Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Cola
Kola — qazlı, spirtsiz sərinləşdirici içki. Kola (ing. "coke" və ya "cola") — təbii və ya süni dadlar — vanil, darçın, sitrus yağları və digər dadlar əlavə edilən qazlı sərinləşdirici içki növü. Coca-Cola brendini 1886-cı ildə əczaçı Con Pemberton icad etdikdən sonra kola bütün dünyada məşhurlaşdı və sonradan digər istehsalçılar onu təqlid etdilər. Kola tipli içkilərin əksəriyyətində kofein var, bu kola qozundan götürülüb və bu içkinin adının yaranmasına səbəb olub, baxmayaraq ki, hazırda başqa mənbələrdən istifadə olunur. Pembertonun orijinal kola içkisi də koka yarpaqlarından kokain ehtiva edirdi. Onun alkoqolsuz resepti əczaçı Angelo Marianinin 1863-cü ildə yaratdığı koka şərabından ilhamlanıb. Müasir kola içkilərinin əksəriyyəti şəkər boyası əlavə edildiyi üçün tünd rəngdədir və şəkər və/və ya yüksək fruktoza qarğıdalı siropu ilə şirinləşdirilir. Hal-hazırda onlar bir çox müxtəlif markalar altında istehsal olunur. Onların arasında ən məşhurları Coca-Cola və Pepsi-dir.
Cild
Dəri — insanın və heyvanların bədənini bir sıra kənar təsirlərdən qoruyan, habelə hissiyyat, tənəffüs və istiliyin tənzimi proseslərində iştirak edən xarici örtükdür. Dəri özündən altda yerləşən toxumaları müxtəlif mexaniki zədələrdən qoruyur, bədənə xəstəlik törədən mikrobları və yad maddələri keçməyə qoymur. Həmçinin, dəri toxumalardan artıq su itkisinə mane olur və bədənin temperatur tənzimində mühüm rol oynayır. Eyni zamanda, dəri onda yerləşən xüsusi törəmələr – reseptorlar vasitəsi ilə xarici mühitin qıcıqlarını (mexaniki, istilik və s.) qəbul etdiyindən duyğu üzvlərindən biridir. Dəridə olan müxtəlif reseptorlar orqanizmlə xarici mühitin qarışılıqlı təsirində böyük rol oynayır. Dəri ifrazat orqanı kimi də dissimilyasiyasının son məhsullarının çox az bir hissəsinin orqanizmdən xaric olunmasında iştirak edir. Dəridə ifrazat məsulları tər və piy vəziləri vasitəsilə xaric olunur. Dəridən tər daima xaric olur və bununla bədənin temperaturu və qanın osmotik təzyiqi tənzim olunur. İnsan bir gündə 500-900 sm³ tər xaric edir. Yay aylarında isə tərin miqdarı 2-3 dəfə artır.
Alay
Alay və ya polk — bir polkovnikin əmri altında üç ya da dörd tabordan ibarət olan hərbi birlik. Bir həbri birlik olaraq çox köhnə tarixə malikdir. 16 əsrin ortalarında Fransız süvari birliklərinə də alay deyilirdi. Daha sonrakı əsrlərdə alayların öz bayraq, forma və gerbləri inkişaf etdirilmiş və müəyyən alaylar müəyyən bir şəxsiyyət, hərbi karier əldə etmişlər. 20 əsrin əvvəllərinə qədər Avropa və ABŞ ordularında alaylar 10 bölükdən ibarət idi. Napoleon isə alay təşkilatında yeni tənzimləmələrə getmiş və əmri altındaki alayları, biri qərargahda, digər ikisi də ərazidə olmaq üzrə üç tabor şəklində təşkilatlandırmışdır. 20 əsrin başlanğıcında Birləşmiş Ştatlar ordusu da bu yeniliyi mənimsəmişdir. Alayların bu quruluşu Birinci dünya müharibəsi, İkinci dünya müharibəsi və Koreya müharibəsi ərəfəsində dəyişməmişdir. Azərbaycan Silahlı Qüvvələrində və digər dövlətlərdə həbri birləşmələrdən başqa,hüquq mühafizə orqanlarının şəxsi heyətinin birləşmələridə Alay adlandırılır.məs:Çevik Polis Alayı və s.
