Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Torn
Torn (limb. Thoear) — Niderlandın Limburq əyalətində, Maasqouv bələdiyyəsində şəhər. Myoz və Vitbik çaylarının sahilində yerləşir. Şəhərin mərkəzindəki ağ fasadlı evlərində görə Torn "ağ şəhər" adı ilə tanınır. == Tarixi == İlk əvvəllər Torn ərazisi Maastrix və Neymegen arasındakı Roma yolunun yaxınlığında yerləşən bataqlıq idi. Amma təxminən 975-ci ildə yepiskop Utrextli Ansfrid burada Benedektin monastırının əsasını qoymuşdur. XII əsrdən etibarən monastır qadın monastırına çevrilməyə başlanmışdır. Monastırı idarə edən abbat idi. Monastır ziyalı ailəsindən çıxmış qadınlar tərəfindən dəstəklənilirdi.
Piss Christ
Piss Christ - 1987-ci ildə ABŞ rəssam və fotoqrafı Andres Serrano tərəfindən çəkilmiş foto əsəridir. Əsərdə fotoqrafın sidiyinin içinə salınmış kiçik plastik çarmıx təsvir edilmişdir. Əsər, ABŞ hökumət agentliyi olan, məzmunu təftiş edilmədən sənət layihələrinə dəstək üçün nəzərdə tutulmuş Milli Sənət Fondunun qismən sponsorluğu ilə Cənub-Şərq Müasir İncəsənət Mərkəzi tərəfindən təşkil edilmiş “Təsviri sənətlər mükafatı”na layiq görülmüşdür. == Təsvir == Fotoda sarı mayenin dibinə çökmüş kiçik plastik çarmıx görünür. Sənətkar mayenin onun stəkana yığılmış sidiyi olduğunu bildirmişdir. Bu foto Serranonun klassik heykəl formalarının süd, qan, sidik kimi müxtəlif mayelərə salmaqla çəkdiyo xüsusi fotolar seriyasına aiddir. Əsərin tam adını sənətkar “Immersion (Piss Christ)” kimi qeyd edir. 150x100 sm ölçülü olan foto Ilfochrome nəşridir. Onun parlaqlığı və rəngləri dərin doymuşluq təsiri bağışlayır. Qızılı-çəhrayı təsvirdə kiçik şarlar gözə dəyir.
Rotting Christ
Rotting Christ — 1987-ci ildə Afinada yaranmış yunan black metal qrupu. Onlar regionun ilk black metal qrupu kimi tanınırlar. == Tarixi == 16 yaşlı qrup üzvləri ilk başlarda rəsmi olmayan iki demo ("Decline's Return" və "Leprosy of Death") hazırladı. 1993-cü ilə qədər heç bir albom hazırlamayan qrup EP üzərində işləyərək fəaliyyətini davam etdirirdi. Nəhayət 1993-cü ildə qrup Osmose Recordings ilə müqavilə imzaladı və "Thy Mighty Contract" adlı ilk albomunu çıxartdı. Albom qısa müddət ərzində black metal klassikasına çevrildi və qrup məşhurlaşmağa başladı. Rotting Christ bu albomdan sonra Immortal və Blasphemy ilə birlikdə Fuck Christ Tour adlı ilk black metal turuna çıxdı. İnsanların özlərinə xəsarət yetirdiyi və ambulansların dayanmadan işlədiyi bu turne, xoşagəlməz bir ünvanla da olsa tarixə keçdi. Qrup da beləcə adını daha çox eşitdirmiş oldu. The Fuck Christ Tour əslində müvəffəqiyyətli idi, amma Rotting Christ bu turdan heç məmnun deyildi.
Ranunculus thora
Ranunculus thora (lat. Ranunculus thora) — qaymaqçiçəyikimilər fəsiləsinin qaymaqçiçəyi cinsinə aid bitki növü.
Inula oculus-christi
Inula oculus-christi (lat. Inula oculus-christi) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin andız cinsinə aid bitki növü.
Paliurus spina-christi
Tikanlı qaratikan (lat. Paliurus spina-christi) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin murdarçakimilər fəsiləsinin qaratikan cinsinə aid bitki növü.
