Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Cey Cey Redik
Conatan Kley Cey Cey Redik (24 iyun 1984, Kukvill[d], Tennessi) — NBA komandalarından Los-Anceles Klippers komandasında forma geyən amerikalı beşəkar basketbolçu. 2006-cı il NBA seçmələrində ilk turda 11-ci sıradan Orlanda Mecik tərəfindən seçilmişdir.
Cay
𐕕 (səslənməsi /dz/, transkripsiyası Ʒ, ʒ) — Alban əlifbasının 38-ci hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Ձայ (Jay) kimi verilmişdir. Hərfin bu cür identifikasiyası sadəcə olaraq bir sözə - alb. 𐕗𐔼𐔾𐔼𐕎𐕕 (ṗilinʒ) 'bürünc' sözünə əsaslanır. Belə ki, bu söz qra. պղինձ ("mis") və qədim gürcücə პილენძი ("mis") sözləri ilə eyniköklüdür. Bu hərflə təyin edilmiş sözlər çox azdır. Qrafem olaraq Matenadaran və Sinay palimpsestləri versiyaları kəskin fərqlənir.
Cry
Cry — Maykl Ceksonun 2001-ci ildə çıxardığı onuncu və sonuncu studio albomu olan Invincible albomundan olan sinql. Mahnı R&B ifaçısı və bəstəkar, həmçinin Ceksonun 1995-ci ildə çıxardığı sinqlı "You Are Not Alone" mahnısının müəllifi olan R. Kelly tərəfindən yazılmışdır. Mahnının prodüserliyi isə Ceksonun özü və R. Kelly tərəfindən edilmişdir. 2001-ci ilin dekabrında çıxarılmış sinql "Invincible" albomundan olan üçüncü sinqldır. "Cry" dünyanın önəmli problemlərindən bəhs edən R&B balladadır. Mahnının sözləri insanları dünyanı xilas etməyə çağırır. Mayklın bu səpkidə olan bir neçə əvvəlki mahnıları kimi bu əsər də insanları sülhə və çevrəçiliyə çağırır. Sinql ikiüzlü çıxarılmış, B-üzdə "Shout" və "Streetwalker" mahnıları təqdim edilmişdir. "Cry" musiqi tənqidçiləri tərəfindən müxtəlif rəylər almışdır. Beynəlxalq səviyyədə də sinql orta səviyyəli nəticə göstərmiş, hit oaradlarda yüksəldiyi ən yüksək mövqe Niderlanda on altıncı pillə, ən aşağı nəticə isə Avstriyada olmuşdur.
Cey Bilas
Cey Bilas (ing. Jay Bilas), (24 dekabr 1963, San Pedro, Kaliforniya, ABŞ)- ABŞ basketbolçusu və aktyoru. Cey Bilas Vendi ilə ailə həyatı qurmuşdur. Onların Viktoriya adlı qızı və oğlu dünyaya gəlmişdi. == Filmoqrafiya == == Maraqlı faktlar == Cey Bilasın boyu 2.03 m-dir.
Cey Qetsbi
Cey Qetsbi 1925-ci ildə F. Skott Fitsceraldın The Great Gatsby romanının baş qəhrəmanıdır. O, 1922-ci ilin yayında West Egg, New Yorkdakı malikanəsində dəbdəbəli ziyafətlər verən zəngin və sirli bir adamdır. Qetsbinin əsl adı Ceyms Qatzdır və o, Şimali Dakotada yoxsulluq içində doğulub. O, gözəl və varlı gənc qadın Daisy Fey-ə aşiq oldu, lakin fərqli sosial təbəqələrə görə onunla evlənə bilmədi. Gatsby varlanmağa və Daisy-ni geri qaytarmağa söz verdi və o, nəhayət, sərvətini qaçaqmalçılıq və digər qeyri-qanuni fəaliyyətlər vasitəsilə qazandı. Gatsby onun diqqətini cəlb etmək ümidi ilə körfəzin qarşısındakı malikanəni Deysinin evindən alır. O, ekstravaqant ziyafətlər təşkil edir, lakin dostu Jordan Baker onu ziyafətə gətirənə qədər Daisy iştirak etmir. Gatsby və Daisy romantikalarını yenidən alovlandırır, lakin münasibətləri əvvəldən məhv olur. Daisy, West Egg və Nyu-York şəhərləri arasındakı sənaye çölləri olan Kül Vadisində yaşayan evli qadın Myrtle Wilson ilə əlaqəsi olan zəngin və güclü bir adam olan Tom Buchanan ilə evlidir. Myrtle'nin əri Corc onun Tomla münasibətini aşkar etdikdə, onu öldürənin Qetsbi olduğuna inanır.