Cyay
𐕏 (səslənməsi /dzʲ/, transkripsiyası Ʒ', ӡ') — Alban əlifbasının 32-ci hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Ջա́յ (J̌áy) kimi verilmişdir. Tədqiqatçılar Jost Gippert və Wolfgang Schulze'nin fikrincə bu hərfin adı əslində "Ʒ’ay" olmalıdır və damaqlaşmış cingiltili affrikatdır. Erməni tədqiqatçı Aşot Abramyan bu hərfi ş səsinin bir forması olduğunu düşünürdü. Georgi Klimov bu hərfin nə formasını, nə də mənasını başa düşməyib. Sinay palimpsestlərində qeydə alınmamış hərflərdən biridir. Hipotetik olaraq 5000 rəqəmini təmsil etdiyi düşünülür.
Olay
Hadisə və ya olay — təbiətdə baş verən bütün dəyişikliklərə deyilir. Fəsillərin əmələ gəlməsi, Günəşin çıxması və batması, Şimşək, Günəş və Ay tutulmaları, suyun donması və buxarlanması, buzun əriməsi, suyun daşması, bitkinin böyüməsi çiçəklənməsi, heyvanların çoxalması, yazda həşəratların və quşların görünməsi təbiət hadisələridir.
Coca-Cola
Koka-Kola (ing. Coca-Cola) — 6 may 1886-cı ildə ABŞ- da yaradılmış sərinləşdirici içkilər istehsal edən The Coca-Cola Company şirkəti tərəfindən satışa çıxarılan qazlı sərinləşdirici içkidir. Coca-Cola, Amerika Birləşmiş Ştatları mənşəli, karamelize şəkərlə dadlandırılmış, spirtsiz içki markası. Coca-Cola və müxtəlif spirtsiz içki markalarının sahibi, mərkəzi ABŞ- ın Georgia əyalətində, Atlanta şəhərində olan çox millətli şirkətdir. 1886-cı ildə qurulan şirkətin səhmləri, Nyu York Birjasında KO qısaltması ilə əməliyyat göstərilir İkinci Dünya Müharibəsindən sonra Amerika həyat tərzinin bir simvolu olaraq əvvəl Avropada, sonra bütün dünyada məşhur reklam kampaniyaları ilə böyük bazar payı qazandı. Soyuq Döyüşün ardından Sovetlər Birliyi torpaqlarında və Şərqi Avropada istehsal və satışa başladı, bu bölgələrdə də spirtsiz içki bazarında güclü vəziyyətə gəldi. İdarə heyəti Başçısı (CEO) Türk iş adamı Muxtar Kentdir. Coca Cola və Pepsi- nin istehsal edən şirkətlər, Kaliforniya qanunlarına görə, məhsullarına xərçəng xəstəliyinin qonmaması üçün bu içkilərin tərkibini dəyişdirir. Yeni tərkibə görə, içkilərə karamel rəngini verən 4 — metilimidazol maddəsindən daha az istifadə ediləcək. 4 — metilimidazol, Kaliforniya əyalətinin xərçəngə gətirib çıxardığı düşünülən maddələr siyahısında iştirak edir.
Bold (telekanal)
bold — "Canadian Broadcasting Corporation" məxsus Kanadalı ingilis birinci kateqoriya rəqəmsal kabel kanalı. Yayın məzmunu — mədəniyyət və idman sahələrinə həsr olunmuş filmlər, proqramlar yayımlayır. Kanalın Radio, Televiziya və Telekommunikasiya Komissiyası tərəfindən 24 noyabr 2001-ci ildə lisenziya alıb. Əvvəlcə kanal Corus Entertainment və Kanadalı Yayımları Şirkətinin ortaq layihəsi olan və sırasıyla səhmlərin 70% və 30% aid idi.
