Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Cenevrə
Cenevrə (fr. Genéve, alm. Genf) — İsveçrənin Fransa sərhədindəki Leman gölü sahilində olan şəhər. Birləşmiş Millətlər Təşkilatı (BMT), Beynəlxalq Əmək Təşkilatı (ILO) , Ümumdünya Səhiyyə Təşkilatı (WHO) və Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Hərəkatı kimi bir çox beynəlxalq qurumların mərkəzi ilə tam 199 ölkənin nümayəndəliyinə ev sahibliyi edən şəhərdə çalışanların yüzdə əllisi, əcnəbilərdən ibarətdir. İsveçrənin ən yüksək əhalili ikinci şəhəridir. Eyni ada sahib Cenevrə kantonunun paytaxtıdır. Şəhər dünyada yaşaması ən bahalı 10 şəhərdən biridir.CERN İsveçrə və Fransa sərhəddində, Cenevrə şəhəri yaxınlığında yerləşir. == Ümumi məlumat == Cenevrə Əhalisi 192,1 min (2012; aqlomerasiyada 915 min, təqribən 44%-i əcnəbilərdir; əhalisinin sayına görə Sürixdən sonra ölkənin 2-ci şəhəri). 372 metr yüksəklikdə, Cenevrə gölü sahilində, Rona çayının göldən çıxdığı yerdə port. İri nəqliyyat qovşağı.
Cenevrə (Vaşinqton)
Cenevrə (ing. Geneva) — ABŞ-nin Uatkom əyaləti, Vaşinqton ştatında siyahıyaalınma üçün müəyyənləşdirilmiş yaşayış məntəqəsi. 2010-cu il əhalinin siyahıyaalınması məlumatlarına əsasən yaşayış məntəqəsinin əhalisi 2321 nəfər olmuşdur.Adam başına düşən illik gəlirə görə Vaşinqton ştatında 85-ci, Uatkom əyalətində isə birinci olmuşdur. == Coğrafiyası == Ümumi ərazisi 3.3 km² olub, bunun 2.7 km² quru, 0.6 km² isə sudur. == Əhalisi == === 2010-cu il əhalinin siyahıyaalınması === 2010-cu il əhalinin siyahıyaalınması məlumatlarına görə burada 2321 nəfər əhali, 867 şəxsi təsərrüfat və 683 ailə vardı. Əhalinin sıxlığı 859.6 nəfər/km²-di. Burada 911 ev var və evlərin sıxlığı 337.4/km²-dir. Əhalinin etnik tərkibini 92.7%-i Ağ amerikalılar, 0.9%-i Afroamerikalılar, 0.8%-i Hindilər, 1.9%-i Asiyalılar, 1.3%-i digər irqdən olanlar və 2.4%-i isə iki və daha artıq irqdən olanlar təşkil edirdi. 867 şəxsi təsərrüfatın 33.9%-ində özləri ilə yaşayan 18 yaşından kiçik uşaq olanlar, 67.8%-ində evli ailə, 3.5%-ində əri olmayan qadın, 7.5%-ində arvadı olmayan kişi, 21.2%-ində isə ailəsi olmayanlar vardı. Şəxsi təsərrüfatın 14.8%-ində tək bir şəxs və 4.5%-ində isə tək yaşayan 65 yaşdan böyük şəxs vardı.
Cenevrə Konvensiyaları
Cenevrə konvensiyaları (ing. Geneva Conventions) — 1949-cu ildə İsveçrənin Cenevrə şəhərində keçirilən konfransda dörd Cenevrə Konvensiyası qəbul edilmişdir. Cenevrə konvensiyaları və onlara əlavə edilmiş protokollar silahlı münaqişələr zamanı yaralı, xəstə və gəmi qəzasına uğramış hərbçilərin vəziyyətini yaxşılaşdırmaq, hərbi əsirlərə baş çəkmək, mülki əhaliyə köməklik göstərmək və ümumilikdə, humanitar hüquq ilə mühafizə edilən şəxslərə qarşı müvafiq rəftarı təmin etmək hüququnu müəyyən edir. == Tarixi == 1949-cu ildə İsveçrənin Cenevrə şəhərində keçirilən konfransda dörd Cenevrə Konvensiyası qəbul edilmişdir: Qurudakı silahlı qüvvələrdə yaralıların və xəstələrin vəziyyətinin yaxşılaşdırılması haqqında, Dənizdəki silahlı qüvvələrdə yaralıların, xəstələrin və gəmi qəzasına uğrayanların vəziyyətinin yaxşılaşdırılması haqqında, Hərbi əsirlərlə rəftar haqqında, Müharibə zamanı mülki şəxslərin müdafiəsi haqqında.1977 və 2005-ci illərdə Konvensiyaya protokollar əlavə edilmişdir. Üç əlavə protokol: Beynəlxalq silahlı münaqişələr zamanı tətbiq edilir, Qeyri-beynəlxalq silahlı münaqişələr zamanı tətbiq edilir, Üçüncü əlavə emblemin qəbulu (Qızıl Kristal)Ümumilikdə, Cenevrə konvensiyaları və onlara əlavə edilmiş protokollar silahlı münaqişələr zamanı yaralı, xəstə və gəmi qəzasına uğramış hərbçilərin vəziyyətini yaxşılaşdırmaq, hərbi əsirlərə baş çəkmək, mülki əhaliyə köməklik göstərmək və ümumilikdə, humanitar hüquq ilə mühafizə edilən şəxslərə qarşı müvafiq rəftarı təmin etmək hüququnu müəyyən edir.
