Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
The Cannon Group
The Cannon Group Inc. - ABŞ-də 1967-1993-cü illərdə mövcud olmuş aşağı büdcəli B filmləri çəkən, lakin bununla böyük uğur əldə edən film çəkən studiyadır. Studiyanın ABŞ, Böyük Britaniya, Avstraliya və İtaliyada ev video buraxılış üçün video distribüsiyaları vardır. Kompaniyanın ən yaxşı rejisorları sırasında yəhudi əsilli ABŞ rejissorları Menahem Qolan və Yoram Qlobusu göstərmək olar.
I Have No Cannons that Roar
I Have No Cannons that Roar — Yusuf İslamın 1998-ci ildə çıxartdığı albom.
Şannon
Şannon çayı (ing. Shannon, irl. An Sionainn) — İrlandiya adasında ən böyük çay. Uzunluğu 368 kilometrdir. Şannon çayının hövzəsinin sahəsi 15,7 min kvadrat kilometrdir. Çay adanın mərkəzi düzənliyində bir neçə göldən axır, Atlantik okeanına tökülür. Karrik, Atlon, Killalo, Limerik şəhərləri Şannon çayının sahilindədir. Limerik şəhərinədək gəmiçiliyə yararlıdır. Kanallar çayı Dublin şəhəri ilə əlaqələndirir. Çay üzərində Su Elektrik Stansiyası vardır.
Canon
Canon Inc. (yap. キヤノン株式会社) — mərkəzi Yaponiyada yerləşən şirkət. Optik məhsulları, tək linza güzgü fotoaparatı və rəqəmli kameraları, printer ve skaner alətləri ilə tanınır. == Tarixi == Takeshi Mitarai, Goro Toshida, Saburo Uchida və Takeo Maeda Canon Inc. şirkətinin əsasını qoymazdan əvvəl 1937-ci ildə "Precision Optical Instruments Laboratory" (Həssas Optik Alətlər) şirkətini qurmuşdu. 1933-cü ildə Yaponiyada əsası qoyulan Canon şirkəti öz işinə Tokioda Takikavaya (Takekawaya Building) binasındakı birotaqlı optik laboratoriyadan başlamışdır. Laboratoriyanı 1933-cü ildə Qoro Yosida (Goro Yoshida) kürəkəni Saburo Utida (Saburo Uchida) ilə birgə yaratmışdı. 1934-cü ildə onlar ilk məhsulları olan 35 mm-lik fotokameranı yaratmağa nail olmuşlar. Yosida kameranı budda rəhmdillik allahının şərəfinə Kvanon (Kwanon) adlandırmışdır.
Pannon boymadərəni
Pannon boymadərəni (lat. Achillea pannonica) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin boymadərən cinsinə aid bitki növü.
Pannon rusinləri
Pannon rusinləri — Rusinlərə aid olan etnik qrup. Əsasən Serbiyanın muxtar ərazisi olan Voevodina və Xorvatiyada yayılmışdır. Rusinlər Xorvatiya və Serbiya ərazisinə Avstriya-Macarıstan İmperiyası dönəmində azad vətəndaşlar olaraq indiki Şərqi Sloveniyadan gəlmişlər. Onların bir qrupu özlərinmi ukraynalılar, digərləri isə rusinlər hesab edir. Serbiyada ayrıca xalq hesab edilirlər. Cənubi rusin dili Voevodina ərazisində altı rəsmi dildən biri sayılır. . 2011-ci il siyahıya alınmasına görə Voevodina ərazisində 14 246 rusin yaşayır (1981-ci ildə sayları 23 min idi). Rusinlərin mədəni mərkəzi Kula dairəsində olan Ruski-Krestur kəndidir. Rusinlərin üstünlük təşkil etdiyi kəndlər — Kosur və Bikiç Dol (Şid dairəsi). Rusinlər həmcinin Şərqi Slovakiyada və Xorvatiya ərazisində yayılmışlar.
Qannon Universiteti
Qannon Universiteti (ing. Gannon University) — ABŞ-nin Pensilvaniya ştatının Eri şəhərində yerləşən katolik universitet. Qannon Universiteti Eri Roman Katolik Yeparxiyası tərəfindən ikiillik Kafedral kolleci kimi yaradılmışdır. 1944-cü ildə bura kişilər üçün dördillik Qannon İncəsənət və Elm Kollecinə çevrilmişdir və kollec adını onun açılmasında və tikilməsində aparıcı rol oynamış Con Mark Qannonun adını almışdır. 1964-cü ildə kollecdə həm qadınlar, həm kişilər təhsil almağa başlamışdır. 1979-cu ildə isə kollec universitet statusu almışdır. Universitet öz tələbələrinə dosent, bakalavr, magistr və doktorantura dərəcələrini təklif edir. Hazırda universitetdə 4.238 nəfər təhsil alır. Universitetin tələbələri həmçinin müxtəlif idman yarışlarında iştirak edir. Universitetin 18 atletika idmanı üzrə proqramı var.