Con Cey
Con Cey (12 dekabr 1745[…], Nyu-York, Nyu-York ştatı – 17 may 1829[…], Vestçester[d], Nyu-York ştatı) — amerikalı dövlət xadimi, ABŞ-nin bani atalarından biri, ABŞ Ali Məhkəməsinin ilk sədri, Nyu-York ştatının qubernatoru.
Cey Katler
Jason İsaac Cutler (3 avqust 1973) Amerika'lı keçmiş təqaüdçü peşəkar bodibilder olmuşdur. IFBB peşəkarı olan Katler 2006, 2007, 2009 və 2010-cu illərdə qalib gəlmiş dördqat Mr. Olympia qalibi olmuşdur və altı dəfə ikinci olaraq Mr.Olympia kariyerasını sonlandırmışdır. == Həyatı == Jason Isaac Cutler 3 avqust 1973-cü ildə Massaçusets ştatının Worcester şəhərində anadan olmuşdur. O, yaxınlıqdakı Sterlinqdə böyümüşdür və Holdendəki Vaçuset Regional Liseyində oxumuşdur. O, 11 yaşında olarkən qardaşının beton konstruksiya biznesi olan Cutler Bros. Concrete-də işləməyə başlamışdır. O, 18 yaşında bodibilder olmaq üçün təlim almağa başlamışdır. O, 1993-cü ildə Quinsigamond Community College-i cinayət ədliyyəsi ixtisası ilə bitirərək, maksimum təhlükəsizlik həbsxanasında islah zabiti kimi işləmək qərarına gəlmişdir. == Kariyerası == Cutler şəxsi məşqçi'si olan Marcos Rodriguez tərəfindən ilham alaraq bodibildinqə girməyə qərar vermişdir.
Alan Cey Perlis
Alan Cey Perlis (ing. Alan Jay Perlis) — kompüter texnologiyası üzrə amerikalı alim == Həyatı == 1 aprel 1922-ci ildə anadan olmuşdur. Perlis Türinq mükafatının ilk laureatıdır. Bu mükafat ona 1966-cı ildə kompilyatorun yaradılmasına və proqramlaşdırma texnikası sahəsində əldə etdiyi nailiyyətlərə görə verilmişdir. == İstinadlar == == Ədəbiyyat == Əliquliyev R., Salmanova P. "İnformasiya cəmiyyəti: Maraqlı xronoloji faktlar", 2013, "İnformasiya Texnologiyaları" nəşriyyatı, 169 s.
Maykl Cey Uayt
Maykl Cey Vayt (ing. Michael Jai White) — Amerikalı aktyor və döyüş sənətləri filmlərinin ustası. == Həyatı == Maykl Cey Vayt 1967-ci il noyabrın 10-də Bruklinin kasıb rayonunda anadan olub. Uşaqlıqdan idmanla məşğul olmağa başlayıb, 14 yaşında da məşq yolu ilə 86 kq əzələ kütləsi toplaya bilib. Kolleci bitirdikdən sonra 3 il Maykl Cey Vayt emosional pozuntuları olan uşaqlara xüsusi məktəbdə müəllim dərs keçməyə başladı. Daha sonra həmin dövrdə Maykl Cey Vayt kino sahəsində işlər barədə ilk təkliflər almağa başladı.
Maykl Cey Vayt
Maykl Cey Vayt (ing. Michael Jai White) — Amerikalı aktyor və döyüş sənətləri filmlərinin ustası. == Həyatı == Maykl Cey Vayt 1967-ci il noyabrın 10-də Bruklinin kasıb rayonunda anadan olub. Uşaqlıqdan idmanla məşğul olmağa başlayıb, 14 yaşında da məşq yolu ilə 86 kq əzələ kütləsi toplaya bilib. Kolleci bitirdikdən sonra 3 il Maykl Cey Vayt emosional pozuntuları olan uşaqlara xüsusi məktəbdə müəllim dərs keçməyə başladı. Daha sonra həmin dövrdə Maykl Cey Vayt kino sahəsində işlər barədə ilk təkliflər almağa başladı.
