Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bavil
Aşağı Bavil (Üskü)
Cavia
Cavia (lat. Cavia) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin gəmiricilər dəstəsinin caviidae fəsiləsinə aid heyvan cinsi.
Cavid
Cavid — kişi adı; təxəllüs. Hüseyn Cavid İsmayılov — Animator. Fon rəssamı. İkinci rəssam. Fazaçı rəssam. Dekor rəssamı. Cavid Təvəkkül — rejissor, ssenari müəllifi. Cavid İmamverdiyev Cavid İmamverdiyev (rejissor) — rejissor Cavid İmamverdiyev (futbolçu) — futbolçu Cavid Əliyev — Operator Cavid Əhədov — Rejissor Cavid Səfərov — Cavid Səmədov — Cavid Cabbarzadə — Cavid Xaspoladov Cavid Manafov — Cavid Xıdırov — Bu təxəllüsü olan tanınmış şəxslər Hüseyn Cavid — Azərbaycan şairi Turan Cavid — C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin direktoru, şair Hüseyn Cavidin qızı.
Davil
Davil - İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il siyahıya alınmaya görə kənddə 184 nəfər yaşayır (39 ailə).
Bir Tavil
Bir Tavil (ərəb. بيرطويل‎ "uzun bulaq") — şimaldan Misirlə, qərbdən, cənubdan və şərqdən Sudanla həmsərhəd olan ərazi. Adını yerli su mənbəyinin adından almışdır (hazırda fəaliyyət göstərmir). Hər iki ölkə Bir Tavilə iddialarından imtina edir; beləliklə, o, terra nullius, "heç kəsin torpağı" statusuna malikdir. Bir Tavil dördbucaqlı formasına malikdir, lakin buna baxmayaraq, bəzən onu "Bir Tavil üçbucağı" da adlandırırlar. 2014-cü ildə Alastair Bonnett əsərində Bir Tavili Yer kürəsində yaşayış üçün əlverişli olan, lakin heç bir tanınmış hökumət tərəfindən iddia edilməyən yeganə yer kimi təsvir etmişdir. == Tarixi == 1899-cu ildə Sudanda İngiltərə-Misir kondominium müqaviləsinə əsasən, Misir və Sudan arasındakı sərhəd 22-ci paralel boyunca keçməli idi. Lakin 1902-ci ildə İngiltərə "siyasi sərhəd"dən asılı olmayaraq yeni "inzibati sərhəd" çəkdi və nəticədə Həlaib Üçbucağı Sudan administrasiyasının nəzarətinə keçdi. Eyni zamanda, Bir Tavil Misirin nəzarətinə keçdi. Çünki onun ərazisi Misirdə yaşayan Ababde tayfası tərəfindən otlaq kimi istifadə edilirdi.
Hüseyin Cavid
Hüseyn Cavid (doğum adı: Hüseyn Abdulla oğlu Rasizadə; 24 oktyabr 1882, Naxçıvan, İrəvan quberniyası, Rusiya imperiyası – 5 dekabr 1941, Tayşet rayonu[d], İrkutsk vilayəti) — Azərbaycan şairi, yazıçı və dramaturq. Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının əsas nümayəndəsi olan Hüseyn Cavid milli romantik şeirin və mənzum faciənin banisidir. İbtidai təhsilini Naxçıvan molla məktəbində, orta təhsilini M. T. Sidqinin "Məktəbi-tərbiyə" adlı yeni üsullu məktəbində almışdır. 1899–1903-cü illərdə Təbrizin "Talibiyyə" mədrəsəsində təhsilini davam etdirmişdir. İstanbul Universitetinin ədəbiyyat şöbəsini bitirdikdən sonra Naxçıvanda, sonra isə Gəncə və Tiflisdə, 1915-ci ildən isə Bakıda müəllimlik etmişdir. Ömrünün sonrakı illərində Hüseyn Cavid daha çox dramaturq kimi tanınmışdır. Onun fəlsəfi və tarixi faciələri, ailə-məişət dramları üslub, yazı ədası forma yeniliyi baxımından Azərbaycan dramaturgiyasında yeni bir mərhələ yaratdığı kimi, milli teatr mədəniyyətinin inkişafına da qüvvətli təsir göstərmiş, "Cavid teatrı" kimi səciyyələndirilmişdir. Dramaturgiyasında dövrün ümumbəşəri, böyük ictimai-siyasi və mədəni əhəmiyyətə malik problemləri əksini tapmışdır. Azərbaycan ədəbiyyatında ilk mənzum faciə olan "Şeyx Sənan" əsərində xalqları bir-birinə qovuşdurmaq üçün ümumbəşəri din ideyasını ortaya atmışdır. 1926-cı ildə müalicə üçün Almaniyaya gedən və 7 ay Berlində yaşayan Hüseyn Cavid oradan ziyalıların mənəvi iztirablarını əks etdirən bir sıra siyasi-lirik və lirik-epik şerlər yazır.