Bold adası
Bold adası (ing. Bald Island) — Qərbi Avstraliya ştanınn ərazisinə daxil olan kiçik ada (8,09 km²). Qitədən 1.5 km aralıda yerləşir. Ada qranitdən ibarətdir. 1964-cü ildən nadir növlərin yayılması səbəbindən qoruq təşkil edilmişdir. Adada ilan, pişik və tülkülər yoxdur. Burada 104 növ bitki aşkar edilmişdir:Agonis flexuosa, Melaleuca lanceolata, Eucalyptus lehmannii, Melaleuca microphylla. Adada kiçik kenqurular sayılan Kvokkalar yayılmışdır. 2005-ci ildə Potorous gilbertii ada şəraitinə adaptasiyaya cəlb edilmişdir. Digər bu cür növ isə cırtdan kol quşudur (Atrichornis clamosus).
Cild (kitab)
Cild (yun. τόμος — hissə, bir kəsim) — çoxcildli kitabın ayrıca bir kitab halında olan hissəsi. Bir cilddə verilən material böyük bir materialın bir hissəsi olmaqla yanaşı, ayrıca bir tamı əhatə etməlidir. Cildləmə sahəsi - (ing. gutter; rus. поле переплета) — sənədin iki qonşu səhifəsi arasında cildləmə üçün nəzərdə tutlmuş boşluq və ya iç sahə. Hər bir cild ayrıca olaraq bir saydan başalyaraq nömrələnir. İsmayıl Calallı (Sadıqov). İnformatika terminlərinin izahlı lüğəti. Bakı: 2017, "Bakı" nəşriyyatı, 996 s.
Cola acuminata
Sivri kola (lat. Cola acuminata) — kola cinsinə aid bitki növü.
Cola nitida
Parlaq kola (lat. Cola nitida) - kola cinsinə aid bitki növü.
Con Coli
Coli Con (1.11.1857, İrlandiya, Offali qraflığı – 8.12.1933, Dublin) — ingilis geoloqu və geofiziki. Dublində Triniti kollecini bitirmişdir. Dublin Universitetinin professoru (1897-ci ildən) idi. Yerin istilik rejimi üçün radioaktiv elementlərin əhəmiyyətinə birinci olaraq Coli diqqət yetirmişdir. İlk dəfə müxtəlif dağ süxur larında radioaktiv parçalanma prosesində elementlərin ayırdığı enerjinin miqdarını hesablamışıdır. Yer təkindəki proseslərin dövriliyinin tektonik proseslərin radioaktiv parçalanma ilə əlaqəsi fərziyyəsini irəli sürmüşdür (1925).
Cəld kərtənkələcik
Cəld kərtənkələcik (lat. Eremias velox) — Kərtənkələcik fəsiləsinə aid kərtənkələ növü. Kiçik ölçülü olub 10,5 sm uzunluğa malik olurlar. Quyruqları 1,5–2 dəfə uzun olur. Rəngi və üzərindəki ləklər fərqli olur. Yuxarı hissəsi boz və qum rəngində olur. Üzərində isə qara və parlaq ləkələrlə örtülü olur. Qarın nahiyəsi ağ rəngdə olur. Əsasən səhra, yarımsəhra və dağlarda yayılırlar. Onlara 1700 m yüksəkliklərdə belə yayıla bilir.
Cəld vallabi
Cəld vallabi (lat. Macropus agilis) — kenquru cinsinə aid heyvan növü.
Gold Baku
Gold Baku — Azərbaycanda istehsal olunan məşhur spirtli konyak və ya brendi içkisi. Müddəti ən azı 10 il saxlanılmış konyak spirtlərindən hazılanır. Qızılı-kəhrəba rəngi, zərif təravəti, şokolad və vanil çalarları vardır. Konyakın dadı yumşaq, məxməri və harmonikdir. Aperitiv kimi, təmiz halda süfrəyə vermək tövsiyə olunur, siqar, meyvə və kofe ilə yaxşı uyğunlaşır. +20 °C (və ya otaq temperaturunda) süfrəyə vermək tövsiyə olunur.
Hold Me
Hold Me — (Azərbaycanca: Tut Məni) Azərbaycanın 2013 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Mahnı Fərid Məmmədov tərəfindən Malmö səhnəsində ifa olunub.
