Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Canbərdi Qəzai
Canbərdi Qəzai (ərəb. جنبريدي الغزالي‎) - Osmanlı imperiyasının əyalətlərindən olan Şam əyalətinin ilk bəylərbəyi. Canbərdi Qəzai I Səlimin ölümündən sonra Sultan Süleyman Qanuniyə qarşı üsyan qaldırmışdır. Ancaq üsyan 1521-ci ildə yatırılmış və Canbərdi Qəzai edam edilmişdir.
Candərviş (Duzluca)
Candərviş — Türkiyənin İğdır vilayətinin Duzluca rayonunda kənd. == Tarixi == Kənd 1901-ci ildən eyni addadır.
Pelagornis sandersi
Pelagornis sandersi (lat.) — quşlara aid olan Pelaqois cinsinə daxil olan nəsli kəsilmiş növ. Bu növün nümayəndələri Dünya tarixində ən böyük uçan quş olmaları kimi tarixə düşmüşdür. Onların qanadları arasında məsafə 6,1–7,4 metr arası olmuşdur. İkincisi bu qanadları arasında məsafəsi ən böyük olan quş kimi də tanınır. Onların ölçüsü günümüzdə belə yaşayan Köçəri albatrosdan belə böyükdür. P. sandersi növü ilk dəfə 2014-cü ildə təvir edilərək qeydə alınmışdır. P. sanderi bir növ kimi qeydə alındıqdan sonra Argentavisin rekordlarını qırmışdır. Argentavisin qanadları arasında məsafə də 7 metr. == Açılışı == Pelagornis sandersiyə aid yeganə tapıntı 1983-cü ildə Cənubi Karolinanın Çarlston şəhəri yaxınlığında Çarlston Beynəlxaq Hava limanının inşası zamanı aşkarlanmışdır. Yeni növ öz adını Çarleston muzeyinin kuratoru Albert Sandersin adından almışdır.
Proprioseiulus sandersi
Xanverdi Turaboğlu
Xanverdi Turab oğlu Fərziyev (3 sentyabr 1967) — ədəbiyyatşünas, tənqidçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (2002-ci ildən). == Həyatı == Xanverdi Turaboğlu 1967-ci il sentyabrın 3-də Cəlilabad rayonunun Maşlıq kəndində anadan olmuşdur. Bakı Dövlət Universitetinin filoloğiya fakültəsində təhsil almışdır (1990-1995). Hazırda AMEA Nizami adına Ədəbiyyat İnstitutunun elmi əməkdaşıdır (2003-cü ildən). İlk məgaləsi "Ədəbiyyat qəzeti"ndə dərc olunub ("Ömər Xəyyam", 1992-ci il 17 iyul). Müasir ədəbi proseslə (poeziya, nəsr, dramaturgiya, təngid və ədəbiyyatşünaslıgla), o cümlədən klassik Azərbaycan, rus, türkmən ədəbiyyatı ilə bağlı, eləcə də bədii yaradıcılığın nəzəri-estetik problemlərinə həsr olunmuş bir sıra coxsaylı irihəcmli elmi-tədqiqat və tənqidi əsərlərin müəllifidir. Dövri mətbuat səhifələrində, elmi jurnallarda, internetdə yazıları dərc olunur. "Dramaturgiyamızda psixologizm problemi (İlyas Əfəndiyevin yaradıcıliğı əsasında)" mövzusunda namizədlik dissertasiyasını yazıb tamamlamışdır.
Çandarlı ailəsi
Çandarlı ailəsi — XIV əsrin birinci yarısında Osmanlı sülaləsi ilə birlikdə tarix səhnəsinə çıxan və Osmanlı dövlətinin böyüməsində önəmli rol oynayan türk əsilli ailə. == Haqqında == I Orxan dövründən başlayaraq II Səlimin taxta çıxışının ilk illərinə qədər üləma və siyasətçi zümrəsinə nüfuzlu şəxslər yetişdirmiş ailədir. Hal-hazırda əldə olan şəcərə sənədlərinə görə, bu ailənin bəzi nümayəndələri günümüzdə İznik bölgəsində yaşayır. Çandarlı ailəsinin banisi olan Qara Xəlil Əfəndi ilk Osmanlı padşahı Osman Qazinin qaynatası Şeyx Ədəbalı ilə bacanaq idi və Osmanlı dövlətinin qurulmasında önəmli rol oynamışdı. Qara Xəlil Əfəndidən sonra gələn oğulları və nəvələrindən Əli Paşa, İbrahim Paşa, Xəlil Paşa və II İbrahim Paşa sədrəzəmliyə qədər yüksəlmiş dövlət adamlarıdır. Xəlil Xeyrəddin Paşanın 3 oğlundan ikincisi olan İlyas Paşa isə atası və qardaşları kimi elm sahəsinə yönəlməmiş, bəylərbəyliyinə qədər yüksələrək İldırım Bəyazid dövründə vəfat etmişdir. Məzarının harada olduğu bilinmir. Ailənin Serez kəndində yaşayan qolu İlyas Paşanın nəslindən irəliləyərək günümüzə qədər gəlmişdir. İlyas Paşanın İznikdə bəzi əsərləri və vəqf torpaqları olmuşdur. Onun 1482-ci ilin noyabrında vəfat edən oğlu Davud Çələbi İznikdə babası Xeyrəddin Paşanın türbəsində dəfn edilib.