Hüseyn Cavid

Mişkinaz Cavid
Cavid Mişkinaz Molla Hüseyn qızı (1902, Naxçıvan – 16 noyabr 1976, Bakı) — məşhur xəttat, Görkəmli Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin həyat yoldaşı. Mişkinaz Cavid H. Cavidin ilk oxucusu olmuş, onların üzünü köçürmüşdür. "İblisin intiqamı" pyesinin onun xətti ilə köçürülmüş surəti olmasaydı, böyük şair və dramaturqun repressiya qurbanı olmuş başqa əsərləri kimi, bu əsər də itəcəkdi. Hüseyn Cavidin həbsindən sonra tikiş artelində işləmiş, mənzilləri əlindən alınmış, məşəqqətli günlər yaşamışdır. Lakin bu qeyrətli qadın bütün əzab-əziyyətlərə mərdliklə sinə gərərək dahi ərinin şərəf və ləyaqətini uca tutmuşdur. Hüseyn Cavidlə bağlı xatirələrinin bir qismi çap olunmuş, bir qismi isə böyük şairin Bakıdakı ev-muzeyində saxlanılır. Məzarı Naxçıvan şəhərindədir. Şair Hüseyn Cavidin həyat yoldaşıdır. Turan Cavidin anasıdır. Ərtoğrol Cavidin anasıdır.
Ravil Hümbətov
Sentyabr döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2022-ci ilin 12–15 sentyabr tarixlərində Ermənistan-Azərbaycan sərhədində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 80 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının 33 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 24 hərbi qulluqçusu, Komando Briqadalarının 14 hərbi qulluqçusu və Dövlət Sərhəd Xidmətinin 9 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 79-u hərbi əməliyyatlar zamanı, 1-isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 14-ü zabit, 19-u gizir, 27-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 20-si isə sıravi əsgər (çağırışçı) idi. Şəhid olanların 32-si 2020-ci ildə Qarabağ müharibəsi zamanı hərbi əməliyyatlarda olmuşdu və müxtəlif orden və ya medallarla təltif edilmişdi. Azərbaycan Prezidenti İlham Əliyevin 5 noyabr 2022-ci il tarixində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Sentyabr döyüşləri zamanı şəhid olan 80 hərbi qulluqçusu "Vətən uğrunda" medalı ilə təltif edildi. Həmçinin həmin şəhidlərdən 30-u "Azərbaycan Bayrağı" ordeni, 18-i 3-cü dərəcəli "Rəşadət" ordeni, 32-si isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Ravil Novruzov
Ravil Qaynutdin
Ravil Qaynutdin — Moskva Ali İslam Ruhani Kollecinin professoru, Beynəlxalq Slavyan və Beynəlxalq İnformatizasiya akademiyalarının, eləcə də Rusiya prezidenti yanında Dini Qurumlarla İş üzrə Şuranın üzvü, Rusiya Müftilər şurasının sədri. Ravil İsmayıl oğlu Qaynutdinov 1959-cu il avqust ayının 25-də Tatarıstan Respublikasının (TR) Şali rayonunda tatar ailəsində anadan olub. Hal-hazırda