J. Cole
Jermaine Lamarr Cole səhnə adı ilə J. Cole (28 yanvar 1985, Frankfurt-Mayn, Hessen) — Amerikalı reper, müğənni-mahnı yazarı, prodüser və səsyazma rejissoru. Almaniyada hərbi baza ərazisində anadan olub, Şimali Karolinanın Fayetteville şəhərində böyümüşdür. 2007-ci ilin əvvəlində "The Come Up" çıxış miksteypinin yayımlanması Cole'un reper kimi tanınmasında böyük rol oynayır. Solo karyerasını reper olaraq davam etdirmək niyyəti ilə 2009-cu ildə Jay-Z-nin Roc Nation şirkətiylə müqavilə bağladıqdan sonra iki əlavə miksteyp — The Warm Up (2009) və Friday Night Lights (2010) albomlarını yayımladı. Cole, ilk studiya albomu olan "Cole World: Sideline Story"ni 2011-ci ildə yayımladı. ABŞ Billboard 200-də bir nömrədə çıxış etdi və tezliklə Amerikanın Musiqi Sənayesi Birliyi (RIAA — Recording Industry Association of America) tərəfindən platin sertifikatla mükafatlandırıldı. Sonrakı iki buraxılışı — 2013-cü ildə Born Sinner və 2014-cü ildə 2014 Forest Hills Drive, tənqidçilərdən əsasən müsbət rəylər aldı, və hər albomu da ABŞ-da platin sertifikat aldı. Son olaraq, ona ən yaxşı rep albomu kategoriyasında Qremmi mükafatına nominasiyasını qazandırdı. 2016-cı ildə Billboard 200-də bir nömrəli çıxış edən və daha sonra platin sertifikat almış dördüncü albomu olan "Eyez Only" albomunu yayımladı. Beşinci albomu KOD, 2018-ci ildə yayımlandı və eyni zamanda Billboard 200-də ilk sırada çıxış edərək bir nömrəli çıxış etmiş beşinci albomu oldu.
Kold-Leyk
Kold-Leyk — Kanadanın Alberta əyalətində şəhər.
Kold Leyk
Kold-Leyk — Kanadanın Alberta əyalətində şəhər.
Qold Qari
Qold Qari (ing. GARY GOLD;22 noyabr 1946, Moskva)— amerikalı bəstəkar, musiqiçi (saksofon) və pop şanson janrında ifaçıdır. Qari, sözün əsl mənasında, küçədə doğulmuşdur. Valideynləri seçdikləri doğum evinə gəldikdə, xəstəxana artıq dağılmışdı. Onlar başqa bir xəstəxana axtararkən, küçədə doğuş baş vermişdir. Qarinin ailəsi Təmiz nohurlarda yaşayırdı. Orta məktəblə paralel olaraq, Qari musiqi məktəbini də bitirmiş, ilk mahnılarını on dörd yaşında yazmışdır. 1961–1965-ci illərdə Feliks Dzerjinski adına Maşınqayırma Məktəbində oxumuş, 1970-ci ildə Qold Moskva Avtomexanika İnstitutunu bitirmişdir. Texnikumda oxuyarkən musiqiçi MMAB-yə (Moskva Musiqi Ansamblları Birliyi) üzv olmuş və Yuri Silantyevin orkestrində çıxışlar etmişdir. Xalq Təsərrüfatı Nailiyyətlərinin Sərgisi (VDNX), "Ulduz", "Ostankino", "Saturn" restoranlarında və "Rusiya" hotelinin restoranında işləmişdir.
Cay
𐕕 (səslənməsi /dz/, transkripsiyası Ʒ, ʒ) — Alban əlifbasının 38-ci hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Ձայ (Jay) kimi verilmişdir. Hərfin bu cür identifikasiyası sadəcə olaraq bir sözə - alb. 𐕗𐔼𐔾𐔼𐕎𐕕 (ṗilinʒ) 'bürünc' sözünə əsaslanır. Belə ki, bu söz qra. պղինձ ("mis") və qədim gürcücə პილენძი ("mis") sözləri ilə eyniköklüdür. Bu hərflə təyin edilmiş sözlər çox azdır. Qrafem olaraq Matenadaran və Sinay palimpsestləri versiyaları kəskin fərqlənir.
