrigöz şişqarın (lat. Alosa saposchnikowii) — siyənək cinsinin nümayəndəsidir. == Yayılması == Orta və Şimali Xəzərin qərb sahillərinə yaxın yayılmışlar. Cənubi Xəzərdə az miqdarda təsadüf olunur. == Morfoloji əlamətləri == Bədəni uzunsov-hündürdür. Bel üzgəcində 12–15, anal üzgəcində 15–21 şüa var, qəlsəmə dişcikləri seyrəkdir, uzun və kobuddur, sayı 27-dən 40-a qədərdir. Gözləri iri, dişləri möhkəmdir. Hər iki çənədə və xış sümüyündə yaxşı inkişaf etmiş dişlər vardır. Ən irisinin uzunluğu 35 sm-ə çatır, əksəriyyəti 14–21 sm uzunluqda olur, 8 ilə qədər yaşayır. == Yaşayış yeri və həyat tərzi == Daim dənizdə yaşayan irigöz şişqarına Xəzərin hər yerində təsadüf olunur.
Çıraqov və başqaları Ermənistana qarşı
Çıraqov və başqaları Ermənistana qarşı və ya Çıraqov və digərləri Ermənistana qarşı (ing. Chiragov and Others v. Armenia) — Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci, 13-cü və 14-cü maddələrinin və Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinin pozuntusu haqqında Azərbaycan Respublikasının vətəndaşları Elxan Çıraqov, Adışirin Çıraqov, Ramiz Cəbrayılov, Akif Həsənov, Fəxrəddin Paşayev və Qaraca Cəbrayılovun 6 aprel 2005-ci il tarixdə verilmiş iddiası üzrə Avropa İnsan Haqları Məhkəməsi tərəfindən 16 iyun 2015-ci il tarixdə qəbul edilmiş qərar. Məhkəmənin 2011-ci il 14 dekabr tarixli qərarı ilə ərizəçilərin şikayətləri qəbuledilən elan edilmişdir. Azərbaycan Hökuməti işdə üçüncü tərəf qismində çıxış etmişdir. == Faktlar == 1992-ci il mayın 17-də Laçın şəhəri erməni qüvvələri tərəfindən ələ keçirilmişdir, sonrakı günlərdə şəhər qarət edilmiş və yandırılmışdır. "Human Rights Watch" təşkilatının hesabatına əsasən Laçın rayonunun işğal edilməsi nəticəsində 30 min azərbaycanlı, o cümlədən kürdlər məcburi köçkün vəziyyətinə düşmüşdür.Ərizəçilər bildirmişlər ki, onlar Laçın rayonunda yaşamış Azərbaycan kürdləridir və əcdadları orada yüz illər boyu yaşamışlar. 1992-ci il mayın 17-də onlar rayondan Bakıya məcburi köçmüşlər. Həmin vaxtdan erməni işğalına görə öz evlərinə və mülklərinə qayıda bilməmişlər. Ərizəçilər həmçinin bildirmişlər ki, Ermənistanın hakimiyyət orqanlarının məcburi köçkün kimi onların evlərinə geri qayıtmalarına icazə verməkdən imtina etməsi bu dövlətin rəsmi siyasətinin və müvafiq olaraq inzibati təcrübəsinin göstəricisidir.
Çıraqov və digərləri Ermənistana qarşı
Çıraqov və başqaları Ermənistana qarşı və ya Çıraqov və digərləri Ermənistana qarşı (ing. Chiragov and Others v. Armenia) — Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci, 13-cü və 14-cü maddələrinin və Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinin pozuntusu haqqında Azərbaycan Respublikasının vətəndaşları Elxan Çıraqov, Adışirin Çıraqov, Ramiz Cəbrayılov, Akif Həsənov, Fəxrəddin Paşayev və Qaraca Cəbrayılovun 6 aprel 2005-ci il tarixdə verilmiş iddiası üzrə Avropa İnsan Haqları Məhkəməsi tərəfindən 16 iyun 2015-ci il tarixdə qəbul edilmiş qərar. Məhkəmənin 2011-ci il 14 dekabr tarixli qərarı ilə ərizəçilərin şikayətləri qəbuledilən elan edilmişdir. Azərbaycan Hökuməti işdə üçüncü tərəf qismində çıxış etmişdir. == Faktlar == 1992-ci il mayın 17-də Laçın şəhəri erməni qüvvələri tərəfindən ələ keçirilmişdir, sonrakı günlərdə şəhər qarət edilmiş və yandırılmışdır. "Human Rights Watch" təşkilatının hesabatına əsasən Laçın rayonunun işğal edilməsi nəticəsində 30 min azərbaycanlı, o cümlədən kürdlər məcburi köçkün vəziyyətinə düşmüşdür.Ərizəçilər bildirmişlər ki, onlar Laçın rayonunda yaşamış Azərbaycan kürdləridir və əcdadları orada yüz illər boyu yaşamışlar. 1992-ci il mayın 17-də onlar rayondan Bakıya məcburi köçmüşlər. Həmin vaxtdan erməni işğalına görə öz evlərinə və mülklərinə qayıda bilməmişlər. Ərizəçilər həmçinin bildirmişlər ki, Ermənistanın hakimiyyət orqanlarının məcburi köçkün kimi onların evlərinə geri qayıtmalarına icazə verməkdən imtina etməsi bu dövlətin rəsmi siyasətinin və müvafiq olaraq inzibati təcrübəsinin göstəricisidir.