Cenevrə Universiteti
Cenevrə Universiteti (fr. Université de Genève) — İsveçrə Konfederasiyasının Cenevrə şəhərində olan bir ictimai araşdırma universitetidir. Sürix Universitetindən sonra ölkənin ikinci ən böyük ali məktəbidir. == Tarixi == Universitet Jan Kalvin tərəfindən qoyulmuşdur. Belə ki, 1559-cu ildə ilahiyyatçı və pastor Jan Kalvin tərəfindən Cenevrə şəhərində ilahiyyat seminariyası və hüquq fakültəsi yaradılır. Seminariyanın ilk rektoru ilahiyyatçı Teodor de Beze təyin olunur. Fəaliyyətinin ilkin dövrlərində bu ali məktəb humanitar və dini təhsil verir. XVII əsrdə Cenevrənin İntibah mərkəzinə çevrildiyi vaxtlarda da ali məktəbdə təhsil ilahiyyat yönümlü olaraq qalır. Həmin dövrlərdə akademiya adlandırılan bu ali təhsil müəssisəsində dəqiq və fiziki elmlərə ehtiyac duyulur. XIX əsrdə baş vermiş siyasi və ictimai dəyişikliklər akademiyada da bir çox yeniliklərə səbəb olur.
Cenevrə avtosalonu
Cenevrə avtosalonu avtomobil dünyasında ilin əsas hadisəsi sayılır. İlk dəfə 1905-ci ildə keçirilən Cenevrə avtosalonu dünyada ən böyüklərdən biri, Avropada isə yeganə avtomobil sərgisidir. Bura demək olar ki dünyanın bütün aparıcı avtomobil istehsalçıları gəlir və hər il İsveçrə avtosalonu avtomobil sənayesi tarixində əlamətdar hadisəyə çevrilir. Ənənəyə görə, sərginin rəsmi açılışından əvvəlki iki gündə avtomobillər jurnalistlərə göstərilir. Daha geniş tamaşaçı kütləsi üçün isə avtosalon iki gün sonra açılır. İsveçrədə 2010-cu il 4 mart tarixində rəsmən açılacaq 80-ci Cenevrə avtosalonu milyonlarla avtomobil həvəskarının diqqət mərkəzindədir. Yubiley sərgisi ziyarətçiləri iqtisadi böhrandan əvvəlki bolluqla təəccübləndirəcək. Dünyanın aparıcı avtomobil istehsalçıları 100-dən artıq yeni model nümayiş etdirəcəklər. Yeni modellər Wolkswagen, Citroen, Opel, Peugeot, Nissan, Honda, Skoda və digər şirkətlərə aiddir.
Cenevrə dirçəyi
Cenevrə dirçəyi (lat. Ajuga genevensis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin dirçək cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Çoxillikdir. Gövdəsi düz, 15-40 (60) sm hündürlükdə, hər tərəfi xovlu-tüklü, sadədir. Yarpaqları hər iki tərəfdən tüklü, kökətrafı yarpaqlar uzunsov-belvari, tərsyumurtavari və ya belvari-tərsyumurtavari, iri dairəvi dişli, saplağa daralan, çiçək əmələ gələnə yaxın quruyan, aşağı və orta yarpaqlar adətən uzunsov, yuxarı yarısında dairəvi-dişli, qaidə hissəsinə doğru pazvari daralan, oturaq; sonuncu yarpaqlar yumurtavari, üç bölümlü və ya üç dişlidir. Çiçəkləri 4-6 (8) sayda çiçək köbələrində, gövdənin uc hissəsində sünbülşəkilli çiçəkqrupunda toplanandır. Tac mavi, bəzən ağ və ya çəhrayıtəhər rənglidir. Fındıqcalar dəyirmi və torvari-qırışlıdır. == Yayılması == BQ qərbi, BQ şərqi, BQ Quba sahəsinin, Samur-Dəvəçi ovalığının, Qobustanın rayonlarında arandan orta, nadir hallarda yuxarı dağ qurşağına kimi yayılmışdır. Çəmənlərdə, kolluqlarda, çay kənarı, talalarda, bağçalarda, əkin sahələrində, suvarma kanalları boyunca, alaqlı yerlərdə bitir.
