Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Cakes Markault
Rene Rillon (7 dekabr 1883 — 18 yanvar 1979) — Fransalı keçmiş peşəkar velosiped yarışçısı. Rene Rillon Fransanı 1912-ci ildə V Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Rene Rillon birinci dəfə Olimpiya Oyunlarına 1912-ci ildə qatıldı. O, Stokholmda baş tutan V Yay Olimpiya Oyunlarında iki yarışda iştirak etdi. Yarışı sona qədər başa vura bilmədi.
Devid Bayker
Devid Bayker (ing. David Baker; 6 oktyabr 1962, Sietl, Vaşinqton) — Amerikalı biokimyaçı, zülalları dizayn etmək və onların üçölçülü strukturlarını proqnozlaşdırmaq üçün ilk üsullara sahib olan amerikalı biokimyaçı və hesablama üzrə bioloqdur. O, Henrietta və Aubrey Davis tərəfindən biokimya üzrə professor, Howard Hughes Tibb İnstitutunun tədqiqatçısı və Vaşinqton Universitetində genom elmləri, biomühəndislik, kimya mühəndisliyi, kompüter elmləri və fizika üzrə köməkçi professordur. O, hesablamalı zülal dizaynı üzərindəki işinə görə 2024-cü il Nobel Kimya Mükafatına layiq görülüb. (Con Camper və Demis Hassabis ilə birgə) == Həyatı == Beyker 6 oktyabr 1962-ci ildə Sietldə, Vaşinqtonda yəhudi ailəsində, fizik Marşal Beyker və geofizik Marsiya (qızlıq soyadı Bourgin) Beykerin oğlu olaraq anadan olub. O, 1984-cü ildə Harvard Universitetində bakalavr dərəcəsi almışdır. O, 1989-cu ildə Berkli Kaliforniya Universitetində biokimya üzrə doktorluq dərəcəsini tamamlamış, burada əsasən zülalların daşınması və maya ticarəti ilə məşğul olmuşdur. 1993-cü ildə Kaliforniya Universitetində, San-Fransiskoda David Agard ilə biofizika üzrə postdoktora təhsilini tamamlamışdır. Baker 1993-cü ildə Vaşinqton Universitetinin Tibb Fakültəsinin Biokimya Departamentinə qoşulmuşdur. O, 2000-ci ildə Howard Hughes Tibb İnstitutunun müstəntiqi olmuşdur.
Cudit Rayker
Cudit Rayker (alm. Judith Rakers‎; 6 yanvar 1976, Paderborn, Şimali Reyn-Vestfaliya) — Jurnalist, 2011 Avroviziya Mahnı Müsabiqəsinin aparıcılarından biri.
Hovard Ayken
Hovard Ayken (8 mart 1900, Hoboken, Nyu-Cersi – 14 mart 1973[…], Sent-Luis, Missuri) — ABŞ mühəndisi. == Həyatı == Hovard Ayken İndianapolisdə, İndiana ştatında böyüyüb (o, 1900-cü il 8 martda anadan olub). 8-ci sinifdən sonra o, işıqlandırma və istilik təchizatı şirkətində gecə operatoru işləmək məcburiyyətində qalmışdı, gündüzlər isə Arsenal texniki məktəbinə gedirdi. Məktəb rəhbərliyi gəncin bacarıqları ilə maraqlandı və ona imtahanları vaxtından əvvəl vermək üçün şərait yaratdılar. Sonra o, Viskonsin ştatı universitetinə daxil olur və eyni zamanda qaz şirkətində işləyir. 1923-cü ildə Ayken bakalavr dərəcəsini, gecə işi üçün isə qaz şirkətinin baş mühəndis vəzifəsini əldə edir. 10 il energetika mühəndisi işlədikdən sonra o, 1935-ci ildə Çikaqo universitetinə daxil olur, sonra isə Harvard Universitetinin fizika üzrə aspirantı olur, 1939-cu ildə Aykenin Harvord universitetinin fizika şöbəsinə təqdim olunmuş "Enerjinin məkan keçiriciliyi nəzəriyyəsi" adlı doktorluq dissertasiyası analitik qeyri-xətti differensial bərabərliyi həll etməyin mümkünsüzlüyü haqqında məyus ifadələrlə boldur, adekvat olaraq tədqiq etdiyi məfhumu izah edərək deyir ki, hətta onların rəqəmsal həlli insan üçün əlçatmaz olan həcmdə hesablamalar tələb edir. 1937-ci ildə bu düşüncələr nəticəsində onun "Təklif edilən avtomatik hesablama maşını" adlı işi (o, bunu öz vəsaiti ilə çıxartmışdı) meydan gəldi. O, burda maşını kommutasiya lövhəsi şəklində izah edirdi, harda ki hesablayıcı maşının müxtəlif qovşaqları montaj olunub, belə ki kommutasiya lövhəsinin hər bir paneli ayrı-ayrı riyazi əməliyyatların icra edilməsi üçün nəzərdə tutulub. Harvord o dövrdə "əsl" araşdırmalar mərkəzi idi, ona görə də Ayken özünə dəstək tapa bilmədi, əksinə rəqabət var idi.