Robert Cey Lifton
Robert Cey Lifton (ing. Robert Jay Lifton; 16 may 1926, Bruklin, Nyu-York ştatı) — ABŞ psixiatrı və yazıçısı. O, əsasən müharibələrin və siyasi zorakılığın psixoloji səbəbləri və nəticələrinə dair araşdırmaları və düşüncə korreksiyası nəzəriyyəsi ilə tanınır. Lifton psixotarix nəzəriyyəsinin öncüllərindəndir. == Əsərləri == Müəllif Redaktor == Mükafatlar == 1987: Milli İvrit Kitab Mükafatı. == İstinadlar == == Xarici keçidlər == MəqalələrEvil, the Self, and Survival: interview by Harry Kreisler, 1999 Doctors and Torture: Lifton discusses "atrocity-producing situations" in the case of the Abu Ghraib prisoner abuse, 2004 Superpower Syndrome articles. Robert Jay Lifton on superpower syndrome, TomDispatch, 2006. The End of Life: Exploring Death in America "Doctors and Death" Transcript, All Things Considered, Jan. 4 Hiroshima and the World: The Wisdom of Survivors Arxivləşdirilib 2021-02-25 at the Wayback Machine article in the Chugoku Shimbun.MediaTalk on Apocalyptic Violence Flight From Death. Robert Jay Lifton is interviewed in this documentary film.
Si Cey Maylz
Kalvin Andre Si Cey Maylz (18 mart 1987, Dallas[…]) amerikan peşəkar basketbolçu. Texas ştatının Dallas şəhərində anadan olub. 2005-ci ildə məktəbi bitirdikdən sonra Utah Caz komandasında çıxış etməyə başlayıb. Hal-hazırda Milli Basketbol Liqasında Toronto Raptors komandasının üzvüdür. == Peşəkar karyerası == === Utah Caz === Mayls Austindəki Texas Universitetinə zəmanət verir ki, əgər NBA seçməsinin ilk turunda seçilməsə, Longhornsda oynamağı qəbul edəcəkdi. Ancaq Mayls Utah Caz komandası ikinci turda tərəfindən seçilir və Cazın ikiillik zəmanətli təklifindən sonra bu fikrindən imtina edir. O, 18 yaşında Utah Cazın tarixində ən cavan çıxış etmiş oyunçu olur. 2005–2006 sezonunda Caz Maylsı NBA Dliqasının üzvü Albuquerque Thunderbirds komandasına təyin edir. Bununla komanda Maylsın burada təcrübə yığmasını istəyir. 2005–2007 sezonu ərzində 21 oyun oynadıqdan sonra o, yenidən D liqasının başqa üzvü İdaho Stampid komandasına təyin edilir.
Ço Cey-hoo
Ço Cey-hoo (d. 11 avqust 1999) — Cənubi Koreyalı üzgüçü. Ço Cey-hoo Cənubi Koreyanı 2019-cu ildə XVIII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Ço Cey-hoo birinci dəfə Dünya Çempionatına 2019-cu ildə qatıldı. O, Kvanjuda baş tutan XVIII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 5 km məsafəyə açıq hovuz üzgüçülüyü yarışlarında iştirak etdi. 59:57.8 saniyəlik nəticə ilə 52-ci yeri tutdu və yarışı başa vurdu.
Bill Coy
Bill Coy (ing. William Nelson Joy) — (8 noyabr 1954) Amerikalı alimi, "Sun Microsystems" şirkətinin qurucusudur == Həyatı == Bill Coy 8 noyabr 1954-cü ildə Michiganda (ABŞ) anadan olmuşdur. == Fəaliyyəti == Hesablama sistemləri nəzəriyyəsi sahəsində amerikalı alim, Unix əməliyyat sistemi üçün proqram təminatının müəllifi, "Sun Microsystems" şirkətinin qurucusu Bill Coy Qreys Mürrey adına mükafatın laureatı olan Coy məşhur "Vi" mətn redaktorunun da müəllifidir. 1971-ci ildə Enn Arbor şəhərində Miçiqan Universitetinin yeni kompüter mərkəzinin açılışı oldu. Bill Coy elə həmin il Miçiqan Universitetinə daxil oldu. O, bioloq, ya da riyaziyyatçı olmaq istəyirdi, amma birinci kursun axırlarında təsadüfən kompüter mərkəzinə baş çəkdi və "həmişəlik" orada qaldı. Kompüter Mərkəzi onun həyatına çevrildi. Coy vaxt tapan kimi proqramlaşdırma ilə məşğul olurdu. 1975-ci ildə Coy Berklidə Kaliforniya Universitetinin aspiranturasına girdi. Fəlsəfə doktoru adını almaq üçün verdiyi şifahi imtahanda o, milçək uçuşunun elə mürəkkəb alqoritmini yaratdı ki, sonralar pərəstişkarlarından biri yazırdı:"O, imtahan götürən müəllimləri o qədər heyrətləndirmişdi ki, hətta onlardan biri onu müdrikləri təəccübləndirən İisusa oxşatmışdı".