Cenevrə gölü
Cenevrə gölü, Leman (alm. Gen fersee‎, fr. Lac de Genéve, Lac Léman) — İsveçrə və Fransada göl. Alp dağlarındakı göllərin ən böyüyü. == Sahəsi == Sahəsi 582 km2 , uzunluğu 72 km, ən enli yeri 14 km, dərinliyi 310 m-ədəkdir. 372 m yüksəklikdə, Qərbi Alp və Yura dağları arasında qədim buzlaq dərəsində yerləşir. == Yerləşməsi == Sahilləri əsasən hündür və sıldırımlıdır. Rona çayı Cenevrə gölündən keçir; çayın axını göldən çıxdığı yerdə bəndlə tənzimlənir. Cenevrə gölü hövzəsinin çayları qar və buzlaqlardan qidalandığı üçün suyun səviyyəsi yayda qışa nisbətən 1 m-ədək qalxır. Səth suyunun temperaturu yayda 19– 24 °C, qışda 4–5 °C olur.
Cenevrə Konfransı (1954)
Cenevrə Konfransı — 26 aprel 1954-cü ildən 21 iyula qədər SSRİ, Çin, Birləşmiş Krallıq, ABŞ və Fransa xarici işlər nazirlərinin, həmçinin Çin, Şimali Vyetnam, Kamboca, Laos və Cənubi Vyetnamın nümayəndələrinin iştirak etdiyi konfrans. Konfransda Koreya və Hind-Çin məsələlərinə toxunulmuşdur. Koreyanın birləşməsi məsələsi ilə bağlı müzakirələr nəticəsiz başa çatmışdır. Konfransın ikinci yarısı Hind-Çininin taleyinə həsr olunmuşdur. Onun gedişinə konfrans zamanı baş verən Dyenbyenfuda Fransa ekspedisiya qüvvələrinin məğlubiyyəti böyük təsir göstərmişdir. Odur ki, digər tərəfdən, Cenevrə Konfransı Dyenbyenfuda gedən döyüşlərin gedişatına da təsir etmişdir. Konfransa hazırlıqla bağlı məlumatlar Fransa qarnizonunun mənəviyyatına mənfi təsir göstərmiş və Tay batalyonunda kütləvi şəkildə fərariliyə səbəb olmuşdur. 21 iyulda Fransanın Hind-Çindəki müstəmləkə müharibəsinə son qoyan və regionda keçmiş Fransa müstəmləkələrinin taleyini müəyyən edən sazişlər bağlanmışdır. 1955-ci ilin oktyabrında Vyetnam Respublikasının cənubunda Vyetnam Respublikasının elan edilməsi və bu ölkənin prezidenti Nqo Dinh Zyemin azad seçkilər keçirməkdən imtina etməsi Cenevrə razılaşmalarının həyata keçirilməsini pozmuşdur. Beynəlxalq Nəzarət Komissiyası öz funksiyalarını yerinə yetirə bilməmiş və faktiki olaraq fəaliyyət göstərməmişdir.