Mayke de Nuy
Mayke de Nuy (2 may 1983, Eyndhoven, Şimali Brabant) — Niderlandı təmsil edən su poloçusu. == Karyerası == Mayke de Nuy, Niderland yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə ABŞ yığmasını 11:10 hesabı ilə məğlub edən Niderland yığması, XXIX Yay Olimpiya Oyunlarının qızıl medalına sahib oldu.
Cannes
Kann (fr. Cannes) — Fransanın şərqində 70 min əhalisi olan şəhər. Şəhərin əsası liqurlar tərəfindən Napul körfəzinin sahilində salınmışdır. Bu şəhər Lacivərd sahilin ən məşhur kurortlarından hesab olunur. == Tarixi == Bu şəhərin salınma tarixi dəqiq məlum deyil. 1834-cü ildə ingilis kansler Lord Breqxem İtaliya səfəri zamanı dəhşətli vəba səbəbindən səfərini yarımçıq qoyaraq bu şəhərdə məskən salmalı olur. Digər ingilis aristokratlar da bundan sonra burada məskunlaşmağa başlayırar. == Şəhəri məşhur edənlər == Kann şəhəri hər il keçirilən Kann kinofestivalı və "Kann şirləri" beynəlxalq reklam festivalına görə məşhurdur. Kannda həmçinin Avropanın əsas mobil rabitə texnologiyası yarmarkası - 3GSM World Congress keçirilir.
Çaykar
Çarikar — Əfqanıstanda şəhər. Hindi Quş dağları ilə əhatələnib.
Çaykənd
Yaşayış məntəqələri Azərbaycan Çaykənd (Daşkəsən) — Azərbaycanın Daşkəsən rayonunda kənd. Çaykənd (kənd, Göygöl) — Azərbaycanın Göygöl rayonunda kənd. Çaykənd (qəsəbə, Göygöl) — Azərbaycanın Göygöl rayonunda qəsəbə. 5 oktyabr 1999-cu ildə ləğv olunmuşdur. Çaykənd (Gədəbəy) — Azərbaycanın Gədəbəy rayonunda kənd. Çaykənd (Kəlbəcər) — Azərbaycanın Kəlbəcər rayonunda kənd. Çaykənd (Şuşa) — Azərbaycanın Şuşa rayonunda kənd. Çaykənd (Şəmkir) — Azərbaycanın Şəmkir rayonunda kənd. Yuxarı Çaykənd — Azərbaycanın Şəmkir rayonunda kənd. İranda Çaykənd (Zəncan) — Çaykəndi (Əhər) — Ermənistan Çaykənd (Qaraqoyunlu) — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Çəmbərək (Krasnoselo) rayonunda kənd.
Sykes
Vilyam Rassel Sayks (ing. William Russell Sykes; 13 oktyabr 1927 – 5 yanvar 2018, Kraystçerç) — Yeni Zelandiya botaniki. Vilyam Rassel Sayks toxumlu bitkilər üzrə ixtisaslaşmışdır. Sykes W. R. Contributions to the flora of Niue. — Wellington, 1970. — 320 p. — ISBN 0-477-01888-2. Sykes W. R. Kermadec Islands flora. — Wellington, 1977. — 216 p.
