Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Cola
Kola — qazlı, spirtsiz sərinləşdirici içki. Kola (ing. "coke" və ya "cola") — təbii və ya süni dadlar — vanil, darçın, sitrus yağları və digər dadlar əlavə edilən qazlı sərinləşdirici içki növü. Coca-Cola brendini 1886-cı ildə əczaçı Con Pemberton icad etdikdən sonra kola bütün dünyada məşhurlaşdı və sonradan digər istehsalçılar onu təqlid etdilər. Kola tipli içkilərin əksəriyyətində kofein var, bu kola qozundan götürülüb və bu içkinin adının yaranmasına səbəb olub, baxmayaraq ki, hazırda başqa mənbələrdən istifadə olunur. Pembertonun orijinal kola içkisi də koka yarpaqlarından kokain ehtiva edirdi. Onun alkoqolsuz resepti əczaçı Angelo Marianinin 1863-cü ildə yaratdığı koka şərabından ilhamlanıb. Müasir kola içkilərinin əksəriyyəti şəkər boyası əlavə edildiyi üçün tünd rəngdədir və şəkər və/və ya yüksək fruktoza qarğıdalı siropu ilə şirinləşdirilir. Hal-hazırda onlar bir çox müxtəlif markalar altında istehsal olunur. Onların arasında ən məşhurları Coca-Cola və Pepsi-dir.
Coul
Coul (C) (ing. Joule (J)) — fizikada enerjinin həcmi, istiliyin kəmiyyəti, görülən işin vahidi. 1 coul (C) - 1N qüvvənin qüvvə istiqamətində gedilən 1m yolda gördüyü işə deyilir. Elektrik sahəsində 1 coul (C) 1 volt (V) gərginliyin təsiri ilə 1 saniyə (s) müddətində dövrədə 1 amper (A) şiddəti olan cərəyanı davam etdirməyə sərf olunan işə deyilir. Coul enerji ölçü vahidi ingilis alimi Ceyms Preskott Coulun şərəfinə adlandırılıb. Ədədi qiymətcə 1C=kq*m^2/san^2 bərabərdir.
Minor
Matrisin minoru, onun bir və ya daha artıq sətir və sütunları sildikdən sonra yerdə qalan elementlərdən düzəldilmiş matrisin determinantıdır. Nümunə üçün aşağıdakı matris: [ 1 4 7 3 0 5 − 1 9 11 ] {\displaystyle {\begin{bmatrix}\,\,\,1&4&7\\\,\,\,3&0&5\\-1&9&\!11\\\end{bmatrix}}} Bu matrisin M 2 , 3 {\displaystyle M_{2,3}} minorunu tapaq. Bu minoru tapmaq üçün matrisdə 2-ci sətirdəki elementləri silək, həmçinin 3-cü sütundakı eleməntləri silək, daha sonra isə yerdə qalan elementlərdən alınan matrisin determinantını hesablasaq: | 1 4 ◻ ◻ ◻ ◻ − 1 9 ◻ | {\displaystyle {\begin{vmatrix}\,\,1&4&\Box \,\\\,\Box &\Box &\Box \,\\-1&9&\Box \,\\\end{vmatrix}}} ⟶ {\displaystyle \longrightarrow } | 1 4 − 1 9 | = ( 1 ∗ 9 − ( 4 ∗ ( − 1 ) ) ) = 13 {\displaystyle {\begin{vmatrix}\,\,\,1&4\,\\-1&9\,\\\end{vmatrix}}=(1*9-(4*(-1)))=13} M 2 , 3 = 13 {\displaystyle M_{2,3}=13} alarıq.