Cenevrə müşavirəsi (1955)
Cenevrə müşavirəsi (1955) — SSRİ (N. A. Bulqanin), ABŞ (D. D. Eyzenhaver), Böyük Britaniya (A. İden) və Fransa (E. For) hökumət başçılarının iştirakı ilə Avropada təhlükəsizlik məsələlərinə dair müşavirə. == Missiyası == Müşavirənin işində təmsil olunan dövlətlərin xarici işlər nazirləri və digər dövlət xadimləri də iştirak edirdilər (sovet nümayəndə heyətinin tərkibinə N. S. Xruşşov, G. K. Jukov, A. A. Qromıko və b. daxil idi). İyulun 18–23-də Cenevrədə SSRİ-nin təşəbbüsü ilə sovet nümayəndə heyəti tərəfindən Berlin müşavirəsində (1954) təklif olunmuş "Avropada kollektiv təhlükəsizlik haqqında ümum — avropa müqaviləsi" layihəsinin müzakirəsini davam etdirmək məqsədilə çağırılmışdı. Layihə bütün hərbi blokların ləğv edilməsini, Avropa dövlətlərinin hücum etməmək və təcavüz zamanı qarşılıqlı yardım göstərmək öhdəlikləri götürməsini nəzərdə tuturdu. == Nəticəsi == Berlin müşavirəsi iştirakçılarının müqavilə layihəsinə mənfi münasibətini nəzərə alan sovet nümayəndə heyəti kollektiv təhlükəsizlik sisteminin mərhələli şəkildə (birinci mərhələdə həm Şimali Atlantika Müqaviləsi Təşkilatını, həm də Varşava Müqaviləsi Təşkilatını saxlamaq şərtilə) yaradılması planını müzakirəyə çıxartdı Bundan başqa, sovet tərəfi Avropa dövlətlərinin hərbi qüvvə tətbiqindən qarşılıqlı surətdə imtina etmək haqqında müqavilə bağlamaq (kollektiv təhlükəsizlik haqqında müqavilə bağlanana qədər qüvvədə qalmalı idi) təşəbbüsünü irəli sürdü. SSRİ nümayəndə heyəti Almaniya Demokratik Respublikasının AFR-in tərkibinə qatılmasına (sonuncunun Avropa müdafiə birliyində üzvlüyünün saxlanılması şərtilə) qarşı çıxdı, hər iki alman dövləti arasında münasibətlərin normallaşdırılmasının və onların Avropada kollektiv təhlükəsizlik sistemində iştirakının zəruriliyini qeyd etdi. SSRİ-nin təklifləri müşavirə iştirakçıları tərəfindən qəbul olunmadı. Müşavirənin yekun sənədində xarici işlər nazirlərinə hökumət başçılarının müzakirə etdiyi məsələlərə baxmağı davam etdirmək həvalə olundu.
Birinci Cenevrə Konvensiyası
Birinci Cenevrə Konvensiyası — Quruda döyüşən silahlı qüvvələrdəki yaralıların vəziyyətinin yaxşılaşdırılması ilə bağlı 22 avqust 1864-cü ildə qəbul edilmiş dörd Cenevrə Konvensiyasından birincisi. Sənəd "silahlı münaqişələrin qurbanlarının müdafiəsi üçün beynəlxalq hüquq normalarının əsaslandığı baza müddəaları" müəyyən edir.İlk saziş 1864-cü ildə qəbul edildikdən sonra 1906, 1929 və nəhayət 1949-cu ildə əhəmiyyətli dərəcədə yenidən işlənmiş və dəyişdirilmişdir. Sözügedən sənəd bu konvensiyaların maddələrinin həm formalaşmasında, həm də icrasında təşəbbüskar olan Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə ayrılmaz şəkildə bağlıdır. == Tarixi == 1864-cü il Cenevrə Konvensiyası Avropanın siyasi və hərb tarixi üçün kritik olan bir dövrdə hazırlanmışdır. Bununla yanaşı, okeanın digər tərəfində – ABŞ-də vətəndaş müharibəsi 1861-ci ildən bəri davam etməkdə idi və nəticədə 750,000–900,000 nəfər insan həyatını itirəcəkdi. 1815-ci ildə Vaterlo döyüşündə Napoleonun məğlubiyyətə uğramasından sonra onun qardaşı oğlunun 1859-cu ildə İtaliyada zəfər qazanmasına qədərki dövrdə böyük güclər Qərbi Avropada sülhü qoruya bilmişdilər.Bununla belə, 1853–1856-cı illərdə Krımda münaqişənin baş verməsi ilə müharibə Avropaya qayıtdı və bütün bu çətinliklər "uzaq və əlçatmaz bir bölgədə" olarkən, İtaliyanın şimalı "Qərbi Avropanın hər yerindən o qədər əlçatan idi ki, dərhal maraqlı müşahidəçilərlə doldu"; çox qan tökülməsə də, yaranan görüntü qeyri-adi və sarsıdıcı idi. 1864-cü il Cenevrə Konvensiyasının hazırlanmasında məqsəd müharibənin dağıntılarını yüngülləşdirmək olsa da, "I Napoleonun ortadan qaldırılmasından sonra Qərbi Avropa xalqlarının…öyrəşmədiyi şəkildə geniş miqyasda hərbi kampaniyaların yenilənməsini" tətiklədi. Yaralıların və hərbi əsirlərin müalicəsini tənzimləyən beynəlxalq müddəaların müəyyən edilməsi ilə bağlı hərəkat yardım fəalı Anri Dünanın 1859-cu ildə Şimali İtaliyada Fransız-Pyemont və Avstriya orduları arasında gedən Solferino döyüşünə şahid olması ilə başladı. Döyüş meydanında qalan 40,000 yaralı əsgərin müvafiq şərait və şəxsi heyət olmadığına, o cümlədən onlara tibbi yardım göstərmək üçün atəşkəs elan edilmədiyinə görə çəkdikləri əziyyət Dünanı hərəkətə keçirdi. O, Cenevrəyə qayıtdıqdan sonra "Solferino xatirəsi" (it.