Çükəş
Çükəş — Azərbaycan Respublikasının Astara rayonunun Pəlikəş kənd inzibati ərazi dairəsində kənd. Çükəş Astara rayonunun Pəlikəş inzibati ərazi vahidində kənd. Dağətəyi ərazidədir. Talış dilindəki cu (ağac, taxta) və kəş (qoşqu ləvazimatı) sözlərindən düzəlib. Görünür, qoşqu ləvazimatının taxtadan olan hissəsi bu kənddə düzəldiyi üçün kənd belə adlandırılmışdır. Rüstəm Əzizov (1995–2014).
Fransiya Markes
Fransiya Markes (isp. Francia Elena Márquez Mina) — Kolumbiyada insan haqları və ətraf mühit üzrə afro-kolumbiyalı fəal. 2019-cu ildə BBC Fransiya Markesi həmin il üçün 100 Qadın siyahısına daxil edir. == Bioqrafiyası == Əsasən Afrika əsilli əhalisi olan Kauka departamentinin şimalındakı Suares bələdiyyəsinə aid Yolombo kəndində anadan olub. O, 13 yaşında bənd tikintisi onun icmasını təhdid edəndə fəal olUR. Santiaqo de Cali Universitetində hüquq təhsili almır. İki uşağın anası olan Fransiya Markes çoxmillətli korporasiyalar tərəfindən hüquqlarına və torpaqlarına edilən hücumlara qarşı La Tomenin Afro-Kolumbiyalı icmasının mübarizəsində liderə çevrilir. 2009-cu ildə onun iştirakı ilə başlayan müqavimət prosesi yerli sakinlərin bu ərazidən zorla çıxarılmasının qarşısını alıb. 2013-cü ildə o, 12 dekabr 2016-cı ilə qədər üzvü olduğu La Toma İcma Şurasının üzvü olur. Kolumbiyada sülh prosesinə qatılan, hökumətin Kubadakı Kolumbiya İnqilabçı Silahlı Qüvvələri qrupu ilə danışıqlarına dəvət edilir. Həm də geniş şəkildə feminist aktivist kimi tanınır.
Jan Mankes
Jan Mankes (15 avqust 1889, Meppel – 23 aprel 1920, Eerbeek) — holland rəssam. İşlədiyi mövzular avtoportretlər, mənzərə, quş və digər heyvanlar olmuşdur. Təhsilini Haaqadakı Kral İncəsənət Akademiyasında almış, Kris Lebau, Jan Şouten və Herman Veldhuisin tələbəsi olmuşdur. Karyerası boyunca təqribən 200 tablo, 100 eskiz yaratmışdır. 30 yaşında vərəm xəstəliyindən vəfat etmişdir. Əsərləri Hollandiya’dakı Şerinqa Realizm Muzeyi, Arnhem Müasir İncəsənət Muzeyi və Belveder Heerenven Muzeyində sərgilənir.
Karli Çaykin
Karli Hanna Çaykin (ing. Carly Hannah Chaikin; 26 mart 1990, Santa-Monika, Kaliforniya) — ABŞ aktrisası. Karyerasına 2009-cu ildə "Suburgatory" sitkomu ilə başlamışdır.
Lukas Vaskes
Lukas Vazkes İqlesas (1 iyul 1991) — Real Madridin və İspaniya millisinin hücumçusu. Lukas Vazkes 1 iyul 1991-ci ildə İspaniyanın Kurtis şəhərində dünüyaya gəlib. Hal-Hazırda Real Madrid klubunun şərəfini qoruyur. Peşəkar karyerasında yalnız ispan klublarının şərəfini qoruyub . Peşəkar karyerasında İspaniyanın Real Madrid C,Real Madrid B,Espanyol və Real Madrid komandalarında oynayıb .Həvəsgar karyerasında isə İspaniyanın Kurtis, Rusiyanın Ural İspaniyanın Real Madrid klublarında oynayıb . O,Real Madrid ilə 2 dəfə Uefa Çempionlar Liqasının, 1 dəfə La liqanın qalibi olub.