Jazz-Iz-Christ
Jazz-Iz-Christ — erməni-amerikan müğənnisi Serj Tankyanın rəhbərlik etdiyi qrup Jazz-iz Christ debüt studiya albomu. Albom 23 iyul 2013-cü ildə Serjical Strike Records leyblı tərəfindən buraxıldı. Albom üzərində tanınmış pianoçu Tiqran Hamasyan, flautist Valeri Tolstov və truba ifaçısı Tom Dupreyin böyük əməyi var. Bundan əlavə albomda Stüart Koupeland və aktyor / musiqiçi Devid Alpay və Vinsent Pedullanın ifaları yer alıb. Tankyanın əvvəlki diskoqrafiyasından fərqli olaraq, 15 trekdən yalnız 4-ü ("Distant Thing", "Song of Sand", "Garuna", and "Miso Soup") Serjin vokallarından ibarətdir. Qadın vokalçının yer aldığı "End of Time" istisna olmaqla, qalan bütün treklər instrumental əsərləridilər.
Bella Torn
Annabella Everi "Bella" Torn (ing. Annabella Avery Thorne; 8 oktyabr 1997, Pembrok-Payns[d], Brauard dairəsi, Florida, ABŞ) — amerikalı aktrisa, model, müğənni və yazıçı. Torn 20-dən çox serialda və 60-dan çox reklamda modellik və aktrisalıq edib. Lakin Tornun ən məşhur rolu baş rolunu ən yaxın dostu Zendaya ilə bölüşdüyü "Göstər özünü"dəki ("Shake it up") Sisi Cons roludur. == Həyatı == Bella Thorne 8 oktyabr 1997-ci ildə, Floridada, Pembruk Şamlarında anadan olmuşdur. Ailənin ən kiçiyi olan Tornun atası da aktyor idi. == Karyerası == === 2003–2009 === Thorne ilk dəfə 2003-cü ildə "Sənə vurğun" filmində MEQAHERS Yan xətti azarkeşi rolunda çəkildi. 2008-ci ildə isə "Mənim ən pis düşmənim" adlı serialda Rati Spivi köməkçi rolu ilə bir Cavan Aktyor Mükafatını qazandı. O, həmçinin, Cimmi Kimmel Yaşayır! daxil olmaqla, O.C. — də Teylor Tovnsendin gənc versiyası kimi, Oktyabr Yolunda Ancela Ferilli və Şəhvani haram pul serialında 5 seriya boyunca, Marqaruks Darlinq obrazını canlandırmışdı.
Biq-Horn
Biq-Horn — ABŞ-də, Qayalı dağlarda silsilə. == Haqqında == Uzunluğu təqribən 200 km. Ən hündür zirvəsi Klaud-Pik dağıdır (4015 m). Böyük Düzənliklər platosundan nisbi hündürlüyü 1200–1500 m-dir. Ox hissəsi Kembriyə -qədərki qranitlərdən, kənarları Paleozoy və Mezozoyun çökmə süxurlarından təşkil olunmuşdur. Dağ çölləri, küknar və ağ şam meşələri, yuxarılarda subalp seyrək meşəliyi yayılmışdır. Dövlətə məxsus 400 min ha meşə sahəsi istirahət və turizm üçün istifadə olunur.
Horn adası
Horn adası (isp. Isla Hornos) — Odlu Torpaq arxipelaqına daxil olan, Çiliyə məxsus olan ada. İnzibati baxımından Çilinin Antartika Çilena vilayəti ərazisinə daxildir. Adada Horn burnu yerləşir. Əslində isə Cənubi Amerikanın ən ucqar cənub nöqtəsi Dieqo-Ramires adalarında yerləşir. Adada Çili hərbi-dəniz qüvvələrinə məxsus baza yerləşir: mayak, kilsə, yaşayış binaları və təyinatlı binalar. Adada Albatrosların bədən quruluşlarına bənzər abidə vardır. Bu abidə Horn burnunu keçmək istəyərlən həyatlarını itirmiş dənizçilərin şərəfinə qoyulmuşdur. Ada ərazisi Horn milli parkı ərazisinə daxildir (isp. Parque nacional Cabo de Hornos).