Lepechinia ganderi
Lepechinia ganderi (lat. Lepechinia ganderi) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin lepechinia cinsinə aid bitki növü.
Candarlı Əli paşa
Çandarlı Əli Paşa (ö. 18 dekabr 1406) — Osmanlı sultanı Murad Hüdavəndigar, İldırım Bəyazid və Əmir Süleyman Çələbi dönəmlərində baş vəzir olmuş, qazəsgər vəzifəsində xidmət etmiş dövlət xadimi. Çandarlı Əli Paşa klassik İslam qanunlarını, saray yaşayış ədəbini, bürokratiya üsullarını, qulam sistemini, maliyyə metodlarını, azərbaycanlı-iranlı bürokratlarının köməyi ilə tətbiq edərək Osmanlının dövlət idarəsində və saray həyatında islahatlar etmişdi. == Həyatı == === Sultan Murad dönəmi === Atası Murad Hüdavəndigarın baş vəzirlərindən Çandarlı Xeyrəddin Paşa, anası isə İznik mədrəsəsi müdərrislərindən Tacəddin Kürdinin qızıdır. Doğum tarixi və yeri haqqında məlumat yoxdur. Ancaq mədrəsə təhsili aldığı və üləma zümrəsinə daxil olaraq 1386-cı ildən öncə qazəsgərlik vəzifəsinə təyin edildiyi bilinir. Murad Hüdavəndigarın Qaramanoğlu Ələddin bəy üzərinə tərtiblədiyi səfərə qatıldı. Ancaq Bursa yaxınlığında ikən atasının vəfatı xəbərini aldı və sultanın əmriylə atasının yerinə baş vəzirliyə gətirildi. Öncə Serezə qayıdaraq atasının cənazəsini İznikə gətirdi və dəfnin ardından Afyonqarahisarda orduyla birlikdə onu gözləyən Murad Hüdavəndigara qatıldı. Qaramanoğlunun sülh təklifini geri çevirdi və göndərilən birlikləri məğlub etdikdən sonra Konya qalasını mühasirəyə aldı.
Çandarlı Xəlil Paşa
Çandarlı Xəlil Paşa (XV əsr – 1 iyun 1453, Ədirnə və ya Konstantinopol) — 1439–1453-cü illərdə sədrəzəmlik etmiş Osmanlı dövlət xadimi. İstanbulun fəthindən dərhal sonra Fateh Sultan Mehmet tərəfindən edam edildiyi 1 iyun 1453 tarixinə qədər 15 il vəziri əzəmlik etmişdir. Osmanlı tarixində edam edilən ilk sədrəzəmdir. == Həyatı == Osmanlı dövlətinin baş vəzirlərindən olan Çandarlı Qara Xəlil Xeyrəddin Paşanın nəvəsi və Çandarlı İbrahim Paşanın oğludur. Təhsili və ilk vəzifələrinin nə olduğuna dair əlimizdə sənəd yoxdur, amma elmiyə mənsub olduğu üçün yaxşı dərəcədə mədrəsə təhsili gördüyü qəbul edilə bilər. Bir vəqfiyədə 1436-cı ildə kazasker olduğu qeydiyyatı var. Sədrəzəm olan atası Çandarlı İbrahim Paşa vəfat etdikdən sonra elmiyə sinfindən ayrıldığı bildirilir. II Murad səltənəti dövründə,1439-cu ildə baş vəzir olan Osmancıklı (Amasiya) Ər Mehmed Nizamüddin Paşa vəfat etdikdən sonra baş vəzirlik vəzifəsinə keçmişdir. 1439–1451-ci illərdə iki dəfə dövlət işlərindən uzaqlaşaraq Manisaya çəkilən II Muradın əvəzinə gələn gənc oğlu II Mehmedin birincu sultanlıqı dövründə faktiki olaraq Osmanlı dövlətini idarə etmişdir. Bu dövrdə xüsusilə Anadolu bəylərinə qarşı aparılan sərt müdaxilələrə icazə verməmiş, böyük bir daxili qarşıdurmanın qarşısını almışdır.