Rusiya Federasiyası (RF) Müftilər Şurasının sədridir. Etnik baxımdan tatar olan R.Qaynutdin RF İctimai Palatasının da üzvüdür. Gənc yaşlarında Kazan televiziyasında rejissorun köməkçisi işləyən Ravil 1979-cu ildə Özbəkistanın Buxara şəhərinin "Mir Ərəb" mədrəsəsinə daxil olur. Mədrəsədə təhsilini fərqlənmə diplomu ilə başa vurduqdan sonra o, Kazanın ikinci "Nur İslam" mərkəzi məscidinın ilk imam-xətibi təyin olunur. Qaynutdin 1985-ci ildə Ufada RF və Sibir Müsəlmanları Ruhani İdarəsinin məsul katibi seçilir. 1987-ci ildə Moskva Cümə Məscidinin imam-xətibi, bir il sonra isə həmin məscidin Baş imam-xətibi seçilir. R.Qaynutdin 1991-ci ildə Moskva və Moskvaətrafı bölgəsi üzrə İslam Mərkəzinin prezidenti vəzifəsinə təyin olunur. 1994-cü il yanvar ayının 29-da Rusiya Müsəlmanları Ruhani İdarəsi Mərkəzi-Avropa regionunun müftisi seçilən R.Qaynutdin 2 il sonra isə Rusiya Müftilər Şurasının sədri olur.
Ravil Yusifli
Ravil Yusifli (20 mart 1998-ci ildə Azərbaycanda anadan olub) — Azərbaycan Birinci Liqası təmsilçilərindən olan Zaqatala klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Azərbaycanlı futbolçudur. Yusifli Qəbələ akademiyası vasitəsilə inkişaf etmişdir. O, 2018-ci ilin yanvar ayında Zaqatala klubu ilə müqavilə imzalamışdır. Yusifli öz peşəkar karyerasında debütünü Zaqatala klubu ilə 16 fevral 2018-ci ildə Qaradağ Lökbatan klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. Azərbaycan Birinci Liqası görüşündə Zaqatala rəqibinə 1-2 hesabı ilə məğlub olmuşdur. 20 fevral 2018 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Azərbaycan Superkuboku görüşləri daxildir.
Salamulla Cavid
Salamulla Molla Haşım oğlu Cavid (1900, Xalxal – 1986, Tehran) — Cənubi Azərbaycan Milli hökumətinin üzvü, daxili işlər naziri. Salamulla Molla Haşım oğlu Cavid 1900-cü ildə Güney Azərbaycanın Xalxal bölgəsinin Nirov kəndində kasıb bir ailədə anadan olmuşdu. İbtidai təhsilini mollaxanada almışdı. sonra Bakı şəhərinə köçmüşdülər. Bakıya 1910-cu ilin qışında gəldiyindən dərs ili başlanmışdı və bir neçə ay keçmişdi. Vaxt itirməmək üçün dayısı Məhərrəm onu Hacı Ənam Xalxali adlı bir şəxsin məktəbinə yazdırdı. Növbəti dərs ilində Bakıdakı "İttihad" məktəbində təhsilimi davam etdirdi. Dayısının maddi imkanı az olduğundan paltar, məktəb ləvazimatı və cib xərcliyimdən korluq çəkirdi. 1914-cü ildə Məmmədəli xan Tərbiyət "İttihad" məktəbinə müdir təyin olundu. O, yaxşı və əla oxuyan şagirdlərə maddi yardım göstərdiyindən, onun da vəziyyətim yaxşılaşırdı, dayısının maddi yükü bir qədər yüngülləşirdi.