Coy Mangano
Coy Mangano (15 fevral 1956, Bruklin, Nyu-York ştatı) — möcüzəli pol ağacı ixtirası ilə tanınan amerikalı ixtiraçı və sahibkar. İngenious Dizayn, MMC-nin prezidenti idi və 2018-ci ilin sonlarına qədər ABŞ televiziya ticarət kanalı olan HSN -də müntəzəm olaraq çıxış edirdi.Mangano, 2017-ci ildə "Sevinc ixtirası" adlı avtobioqrafiyasını yayımladı. 2015-ci ildə Coy Manganonun həyatına əsaslanan Sevinc (Joy) filmi çəkilmişdir. Cennifer Lourens Mangano'nu canlandırdığı üçün Ən Yaxşı Aktrisa adına Akademiya Mükafatına namizəd olmuşdu. == Erkən həyatı == Mangano, 1956-cı ildə, İst-Medoy, Nyu-York, İtalyan - Amerikan ailədə anadan olmuşdur. Mangano, ixtiralarına yeniyetmə vaxtlarında başlayır, Lonq-Aylend -hospitalda başlamışdır o, ev heyvanlarının təhlükəsizliyini təmin etmək üçün lüminessensiya yaxasını xəyal etdi. Bənzər bir dizaynı olan bir məhsul gələn il Hartz Mountain tərəfindən buraxıldı. 1978-ci ildə Peys Universitetində biznesin idarə edilməsi ixtisasını bitirdikdən sonra, boşanmış bir ana kimi üç övladını ofisiant və hava rezervasyonları meneceri də daxil olmaqla müxtəlif işlərdə çalışmaqla böyüdürdü. == İxtiraları == Mangano, 71 patent ailəsinin və 126 fərqli patent nəşrinin ixtiraçısıdır. "Düşünürəm ki, məhsullarıma kütləvi ehtiyac olduğu üçün uğurlu oldular" deyə Mangano demişdi.
We Cry
"We Cry" mahnısı The Script rok qrupunun ilk rəsmi treki sayılır. İngilis dilindən tərcümədə mahnının adı "Biz Ağlayırıq" mənasını verir. Rəsmi mənbələr trekin 2007-ci ildə çıxdığını bildirsə də, amma qrup üzvləri Danny O'Donoghue və Mark Sheehan bu mahnını hələ 2006-cı ildə yazıb bitirdiklərini söyləyirlər. Həmçinin bu trek The Script qrupunun çıxış mahnısı da sayılır. "We Cry" mahnısının klipi 2007-ci ildə çəkilmişdir. Mahnının qısa məzmununda yalnızlıqdan bəhs olunur və yalnızlıqda axan gözyaşları insanları necə dərin bir kədərə boğduğunu göstərir. Bu mahnı həm də 2008-ci ildə çıxardıqları ilk və öz adlarını verdikləri The Script (albom) albomunun da trek listinə salınmışdır.
Şuşa cay
.cy
.cy — Kiprin internet kodu.
Anya Teylor-Coy
Anya-Cosefin Mari Teylor-Coy (ing. Anya-Josephine Marie Taylor-Joy; 16 aprel 1996, Mayami, Florida) — ABŞ-Britaniya-Argentina aktrisası. == Həyatı == 16 aprel 1996-cı ildə Florida ştatının Mayami şəhərində anadan olmuşdur. Daha sonra ailəsi ilə birlikdə Londona köçdü. 16 yaşında aktrisalıq fəaliyyətinə başlamaq üçün məktəbi tərk etdi. "Storm Model Managment" adlı agentliklə müqavilə imzalayaraq aktrisalıq fəaliyyətinə başladı.
Coy Lens Mikels
Coy Lens Mikels (29 mart 1994, Ziqburq, Şimali Reyn-Vestfaliya) — Misli Premyer Liqasında çıxış edən Sabahın futbolçusu. == Karyerası == === Sabah === 10 iyul 2021-ci ildə "Sabah" ilə müqavilə imzaladı. "Sabahda" ilk matçına 14 avqust 2021-ci ildə keçirilən "Sabah"-"Səbail" matçında çıxıb. Eyni zamanda matçın 75 və 90+2-ci dəqiqələrində sarı vərəqə ilə cəzalanıb, matçın 90+2-ci dəqiqəsində meydandan qovulub. Matç "Səbailin" 0–1 hesablı qələbəsi ilə başa çatıb. "Sabahda" ilk qolunu 31 oktyabr 2021-ci ildə keçirilən "Qəbələ"-"Sabah" matçının 20-ci dəqiqəsində vurub. Matça start heyətdə başlayan Mikels 90+2-ci dəqiqədə əvəzlənib. Matç "Sabahın" 1–3 hesablı qələbəsi ilə başa çatıb. "Sabah"ın heyətində ilk Azərbaycan Kuboku matçına 11 dekabr 2021-ci ildə keçirilən "Sabah"- "Kəpəz" matçında çıxıb. Eyni zamanda matçın 57 və 61-ci dəqiqələrində fərqlənməyi bacarıb.