Çandarlı İbrahim Paşa
Çandarlı I İbrahim Paşa (ö. 25 avqust 1429) — II Murad dövründə sədrəzəm olmuş Osmanlı dövlət adamı. Tarixdə Çandarlılar ailəsi olaraq tanınan ailəyə mənsubdur. == Hayatı == Çandarlı Qara Xəlil Xeyrəddin Paşanın kiçik oğludur. Mədrəsə təhsili almış, üləma zümrəsinə mənsub olduğu bilinir. Böyük qardaşı vəzir Çandarlı Əli Paşanın vəqf sənədlərinə görə, 1406-cı ilin yanvarında Bursada qazı olaraq fəaliyyət göstərmişdir. Fetrət dövründə isə bir müddət Ədirnədə Şahzadə Musa Çələbinin yanında Ədirnə qazısı olaraq qalmışdır. Daha sonra Bizansdan alınacaq vergi səbəbilə İstanbula göndərilmişdir. Ancaq bu səyahəti əsnasında Çələbi Sultan Mehmedlə razılığa gəldi və onun tərəfinə keçərək dönüşdə Bursaya gəldi. Dövrün saray dəftərlərində 1415-ci ilin martında qazəsgər olduğu görünür.
Çandarlı II İbrahim Paşa
Çandarlı II İbrahim Paşa (d. 1429/30 - ö. avqust 1499) — II Bəyazid dövründə sədrəzəm olmuş Osmanlı dövlət adamı. == Həyatı == Çandarlı Xəlil Paşanın kiçik oğludur. 1429/1430-cu ildə Ədirnədə dünyaya gəlmişdir. Tarixi mənbələrdə adına ilk dəfə Ədirnə qazısı olaraq rast gəlinir. Bu səbəblə mədrəsə təhsili aldığı və üləma zümrəsinə mənsub olduğunu demək olar. Ancaq kimlərdən dərs aldığı və hansı vəzifələrdə xidmət etdiyi bilinmir. II Mehmedin atası Çandarlı Xəlil Paşanı edam etməsinin ardından digər qardaşları ilə birlikdə bir müddət çətinlik çəksə də, daha sonra Ədirnə qazılığına gətirildiyi, 1453, 1460-61 və 1465-ci illərdə 3 dəfə Ədirnə qazısı kimi fəaliyyət göstərmişdir. Ədirnə qazılığından sonra başqazı olan İbrahim Çələbi 1468-ci ildə Amasya sancaqbəyi Şahzadə Bəyazidin lələliyinə gətirildi.
Çandarlı I İbrahim Paşa
Çandarlı I İbrahim Paşa (ö. 25 avqust 1429) — II Murad dövründə sədrəzəm olmuş Osmanlı dövlət adamı. Tarixdə Çandarlılar ailəsi olaraq tanınan ailəyə mənsubdur. == Hayatı == Çandarlı Qara Xəlil Xeyrəddin Paşanın kiçik oğludur. Mədrəsə təhsili almış, üləma zümrəsinə mənsub olduğu bilinir. Böyük qardaşı vəzir Çandarlı Əli Paşanın vəqf sənədlərinə görə, 1406-cı ilin yanvarında Bursada qazı olaraq fəaliyyət göstərmişdir. Fetrət dövründə isə bir müddət Ədirnədə Şahzadə Musa Çələbinin yanında Ədirnə qazısı olaraq qalmışdır. Daha sonra Bizansdan alınacaq vergi səbəbilə İstanbula göndərilmişdir. Ancaq bu səyahəti əsnasında Çələbi Sultan Mehmedlə razılığa gəldi və onun tərəfinə keçərək dönüşdə Bursaya gəldi. Dövrün saray dəftərlərində 1415-ci ilin martında qazəsgər olduğu görünür.
Çandarlı Qara Xəlil Xeyrəddin Paşa
Çandarlı Qara Xəlil Paşa (ö. 22 yanvar 1387) — Osmanlı sultanı Murad Hüdavəndigar dönəmində baş vəzir olmuş, qazı, qazəsgər, bəylərbəyi vəzifələrində xidmət etmiş dövlət xadimi. == Həyatı == Əsl adı Xəlil olub, gənclik illərində Qara və ya Qaraca ləqəbi, vəzirliyə yüksəldikdən sonra isə Xeyrəddin ünvanı ilə anılmışdır. Qaramanoğulları bəyliyinin Sivrihisar əyalətinə bağlı Çəndərə kəndində Əli ağanın oğlu olaraq dünyaya gəldi. İznik mədrəsəsi müdərrislərindən Tacəddin Kürdinin qızı ilə evləndikdən sonra Şeyx Ədəbaliylə bacanaq olmuş, beləcə Osman Qaziylə də qohum olmuşdur. Bu vasitəylə sürətlə yüksəlməyə başlamışdır. Qara Xəlil Əfəndinin üləma zümrəsindən gəldiyi bilinsə də, kimlərdən dərs aldığı və necə yetişdiyi mübahisəlidir. Ancaq onun Osman Qazinin son illərində, Orxan bəyin atasına vəkillik etdiyi dönəmdə Şeyx Ədəbalinin tövsiyəsiylə Biləcik qazısı olduğu dəqiqdir. Bu vəzifədə ikən gördüyü ən mühüm iş isə müntəzəm piyada birliklərini tənzimləməsi oldu. 1331-ci ildə İznik qalasının fəthindən sonra Orxan bəy tərəfindən şəhərin ilk qazısı olaraq təyin edildi.