Turan Cavid
Turan Cavid — C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin direktoru, şair Hüseyn Cavidin qızı. Turan Cavid Hüseyn Cavid qızı 2 oktyabr 1923-cü ildə Bakı şəhərində anadan olmuş, 1940-cı ildə Bakı şəhəri 189 N-li məktəbi, 1950-ci ildə isə Azərbaycan Dövlət Teatr İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir. Müharibə illərində — 1942-1943-cü illərdə Azərbaycan Radio Verilişləri Komitəsində arxivarius, 1943-1944-cü illərdə həmin komitədə məsul redaktor, 1944-1945-ci illərdə Nizami adına Ədəbiyyat Muzeyində kiçik elmi işçi, 1945-1949-cu illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun Teatrşünaslıq fakültəsində baş laborant, 1950-1953-cü illərdə müəllim (1983-cü ilə kimi), 1953-1967-ci illərdə, eyni zamanda C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində elmi işçi, 1968-1991-ci illərdə həmin muzeyin direktoru vəzifələrində çalışmışdır. Hüseyn Cavidin ev muzeyi yarandığı gündən ömrünün sonuna qədər həmin muzeyə rəhbərlik etmişdir. Muzeyin yaradılmasında, eksponatların toplanıb sərgiyə hazırlanmasında, onların tədqiqi və təbliğ edilməsində çox böyük xidmətləri olmuşdur. Onun gərgin əməyi nəticəsində bu gün muzeyin əsas fondunda 5000, elmi-köməkçi fondlarında isə 300-dən artıq eksponat toplanmışdır. O, Hüseyn Cavidin ev muzeyinin ekspozisiya və fonotekasını Hüseyn Cavid irsinə aid yeni audio və video yazılarla zənginləşdirmişdir. Turan xanım Hüseyn Cavidin 120 illik yubileyi ərəfəsində H.Cavidin əsərlərini öz qələmindən çıxan kimi, onun üslubunda latın qrafikası ilə nəşr edilməsi üçün böyük zəhmət çəkmişdir. Turan Cavid "Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülmüş, "Əmək rəşadətinə görə" medalı, Azərbaycan Milli Elmlər Akademiyasının "Fəxri Fərmanı" ilə təltif edilmişdir, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olmuşdur. 2004-cü il sentyabrın 12-də ömrünün 81-ci ilində vəfat etmişdir.
Şeyx Cavid
Şeyx Cavid (tam adı: Cavid Məmmədov; Babazanlı, Salyan, Azərbaycan SSR) — azərbaycanlı ilahiyyatçı-alim; Höccətül-islam vəl-müslimin, Əjdərbəy məscidinin axundu (2015-h.h.). Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxül-İslam Allahşükür Paşazadə 13 oktyabr 2015-ci ildə Cavid Məmmədovu Əjdərbəy məscidinin axundu təyin etmişdir.
Ərtoğrol Cavid
Ərtoğrul (Ərtoğrol) Cavid Rasizadə (22 oktyabr 1919, Bakı – 14 noyabr 1943, Naxçıvan) — görkəmli Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin və Mişkinaz Cavidin oğlu, Turan Cavidin isə qardaşıdır. Ərtoğrul Hüseyn Cavid oğlu Rasizadə 22 oktyabr 1919-cu ildə Bakıda anadan olmuşdur. Azərbaycan Pedaqoji İnstitutunu (indiki APU) Fərqlənmə diplom ilə bitirmişdir (1940). Azərbaycan Dövlət Konservatoriyasında oxumuşdur (1941- 1942 Ü.Hacıbəyovun sinfi) İlk böyük əsəri fortepiano üçün yazılmış "9 Variasiya"dır. (1941-1942 Ü.Hacıbəyova ithaf olunub). Skripka ilə fortepiano üçün poema (1941) Nizaminin "Sevgili yar gəlmiş idi" qəzəlinə, Nigar Rəfibəylinin "Eşq olsun", Türkmən şairi Kəminənin "Leylanın vəsfi", Tahir Rasizadənin "Səninlə olaydım" və s. şeirlərinə roman və mahnılar bəstələmişdir. Böyük Vətən müharibəsi başlarkən "Sərhəddən məktub" simfonik balladasının və marşlar yazmış, "Şeyx Sənan", "Məshəti" operaları bir sıra kamera və instrumental əsərləri yarımçıq qalmışdır. 1939-1942-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında Bülbülün rəhbərlik etdiyi xalq musiqisini öyrənən elmi-tədqiqat kabinetində çalışmış, burada musiqi folkloru nümunələrinin toplamasında iştirak etmiş, 1941-1942–ci illərdə konservatoriyanın nəzdindəki musiqi məktəbində dərs demişdir. Azərbaycan xalq mahnılarını nota salmış, Avropa və rus bəstəkarlarını ayrıca notlar şəklində çap olunmuş romans və mahnılarını Azərbaycan dilinə tərcümə etmişdir.