Morris Çaylds
Morris Çaylds (doğulanda Moyşe Çilovski ing. Morris Childs; 10 iyun 1902, Kiyev – 2 iyun 1991, Çikaqo) — amerika siyasətçisi, ABŞ Kommunist Partiyasının üzvü (1919–1929 və 1931-ci ildən), partiyanın Mərkəzi Komitəsinin üzvü (1934-cü ildən). 1929–1931-ci illərdə KP-nın üzvü. Uzun müddət — 1954-cü ildən 1980-ci ilin yazına qədər — ABŞ Kommunist Partiyası daxilində Federal Təhqiqat Bürosuna casusluq etmişdir. 1902-ci ildə Kiyevdə mənşəcə yəhudi olan İosif Çilovskinin ailəsində anadan olub. Atası inqilabi fəaliyyətinə görə sürgünə göndərilməyə məhkum ediləndə, o, cəzadan yayınaraq Amerika Birləşmiş Ştatlarına qaçmağa nail olub və Çikaqoda məskunlaşıb. 1910-cu ildə onun ailəsi Texasa köç ediblər. Ailə üzvləri yalnız 1911-ci ildə Çikaqoda qovuşa biliblər. Bununla da Morrisin bütün gələcək həyatı ABŞ-la bağlı olub. Morris Çaylds 1919-cu ildə hələ 17 yaşı olarkən ABŞ-də kommunist partiyası yaranan kimi onun üzvü olub.
Qriqori Çapkis
Qriqori Çapkis (ukr. Григо́рій Микола́йович Ча́пкіс, 24 fevral 1930, Kişinyov – 13 iyun 2021, Kiyev) — Sovet və ukraynalı rəqqas və xoreoqraf, üç beynəlxalq müsabiqənin laureatı, Ukraynanın Xalq artisti (02.08.2010). Qriqori Çapkis 24 fevral 1930-cu ildə Kişinyovda anadan olmuşdur. O vaxt Kişinyov Rumıniyanın tərkibində olmuşdur. Qriqori Çapkis yəhudi ailəsində yeddi övladın sonbeşiyindən əvvəlki nümayəndəsi olaraq dünyaya gəlmişdir. Yeni Kausendə böyüyür. Atası Noeh Elkunoviç Çapkis (1894–1946) yəhərçi, anası Berta İosifovna isə əslən Odessadan olan evdar qadın olmuşdur. Ailədə yəhudi dilində danışırlırdı. Sonra ailə Benderıdakı vətənlərinə qayıdır, burada 1940-cı ildə yerli Pionerlər Sarayının rəqs klubuna daxil olur və Böyük Vətən müharibəsi illərində Qazaxıstana təxliyə edilir. Böyük qardaşı Cozef Çapkis (1920–1944) cəbhədə həlak olmuşdur.
Rafael Markes
Rafael Markes (isp. Rafael Márquez) — meksikalı futbolçu. Meksika millisinin oyunçusu olub. 5 FİFA Dünya Kubokuna iştirak edib.
Reynaldo Vaskes
Reynaldo Vaskes (3 yanvar 1956, San-Pedro-Sula[d]) — Salvador Futbol Federasiyasının sabiq prezidenti. Reynaldo Vaskes ölkəsində sosial sahə üçün yığılan üzvlük haqqını mənimsəməkdə təqsirli bilindiyi üçün 2015-ci ildə həbs edilmişdir. Onun məhkəmə prosesi 2017-ci ildə başa çatmış və 8 il müddətində azadlıqdan məhrum edilmiş və onun 400 min avro ödəməli olduğu barədə qərar da çıxarılmışdır.
Uill Çalker
Vill Çalker (doğ. 7 mart 1980, Şərqi Sasseks, İngiltərə) — tanınmış ingilis Top-Model və peşəkar boksçu. Models.com's saytının "Money Guys" siyahısında 15-ci yeri tutur. Vill model karyerasına 20 yaşında (2000-ci ildən) başlamışdı. Çalker 2003-cü ildə Paco Rabanne kompaniyasının Black XS parfümünün reklamının çəkilişlərindən sonra çox populyarlaşmışdı. O vaxtdan bəri o J.Crew, YSL, Perry Ellis, Wormland, Valentino, Mark O'Polo, Zara, Bottega Veneta, Louis Vuitton, Shiatzy Chen, Dsquared2, Gap, Ermenegildo Zegna və Paul Smith kimi bir çox reklam kampaniyaların çəkilişlərində iştirak etmiş, GQ, l'Uomo Vogue, i-D, Wallpaper, Esquire və Upstreet jurnalların üz qabığını bəzəmişdi. O, British Fashion Awards'un "Ən yaxşı Kişi-Model" nominasiyası üzrə namizədliyi irəli sürülmüş ilk insandır. Vill Çalkerin anketi: Boyu : 185 sm Çəkisi : 75 kq Sinə ətrafı : 102 cm Beli : 83 cm Omba genişliyi : 98 cm. Saçlarının rəngi : Sarışın Gözlərinin rəngi : Yaşıl Ayaqqabı ölçüsü : 45 Paltar ölçüsü : Vill öz qüsursuz bədəninə, dar ombasına, kişi kimi üz cizgilərinə görə model biznesində çox populyardı. Villın şəxsi həyatı haqda məlumatlar o qədər də çox deyil.