Horn burnu
Horn burnu (nid. Kaap Hoorn, isp. Cabo de Hornos) — Odlu Torpaq arxipelaqının ən ucqar nöqtəsi]. Horun burnu anlayışı çox vaxt Cənubi Amerikanın cənub qurtaracağı kimi qəbul olunur. Horn burnu əslində Cənubi Amerikanın ən ucqar cənub nöqtəsi deyil. Horun burnundan 100 km cənub-qərbdə Dieqo-Ramires adaları yerləşir. Məhz bu adalar qitənin ən ucqar nöqtəsidir. Materikdə isə Bransuik yarımadasında olan Frоuаrd burnudur. == Coğrafiyası == Horn burnu Horn adasında yerləşir. Ərazini Cənubi Amerika ilə Antarktida arasında yerləşən Dreyk boğazının suları yuyur.
Roy Horn
Ziqfrid Fişbaxer və Uve Lüdviq Horn (ing. Siegfried & Roy) — ağ şir və ağ pələnglə göstəriləri sayəsində məşhur olmuş keçmiş estrada artistləri Ziqfrid Fişbaxer və Uve Lüdviq Horndan ibarət alman-amerikan dueti.
Sam Horn
Samuel Lee Horn (2 noyabr 1963-cü ildə anadan olub) keçmiş peşəkar Amerikalı beysbol oyunçusudur. Səkkiz mövsümün bir hissəsini Major League Baseball- da (MLB) keçirmiş və Boston idman komandalarının flaqman stansiyası olan New England Sports Network- ün aparıcısı olmuşdur.
Big Horn (Vayominq)
Biq-Horn qraflığı (ing. Big Horn County – azərb. Böyük buynuz‎) — Vayominq, ABŞ-də yerləşən qraflıq. ABŞ Siyahıyaalma Bürosunun verdiyi statistik məlumatlara görə 2000-ci ildə bu qraflığın əhalisi 11 461 nəfər olmuşdur. qraflığın paytaxtı Beysin şəhəridir. == Tarixi == Biq-Horn qraflığı Mart 1890-cı ildə Vayominq qanunvericiliyinə əsasən qurulmuşdur. Bu qraflıq Vayominqin Frimont, Conson və Şeridan qraflıqları ilə qonşudur. == Coğrafiyası == ABŞ Siyahıyaalma Bürosunu Biq-Horn qraflığı haqqında verdiyi məlumatına görə, qraflığın sahəsi 8182 km2, bunlardan 8125 km2 torpaq, 57 km2 isə su sahəsi tutur. qraflığın su resurslarının sahəsi onun bütün sahəsinin 0,7%-ni təşkil edir. Maraqlıdır ki, Biq-Horn həm də Nebraska ştatının qraflığı olan Biq-Hornla həmsərhəddir.
Biq-Horn (Vayominq)
Biq-Horn qraflığı (ing. Big Horn County – azərb. Böyük buynuz‎) — Vayominq, ABŞ-də yerləşən qraflıq. ABŞ Siyahıyaalma Bürosunun verdiyi statistik məlumatlara görə 2000-ci ildə bu qraflığın əhalisi 11 461 nəfər olmuşdur. qraflığın paytaxtı Beysin şəhəridir. == Tarixi == Biq-Horn qraflığı Mart 1890-cı ildə Vayominq qanunvericiliyinə əsasən qurulmuşdur. Bu qraflıq Vayominqin Frimont, Conson və Şeridan qraflıqları ilə qonşudur. == Coğrafiyası == ABŞ Siyahıyaalma Bürosunu Biq-Horn qraflığı haqqında verdiyi məlumatına görə, qraflığın sahəsi 8182 km2, bunlardan 8125 km2 torpaq, 57 km2 isə su sahəsi tutur. qraflığın su resurslarının sahəsi onun bütün sahəsinin 0,7%-ni təşkil edir. Maraqlıdır ki, Biq-Horn həm də Nebraska ştatının qraflığı olan Biq-Hornla həmsərhəddir.
Uwe Ludwig Horn
Ziqfrid Fişbaxer və Uve Lüdviq Horn (ing. Siegfried & Roy) — ağ şir və ağ pələnglə göstəriləri sayəsində məşhur olmuş keçmiş estrada artistləri Ziqfrid Fişbaxer və Uve Lüdviq Horndan ibarət alman-amerikan dueti.