Dördüncü Cenevrə Konvensiyası
Dördüncü Cenevrə Konvensiyası — Müharibə zamanı mülki şəxslərin müdafiəsi ilə bağlı 12 avqust 1949-cu ildə qəbul edilmiş dörd Cenevrə Konvensiyasından sonuncusu. Konvensiya 1950-ci ilin oktyabrında qüvvəyə minmişdir. İlk üç konvensiya döyüşçülərlə bağlı olduğu halda halda, Dördüncü Cenevrə Konvensiyası müharibə zonasında mülki şəxslərin humanitar müdafiəsini nəzərdə tuturdu və buna görə də bir ilk idi. Hazırda sonuncu saziş və digər üç sənəd də daxil olmaqla, 1949-cu il Cenevrə konvensiyalarının 196 iştirakçısı var.Cenevrə Konvensiyalarına I Əlavə Protokol 1977-ci ildə tərtib edilmişdir. Konvensiyanın 48-ci maddədə ifadə olunmuş mülki şəxslərə aid "əsas qaydası" "mülki əhaliyə və mülki obyektlərə" hər cür qəsdən hücumu qadağan edir. "Təsadüfi hücumlar" anlayışını müəyyən edən sənəd belə hücumları da qadağan edir. "Mülki əhalinin təsadüfən məhv edilməsi, mülki şəxslərin xəsarət alması və mülki obyektlərə dəyən ziyan" da sənəddə əhatə olunur. Hətta 51-ci maddəyə əsasən, "gözlənilən konkret və birbaşa hərbi üstünlük təmin etməsi səbəbindən həddi aşacağına görə", "təsadüfi" mülki itkilərə və ya zərərə səbəb olacağı gözlənildiyi halda mülki şəxslərə qarşı yönəlməyən hücumlar da qadağan edilir. Buna elmi ədəbiyyatda proporsionallıq prinsipi deyilir. 1945-ci ildə İkinci Dünya müharibəsi başa çatana qədər isə qarşılıqlılıq norması silahlı münaqişədə davranış üçün əsas verirdi.1993-cü ildə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Baş katibin və Ekspertlər Komissiyasının hesabatını qəbul etmişdir.
Üçüncü Cenevrə Konvensiyası
Üçüncü Cenevrə Konvensiyası — Hərbi əsirlərlə rəftara dair 12 avqust 1949-cu ildə qəbul edilmiş dörd Cenevrə Konvensiyasından üçüncüsü. Sənəd 21 oktyabr 1950-ci ildə qüvvəyə minmişdir. Eyni adda və məzmunda konvensiya ilk dəfə 1929-cu ildə qəbul edilsə də, 1949-cu il konfransında yenidən nəzərdən keçirilmiş və əhəmiyyətli dəyişikliklər edilmişdir. Konvensiyada hərbi əsirlər üçün humanitar müdafiə mexanizmləri nəzərdə tutulur. Hazırda üçüncü saziş və digər üç sənəd də daxil olmaqla, 1949-cu il Cenevrə konvensiyalarının 196 iştirakçısı var. == Məzmunu == Konvensiyanın 3-cü maddəsi ümumilikdə Cenevrə Konvensiyalarının qeyri-beynəlxalq silahlı münaqişələrdə tətbiq olunan yeganə maddəsidir. Bu maddə konvensiyanı imzalayan dövlətin ərazisindəki, vətəndaşlığından və vətəndaşlığın olmamasından asılı olmayaraq, bütün şəxslər tərəfindən beynəlxalq xarakter daşımayan silahlı münaqişə zamanı riayət edilməli olan minimum müdafiə tədbirlərini təsvir edir. Buna əsasən, qeyri-kombatantlara, silahlarını yerə qoymuş silahlı qüvvələrin üzvlərinə və yaralandığına, tutulduğuna və ya hər hansı digər səbəbə görə döyüşdən kənarda qalan hors de combat döyüşçülərə bütün hallarda, şəxsi ləyaqətinə qarşı təhqirlər, xüsusən də təhqiramiz və ləyaqəti alçaldan rəftar qadağan edilməklə, insani münasibət göstərilməlidir. Hökmlərin çıxarılması isə sivil xalqlar tərəfindən zəruri sayılan bütün məhkəmə təminatlarını təmin edən, müntəzəm fəaliyyət göstərən məhkəmə tərəfindən həyata keçirilməlidir. 3-cü maddənin təmin etdiyi müdafiə mexanizmləri hətta şəxs hərbi əsir kimi təsnif edilməsə belə tətbiq oluna bilir.