Lay
Lay (təbəqə)
Ancelina Coli
Ancelina Coli Voyt (ing. Angelina Jolie Voight; 4 iyun 1975[…], Los-Anceles, Kaliforniya) — ABŞ aktrisası, Oskar mükafatı laureatı, üç dəfə "Qızıl qlobus" mükafatının sahibi, iki dəfə ABŞ aktyorları arasında Hildiya mükafatının qalibi, BMT–nin xoşməramlı səfiri. Ancelina Coli 4 iyun 1975-ci ildə ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərində doğulub. Məşhur ABŞ aktyoru Con Voyt və yarı fransız yarı kanadalı aktrisa Marşelin Bertranın qızıdır. Özündən böyük Ceyms Heyven Voyt adlı qardaşı var. Onun soyadı "Coli" fransız dilində "yaxşı", "gözəl" anlamını verir, lakin aktrisa özü fransız dilini bilmir. Ancelina Colinin valideynləri 1976-cı ildə ayrılır. Ancelina və onun qardaşı anası ilə Nyu-Yorka köçürlər. Bir il sonra atası Oskar mükafatına layiq görülür. Anası isə uşaqlarını tərbiyə etmək üçün karyerasından imtina edir, tez-tez uşaqlarını kinoteatra aparır və bütün vaxtını onlarla keçirir.
Azov (alay)
"Azov" xüsusi təyinatlılar dəstəsi (ukr. Окремий загін спеціального призначення «Азов») — Ukrayna Milli Qvardiyasının Şərq Əməliyyat-Ərazi Birliyinin 3057 saylı hərbi hissəsinin tərkibində olan bölmə. Bölmə 2014-cü ilin may ayında Mariupolda könüllülərdən, ilkin olaraq Ukrayna Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı Polis Patrul Xidmətinin batalyonu kimi yaradılıb. 2014-cü ilin sentyabrında alaya çevrilib. 2014-cü ilin noyabrında Ukrayna Milli Qvardiyasının tərkibinə daxil olub. 2022-ci ildə Rusiyanın Ukraynaya hücumundan sonra alay Mariupolun mühasirəsi zamanı şəhərin müdafiəsindəki roluna görə yenidən diqqət çəkdi. 2014-cü il aprelin 13-də Ukraynanın daxili işlər naziri Arsen Avakov Ukrayna Daxili İşlər Nazirliyinin patrul xidmətinin “mülki birləşmələr əsasında” xüsusi bölmələrinin yaradılması barədə qərar qəbul edildiyini açıqladı. Batalyonun keçmiş rəhbərlərindən biri Yaroslav Qonçarın sözlərinə görə, Azov batalyonu mayın 4-də Mariupol şəhər şurasının deputatı Aleksandr Yaroşenko, Avromaydan fəalı Yaroslav Qonçar, Ukraynanın xalq deputatı Oleq Lyaşkonun, Sosialist Milli Assambleyasının mətbuat katibi İqor Mosiyçuk və siyasətçi Dmitri Korçinskinin iştirak etdiyi toplantıda fəaliyyətə başlayıb. İclasda iki qrupun - Avromaydan fəalları və Mosiyçukun "qara adamlar"ının (ultramillətçilər) birləşdirilməsi qərara alındı. Batalyonun tərkibində Kiyev ultrasları da var idi.
Blay (rayon)
Blay (fr. arrondissement de Blaye, oks. arrondiment de Blaia) — Fransanın Akvitaniya reionun rayonlarından biri. Departamenti — Jironda. Suprefektura — Blay. Rayonun əhalisi 2011-ci ildə 84,652 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 108 nəf / km². Rayonun sahəsi – 782 km².
Çöl
Çöl — əsasən düzənlik və alçaq təpəliklərdən ibarət olmaqla Yerin meşə zolağından cənuba doğru başlayır. Əsasən kserofil və mezokserofil ot bitkilərindən ibarət meşəsiz ərazidir. Çöllər üçün qara və şabalıdı torpaq səciyyəvidir. Çöllərin bitkiləri başlıca olaraq ağ ot, dovşanotu və s. dənli bitkilərdən ibarətdir. Heyvanlardan çöllərdə gəmiricilər daha çox yayılmışdır. Çöl əsasən mülayim qurşaqlarda yerləşir.Bu ərazilərin əsas heyvan növlərinə mülayim və subtropik enliklərdə antilop,dəvə,sürünənlərdən kərtənkələ,ilan,həşəratlardan isə əqrəb aiddir.Çöllərdə ot örtüyü üstünlük təşkil edir..