Cry Baby (albom)
Cry Baby — amerikalı müğənni-bəstəkar Melani Martinesin debüt studiya albomu. Atlantic Records tərəfindən 14 avqust 2015-ci ildə rəqəmsal yükləmə, CD, vinil və audio kaset formatında buraxılmışdır. Albom üç sinqlin buraxılması ilə dəstəkləndi. Albomun buraxılışından əvvəl iki sinql var idi: əsas sinql "Pity Party" 2 iyun 2015-ci ildə, ikinci sinql "Soap" isə 10 iyul 2015-ci ildə buraxıldı. Albomun üçüncü və sonuncu sinqlı" Sippy Cup" 31 iyul 2015-ci ildə buraxıldı. Cry Baby vizual konseptual albomdur. Musiqi baxımından, Cry Baby ilk növbədə alternativ pop, elektropop və indi pop elementlərini özündə birləşdirir və ilk buraxılışında tənqidçilər tərəfindən müsbət rəylərlə qarşılandı. 2021-ci ildə albom 2 milyon albom ekvivalenti (satış, oxutma və trek satışı) qazandıqdan sonra ikiqat platin sertifikatına layiq görüldü. == İstehsal == Martinesin 2013-cü ildə tamamən tamamlanmış mini albomu var idi, o, The Voice-dan kənarlaşdırıldıqdan dərhal sonra yazmağa başlamışdı və onu yayımlamağa hazır idi. Ancaq 2013-cü ilin sentyabrında "Dollhouse" mahnısını yaratdıqdan sonra o, qeyd olunan mini albomu buraxmamaq qərarına gəldi.
Devil May Cry
Devil May Cry (デビル メイ クライ, Debiru Mei Kurai, azərb. İblis də ağlaya bilər‎) — Yaponiya istehsalı olan və "Campcom" tərəfindən hazırlanan videooyun seriyası. Eyni zamanda bu oyun "Daimi bəla" filminin davamı olaraq da bilinir. Oyunun sujet xətti yarı-mələk və yarı-iblis olan Dantenin anası hələ o uşaq ikən öldürüldükdən sonra qisas almaq məqsədilə bütün iblisləri öldürməyə başlamasından ibarəttir.
Dəfnə Coy Foster
Dәfnә Coy Foster (ing. Defne Joy Foster; 2 sentyabr 1975, İncirlik[d], Adana ili – 2 fevral 2011, İstanbul) — Türk və Amerikan əsilli aparıcı, aktrisa və DJ. Aktrisa 2003–2006-cı illər ərzində yayımlanan Sehrli Anam teleserialında oynadığı Eda obrazı ilə ölkəsində məşhurluq qazanmışdır. Bundan başqa Dayə, Ruhsar və Ağ Yalanlar kimi seriallarda da epizodik rollarda çəkilmişdir. == Həyatı == Dəfnə 2 sentyabr 1975-cu ildə Türkiyə'nin İncirlik əyalətində anadan olub. Atası afroamerikalı Stiv NATO-da zabit olaraq fəaliyyət göstərir, anası Xədicə isə türkdür. Dəfnə orta təhsilini Alsancakda aldıqdan sonra fərdi təhsilini İzmirdə davam etdirdi. 2008-ci ildə İlkәr Yasin Solmaz ilə evlənib və 2009-cu il 13 iyunda Can Qılınc adında bir oğlu olub. 2 fevral 2011-ci ildə Caddebostanda yazıçı Әhmәd Altanın oğlu Kәrәm Xalid Altanın evində ölü tapılıb. İlk versiya olaraq ölüm səbəbi astma xəstəliyi göstərilib. Astma xəstəsi olan Dәfnәnin ölmədən az əvvəl spirtli içki qəbul etdiyi deyilir.