Vill Çalker
Vill Çalker (doğ. 7 mart 1980, Şərqi Sasseks, İngiltərə) — tanınmış ingilis Top-Model və peşəkar boksçu. Models.com's saytının "Money Guys" siyahısında 15-ci yeri tutur. Vill model karyerasına 20 yaşında (2000-ci ildən) başlamışdı. Çalker 2003-cü ildə Paco Rabanne kompaniyasının Black XS parfümünün reklamının çəkilişlərindən sonra çox populyarlaşmışdı. O vaxtdan bəri o J.Crew, YSL, Perry Ellis, Wormland, Valentino, Mark O'Polo, Zara, Bottega Veneta, Louis Vuitton, Shiatzy Chen, Dsquared2, Gap, Ermenegildo Zegna və Paul Smith kimi bir çox reklam kampaniyaların çəkilişlərində iştirak etmiş, GQ, l'Uomo Vogue, i-D, Wallpaper, Esquire və Upstreet jurnalların üz qabığını bəzəmişdi. O, British Fashion Awards'un "Ən yaxşı Kişi-Model" nominasiyası üzrə namizədliyi irəli sürülmüş ilk insandır. Vill Çalkerin anketi: Boyu : 185 sm Çəkisi : 75 kq Sinə ətrafı : 102 cm Beli : 83 cm Omba genişliyi : 98 cm. Saçlarının rəngi : Sarışın Gözlərinin rəngi : Yaşıl Ayaqqabı ölçüsü : 45 Paltar ölçüsü : Vill öz qüsursuz bədəninə, dar ombasına, kişi kimi üz cizgilərinə görə model biznesində çox populyardı. Villın şəxsi həyatı haqda məlumatlar o qədər də çox deyil.
Yuxarı Çaykənd
Yuxarı Çaykənd (1991-ci ilədək Barum) – Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Kəndin əhalisi 414 nəfər təşkil edir ki, onun da 222 nəfəri kişi, 192 nəfəri isə qadındır. Əsas təsərrüfatı heyvandarlıq və əkinçilikdir.
Çaykur Rizəspor
Çaykur Rizəspor — Rizədə 1953-cü ildə yaradılmış bir futbol klubu. Klub Türk Milli Qurtuluş Mübarizəsinin ilk adımının atıldığı 19 may 1919 tarixinin 34. ildönümü olan, 19 may 1953 tarixində; Manifaturacı Yakup Temizel, Manifaturacı Atıf Taviloğlu, Manifaturacı İsmet Bilsel, Deftardar Yaşar Domlekçioğlu ve Manifaturacı Muharrem Kürkçü tərəfindən 5 kişilik qurucular heyəti ile Rizedə yaradılıb. 9 fevral 1991 tarixində yapılan Olağanüstü Ümumi Qurul ilə, Qara dəniz bölgəsinin ən böyük kamu şirkəti olan Çaykur ilə birleşerek, "Çaykur Rizespor Kulubü" adı ilə o tarixdən etibarən də profesional dəstələrdəki mübarizəsini davam etdirir.