Coan Eyken
Con Eyken (ing. Joan Aiken; 4 sentyabr 1924[…] – 4 yanvar 2004[…]) — fövqəltəbii bədii ədəbiyyat və uşaqların alternativ tarix romanları üzrə ixtisaslaşmış ingilis yazıçısı idi. 1999 -cu ildə uşaq ədəbiyyatındakı xidmətlərinə görə MBE mükafatına layiq görülmüşdür. 1968 -ci ildə Conatan Keyp tərəfindən nəşr olunan Fısıltı Dağı üçün bir qrup İngilis uşaq yazıçısının bənzərsiz bir kitab mükafatı olan Xranitel Uşaq Bədii Mükafatını qazandı. Payız Gecəsi üçün Edgar Allan Poe Mükafatını (1972) qazandı. == Bioqrafiyası == Eyken 4 sentyabr 1924-cü ildə Sussexdəki Rye şəhərindəki Mermaid Street-də anadan olmuşdur. Atası Amerikalı Pulitzer Mükafatlı şair Konrad Eyken (1889-1973) idi. Böyük qardaşı yazıçı və tədqiqatçı kimyaçı Con Eyken (1913–1990), böyük bacısı isə yazıçı Ceyn Eyken Hodge (1917–2009) idi. Anası, Kanada əsilli Cesse Makdonald (1889–1970), Kembricdəki Redklif kollecindən məzun idi. Cessi 1930-cu ildə ingilis yazıçısı Martin Armstronqla evləndi.
Coan Fonteyn
Coan Fonteyn (ing. Joan Fontaine) - Oskar mükafatı sahibi ingilis akstrisa. Bir başqa Oskar mükafatı sahibi aktrisa olan Oliviya de Hevillendin bacısıdır. 1943-cü ildə ABŞ vətəndaşlığına keçmişdir. Əsl adı "Coan de Bovuar de Hevillend" olan Coan Fonteyn 1940-ci ildə çəkilən, Alfred Hiçkokun rejissorluğunu etdiyi "Rebekka" filmindəki rolu ilə tanınır. 15 dekabr 2013-də ABŞ-nin Kaliforniya ştatında vəfat etmişdir.
Coan Krauford
Coan Krauford (ing. Joan Crawford; 23 mart 1904, 23 mart 1906, 23 mart 1907 və ya 23 mart 1908, San Antonio – 10 may 1977[…], Nyu-York, Nyu-York ştatı) — Amerikan aktrisa.
Coan Krouford
Coan Krauford (ing. Joan Crawford; 23 mart 1904, 23 mart 1906, 23 mart 1907 və ya 23 mart 1908, San Antonio – 10 may 1977[…], Nyu-York, Nyu-York ştatı) — Amerikan aktrisa.
Coan Kuiqli
Coan Sesil Kuiqli (ing. Joan Ceciel Quigley) - amerikalı astroloq, yazıçı. Nensi Reyqanın ABŞ-nin birinci xanımı olduğu dövrdə astroloq kimi bir xeyli məşhurluq qazanmışdır. Nensi vasitəsilə Coan Ronald Reyqanın cədvəlinin hazırlanması üçün astroloji məsləhətlər vermişdir. Bu məsləhətlərə mətbuat konfransların, debatların başlama vaxtı, Konqresə müraciət və ya prezident təyyarəsinin nə zaman uçması kimi bildirişlər daxil idi. Kviqli astrologiya üzrə 3 kitabın və “Ağ evin astroloqu” kimi fəaliyyət göstərməsi haqda memuarların müəllifidir. == Bioqrafiyası == Coan Kviqli 10 aprel 1927-ci il tarixində Missuri ştatının Kanzas-siti şəhərində anadan olmuşdur. Onun anası Zelda Kviqli həmçinin astrologiya ilə maraqlanmışdır. Atası Con isə vəkil olmuşdur. Öz bacısı Rutla birlikdə Coan özəl məktəblərdə təhsil almışdır.
Coan Riverz
Coan Riverz (ing.