Ərtoğrul Cavid

Cavid Şahbazbəyov
Cavid ömrü
Cavid ömrü — ssenarisini yazıçı Anarın yazdığı, Ramiz Həsənoğlunun çəkdiyi 2007-ci il istehsalı olan bədii film. == Məzmun == Filmdə Azərbaycan şairi, repressiya qurbanı Hüseyn Cavidin keşməkeşli həyatının son dövrləri əks etdirilir. == Film haqqında == Film "Fuji" kinolentinə çəkilmişdir. Filmdə xronikal kadrlardan istifadə edilmişdir. Filmin çəkilişi Azərbaycan prezidentinin 23 oktyabr 2002-ci il tarixli, Azərbaycan Nazirlər Kabinetinin 8 iyun 2004-cü il tarixli sərəncamına əsasən Azərbaycan Mədəniyyət Nazirliyinə dövlət sifarişi verilib. 2004-cü il üçün nəzərdə tutulmuş ehtiyat fondundan lazımi məbləğ Azərbaycan Mədəniyyət Nazirliyinə ayrılıb. Nazirlik filmin çəkilişlərinə 660 min manat vəsait ayırıb. Ssenari Anarın Üzeyir Hacıbəyov, Mirzə Cəlil və Hüseyn Cavid haqqında yazdığı trilogiyanın son hissəsidir. Filmdə ümumilikdə 72 aktyor rol alıb. Film Azərbaycan kinosu tarixində dövlət sifarişi ilə müstəqil kino şirkəti tərəfindən çəkilmiş (prodüser filmi) ilk film hesab olunur.
Cavid Kərim
Caved Kərim (ing. Jawed Karim; 28 oktyabr 1979, Merzeburq[d], ADR) — ABŞ proqram mühəndisi və internet sahibkarı. O, "YouTube" video platformasının həmtəsisçilərindən biri, həmçinin veb-sayta video yükləyən ilk şəxsdir. 23 aprel 2005-ci ildə platformaya yüklədiyi "Me at the zoo" adlı 19 saniyəlik video 20 avqust 2024-cü ilin statistikasına görə 330 milyondan çox baxış sayını keçib. Kərim "PayPal"da çalışdığı vaxt burada veb-saytın digər iki həmtəsisçisi Stiv Çen və Çad Harli ilə tanış olmuş, o, bu vaxt ərzində veb-saytın dələduzluqla mübarizə sistemi də daxil olmaqla bir çox əsas komponentlərini dizayn etmişdir. == Erkən həyatı və təhsili == Caved Kərim 28 oktyabr 1979-cu ildə Şərqi Almaniyanın Merzeburq qəsəbəsində doğulub. Onun anası alman, atası banqladeşlidir. Atası ABŞ mərkəzli 3M şirkətində tədqiqatçı, anası Kristine isə Minnesota Universitetində biokimya alimidir. Kərimin özündən kiçik bir qardaşı var. O, böyüyən ksenofobiya səbəbi ilə 1980-ci illərin əvvəlində ailəsi ilə bərabər Almaniyanın daxili sərhədini keçmiş, beləcə uşaqlığını Qərbi Almaniyanın Noys şəhərində keçirmişdir.
Cabarzadə Cavid
Cavia anolaimae
Dəniz donuzcuğu (lat. Cavia porcellus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin gəmiricilər dəstəsinin caviidae fəsiləsinin cavia cinsinə aid heyvan növü.