Şannon (çay)
Şannon çayı (ing. Shannon, irl. An Sionainn) — İrlandiya adasında ən böyük çay. Uzunluğu 368 kilometrdir. Şannon çayının hövzəsinin sahəsi 15,7 min kvadrat kilometrdir. Çay adanın mərkəzi düzənliyində bir neçə göldən axır, Atlantik okeanına tökülür. Karrik, Atlon, Killalo, Limerik şəhərləri Şannon çayının sahilindədir. Limerik şəhərinədək gəmiçiliyə yararlıdır. Kanallar çayı Dublin şəhəri ilə əlaqələndirir. Çay üzərində Su Elektrik Stansiyası vardır.
Şannon adası
Şannon adası (dan. Shannon Ø) — Qrenlandiyanın şərq sahillərində yerləşən ada.. Sahəsi 1466 km²-dir. Şannon qayalıq bir yaşayışı olmayan adadır. Ada kral donanmasının 1823-1824-cü illərdə iştirak etmiş Şannon freqatının şərəfinə adlandırılmışdır. Ada 1906-cı ildə danimarkalı Ludviq Myulius-Ericksenin rəhbərlik etdiyi "Danimarka" gəmisində əraziyə gələn elmi ekspedisya tərəfindən araşdırılmışdır. Ekspedisya üzvlərinin hamısı həlak olmuşdur.
Mama Kannon məbədi
Mama Kanno məbədi (間々観音) və ya Ryuon məbədi (龍音寺) – Yaponiyanın Ayçi prefekturasının Komaki şəhərində yerləşən buddist məbədi. Yaponiyada qadın döşlərinə həsr olunmuş yeganə məbəddir. İnanca görə bu məbəddə dua etmək yol təhlükəsizliyini, yaxşı evliliyi və rahat doğumu təmin edir. == Tarixi == Mama Kannon məbədi 1492-ci ildə Komaki dağında qurulmuşdur. Lakin XVI əsrdə Oda Nobunaqanın əmri ilə müasir yerinə köçürülmüşdür. == Xüsusiyyətlər == Məbəd bodhisattva Kannona həsr olunmuşdur. Bundan əlavə, məbəd qadın döşlərinə həsr olunmuş yeganə məbəddir. Buna görə də məbəd "Döş məbədi" kimi də tanınır. Əfsanəyə görə 1665-ci ildə laktasiya problemi olan bir qadın məbəddə dua etdikdən sonra döşlərindən süd gəlməyə başlamış və uşağını əmizdirə bilmişdir. Analarla olan əlaqəsinə baxmayaraq, məbədin adı yerləşdiyi rayonun adından gəlir.
Cannes
Kann (fr. Cannes) — Fransanın şərqində 70 min əhalisi olan şəhər. Şəhərin əsası liqurlar tərəfindən Napul körfəzinin sahilində salınmışdır. Bu şəhər Lacivərd sahilin ən məşhur kurortlarından hesab olunur. == Tarixi == Bu şəhərin salınma tarixi dəqiq məlum deyil. 1834-cü ildə ingilis kansler Lord Breqxem İtaliya səfəri zamanı dəhşətli vəba səbəbindən səfərini yarımçıq qoyaraq bu şəhərdə məskən salmalı olur. Digər ingilis aristokratlar da bundan sonra burada məskunlaşmağa başlayırar. == Şəhəri məşhur edənlər == Kann şəhəri hər il keçirilən Kann kinofestivalı və "Kann şirləri" beynəlxalq reklam festivalına görə məşhurdur. Kannda həmçinin Avropanın əsas mobil rabitə texnologiyası yarmarkası - 3GSM World Congress keçirilir.