Balti çölü
Balti çölü (rum. Stepa Bălțului) və ya Beletski çölü (Бельцкая степь ) - Moldovanın şimalında təpəli çöl. Dnestr və Ruet çayları yaxınlığında yerləşən bu ərazidə kiçik göllər və bulaq yerləri yetərincə çoxdur. Seyrək ağac və kolluqlar üstünlük təşkil edir. Kənd təsərrüfatına yararlı əkin sahələri üstünlük təşkil edir. Mülayim iqlimə malikdir. Soyuq qışı, qızmar yayı ilə xarakterizə olunur. Orta illik temperatur 8,0-8,5 ° С-dir. Orta illik yağıntı - 510-545 mm-dir. Yağıntılar ilin isti vaxtlarına təsadüf edir (aprel-oktyabr).
Krım çölü
Krım çölü (ukr. Степовий Крим, krımtat. Qırım çölü, Къырым чёлю) — Krım yarımadasının şimal hissəsində, Şərqi Avropada yerləşən fiziki və coğrafi ölkə. Ərzaisinin Krımın təxminən üçdə ikisini tutur. Şimalda Qara dəniz ovalığı, Karkinitsk və Sivaş körfəzi, cənubda Krım dağları, qərbdə Qara dəniz və şərqdə Sivaş körfəzi və Kerç yarımadası ilə həmsərhəddir. Krım çölü İskit platforması ilə əlaqəli hamar bir düzənlikdir və səthindən dəniz neojen və kontinental dördüncü çökünlülərindən ibarətdir. Şimali Krım ovalığı və Mərkəzi Krım düzənliyindən, Tarxankut yüksəkliklərindən ibarətdir. Hündürlüyü 50 m-ə qədər olan sahil qayalıqlarından ibarətdir. Krım çölünün iqlimi uzun və isti yayı və qısa mülayim qışı ilə orta kontinentaldır. Bu cür iqlim şəraiti, Krım çölünün ərazisini işğal edən hava kütlələri üçün praktik olaraq heç bir maneə olmaması ilə əlaqələndirilir.
Noqay çölü
Noqay çölü — Terek və Kuma çayları arasında, Şimali Qafqaz ərazisində meşə örtüyünə sahib olmayan quru və düzən əraziyə sahib çöl. Ərazi Dağıstan, Çeçenistan, Stavropol diyarı ərazisində yerləşir. Çölün adı noqayların adı ilə bağlıdır. Bitki örtüyü kserofit və qalofitlərdən ibarət olsa da, ərazisinin böyük hissəsini qumlu sahələr təşkil edir. Noqay çölünün iqlimi quru kontinentaldır. İllik yağıntının miqdarı 300 mm keçmir. İsti dövrün orta temperaturu (aprel — oktyabr) +22-25 °C , soyuq fövrün isə (noyabr — mart) 0 - 2 °C arasında dəyişir. Minimum temperatur −33 °C (yanvar, fevral), maksimum isə +45 °C (avqust) olmuşdur. Qışı az yağıntılı olması ilə seçilir. Ortalama 30 mm təşkil edir.
Susqunlar çölü
Susqunlar çölü (fin Hiljainen kansa - azərb. Susqun insanlar‎) — Finlandiyanın şimal-şərqində, kiçik Suomussalmi şəhərciyindən bir neçə 30 kilometr ərazidə insan müqəvvaları ilə doldurulmuş böyük bir ərazi. Bu layihənin rəhbəri yerli rəssam Reyo Keladır. O, belə bir işini ilk dəfə 1988-ci ildə paytaxtın şəhər ətrafı ərazilərindən birində yaratmışdır. 6 ildən sonra - 1994-cü ildə bu layihəni Helsinkidə Senator meydanına təqdim edir. Elə həmin ildə də müqəvvalar hazırkı əraziyə köçürülür və bu günə qədər orada qalmaqdadır. Buradakı müqəvvaların ümumi sayı minə yaxındır. Bu müqəvvalar günün başlanğıcında dəhşətli görünsə də, hər şey sonradan dəyişir. İldə iki dəfə könüllü şəxslər bu müqəvvaların geyimlərini dəyişirlər.