Cavia cobaya
Dəniz donuzcuğu (lat. Cavia porcellus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin gəmiricilər dəstəsinin caviidae fəsiləsinin cavia cinsinə aid heyvan növü.
Cavia cutleri
Dəniz donuzcuğu (lat. Cavia porcellus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin gəmiricilər dəstəsinin caviidae fəsiləsinin cavia cinsinə aid heyvan növü.
Cavia leucopyga
Dəniz donuzcuğu (lat. Cavia porcellus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin gəmiricilər dəstəsinin caviidae fəsiləsinin cavia cinsinə aid heyvan növü.
Bavıl
Bavıl — İranın Şərqi Azərbaycan ostanının Səhənd qəsəbəsinin cənubunda yerləşən kənd. Meşə və bağları ilə məşhur olan Bavıl Üskü dərəsində, Təbriz-Kəndvan yolunun kənarında yerləşir va Üskü qəsəbəsinə tabedir. Bağlarında cəviz, ərik, badam, gilas, alça, gilənar kimi ağaclar yetişir. Kənd olmasına baxmayaraq, əhalisi daha çox ticarət və idari işlər ilə məşğuldurlar. Kəndin adı haqda fərqli yorumlar müvcuddur. Bəzi yorumlara görə kəndin adı Bavillə və ya Bağvillə idi.
Cahid Camal
Cahid Camal Şamil oğlu (15 noyabr 1928, Gülablı – 17 iyun 2011) — Rusiya Federasiyasının əməkdar rəssamı, Moskva Rəssamlar İttifaqının üzvü, Azərbaycan və Monqolustan Rəssamlar Birliyinin üzvü, Beynəlxalq Rəssamlar Fondunun üzvü. Ata tərəfdən Cahid Camal Sarıcalı xanlarının xətti ilə Qarabağ xanı Pənahəli xanın nəsildən olan Dağlıq Qarabağın bəy ailəsindəndir. == Həyatı == Cahid Camal Şamil oğlu 15 noyabr 1928-ci ildə Azərbaycanın Gülablı kəndində anadan olmuşdur. Ailəsinin evi Şuşadadır. Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində oxumuş, ərəb dilini bilmişdir. 1953-cü ildə Surikov adına Moskva Rəssamlıq İnstitutunun dekorativ rəssamlıq sinfini bitirmişdir. Zaqolovok və kitab qrafikası sahəsində çalışmışdır. "Raduqa", "Proses" və s. nəşriyyatlarda kitabların illüstrasiyalarını işləyib. Bir neçə il "Soyuzmultfilm" studiyasında cizgi rəssamı kimi fəaliyyət göstərib.
Çavin mədəniyyəti
Çavin mədəniyyəti — Kolumbdan öncə mövcud olmuş mədəniyyət. Mərkəzi Andda ilk sivilizasiya Çavin ("Nizəli yaquarın oğulları") idi. Sivilizasiyanın mərkəzi olan Çavin şəhəri əriməyən buz parçaları və qarlı zirvələrlə əhatələnmiş bir yerdə yerləşirdi. Buraya yol 4100 m hündürlükdən keçirdi. Şəhərə giriş dağdan dəlilmiş tunelin içərisindən gedirdi. Çavin həm də dini mərkəz sayılırdı. Burada yalnız yüksək dərəcəli ruhanilər yaşayırdılar. Onların etiqad etdikləri əsas əşya pişik sülaləsindən olan heyvanlar idi. Çavin şəhərində ən möhtəşəm abidələr memarlıq və heykəltəraşlıq nümunələri idi. Çavinin məşhur memarlıq ansamblları eyvan, dini-ayinçilik meydançaları və daş tikililərdən ibarət idi.
Çağıl (Cizrə)
Çağıl — Türkiyənin Şırnak vilayətinin Cizrə rayonunda kənd. == Tarix == Kənd uzun müddət eyni addadır.
Cahid Camal Şamil oğlu