Coan Roulinq
Coan "Co" Mürrey (ing. Joanne "Jo" Murray, qızlıq soyadı — Roulinq (ing. Rowling); 31 iyul 1965[…]) — Britaniyalı yazıçı. Coan Ketlin Roulinq (ing. J. K. Rowling, Joanne Kathleen Rowling) adı altında, dünyanın 65-dən çox dilinə tərcümə edilən Harri Potter romanlar seriyasının yazıçısı kimi bilinir. 2004-cü ildən bəri Böyük Britaniyanın ən varlı qadınıdır və o cümlədən bir müddət dünyanın ən varlı qadını idi. O, həmçinin Robert Qalbreyt (ing. Robert Galbraith) adı altında Kormoran Strayk detektiv romanlar seriyasını yazır. == Həyatı == Valideynləri: Piter Ceyms Roulinq (ing. Peter James Rowling) və Enn Volant (ing.
Coca-Cola
Koka-Kola (ing. Coca-Cola) — The Coca-Cola Company tərəfindən istehsal olunan kofeinli qazlı sərinləşdirici içki. Koka-Kola 1800-cü illərin sonlarında Corciya ştatının Atlanta şəhərində Con Stit Pemberton adlı əczaçı tərəfindən dərman vasitəsi olaraq yaradılmışdır. Əvvəlcə bu içki morfin asılılığı, həzmsizlik və baş ağrıları kimi problemlərin müalicəsi üçün nəzərdə tutulmuşdu. 1888-ci ildə Pemberton Koka-Kola içkisinin reseptini iş adamı Eyza Qriqqs Kendlerə satır. Kendler "The Coca-Cola Company" şirkətini təsis etmiş və omun marketinq strategiyaları sayəsində Koka-Kola XX və XXI əsrlərdə dünyada ən çox satılan sərinləşdirici içki olmağa müvəffəq olmuşdur. Koka-Kola adı içkinin orijinal reseptində istifadə olunan iki əsas inqrediyentdən gəlir: "koka" yarpaqları və "kola" qozları, hansılar ki, onlardan kofein əldə olunur. Hazırda Koka-Kolanın dəqiq resepti yalnız seçilmiş bir neçə adama məlumdur və bu kommersiya sirri kimi məxfi saxlanılır. Digər şirkətlər Koka-Kolanın reseptini yenidən yaratmağa cəhd etmiş və bəziləri içkinin oxşar variantlarını bazara çıxarmışdırlar.
Coel Filds
Coel Filds — amerikalı serial ssenaristi.
Cola acuminata
Sivri kola (lat. Cola acuminata) — kola cinsinə aid bitki növü.
Cola nitida
Parlaq kola (lat. Cola nitida) - kola cinsinə aid bitki növü.
Elyana Boal
Elyane Boal (26 aprel 1998) — Kabo-Verdeni təmsil edən bədii gimnast. Elyana Boal 2016-cı ildə Kabo-Verdeni XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Elyane Boal 2016-cı ildə Kabo-Verde bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, fərdi yarışların təsnifat mərhələsində 38.640 xal topladı və sonuncu, 26-cı yeri tutaraq mübarizəni dayandırdı.
Elyane Boal
Elyane Boal (26 aprel 1998) — Kabo-Verdeni təmsil edən bədii gimnast. Elyana Boal 2016-cı ildə Kabo-Verdeni XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Elyane Boal 2016-cı ildə Kabo-Verde bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, fərdi yarışların təsnifat mərhələsində 38.640 xal topladı və sonuncu, 26-cı yeri tutaraq mübarizəni dayandırdı.
Goal.com
== Goal.com == Goal.com, 19 dildə və 36 ayrı edisyonla nəşr edən Goal, dünyanın ən məşhur futbol web saytı olaraq bilinməkdədir. Saytda son dəqiqə xəbərləri, xüsusi matç əvvəli analizləri, redaksiya, xüsusi xəbərlər yayımlanır. Canlı hesab xidməti təmin edilməkdədir. Goal, 2011-ci ilin fevral ayında, Əli Slipper və Simon Denyerinn sahibi olduğu qlobal rəqəmsal idman naşiri [Perform Group] tərəfindən 30 milyon dollar qarşılığında satın alındı. Bu satın alımda sonrakı müddətdə Goalın trafiki təxminən iki qatına çıxdı.