Yalançı Horn burnu
Yalançı Horn burnu (isp. Falso Cabo de Hornos) — Odlu Torpaq arxipelaqına daxil olan Oste adasında yerləşən Hardi yarımadasının ən ucqar cənub nöqtəsi. Əsl Horn burnu isə kiçik bir adada yerləşir. Səyyahların bir çovu səhvən Oste adasındakı burnu Horn olaraq bilmişlər. Oste adası arxipelaqın əsas adasından Biql boğazı ilə ayrılır. Hazırda isə təcrübəli dənizçilər bu səhvi etmirlər. Yalançı Horn burnu əslindən 56 km şimal-qərbdə yerləşir. Burnun iqlıimi qışı yağışlı, küləkli və yumşaq, yayı isə sərin keçir. İl ərzində temperatur 0 °С - 15 °C arasında dəyişir. Horn burunlarının heç biri nə Cənubi Amerika materikinin nə də dünyanın ucqar nöqtəsi sayılmır.
Chorisis
Ixeris (lat. Ixeris) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Ixeris chinensis (Thunb. ex Thunb.) Nakai Ixeris chinensis subsp. chinensis Accepted L TICA 2012-02-11 chinensis Ixeris chinensis subsp. strigosa (Lév. & Vaniot) Kitam. Ixeris chinensis subsp. versicolor (Fisch. ex Link) Kitam.
Chresta
Chresta (lat. Chresta) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Heterotipik sinonimləri === Argyrovernonia MacLeish Glaziovianthus G.M.Barroso Pithecoseris Mart.
Christen Dalsgaard
Christen Dalsgaard (dan. Christen Dalsgaard) - Danimarkalı rəssam və incəsənət xadimi. == Biografiya == === Erkən həyatı və təhsili === Mülk sahibinin oğlu Kristen Dalsgaard 30 oktyabr 1824-cü ildə Jutland'ın Skive yaxınlığındakı Krabbesholm Manor'da anadan olmuşdur. Bədii istedadın erkən əlamətlərini göstərdi və sənətkarlıq rəssamı olaraq təhsil aldı. 1841-ci ilin yazında ziyarət edən mənzərə rəssamı Niels Rademacher, gənc rəssamı ruhlandırdı və valideynlərini oğlunun istedadına inandırdı. Həmin il sonra Kopenhagenə getdi və 1841-ci ilin oktyabrında Kral Danimarka İncəsənət Akademiyasında (Det Kongelige Danske Kunstakademi) sənətşünaslıq işlərinə başladı. 1841-ci ilin dekabrında rəssam Martinus Rørbye ilə fərdi araşdırmalara başladı. Bu dərslər 1847-ci ilə qədər davam etdi. 1843-cü ildə akademiyanın sərbəst rəssamlıq məktəbində, sonrakı il isə Akademiyanın suvaq məktəbində oxumağa başladı. Yay və tətil zamanı ev eskiz kitabçalarını yerli mənzərə, geyim və həyat tərzi ilə tanış edərək doldurdu.
Christie's
Christie's — 1766-cı ildə Ceyms Kristi tərəfindən yaradılan Böyük Britaniya xərrac evi. Şirkətin əsas binaları mərkəzi London və Nyu-Yorkda yerləşir.
Chown
chown (change owner - sahibini dəyiş) — *nix sistemlərində faylın sahibini dəyişdirmək üçün istifadə olunan komandadır.
Githorn
== Haqqında == Githorn (Niderlandca tələffüz: [ˈɣitɦʊːrn]) Niderlandda Overeysel bölgəsində yerləşən kənddir.Stinviykerland bələdiyyəsinə tabe olub,Stinviyk şəhərinin 5 kilometr cənub qərbində yerləşir. Githorn "Şimal Venesiyası" və ya "Niderland Venesiyası" kimi tanınır.Kənddə 150-dən çox körpü var.Holland rejissor Bert Haanstranın 1958-ci ildə çəkdiyi komediya filmi Fanfara ilə daha da məşhurlaşmışdır.Ərazinin qədim hissəsində heç bir yol yoxdur(hal hazırda isə velosiped yolu var) Nəqliyyat yalnız kəndi tamam əhatə etmiş kanallarla mümkündür. == Əsası == Kəndin əsası 1230-cu ildə qoyulub.1973-cü ilə qədər Breveyde bölgəsinin tərkibində qalıb == Referanslar == J. Kuyper, Gemeente Atlas van Nederland, 1865—1870, «Giethoorn» Карта бывшего муниципалитета, около 1868.
Horan.
Pavel Qoryaninov (rus. Павел Федорович Горянинов 1796[…], Mogilyov – 1865[…], Sankt-Peterburq) — Rus təbiətşünası, botaniki, həkim.