Canqor
Canqor — Azərbaycanın yeni ixtira olunmuş simli-mizrablı milli musiqi aləti. Alət 2016-cı ildə ixtiraçı-alim Qorxmaz Əlilicanzadə tərəfindən ixtira edilib. == Söz açımı == Canqor Azərbaycan mənşəli sözüdür. İxtiraçı Qorxmaz Əlilicanzadə aləti "Can"- Əlilicanzadə soyadının üç hərfi və "Qor" adının ilk üç hərfinin birləşməsi ilə adlandırıb. == Tarixi == Qorxmaz Əlilicanzadə 2016-cı ildə alətin ixtirası üzərində işlərə başlayıb. Bir neçə variant üzərində təcrübələr apardıqdan sonra 2017-ci ilin yayında alət ərsəyə gəlib. Alətin ilk ustası Rizvan Qurbanovdur. Alət üzərində 1 il axtarış işləri aparılıb. Alət 2017-ci ilin dekabr ayında Xəzər Tv-nin "Xəzər Xəbər" səhər proqramında təqdim olunub. Buna baxmayaraq, ixtiraçı Qorxmaz Əlilicanzadə alətin üzərində təkmilləşdirmə işlərini davam etdirib.
Canxot
Canxot — Krasnodar diyarında xutor. Gelencik kurort şəhəri inzibati ərazisinin Divnomorsky kənd dairəsinin bir hissəsidir. Məşhur dənizkənarı kurort yeridir. == Coğrafiyası == Canxot xutoru Qara dəniz sahilində, Xotetsay (adıq Vəhşi it) çayının mənsəbində, 5 km uzanan vadi boyunca yerləşir. Gelencikdən 17 km cənub-şərqdə və Krasnodar şəhərindən 185 km cənub-qərbdə yerləşir. Şimal-qərbdə Divnomorskoe və cənub-şərqdə Praskoveevka yaşayış məntəqələrinin ərazisi ilə həmsərhəddir. Canxotun orta hündürlük dəniz səviyyəsindən 194 metr hündürlükdədir. == İqlimi == Yaşayış məntəqəsində yarımquru Aralıq dənizi iqlimi üstünlük təşkil edir. İllik orta yağıntının miqdarı 800 mm-dir (əsasən qışda). 2000-ci ilin fevral ayında şəhərdə temperatur −18,8 ° C-ə qədər düşdü.
Conson
Conson — soyad.
Kandon
Kanton
Kanton aşağıdakı mənalarda işlənə bilər: == Coğrafiya == Kanton — bəzi ölkələrdə inzibati-ərazi vahidi: İsveçrə kantonları — 1-ci dərəcəli inzibati bölgü vahidi; Lüksemburq kantonları — 2-ci dərəcəli inzibati bölgü vahidi; Fransa kantonları — 3-cü dərəcəli inzibati bölgü vahidi; Bosniya və Herseqovina kantonları — 1-ci dərəcəli inzibati bölgü vahidi; Boliviya kantonları — 3-cü dərəcəli inzibati bölgü vahidi; Ekvador kantonları — 2-ci dərəcəli inzibati bölgü vahidi; Kosta-Rika kantonları — 2-ci dərəcəli inzibati bölgü vahidi; 1920-1930-cu illərdə RSFSR-in bəzi muxtar respublikalarında və vilayətlərində də kantonlar mövcud olmuşdur. Kanton — Çinin Quançjou şəhərinin Avropa dillərindəki köhnə adı. Kanton — Kiribatidə Feniks arxipelaqında atoll. Kanton — ABŞ-nin Minnesota ştatında şəhər. Kanton — ABŞ-nin Minnesota ştatında taunşip. Kanton — ABŞ-nin Ohayo ştatında şəhər. == Digər == Kanton — veksillologiyada bayrağın yuxarı sol hissəsinə verilən ad.
Kanyon
Kanyon (rus. каньон, ing. canyon, gorge) (ispan. Canon-boru, təngi) — denudasiyaya zəif məruz qalmış dik yamaclı dərin dar dərə, platonu, yaxud dağlıq ərazini kəsir. K. atmosfer sularının zəif səthi axım əmələ gətirdiyi arid ərazilərdə əhəng və ya bazaltdan təşkil olunmuş platolarda inkişaf edir. (mis. Şimali Amerikada Kolorado çayı kanyonu).
Yanqon
Yanqon — Myanmada şəhər, Andaman dənizi sahilindən 30–40 km aralı, Yanqon çayı sahilində yerləşir. 6 noyabr 2005-ci ilədək Myanmanın paytaxtı olmuşdur və bu ölkənin ən iri iqtisadi və mədəniyyət mərkəzidir. İqlimi tropik, musson tiplidir. ASE, VIII cild, Bakı, 1984-cü il, səh.