Coca-Cola Cherry
Coca-Cola Cherry (orijinal satış adı və hələ də tanındığı adı ilə Cherry Coke) — Koka-Kolanın albalı dadlı versiyası. İçki The Coca-Cola Company tərəfindən istehsal olunur. Bir çox restoran, kinoteatr və apteklər içki 1985-ci ildə mağazalarda rəsmi olaraq təqdim edilməzdən çox əvvəl Koka-Kolaya albalı siropu əlavə edərək onun qeyri-rəsmi versiyasını təqdim etmişdilər. The Coca-Cola Company ilk dəfə 1982-ci ildə Tennessi ştatının Noksvill şəhərində keçirilən Ümumdünya Sərgisinə gələn tamaşaçılara digər dadlarla birlikdə Kola-nın rəsmi albalı dadlı versiyasını da təqdim edərək içkinin sınaqdan keçirməyə başladı. "Cherry Coke" 1985-ci ilin yayında ABŞ-də əsas istehsala daxil oldu. 2007-ci ilə qədər ABŞ-də və bəzi digər ölkələrdə Coca-Cola Cherry olaraq adlandırılan Cherry Coke, o dövrdə Coca-Cola-nın üçüncü variasiyası idi. Coca-Cola Cherry bir sıra müxtəlif ölkələrdə paylanmışdır. İçki hal-hazırda ABŞ-dən başqa İsveç, Albaniya, Çin, Ukrayna, Böyük Britaniya, İrlandiya Respublikası, Finlandiya, Almaniya, Belçika, Danimarka, Fransa, Macarıstan, Çexiya, Hollandiya, Polşa, Slovakiya, Xorvatiya, Latviya, Litva, Cənubi Afrika, Cənubi Koreya, Bolqarıstan, Yunanıstan, Rumıniya və Peruda mövcudur. İçki Yaponiyada da mövcuddur və burada hələ də "Cherry Coke" kimi tanınır. Coca-Cola Cherry Yeni Zelandiyada bəzi supermarketlərdə tapıla bilər (adətən Böyük Britaniya və ya ABŞ-dən gətirilir).
The Coca-Cola Company
The Coca-Cola Company — dünyanın ən böyük şirkətlərindən biri. Əsas binası ABŞ-də yerləşən şirkət çoxlu sayda sərinləşdirici içki istehsal edir. "The Coca-Cola Company" şirkətinin əsası 1892-ci ildə ABŞ-də Asa Qriqqs Kandler tərəfindən qoyulmuşdur.İçkinin ixtirası isə, 19-cu əsrin sonlarında Jon Stit Pemberton tərəfindən edilmişdir. "Coca Cola" əvvəlcə əczaxanalarda dərman kimi satılmışdır. Sonralar tərkibindəki bəzi maddələr dəyişdirilmiş və o içki olaraq məşhurlaşmışdır. İçkinin tərkibində yeddi gizli maddə var. Bunların hansı maddələr olduğunu dünyada yalnız iki adam bilir. Maddələrin adları kağız üzərinə yazılıb və bu kağız banklardan birinin xəzinəsində mühafizə edilir.
Abay çölü
Abay çölü — Rusiya və Qazaxıstanda çöl. Mərkəzi Altay dağlarında, Terekti silsiləsi (çölün şimal-şərqi) ilə Xolzun silsiləsi (cənub-qərb) silsiləsi arasında yerləşir. Rusiyada Altay Respublikasının Kök-Suu rayonunun ərazisinə aiddir. Buradakı qəsəbələrə Amur, Abay, Yustik daxildir. Abay çayının adını daşıyır. Altay dilindən "абаай" hidronimi hidronim "əmi; arvadın böyük qardaşı" deməkdir, həmçinin Altay folklorunda qadına hörmətlə müraciət forması və şəxs adıdır. "Рудой А. Н., Русанов Г. Г. Последнее оледенение в бассейне верхнего течения реки Коксы. — Бийск: «АГАО», 2010. — 148 с. ISBN 978-5-85127-594-4" (PDF).