Çaykənd (Daşkəsən)
Çaykənd (əvvəlki adı: Kətişen) — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Çovdar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Daşkəsən rayonunun Kətişen kəndi Çaykənd kəndi adlandırılmışdır. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini vaxtilə Qarabağdan və Gürcüstandan köçmə erməni ailələri salmışlar. Oykonim qet (erm. çay) və şen (erm. kənd) sözlərinin birləşməsindən əmələ gəlib, "çay sahilindəki kənd" mənasındadır. 1992-ci ildən kəndin adı Çaykənd kimi rəsmiləşdirilmişdir. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənd dağətəyi ərazidə yerləşir. Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Çaykənd (Gədəbəy)
Çaykənd, Qasımağalı (?-2015) — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Əmiraslanlı kənd inzibati ərazi dairəsində kənd. 29 may 2015-ci ildə Əmiraslanlı kənd inzibati ərazi dairəsi tərkibindəki Qasımağalı kəndi Çaykənd kəndi adlandırılmışdır. Kiçik Qafqaz dağının ətəyindədir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 118 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Çaykənd (Kəlbəcər)
Çaykənd — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Çaykənd kənd inzibati ərazi dairəsində kənd. 28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğramasından və bolşeviklərin işğalına məruz qalmasından sonra, 1923-cü ilin iyulunda Yelizavetpol quberniyasının Cavanşir və Zəngəzur qəzalarının bir hissəsindən Kürdüstan mahalı (sonradan qəza) təsis edilmişdir. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçmişdir. Tərtər çayının sahilində, dağətəyi ərazidədir. Kənd əhalisi 1856 qafqaz təqviminə görə. Qıpçaq türklərinə mənsubdur.
Çaykənd (Qaraqoyunlu)
Çaykənd (1991-ci ildən Dprabak) — Qаrаqоyunlu mahalına aid kənd. İndiki adı Dprabak. Hazırda Göyçə mahalının da daxil olduğu Geğarkunik marzına daxildir. Ermənistan SSR-in Mixaylovka – Çəmbərək rayonunda, Tərsəçay sahilində, rayon mərkəzindən 22 km şimal-şərqdə azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1905-ci ildə 409, 1914-cü ildə 677, 1931-ci ildə 662 nəfər olub. 1988-ci ilin faciəli olayları zamanı azərbaycanlıların hamısı buradan qovulmuşdur. Elektrik işığı ilə ən tez təmin olan kənd Çaykənd və Gölkənd olmuşdur. 1951-1953-cü illərdə həmin kəndlərdə tikilmiş xırda su-elektrik stansiyası vasitəsilə evlərə elektrik işığı verilmişdi. İlk dini və dünyəvi məktəblər də çaykənddə olub. Əvvəlcə ibtidai, sonra yeddillik olan, daha sonra isə orta məktəb açılmış və 1988-ci ilin məlum hadisələrinə qədər fəaliyyət göstərib.
Haykus kitabı
Haykus kitabı — Cek Kerouacın haiku şeirləritoplusudur. İlk dəfə 2003-cü ildə nəşr edilmiş və Regina Weinreich tərəfindən redaktə edilmişdir. O, Kerouacın kiçik dəftərlərdə qeyd etdiyi 1000-ə yaxın haykudan ibarət korpusdan seçilmiş 500-ə yaxın şeirdən ibarətdir. Cek dağının zirvəsi — qızıl buludlar tərəfindən Dharma Bumsda da təkrarlanır. Kolleksiyada daha əvvəl nəşr olunmuş bir ovuc hayku da var, məsələn, Səpələnmiş Şeirlər.
Çaykənd kilsəsi
Çaykənd kilsəsi — Çaykənd məbədi Göygöl rayonunda eyni adlı kəndin yaxınlığında, Çaykənd-Göygöl yolunun sağında qeydə alınmışdır. Çaykənd məbədi VI–VIII əsrlərə aid edilmişdir. Məbədin bünövrəsi sal qayanın üzərində qurulmuş düzbucaqlı məbədin uzunluğu 11 m, eni 7 m, hündürlüyü təqribən 6 m, divarlarının qalınlığı 0,80 m-dir. Məbədin tağ formalı qapı yeri qorunub qalmışdır. Bu girişin hündürlüyü 1,35 m, eni 0,40 m-dir. Məbədin tağbənd formalı qapı yerinin yaxınlığında kitabə qeydə alınmışdır. A. M. Məmmədov kitabənin üzərində Alban yazısının və xaçların olduğunu qeyd etmişdir. Həmçinin məbədin divarında ibadət zamanı şamları qoymaq üçün xüsusi taxçaların olduğunu qeyd etmişdir. Məbədin şərq tərəfində düzbucaqlı çərçivədən kənara çıxmayan yarımdairə formalı mehrab apsidası yerləşmişdir. Məbədin şərq divarının ortasında apsidaya açılan pəncərə vardır.