Şanson
Şanson (fr. chanson — mahnı) — vokal musiqi janrı. Brown, Howard Mayer, et al. "Chanson." In Grove Music Online. Oxford Music Online. Dobbins, Frank. "Chanson." In The Oxford Companion to Music, edited by Alison Latham. Oxford Music Online. Michail Scherbakov. Russian Chanson.
Şavnon
Şavnon (fr. Chavenon) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Monmaro kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03070. 2008-ci ildə əhalinin sayı 145 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 454 nəfərdən (15-64 yaş) 325 nəfəri iqtisadi cəhətdən, 129 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 71.6%, 1999-cu ildə 66.4%). 325 fəal şəxsdən 289 nəfəri (156 kişi və 133 qadın), 36 nəfəri işsiz (11 kişi və 25 qadın) idi. Aktiv olmayan 129 nəfər arasında 31 nəfər şagird və ya tələbə, 61 nəfər təqaüdçü, 37 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Andon
Andon (fr. Andon) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Qras dairəsi, Qras-1 kantonu . Mart 2015-ci ilə qədər kommun inzibati olaraq ləğv edilmiş Sent-Oban kantonunun (Qrass dairəsi) bir hissəsi idi. Kommunanın sahəsi — 54,3 km², əhalisi — 504 nəfərdir (2006) artım tendensiyası ilə: 568 nəfər (2012), əhalinin sıxlığı 10,4604051565378 nəfər / km²-dir. == Əhalisi == 2011-ci ildə əhalinin sayı — 575 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 568 nəfər.
Anion
Anion — mənfi elektrik yükü daşıyan, elektroliz zamanı müsbət yüklənmiş elektroda - anoda doğru yönələn ion. Anion öz təsir dairəsində atom nüvəsinin müsbət yüklərini kompensasiya edən elektronlardan və bir və ya bir neçə artıq elektron saxlayan atom və ya atomlar qrupundan ibarətdir. Kristallik birləşmələrdə təkatomlu anion yükü vahiddən çox ola bilməz. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006, 679 səh.
Anton
Anton — rus kişi adı. Anton Arenski — Anton Rubenşteyn — Anton Denikin — Anton Purseladze — Anton Yelçin — ABŞ aktyoru.
Eqyuiy (kanton)
Eqüiy (fr. Aiguilles) — Fransada kanton , region — Provans-Alp-Kot-d'Azür, departament — Yuxarı Alplar. Qap dairəsinə daxildir. Kantonun INSEE kodu — 0501. Eqüiy kantonuna cəmi 8 kommuna daxildir, onlardan ən əsası Eqüiy kommunasıdır. == Kantonun kommunları == == Əhali == 2007-ci ildə əhalinin sayı 2 175 nəfər təşkil edirdi.
Eqüiy (kanton)
Eqüiy (fr. Aiguilles) — Fransada kanton , region — Provans-Alp-Kot-d'Azür, departament — Yuxarı Alplar. Qap dairəsinə daxildir. Kantonun INSEE kodu — 0501. Eqüiy kantonuna cəmi 8 kommuna daxildir, onlardan ən əsası Eqüiy kommunasıdır. == Kantonun kommunları == == Əhali == 2007-ci ildə əhalinin sayı 2 175 nəfər təşkil edirdi.
Eyvind Conson
Eyvind Uluf Verner Yunson (isv. Eyvind Olov Verner Johnson; 29 iyul 1900[…] – 25 avqust 1976[…], Stokholm) — İsveç yazıçısı və publisisti, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1974; Harri Martinson ilə birlikdə). == Həyatı == İsveç yazıçısı Eyvind Uluf Verner Yunson kiçik yaşlarından həyatın hər cür məhrumiyyətləri ilə üzləşmişdi. Şaxtaçı atası ruhi xəstəlikdən əziyyət çəkdiyi, anasının isə uşaqlara baxmağa imkanı olmadığından qohumlarının himayəsində böyümüşdü. 13 yaşında məktəbi atmağa məcbur olmuş, montyor köməkçisi, mağazada satıcı, kinomexanik və b. işlərdə çalışmışdı. Təhsilini fərdi mütaliə yolu ilə almışdı. Bir sözlə, Eyvind Yunson hər cəhətdən bənzədiyi rus yazıçısı Maksim Qorki kimi əsl həyat universitetləri keçmişdi. Stokholma gəldikdən sonra (1919) Yunson həmkarlar ittifaqlarının fəaliyyəti və siyasətlə maraqlanmışdı. Eyni zamanda ilk əsərlərini çap etdirməyə çalışmışdı.