İkinci Cenevrə Konvensiyası
İkinci Cenevrə Konvensiyası — Dənizdəki silahlı qüvvələrin yaralı, xəstə və gəmi qəzasına uğramış üzvlərinin vəziyyətinin yaxşılaşdırılması ilə bağlı 12 avqust 1949-cu ildə qəbul edilmiş, dörd Cenevrə Konvensiyasından ikincisi. Sənəd 1907-ci il Haaqa Konvensiyasını əvəz etmiş və Birinci Cenevrə Konvensiyasının əsas qoruyucu rejimini dənizdə aparılan silahlı mübarizəyə uyğunlaşdırmışdır. == Məzmunu == Saziş 63 maddədən ibarətdir. Müqavilənin ən əhəmiyyətli müddəaları aşağıdakılardır: 12-ci və 18-ci maddələr bütün tərəflərdən yaralıları, xəstələri və gəmi qəzasına uğrayanları qorumağı və onlara qulluq etməyi tələb edir. 14-cü maddəyə əsasən, hərbi gəmi xəstəxana gəmisinin tibbi heyətini ələ keçirə bilməsə də, yaralıları, xəstələri və gəmi qəzasına uğramış şəxsləri hərbi əsir kimi saxlaya bilər. 21-ci maddə yaralıların, xəstələrin və gəmi qəzasına uğrayanların götürülməsi və onlara qulluq edilməsi üçün neytral gəmilərə müraciət etməyə icazə verir. Bu maddəyə görə neytral gəmilər ələ keçirilə bilməz. 36-cı və 37-ci maddələr döyüş gəmisində xidmət edən dini və tibbi heyəti qoruyur. 22-ci maddədə qeyd edilir ki, xəstəxana gəmiləri heç bir hərbi məqsəd üçün istifadə edilə bilməz və humanitar missiyasına görə onlara hücum və ya belə gəmilərin ələ keçirilməsi qadağandır.Hazırda ikinci saziş və digər üç sənəd də daxil olmaqla, 1949-cu il Cenevrə konvensiyalarının 196 iştirakçısı var.
Sülhün və Cenevrə Sazişlərinin Müdafiəsi Komitəsi
Sülhün və Cenevrə Sazişlərinin Müdafiəsi Komitəsi —1954-cü ilin avqustunda Nquen Hıu Tho tərəfindən Sayqonda yaradılmış Vyetnam siyasi təşkilatı. Komitə həmin ilin noyabrında Cənubi Vyetnam hökuməti tərəfindən ləğv və qadağan edilmiş, Nquen Hıu Tho və təşkilatın digər üzvləri polis basqından sonra həbs edilmişdir.
Cenevrә dirçәyi, sığırdili
Cinevra de Bençinin portreti
Cinevra de Bençinin portreti (it. Ritratto di Ginevra de' Benci) — məşhur rəssam Leonardo da Vinçi tərəfindən təxminən 1474–1476-cı illlərdə çəkilmiş erkən əsəridir; rəsm əsəri gecikmiş kvatroçento dövrünün (yəni erkən İntibah dövrünün) və Florensiya portret rəssamlıq məktəbinin parlaq nümunəsidir. Ekspertlər tərəfindən müəyyən edilmişdir ki, rəsm əsərində təsvir olunmuş qadın, XV əsrdə yaşamış məşhur florensiyalı şairə və intellektual Cinevra d'Ameriqo de Bençidir. Cinevra italiyalı humanist və Venesiya şəhərinin görkəmli dövlət xadimi Bernardo Bembonun platonik sevgilisi olmuşdur; bu porterin rəssama sifarişi məhz Bernardo tərəfindən edildiyi ehtimal olunur. Bu Leonardonun Avropadan kənarda saxlanılan və müharibədən sonrakı dövrdə satışa çıxarılan yeganə əsəridir; hal-hazırda o Vaşinqtondakı Milli Sənət Qalereyasında nümayiş olunur, bundan bir neçə əsr öncə isə, o Lixtenşteyn knyazlarının kolleksiyasında saxlanılırdı. == Şəkil == === Təsviri === Demək olar ki, kvadrat formatlı şəkil sinəsində tünd-göy qaytanlama olan və terrakota rəngində əlbisə geyinən gənc qızı təsvir edir. Gənc qızın çiyninə tünd-qəhvəyi şərf atılmışdır. O vaxtın portretçilərinin adətinin əksinə olaraq, qızın geyimi hər-hansı bir bəzək əşyalarından məhrum edilmişdir; yalnız kiçik bir mirvari, aşağı kəsikli donun altından görünən şəffaf köynəyin yaxa kənarlarını birləşdirir. Florensiyalı gənc qızın saç düzümü həm dövrün dəbinə çox uyğun idi; alını nahiyəsini çərçivəyə salan dez saç ayrımı və buruq tellər, onun arxaya hamar şəkildə daranmış digər saçları ilə kəskin ziddiyyət təşkil edir. Boyun ardındakı saçlar ağ baş geyimi və ya lentlə bərkidilmişdir.