Thorax
Toraks — heyvan və insan bədəninin bir hissəsidir, baş və gövdə arasında yer alır. Məməlilərdə; sternum, torakal vertebralar ve qabırğalar ilə çevrilən bədən nahiyyəsidir. Boyundan diafraqmaya qədər uzanır. Ürək və ağciyər torasik nahiyədə yerləşir. Torakal nahiyyədə yerləşən bu daxili orqanlar, sternum və döş qəfəsi tərəfindən qorunur.
Thoth
Tot (yun.Θόουτ, Θώθ, Thoth)- Qədim Misir mifologiyasına görə müdriklik və yazı tanrısı. == Haqqında == Qədim mənbələrda Tot "əlifbanı icad edən və magiyanın himayədarı kimi" tanıdılır. == Sitayiş yerləri == Tot Allahına əsas sitayiş mərkəzi Şmun və ya Eşmunen (Hermopol) şəhəri idi.. Məhz bu şəhərdə Tota sitayişlə bağlı əsas şəbəd yerləşirdi . Bundan başqa Baxe, Per-abe, Urite, Ta-ure, Talmise, Pselkete, Sene, Xate, İa-ca-Mutete Ta-seti (Takense), Rexue, Xeserte və Abidos çəhərlərində də Tot allahının şərəfinə inşa edilmiş məbədlər var idi.. == Xarici keçid == Молитва богу Тоту о ниспослании умения хорошо писать. Гимн Тоту. Папирус Anastasi III. == Mənbə == Тураев Б. Тот, древнееегипетский бог. Энциклопедический словарь Брокгауза и Ефрона : в 86 т. (82 т.
Toran
Alatoranlıq, alaqaranlıq və ya toran — şəfəq vaxtı ilə günəşin doğuşu və günəşin qürubu ilə qaranlıq vaxt arasındadır. Üst atmosferdə səpələnmiş gün işığı aşağı atmosferi işıqlandırır və bu vəziyyətdə yer nə tamamilə işıqlıdır, nə də tamamilə qaranlıqdır. Günəş üfüqdə olduğundan, əslində görünə bilməz. Bu anda “mavi saat” (fransızca: l'heure bleue) adlanan mühit işığının qeyri-adi, romantik təbiəti fotoqraf və rəssamlar arasında populyardır. Alatoranlıq, texniki olaraq süni işıqlandırmaya ehtiyac olmadan xarici fəaliyyətlərin edilə biləcəyi günün səhər başlayıb, axşam başa çatan hissəsi olaraq təyin edilmişdir. == Təyin edilməsi == Elmi baxımdan, alatoranlıq Günəşin (mərkəzinin) üfüqə görə mövcud olan bucağı ilə müəyyən edilir. Alatoranlıq üç alt kateqoriyaya malikdir: gündəlik mövqeyi (ən parlaq), dəniz mövqeyi və astronomik mövqeyi (ən qaranlıq).
Torna
Torna metalların və süni materialların kəsmə ilə hazırlanmasında tətbiq olunan texnoloji əməliyyat növüdür. Torna əməliyyatı kəskilərin tətbiqi ilə torna dəzgahlarında aparılır. Başqa əməliyyatlardan fərqli olaraq burada əsas hərkəti pəstah, köməkçi hərkəti isə alət yerinə yetirir. Pəstah fırlanır, kəski isə supportun köməyi pəstah boyunca hərəkət etdirilərək veriş hərəkətini alır. Bu zaman kəskiyə verilən eninə veriş kəsmə dərinliyini yaradır, bunun nəticəsində də emal zamanı yonqar əmələ gəlir. Xüsusi hallarda alət də baş hərkətin alınmasında iştirak edir. Klassik torna əməliyyatında fırlanan səthlər emal olunmuşlar. Hal-hazırda müasir CNC idraəetmə sistemi ilə təchiz olunmuş dəzgahlar daha mürəkkəb səthlərin emalına imkan yaradırlar. Verişin istiqamətindən asılı olaraq uzununa və eninə torna əməliyyatları mövcuddur. Alətin pəstaha nisbətən vəziyyəti isə xaric və daxili yonma ilə səciyyələnir.
Torun
Torun (alm. Thorn‎, kaşub Toruń, lat. Thorunium) — Vistula çayı üzərində, Şimali Polşada qədimi şəhərdir.Əhalisi 2009-cu ilin iyun ayında 205,934 nəfər idi.