Far Cry 2
Far Cry 2 - Far Cry seriyasının 2-ci oyunu == Haqqında == Far Cry 2 2008-ci ildə Ubisoft Montreal tərəfindən hazırlanmış və Ubisoft tərəfindən Microsoft Windows, PlayStation 3 və Xbox 360 üçün nəşr edilmiş birinci şəxs atıcı oyundur. Gameloft tərəfindən hazırlanmış və nəşr edilmiş mobil telefonlar üçün verisyası da mövcuddur. Bu, Far Cry seriyasındakı ikinci əsas girişdir. Vətəndaş müharibəsinə qərq olmuş qondarma Afrika ölkəsində keçən hekayə münaqişəni alovlandıran silah taciri Jackal'ı öldürmək tapşırığı almış muzdlu əsgərdən bəhs edir. Oyunçu sağlamlıqlarını və avadanlıqlarını idarə edərkən Buddys adlı qruplar və müttəfiqlər üçün tapşırıqları tamamlayaraq açıq dünyanı gəzir. Rəqabətli multiplayer rejimi oyunçulara komandalarda və ya fərdi şəkildə mübarizə aparmağa imkan verir. == Oynanış == Oynana bilən personaj doqquz mövcud muzdludan ibarət bir hovuzdan seçilir; Qalan səkkiz və bəzi başqa oynanmayan muzdlu personajlar oyun başlayanda dünyaya paylanır. Ətraf mühit səhradan savanna və meşəyə qədər müxtəlif əraziləri əhatə edir. Muzdlu hərbçinin tapançalar, hücum tüfəngləri, raketatanlar, snayper tüfəngləri və minaatanlar da daxil olmaqla otuz odlu silahdan seçim etmək imkanı var. Oyunda təkcə uzaqdan döyüş silahları yox, həmçinin yaxın döyüş sevənlər üçün də silahlar vardır.
Far Cry 3
Far Cry 3 — "Ubisoft Montreal" studiyası tərəfindən hazırlanmış və "Ubisoft" tərəfindən yayımlanmış 2012-ci il birinci şəxs atıcı videooyunu. Bu "Far Cry" videooyun seriyasındakı üçüncü epizodudur. Oyunda hadisələr uydurma tropik bölgə olan "Ruk adaları"nda cərəyan edir. Oynanış döyüş və kəşfə fokuslanır. Oyunçuların məqsədi düşmənləri məhv etmək və müxtəlif vasitələrdən istifadə edərək vəhşi təbiətdə sağ qalmaqdır. Oyunun baş qəhrəmanı Ceyson Brodi dostları ilə istirahət edərkən dəniz quldurlarının hücumuna məruz qalır, onun dostları girov götürülür, Ceysonun məqsədi dostlarını xilas etmək və sağ qalaraq adadan qaçmağın yolunu tapmaqdır.
Çey müqaviləsi
Çey müqaviləsi (ing. Treaty Jey).İngilislərlə ABŞ arasında 1794-ci ilin 19 noyabrında London şəhərində dosluq,ticarət və dənizçilik haqqında müqavilə imzalanmışdır. ABŞ-ni Con Çey, Böyük Britaniyanı işə xariçi işlər naziri lord Qrenvil təmsil edirdi. Xüsusi nümayəndə isə Hamilton idi. == Müqavilədən əvvəlki vəziyyət == Böyük Britaniya Fransa ilə müharibə ərəfəsində bütun neytral gəmilər saxlanılaraq yoxlanılır və ya yükləri boşaldılırdı. Bu Amerika gəmilərinə də şamil idi. Buna cavab olaraq konqres britaniyalılarla bütün ticari əlaqələri kəsməyi qərara alır. Hətta Britaniya ilə müharibə də aktuallaşır. Ancaq Corc Vaşinqton məsələni sülh yolu ilə həll etmək niyyətində idi. Bu anlaşmada Paris sülh müqaviləsində nəzərdə tutan bütün müddəaların öz təsdiqini tapması da nəzərdə tutulurdu.
Çuy Qarsiya
Jesús G. "Chuy" García (ing. Chuy García; 12 aprel 1956) — ABŞ siyasətçisi və ABŞ Nümayəndələr Palatasının üzvü.
Çuy vilayəti
Çuy Vilayəti (Qırğız dili: Чүй областы) — Qırğızıstanda vilayət.