Tenere
Tenere (bər. Tiniri) — Böyük Səhranın mərkəzində yerləşən səhra (bölgə). Səhranın ümumi sahəsi 400 000 km² təşkil edir. Öz növbəsində qumlu səhradır və Nigerin şimal-şərq, Çadın isə qərbini əhatə edir. Air platosu, Axaqqar və Tibesti massivvləri ilə əhatələnmişdir. Tenere Tamaşeklərin dilində "səhra" mənasını verir. == Xüsusiyyətləri == Afrikanın şimalı, Böyük səhranın mərkəzini əhatə edən səhra quru və sərt iqlimi ilə seçilir. Onu hətta «səhra içində səhra» adlandırırlar. Burada olan dyunların hündürlüyü 250 m və daha çox olduğundan Dünyanın ən hündür dyunları hesab edilir. Səhranın hər hissəsi qumluq deyildir.
Çevrə
Çevrə — müstəvidə verilmiş nöqtədən eyni məsafədə olan nöqtələr çoxluğunun əmələ gətirdiyi həndəsi fiqura deyilir. Həmin nöqtəyə isə çevrənin mərkəzi deyilir. Çevrənin elementləri radius, vətər, diametr və qövsdən ibarətdir. Bir həndəsi cismi formalaşdıran kənarların uzunluqlarının cəmlənməsi ilə əldə edilən bir həndəsi termindir. Çevrənin dərəcə ölçüsü 360°-dir. Çevrə elementar həndəsənin tərkib hissəsidir. == Çevrənin elementləri == === Radius === Çevrənin mərkəzini onun istənilən nöqtəsi ilə birləşdirən düz xətt parçasina radius deyilir. Çevrənin radiusu diametrinin yarısına bərabərdir. Çevrənin sonsuz sayda radiusu var. === Vətər === Çevrənin istənilən 2 nöqtəsini birləşdirən parçaya vətər deyilir.
Valentina Zenere
Valentina Zenere (15 yanvar 1997, Buenos Ayres) — Argentinalı aktrisa, model və müğənni. O, əsasən Soy Luna və Juacas seriallarında Amber Smit və Casi Angeles teleserialında Alai İnkausti rolları ilə tanınır. == Karyerası == Zenere 2014-cü ildə hələ məktəbdə oxuyarkən müxtəlif reklamlarda rol almışdır.2010-cu ildə ona ən çox uğur qazandıran serialı Casi Angeles-də Alai İnkausti rolunda yer aldı. Bundan başqa teatr və televiziya çəkilişlərində kiçik rollar almışdır. Həmçinin Les Miserables-də də rol almışdır.Zenere hazırda İspaniyanın Madrid şəhərində yaşayır.
Çevrə (həndəsə)
Çevrə — müstəvidə verilmiş nöqtədən eyni məsafədə olan nöqtələr çoxluğunun əmələ gətirdiyi həndəsi fiqura deyilir. Həmin nöqtəyə isə çevrənin mərkəzi deyilir. Çevrənin elementləri radius, vətər, diametr və qövsdən ibarətdir. Bir həndəsi cismi formalaşdıran kənarların uzunluqlarının cəmlənməsi ilə əldə edilən bir həndəsi termindir. Çevrənin dərəcə ölçüsü 360°-dir. Çevrə elementar həndəsənin tərkib hissəsidir. == Çevrənin elementləri == === Radius === Çevrənin mərkəzini onun istənilən nöqtəsi ilə birləşdirən düz xətt parçasina radius deyilir. Çevrənin radiusu diametrinin yarısına bərabərdir. Çevrənin sonsuz sayda radiusu var. === Vətər === Çevrənin istənilən 2 nöqtəsini birləşdirən parçaya vətər deyilir.