Cali
Santiaqo de Kali (isp. Santiago de Cali) və ya sadəcə Kali (isp. Cali) — Kolumbiyanın qərbində şəhər və Valle del Kauka departmanının mərkəzi.2,5 milyon əhalisi ilə Kali, Boqota və Medellindən sonra ölkədə üçüncü ən böyük şəhər.
Çala
Çala — Tiflis quberniyasının Axalsix qəzasında kənd adı. Çala- Tiflis quberniyasının Axalsix qəzasında kənd adı. Gürcüstanda "çala" sözü ilə düzəlmiş çoxlu miqdarda yer adı vardır. Azərbaycan dilində çala, "su yığılan çökək yer", "çuxur yer", türk dillərində çalı, "kolluq", "vəhşi heyvanın bol olduğu sahə" mənasındadır. İrəvan əyalətində Çala-ağıl adlı kənd vardı.
Nəhəng çala
Nəhəng çala (rus. исполиновы котлы, ing. kettle holes) — evorzion çuxur eni bir neçə metrə bərabər olan təbii yarımdairəvi çuxur, içərisində daş aparan suyun fırlanma hərəkəti nəticəsində bərk süxurlarda əmələ gəlir. Buzlağın yatağında, şəlalənin dibində, dar tənginin yanlarında, dəniz sahillərində yaranır.
Çala (Əlburz)
Çala (Əlburz) (fars. چاله‎) — İranın Qəzvin ostanının Əlburz şəhristanının Məhəmmədiyə bəxşinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 237 nəfər (80 ailə) yaşayır.
Çala gölü
Çala gölü – Bəndovan Dövlət Təbiət Yasaqlığının və Şirvan Dövlət Təbiət Qoruğunun ərazilərində yerləşir. Çala gölünün sahəsi 100 hektardan çoxdur və onun dərinliyi 0,3-1,0 metrə çatır. Göldə qamış və digər su bitkiləri yaxşı inkişaf etmişdir. Gölün köçəri su-bataqlıq quşları üçün çox böyük əhəmiyyəti vardır. Göl Qızılqaz, Flaminqo gölü olaraq da adlanır. Böyük və Kiçik Çala (Qızılqaz) gölləri XX əsrin 50-ci illərində Salyan su toplayıcı kanalının yaranması nəticəsində əmələ gəlmişdir. Göllərinin 60-65%-ni təşkil edən qarğı və qamışlıqların əsas sakinləri sufərəsi, adi təqibçi, kiçik təqibçi, cırtdan təqibçi və qamışlıq fərəsidir. Azərbaycanın bir çox gölü kimi bu göl də kanal suyu ilə (Şirvan kanalının) qidalanır. Susevər bitkilərin, xüsusilə də pambığın əkin sahələrinin kiçilməsi səbəbindən irriqasiya kanallarının suyunun səviyyəsi kəskin surətdə aşağı düşmüş, buna görə də gölə axan sular azalmışdır. 1990-cı illərin əvəllərindən Salyan su toplayıcı (Yenikənd) kanalına suyun vurulmasının dayandırılması ilə əlaqədar olaraq göllərə su daxil olmamış və 1999-cu ilin yayında sahəsi 4 min hektardan çox olan göllər qurumuşdur.
Çalı (Marağa)
Çalı — İranın Şərqi Azərbaycan ostanında kənd. Marağa şəhristanının Mərkəzi bölgəsində, Qavdul kəndistanında, Marağa şəhərindən 15 km çənub-şərqdədir.
Santiago de Cali
Santiaqo de Kali (isp. Santiago de Cali) və ya sadəcə Kali (isp. Cali) — Kolumbiyanın qərbində şəhər və Valle del Kauka departmanının mərkəzi.2,5 milyon əhalisi ilə Kali, Boqota və Medellindən sonra ölkədə üçüncü ən böyük şəhər.