Çiy
Aphanopleura - Qırtıckimilər fəsiləsinə aid bitki cinsi. Achnatherum və Stipa cinsi arasında bir neçə növ dəyişikliyi olmüşdur. İki yaxından əlaqəli cins arasında taksonomiya hələ də qeyri-müəyyəndir. Achnatherum hymenoides növü erli amerikalılara yemək mənbəyi kimi faydalıdır. Achnatherum brachychaetum növü isə ən zərərli ot bitkisi olaraq bilinir. == Növlər == Achnatherum acutum (Swallen) Valdés-Reyna & Barkworth Achnatherum aridum (M.E.Jones) Barkworth Achnatherum bloomeri (Boland.) Barkworth Achnatherum bromoides (L.) P. Beauv. Achnatherum brachychaetum (Godr.) Barkworth Achnatherum calamagrostis (Stipa calamagrostis) (L.) Beauv. Achnatherum capense (L.) P. Beauv. Achnatherum caragana (Trin. & Rupr.) Nevski Achnatherum caudatum (Trin.) S. L. W. Jacobs & J. Everett Achnatherum clandestinum (Hack.) Barkworth s Achnatherum contractum (B.L. Johnson) Barkworth Achnatherum coronatum (Thurb.) Barkworth Achnatherum curvifolium (Swallen) Barkworth Achnatherum diegoense (Swallen) Barkworth Achnatherum duthiei (Hook.f.) P.C. Kuo & S.L. Lu Achnatherum editorum (E. Fourn.) Valdés-Reyna & Barkworth Achnatherum eminens (Cav.) Barkworth Achnatherum hendersonii (Vasey) Barkworth Achnatherum hymenoides (Oryzopsis hymenoides) Ricker ex Piper Achnatherum latiglume (Swallen) Barkworth Achnatherum lemmonii (Vasey) Barkworth Achnatherum lettermanii (Vasey) Barkworth Achnatherum lobatum (Swallen) Barkworth Achnatherum nelsonii (Scribn.) Barkworth Achnatherum nevadense (B.L. Johnson) Barkworth Achnatherum occidentale (Thurb.) Barkworth Achnatherum parishii (Vasey) Barkworth Achnatherum perplexum Hoge & Barkworth Achnatherum pinetorum (M.E. Jones) Barkworth Achnatherum richardsonii (Link) Barkworth Achnatherum robustum (Vasey) Barkworth Achnatherum roshevitzii Mussajev Achnatherum scribneri (Vasey) Barkworth Achnatherum speciosum Trin.
Abaran (çay)
Abaran çayı- İrəvan xanlığının Abaran mahalında çay adı . Abaransu da adlanır. Alagöz dağından (bax) başlanan və Zəngiçaya qarışan hissəsi Kasax (Qazax) çayı (bax) adlanır.
Ardon (çay)
Ardon (Oset. Æрыдон "dəli çay") Şimali Osetiyada, Şimali Qafqazda çay, Terek çayının sol qolu. == Coğrafiya == Çayın uzunluğu 102 km, hövzəsinin sahəsi 2700 km²-dir. Ardon çayı, Mamisondon, Nardon, Adaykom və Tsmiakomdon çaylarının axması nəticəsində yaranır ki, bu da öz növbəsində Baş Qafqaz silsiləsinin buzlaqlarından əmələ gəlir. Ardon çayı Şimali Osetiya qoruğunun ərazisindən axır. Dağətəyi Osetiya düzənliyinə girməzdən əvvəl Ardon çay dərin Alagir dərəsindən axır. Daha sonra Şimali Osetiyada Rokski aşırımı ilə cənubu birləşdirən Trans-Qafqaz magistral yolunda dərədən keçir.Digər Hərbi Osetiya yolu Mamison keçidindən Gürcüstanın Oni şəhərinə keçir. Ardon çayının dərəsində və onun qollarında, qurğuşun-sink filizlərinin Sadon yatağı və Buron, Sadon, Yuxarı Zqid, Mizur və Xolst yaşayış şəhərləri yerləşir. Aşağı Zaramaq kəndindən Baddon çayının axmasına qədər təxminən 16 km uzunluğunda çayın kənarında, mövcud və tikilməkdə olan Zaramaq Su Elektrik Stansiyası var. Alagir şəhəri yaxınlığında Ardon çay suları düzənlikdən axir və suvarma üçün istifadə olunur.
Atray (çay)
Atray çayı (benq. আত্রাই/আত্রেয়ী নদী) Qərbi Benqal və Banqladeşin şimalında çay. Qədim dövrlərdə Atreus adlanırdı və çay Mahabharata dastanında da xatırlanır. Çay Qərbi Benqaldan başlayır və sonra Dinacpurdan keçdikdən sonra Hindistan ərazisindən yenidən axır. Çay, çox vaxt mussonlar zamanı bir çox ərazidə daşqının səbəbi olsa da, çoxillik balıq ovu mənbəyi kimi xidmət edir.Çayın ümumi uzunluğu təxminən 240 mil (390 km) , maksimal dərinliyi isə 99 fut (30 m)-dir. == Tarixi == Atray əvvəllər Şimali Benqalın ən böyük çaylarından biri idi, çünki bu çay Tistanın sularının Qanqa axdığı əsas kanal idi. Bununla birlikdə 1787-ci ildə Tista qədim yatağından ayrıldı və Brahmaputra çayına axdı. O vaxtdan bəri Atray əhəmiyyətini itirmişdir. Hal-hazırda onun əvvəlki ölçüsü olduqca kiçilmişdir.