Tre Cool
Tre Kul (əsl adı Frenk Edvin Rayt III) Green Day qrupunun təbilçisi və qrupun ən cavan üzvüdür. O, 1972-ci ilin 9 dekabrında Frankfurt, Almaniyada anadan olmuşdur. Lakin o, Kaliforniyanın Villits şəhərində atası və 2 böyük bacısı ilə yaşayırdı. Trenin 12 yaşı olanda onun qonşusu — Lourens Livmor onu The Lookout qrupuna dəvət edib Frenkə yeni ləqəb yəni "Tre Coll" ləqəbini verir. Green Day qrupunun 1-ci turnesindən sonra Al Sobrante kollecdə oxumaq üçün qrupu tərk edir. Onun yerinə də Tre gəlir. Trenin Ramona adlı qızı var (1995-ci ilin yanvar ayında anadan olub). Ramona doğulandan 2 ay sonra Tre uşağın anası olan Lize Lions ilə evlənir. Sonra onlar ayrıldılar. 2000-ci ildə Tre Klaudia adlı qadın ilə evlənir.
Coan Holland
Yuanna Holland (ing. Joan Holland) (d. 1380 - ö. 12 aprel 1434) — 2. Kent qrafı Tomas Holland və xanımı Alis Fitzalanın qızı. Ümumilikdə 4 dəfə evlənsə də, bu evliliklərindən övladı olmadı. İlk evliliyi İngiltərə kralı III Eduardın oğlu Edmond Lanqli ilə baş tutdu. Bu səbəblə ərinin vəfatına qədər York hersoqinası oldu. Sonrakı ərləri isə baron idi. == Mənbə == Cokayne, G.E. (2000), The Complete Peerage of England, Scotland, Ireland, Great Britain and the United Kingdom, Extant, Extinct or Dormant, XII/2 (Reprint in 6 volumes, new ed.), Gloucester, U.K.: Alan Sutton Publishing, pp.
Lappa minor var. minor
Ulmus minor subsp. minor
Ulmus minor subsp. minor (lat. Ulmus minor subsp. minor) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin qarağackimilər fəsiləsinin qarağac cinsinın kiçik qarağac növünə aid bitki yarımnövü. Yabanı halda Şimali İranda və Qafqazda bitir. Hündürlüyü 20 m-ə çatan ağacdır. Zoğları əvvəlcə sıx tüklü olur, sonralar tədricən tüksüzləşir, bozumtul-qonur və ya çılpaq, bəzən parıldayan, qırmızımtıl-qonur, tünd qəhvəyi rəngdədir. Yarpaqları uzunsov, ellipsvari və ya tərs-oval formalı, dərivari, üst tərəfdən çılpaq, parlaq, yaşıl, alt tərəfdən açıq-yaşıl, məxməri tüklüdür. Ayanın kənarı tam və ya enli, küt dişli, qaidəsi ürəkvari və ya zəif pazvari, üçbucaqlı və ya sivridir. Yarpaqların saplağı 0,5–1,5 sm uzunluqdadır.
Cal (Unix)
Cal — Unix və ya *nix əməliyyatlar sistemlərində verilən ayı və ya ili ASCİİ formatında ekrana verən standardard proqramdır. cal ilə hər hansı əlavə verilməzsə, onda hal-hazırkı ayı ekrana verəcək.
Col (Maku)
Col (fars. جل‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 32 nəfər yaşayır (7 ailə).