Çanqan
Çanqan (çin. 长安, Cháng'ān, Sabit Sülh) ― Çinin Sian şəhərinin tarixi adı. Şəhər Yanşao mədəniyyəti dövründə salınmışdır. E.ə. IX əsrdən bəri 10-dan çox sülalənin dövründə paytaxt olmuşdur. Şəhərin şimalında, Çin imperatoru Sin Şi Xuandi tərəfindən tikilmiş bir kurqan və böyük bir məqbərə var. Tan sülaləsi dövründə şəhərin ərazisi daha da genişləndi. Bəzi şəhərətrafı ərazilər də şəhər ərazisinə daxil edilmişdir. Suy sülaləsi və Tan paytaxtı olan Çanqan Min sülaləsi dövründə səkkiz dəfə böyüyüb. Bu artımla Çanqan dünyanın ən böyük və ən sıx şəhərlərindən birinə çevrildi.
Çançun
Çançun (çin. 长春市) — Çin Xalq Respublikasının şimal-şərqində yerləşən Qirin əyalətinin paytaxtı və ən böyük şəhəridir. Mançuriya düzənliyinin mərkəzində yerləşən Çançun 7 rayondan ibarət əyalət altı şəhərdir. 2010-cu il hesablamalarına görə şəhər əhalisinin ümumi sayı 7,674,439 nəfərdir. Şəhərin adı çin dilindən tərcümədə "uzun payız" deməkdir. 1932 və 1945-ci illər aralığında Yaponiya İmperiyasının "kukla dövlət"i olan Mançuriya tərəfindən işğal altında saxlanılan Çançun şəhərinin adı Hsinkin olaraq dəyişdirilmişdir. 1949-cu ildə Çin Xalq Respublikasının əsasının qoyulmasından sonra şəhər Qirin əyalətinin inzibati mərkəzi elan olunmuşdur. Çində "avtomobillər şəhəri" adı ilə tanınan bu yaşayış məntəqəsi ölkənin vacib sənaye bazalarından biri hesab olunur. Yerli avtomobil sənayesində oynadığı mühüm rola görə Çançun şəhərinə bəzən "Çinin Detroytu" da deyirlər. Bu şəhər Çin Xalq Respublikasının Tikinti Nazirliyi tərəfindən "Milli Bağ Şəhəri" mükafatına layiq görülən dörd şəhərdən biridir.
Çhanvon
Çanvon (kor. 창원시) ― Cənubi Koreyada şəhər. Sahəsi 747.12 km² olan şəhərin əhalisi 2015-ci ilin statistikasına əsasən 1.070.199 nəfərdir. Çanvon sənaye şəhəri olaraq qəbul edilir. Belə ki, "Hanhwa Techwin", "GM Korea", "LG Electronics", "Hyundai Rotem", "Doosan Heavy Industries & Construction", "Doosan Infracore", "Doosan Engine, Hyosung", "Hyundai Wia" və "STX Corporation" kimi bir çox şirkətlərin fabriklərinə ev sahibliyi edir.
Canköy
Canköy (ukr. Джанкой, krımtat. Canköy, Джанкой) — Krımın şimalındakı şəhər. Krım Respublikasının ayrıca inzibati vahidini - respublika əhəmiyyətli Canköy şəhərini təşkil edən, onun tərkibinə daxil olmayan Canköy rayonunun mərkəzidir. == Etimologiyası == Çox vaxt "Cankoy" adı Krım-tatar dilində can kəndi və ya sevimli kənd (dzhan - can, koy - kənd) kimi tərcümə olunur. Eyni zamanda, Krım toponimikası mütəxəssisləri Dzhankoy adını Krım tatar dilinin çöl ləhcəsində yeni kənd olan dzhan'koydan götürən etimologiyanı daha ağlabatan hesab edirlər[8].ndə can kəndi və ya sevimli kənd (can - can, koy - kənd) kimi tərcümə olunur. Eyni zamanda, Krım toponimikası mütəxəssisləri Canköy adını Krım tatar dilinin çöl ləhcəsində yeni kənd olan -canköydan götürən etimologiyanı daha məntiqli hesab edirlər. == Coğrafiyası == Respublikanın şimalında paytaxt Simferopoldan 90 kilometr məsafədə yerləşir. Canköy stansiyası Xarkov-Sevastopol və Xerson-Kerç xətlərinin kəsişməsində yerləşən dəmir yolu qovşağıdır. Stepnaya çayı şəhərin mərkəzindən axır, şəhərin yeganə su axınıdır.