Çevrə qövsü
Çevrə qövsü — çevrənin üst-üstə düşməyən iki nöqtəsi arasında qalan hissəsidir. Çevrə qövsünün uzunluğunu l ilə, mərkəzi bucağı m ilə, diametri d ilə, radiusu r ilə, çevrənin uzunluğunu L ilə işarə etsək, çevrə qövsünün uzunluğu aşağıdakı kimi hesablanar: l = (m/360 ∘ {\displaystyle \circ } ) ⋅ {\displaystyle \cdot } L = (m/360 ∘ {\displaystyle \circ } ) ⋅ {\displaystyle \cdot } 2 π {\displaystyle \pi } r = (m/360 ∘ {\displaystyle \circ } ) ⋅ {\displaystyle \cdot } π {\displaystyle \pi } d. π {\displaystyle \pi } ≈ {\displaystyle \approx } 3,14 (Pifaqor sabiti. π {\displaystyle \pi } = L / d).
Çevrə üzrə bərabərsürətli hərəkət
Mexaniki hərəkət — zaman keçdikcə bir cismin (yaxud maddi nöqtənin) digər cismə nəzərən, həmçinin eyni bir cismin ayrı-ayrı hissələrinin bir-birinə nəzərən məkanda yerdəyişməsi. Mexaniki hərəkəti riyazi baxımdan təsvir etmək üçün yerdəyişmə, gedilən yol, sürət, təcil və zaman kimi anlayışlardan istifadə olunur. Hərəkəti öyrənmək, yəni zaman keçdikcə cismin mexaniki yerdəyişməsini müəyyən etmək üçün müvafiq koordinat sistemi seçmək və onu hesablama cisminə bağlamaq lazımdır. Bundan əlavə gedilən yolun uzunluğunu təyin etmək üçün uzunluq etalonuna və zamanı ölçmək üçün ölçü cihazı rolu oynayan saata da ehtiyac vardır. Adətən sadaladığımız bu dörd ünsür — hərəkəti öyrənmək üçün seçdiyimiz cisim ona bağlı koordinat sistemi, uzunluq etalonu və saat birlikdə hesablama sistemi adlandırılır. Hər konkret mexaniki hərəkəti öyrənmək üçün müvafiq hesablama sistemi seçilir. Hərəkətin öyrənilməsi üçün vasitə rolunu oynayan koordinat sisteminin (məsələn, düzbucaqlı dekart koordinat sisteminin) başlanğıcı hesablama cismində yerləşdirilir və hərəkət məhz bu koordinat sisteminə nəzərən öyrənilir. Mexaniki hərəkət zaman keçdikcə cismin fəzada yerdəyişməsi olduğundan zaman və məkan anlayışları ilə yaxından tanış olmaq lazımdır. Klassik mexanikanın banisi Nyuton zaman və məkanı mütləq qəbul etmişdir. Nyutona görə zaman hesabat sistemindən asılı olmayaraq müntəzəm davam edir və bütün hesabat sistemləri üçün eynidir.
Air və Tenere milli təbiət qoruğu
Air və Tenere milli təbiət qoruğu — Nigerdə yerləşən təbiət qoruğudur. Buraya bir neçə üst-üstə düşən qoruq təyinatı daxildir və YUNESKO-nun Dünya İrsi mirasıdır. Qoruq, həm Air dağlarının şərq yarısını, həm də Tenere səhrasının qərb hissələrini əhatə edir. Ərazi, həmçinin, "BirdLife İnternational" tərəfindən əhəmiyyətli quş sahəsi kimi müəyyən edilmişdir.Air və Tenere təbiət qoruğu UNESCO Dünya İrsi mirasına 1991-ci ildə daxil olmuş və 1992-ci ildə təhlükəli bir ərazi olaraq təyin edilmişdir. VII, IX, X və #573 meyarlarına əsasən təyin edilmişdir. Qoruq 77,360 kvadrat kilometr ərazini əhatə edir. Bu, Afrikadakı ikinci ən böyük təbiət qoruğu, dünyada isə dördüncü ən böyük qoruq hesab edilir.UNESCO-nun Air və Tenere təbiət Qoruğu iki hissədən ibarətdir: Air və Tenere milli təbiət qoruğu IUCN növü IV. 1 yanvar 1988-ci ildə yaradılmışdır. 64,560 km².Air və Tenere Addax ziyarətgahı IUCN növü Ia. 1 yanvar 1988-ci ildə yaradılmışdır. 12,800 km².