Erigeron miser
Erigeron miser (lat. Erigeron miser) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
Melissa Coan Hart
Melissa Joan Catherine Hart (18 aprel 1976) — Amerikalı aktrisadır. Bütün dünyada böyük təsir bağışlayan Sabrina The Teeanege Witch serialı ilə tanınır.. Nyu-Yorkun Long Island şəhərində anadan olub. Televiziya seriallarında baş rollarda oynadı Clarissa Her şeyi izah edir və Sabrina, Teenage Witch . 1999-cu ildə Drive Me Crazy filmində baş rolu oynadı. 2010-2015-ci illərdə ABC Family Melissa & Joey şousunda Mel Burke rolunu oynadı. 19 iyul 2003-cü ildən bəri Hart, musiqiçi Mark Wilkerson (1976-cı il təvəllüdlü) ilə evlidir. Birlikdə üç oğlu var: Mason Walter Wilkerson (11 yanvar 2006-cı il təvəllüdlü), Braydon Hart Wilkerson (12 mart 2008-ci il təvəllüdlü) və Tucker McFadden Wilkerson (18 sentyabr 2012-ci il təvəllüdlü).
Coca-Cola Cherry
Coca-Cola Cherry (orijinal satış adı və hələ də tanındığı adı ilə Cherry Coke) — Koka-Kolanın albalı dadlı versiyası. İçki The Coca-Cola Company tərəfindən istehsal olunur. == Tarixi == Bir çox restoran, kinoteatr və apteklər içki 1985-ci ildə mağazalarda rəsmi olaraq təqdim edilməzdən çox əvvəl Koka-Kolaya albalı siropu əlavə edərək onun qeyri-rəsmi versiyasını təqdim etmişdilər. The Coca-Cola Company ilk dəfə 1982-ci ildə Tennessi ştatının Noksvill şəhərində keçirilən Ümumdünya Sərgisinə gələn tamaşaçılara digər dadlarla birlikdə Kola-nın rəsmi albalı dadlı versiyasını da təqdim edərək içkinin sınaqdan keçirməyə başladı. "Cherry Coke" 1985-ci ilin yayında ABŞ-də əsas istehsala daxil oldu. 2007-ci ilə qədər ABŞ-də və bəzi digər ölkələrdə Coca-Cola Cherry olaraq adlandırılan Cherry Coke, o dövrdə Coca-Cola-nın üçüncü variasiyası idi. == Beynəlxalq paylanma == Coca-Cola Cherry bir sıra müxtəlif ölkələrdə paylanmışdır. İçki hal-hazırda ABŞ-dən başqa İsveç, Albaniya, Çin, Ukrayna, Böyük Britaniya, İrlandiya Respublikası, Finlandiya, Almaniya, Belçika, Danimarka, Fransa, Macarıstan, Çexiya, Hollandiya, Polşa, Slovakiya, Xorvatiya, Latviya, Litva, Cənubi Afrika, Cənubi Koreya, Bolqarıstan, Yunanıstan, Rumıniya və Peruda mövcudur. İçki Yaponiyada da mövcuddur və burada hələ də "Cherry Coke" kimi tanınır. Coca-Cola Cherry Yeni Zelandiyada bəzi supermarketlərdə tapıla bilər (adətən Böyük Britaniya və ya ABŞ-dən gətirilir).
Minbər
Minbər (ərəb. منبر‎) — məscidlərdə vaizin, xətibin çıxıb vəz, xütbə oxuduğu pilləli kürsü. Memarlıq cəhətdən məscidin içərisində mehrabın sağ tərəfinədə inşa edilir. İmamın camaata yüksək bir yerdən xitab etməsi üçün pilləli şəkildə hazırlanmış məscid daxili tamamlama işini görən quruluşdur. Minbər- taxta, mərmər, kərpic kimi materiallardan düzəldilə bilər. İmam xütbəni pilləkənin pillələri üzərində oxuyur. Pilləkənli quruluşu imamın səsini camaata çatdırmaq üçün nəzərdə tutulub. İmamın minbərdən camaata o günə dair olaraq xitab etməsinə xütbə deyilir. Xütbə (ərəbcə: خطبة), İslam dinində cuma və bayram namazlarında minbərdə imam tərəfinfən oxunan dua və verilən nəsihətdir. Bəzi məscidlərdə minbərin qarşısında bərabər gələcək şəkildə və ya pəncərənin sol hissəsində yerləşəcək şəkildə müəzzin mahfili (məscid içindəki müəzzinlərə aid məkan) var.
