cild
cildçi
OBASTAN VİKİ
Cild
Dəri — insanın və heyvanların bədənini bir sıra kənar təsirlərdən qoruyan, habelə hissiyyat, tənəffüs və istiliyin tənzimi proseslərində iştirak edən xarici örtükdür. Dəri özündən altda yerləşən toxumaları müxtəlif mexaniki zədələrdən qoruyur, bədənə xəstəlik törədən mikrobları və yad maddələri keçməyə qoymur. Həmçinin, dəri toxumalardan artıq su itkisinə mane olur və bədənin temperatur tənzimində mühüm rol oynayır. Eyni zamanda, dəri onda yerləşən xüsusi törəmələr – reseptorlar vasitəsi ilə xarici mühitin qıcıqlarını (mexaniki, istilik və s.) qəbul etdiyindən duyğu üzvlərindən biridir. Dəridə olan müxtəlif reseptorlar orqanizmlə xarici mühitin qarışılıqlı təsirində böyük rol oynayır. Dəri ifrazat orqanı kimi də dissimilyasiyasının son məhsullarının çox az bir hissəsinin orqanizmdən xaric olunmasında iştirak edir. Dəridə ifrazat məsulları tər və piy vəziləri vasitəsilə xaric olunur. Dəridən tər daima xaric olur və bununla bədənin temperaturu və qanın osmotik təzyiqi tənzim olunur. İnsan bir gündə 500-900 sm³ tər xaric edir. Yay aylarında isə tərin miqdarı 2-3 dəfə artır.
Cild (kitab)
Cild (yun. τόμος — hissə, bir kəsim) — çoxcildli kitabın ayrıca bir kitab halında olan hissəsi. Bir cilddə verilən material böyük bir materialın bir hissəsi olmaqla yanaşı, ayrıca bir tamı əhatə etməlidir. Cildləmə sahəsi - (ing. gutter; rus. поле переплета) — sənədin iki qonşu səhifəsi arasında cildləmə üçün nəzərdə tutlmuş boşluq və ya iç sahə. Hər bir cild ayrıca olaraq bir saydan başalyaraq nömrələnir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov). İnformatika terminlərinin izahlı lüğəti. Bakı: 2017, "Bakı" nəşriyyatı, 996 s.
Azərbaycan təhsil tarixi (II cild)
Azərbaycan təhsil tarixi (II cild) — "Azərbaycan təhsil tarixi" çoxcildliyinin ikinci cildi. == İkinci cild == "Azərbaycan təhsil tarixi" adlı kitabın II cildi sovet hakimiyyəti illərində Azərbaycanda təhsil quruculuğundan, təhsil sisteminin mahiyyətindən bəhs edir. Kitabda 1768 azərbaycanlı haqqında məlumat var. Kitabın II fəsli Azərbaycanda internat tipli təhsil müəssisələrinin, xüsusi məktəblərin təşəkkülündən və inkişafından bəhs edir. Azərbaycanda, internat məktəblərin tarixi 20-ci illərdən başlanır. Azərbaycan SSR Xalq Maarif Komissarlığının 1926-cı il 6 yanvar tarixli qərarı ilə qəbul edilmiş "Kəndli gənclər məktəbləri haqqında" Əsasnaməyə görə məktəblərin nəzdində kəndlərdən gələn uşaqlar üçün internat tipli yataqxanalar təşkil edilməsi nəzərdə tutulmuşdu. Sonralar bu tipli məktəblərin təcrübəsi əsasında internat məktəblər yaradıldı. Kitabda sənaye, kənd təsərrüfatı və tibb kadrları hazırlayan orta ixtisas məktəblərinin onilliklər üzrə inkişaf dinamikası və həmin məktəblərdə digər müttəfiq respublikalar və xarici ölkələr üçün kadr hazırlığı ilə bağlı kifayət qədər ətraflı məlumat verilir. == Məqsəd == Kitabın yazılmasında məqsəd Azərbaycan təhsil tarixinin şərəfli keçmişini, bügünkü nailiyyətlərini aydın göstərməkdir. Hər bir vətəndaş ötən əsrlərdə ziyalılarımızın necə çətinliklərlə qarşılaşdığını, millətin balalarını təhsilə cəlb etmək üçün hansı məhrumiyyətlərə dözdüyünü bilsin.
Azərbaycan təhsil tarixi (I cild)
Azərbaycan təhsil tarixi (I cild) — "Azərbaycan təhsil tarixi" çoxcildliyinin birinci cildi. == Çoxcildlik haqqında == Çoxcildlikdə verilən yeni materiallar, arxiv sənədləri, şəkillər, qədim məktəblərin tarixi ilə bağlı məlumatlar. Qori Müəllimlər Seminariyası Azərbaycan şöbəsinin məzunlarının və bolşevik diktaturasının qurulması ərəfəsində yaşayıb-yaratmış 400 nəfərdən çox ziyalımızın adı toplanmış siyahı təhsil tariximizin təhrif edilmiş səhifələrinin bərpası baxımından çox qiymətlidir. Görkəmli maarif fədailərimizin , mütəfəkkirlərimizin və pedaqoqlarımızın həyatı, onların xalqın maariflənməsi yolunda, qeyri-bərabər mübarizədə göstərdikləri dözüm və casarət haqqında qısa oçerklər bu fundamental əsəri daha maraqlı və oxunaqlı edir. Bu baxımdan çoxcildliyi həm də təhsil tariximizin publisistik dillə qələmə alınmış ensiklopediyası da adlandırmaq olar. Kitabda təhsilimizin inkişafında müstəsna xidmətləri olan bu böyük şəxsiyyətlər və digər ziyalılar haqqında portret-oçerklər verilmişdir. "Azərbaycan təhsil tarixi" çoxcildliyi bir orjinal xüsusiyyəti ilə də oxucuların diqqətini çəkəcəkdir: indiyədək çap olunmuş əsərlərin, məqalələrin, dərsliklərin, əlavə oxu materiallarının əksəriyyətində tarixi şəxsiyyətlərin, müəlliflərin, tədqiqatçıların soyadları tam, ad və ata adı isə inisiallarla verilirdi. == Birinci cild == Birinci cilddə qədim dövrdən 1920-ci ilin aprel işğalına kimi təhsilin inkişaf mərhələləri təhtil edilir. "Azərbaycan təhsil tarixi" Azərbaycan təhsilinin çətin və şərəfli inkişaf yolu haqqında salnamədir. Kitabda 1080 azərbaycanlı haqqında məlumat var.
Məhəmməd Hadi. Seçilmiş əsərləri. II cilddə.II cild
Məhəmməd Hadi. Seçilmiş əsərləri. II cilddə.I cild

Значение слова в других словарях