Ayrım (çay)
Ayrım — Kəlbəcər rayonu ərazisində çay. == Ümumi məlumat == Ayrım çayı Tərtər çayının qoludur. Etnohidronimdir. XIX əsrə qədər çayın sahilində Ayrım binəsi olmuşdur. Çay öz adını həmin binənin adından almışdır. Sonralar binənin yerində Aşağı Ayrım kəndi salınmışdır. Ayrım və ya Ayrum Kiçik Qafqazda yaşamış Azərbaycanlıların qədim etnoqrafik adıdır.
Ağ çay
Ağ çay (çin. 白茶), (Pinyin:báichá) — yüngül oksidləşdirilmiş çay çaydır və Camellia sinensis bitkisinin qönçələri və yarpaqlarının uclarından toplanılır. Yarpaqları və qönçələr oksidləşmə və ya əlavə çay emalın qarşısını almaq üçün yüngül emaldan əvvəl təbii günəş işığında qurudulur. "Ağ çay" adı çay bitkisinin açılmamış qönçələrinin üzərində olan gözəl gümüşü-ağ tüklərə görə verilib. Bu bitkiyə ağımtıl görünüş verir. İçki özü ağ və ya rəngsiz deyil, bir qədər solğun sarı rəngdədir. Ağ çay yağ yığılmasının tənzimlənməsi ilə piylənməni azaltmaq olar.
Ağvan (çay)
Ağvan — Şuşa rayonu ərazisində çay. Qarqar çayının qoludur. == Ümumi məlumat == Mənbəyini Çınqıldağın yamacından alır. Yerli əhalinin dilində Alvançay variantında işlənir. Keçmişdə Şuşa rayonunun Malıbəyli kəndi ərazisində Ağvan adlı yaşayış məntəqəsi də olmuşdur. Etnotoponimdir. Ağvanlar Azərbaycanın qədim türk mənşəli tayfalarından biri olmuşdur.
Ağçay (çay)
Ağçay — Quba və Xaçmaz rayonlarının ərazisindən axaraq Xəzər dənizinə tökülən çay. Uzunluğu 68 km, hövzəsinin sahəsi 239 km²-dir. Mənbəyi Yan silsiləsindəki Yarımyaylaq dağında, 3780 metr yüksəklikdə yerləşir. Axımı əsasən yağış, qismən də qar və yeraltı sulardan əmələ gəlir. Orta illik su sərfi 0,60 m³/san-dır. Orta illik asılı gətirmələr sərfi 0,24 kq/san, suyunun orta lillənməsi 429 q/m³-dir. Suyu hidrokabonatlı-kalsiumlu olmaqla 300-500 mq/l minerallaşmaya malikdir. Suvarma işlərində istifadə edilir. == Toponimi == Quba və Xaçmaz rayonlarında çay. Yan silsilənin Yarımyaylaq dağından (1780 m.
Babacan (çay)
Babacan çayı (erm. Մարց գետի (Мarts qeti)) — Ermənistanda çay. Ən böyük qolu (sol sahildə çaya tökülür) Sarıbulaq çayıdır.
CAD/CAM
CAD (Computer-Aided Design; Avtomatlaşdırılmış layihələndirmə (konstruksiyaetmə) sistemi) və CAM (Computer-Aided Manufacturing; Avtomatlaşdırılmış hazırlama sistemi) sistemlərinin inteqrasiya olunması ilə yaradılmış, CNC dəzgahlar üçün hissənin verilmiş cizgisi və ya 3D modeli əsasında idarə proqramlarının hazırlanmaı üçün proqram paketidir. CAD və CAM isitemlərinin bir iş yerində birləşməsi həm verilmiş hissənin konstruksiya edilməsini və sonra, həm də onun bazasında emal texnologiyasının ardıcıllığını, alət seçimini və kəsmə parametrlərini təyin etməyə imkan verir. Bu sistemdə işlənmiş texnoloji proses nəticəsində alınan NC proqramlar postprosessorun köməyi ilə dəzgahın CNC sisitemi üçün lazım olan şəkildə verilir. Bunun bazasında verilmiş hissəni dəzgahda emal etmək olur. CAD/CAM sistemi CAx prosesinin tərkib hissəsi olub müasir maşınqayırmada geniş tətbiq olunur.
Bəy
Bəy — (türk. "hökmdar", "ağa") - 1) Şərq ölkələrində tayfa-nəsil, sonralar isə feodal əyanlarının titulu. İranda tayfa və ya bir neçə tayfanın başçısı. Mərkəzi Asiya və Cənubi Qafqaz xalqlarında orta əsrlərdə və yeni dövrdə feodalın - torpaq sahibinin adı; 2) müasir Türkiyədə - kişilərə müraciət forması; 3) 1705 - 1957-ci illərdə Tunisdə irsən hakimiyyətə gələn hökmdar. Bəy - həmçinin nikaha daxil olmağa hazırlaşan kişiyə deyilir.