Çöl
Çöl — əsasən düzənlik və alçaq təpəliklərdən ibarət olmaqla Yerin meşə zolağından cənuba doğru başlayır. Əsasən kserofil və mezokserofil ot bitkilərindən ibarət meşəsiz ərazidir. Çöllər üçün qara və şabalıdı torpaq səciyyəvidir. Çöllərin bitkiləri başlıca olaraq ağ ot, dovşanotu və s. dənli bitkilərdən ibarətdir. Heyvanlardan çöllərdə gəmiricilər daha çox yayılmışdır. Çöl əsasən mülayim qurşaqlarda yerləşir.Bu ərazilərin əsas heyvan növlərinə mülayim və subtropik enliklərdə antilop,dəvə,sürünənlərdən kərtənkələ,ilan,həşəratlardan isə əqrəb aiddir.Çöllərdə ot örtüyü üstünlük təşkil edir..
Çola Draqoyçeva
Çola Ninçeva Draqoyçeva (bolq. Цола Нинчева Драгойчева; 30 avqust 1898 – 26 may 1993, Sofiya) və ya Sonya — bolqar siyasətçi, Bolqarıstan Kommunist Partiyasının üzvü. 1920-ci illərdə partiyanın qeyri-qanuni silahlı bölməsinin üzvü olan Draqoyçeva illərini həbsxanada və SSRİ-də mühacirətdə keçirib. O, İkinci Dünya müharibəsindən sonra bir sıra yüksək vəzifələr tutmuş və nomenklaturanın bir hissəsi olmuşdur. Draqoyçeva 1946-cı ildən 1990-cı ilə qədər davamlı olaraq Bolqarıstan Milli Məclisinin üzvü olmuşdur. 11 dekabr 1947-ci ildə o, Nazirlər Kabinetinin ölkə tarixində ilk qadın üzvü olub. Draqoyçeva 30 avqust 1898-ci ildə Bolqarıstanın şimal-qərbindəki Vratsa vilayətinin Byala Slatina şəhərində anadan olub. O, 1919-cu ildə Kommunist Partiyasına üzv olmuşdur. Draqoyçeva Sofiyada ali pedaqoji məktəbi bitirib və müəllim olub. O, 1923-cü ilin sentyabrında Bolqarıstandakı kommunist üsyanında iştirak etmiş və nəticədə 15 il həbs cəzasına məhkum edilmiş və müəllimlik hüququndan məhrum edilmişdir.
Hedera minor
Adi daşsarmaşığı (lat. Hedera helix) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin araliyakimilər fəsiləsinin daşsarmaşığı cinsinə aid bitki növü. == Təbii yayılması == Təbii halda Qərbi Avropada meşələrdə bitir. == Botaniki təsviri == Hündürlüyü 25 m-ə çatır. Həmişəyaşıl sarmaşan bitkidir. Yarpaqları növbəli düzülüşlü, sadə və ya mürəkkəb olub, qalın dərivaridir, tünd-yaşıl və parlaqdır. Birillik zoğlarda olan yarpaqlar beşdilimlidir, yaşlı yarpaqları isə bütövdür. Çiçəkləri qalxanvari çətirdə, başlıqda və ya salxımda yerləşir, beş üzvlüdür, ləçəkləri beşdir, meyvəsi giləmeyvədir. Payızda çiçəkləyir. Uc qələmləri ilə və ya zoğlarla çoxaldılır.
Hemerocallis minor
Kiçik günotu (lat. Hemerocallis minor) - günotu cinsinə aid bitki növü.
Lappa minor
Xırda atpıtrağı (lat. Arctium minus) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin atpıtrağı cinsinə aid bitki növü.