Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Azeri Press Agency
Azəri-Press Agentliyi və ya qısa olaraq APA — 2004-cü ildən fəaliyyət göstərən Azərbaycan dövlətinin/hökumətinin nəzarətində olan hakimiyyətyönümlü informasiya agentliyi. "APA Group" media holdinqinin tərkibinə daxildir. == Haqqında == "Azəri-Press" Agentliyi MMC 2004-cü il yanvarın 8-də Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş və həmin il noyabr ayının 16-da fəaliyyətə başlamışdır. "APA" Azərbaycan, rus və ingilis dillərində xəbər xidməti göstərir. Agentliyin Azərbaycanın bütün bölgələrində, eləcə də Türkiyə, Rusiya, Gürcüstan, Böyük Britaniya və İranda fəaliyyət göstərən ofisləri vardır. "APA"-nın tərkibində xüsusi olaraq iqtisadiyyatla bağlı "APA-Economics" bölməsi də fəaliyyət göstərir. İqtisadiyyatın sənaye-energetika, aqrar-sənaye kompleksi, maliyyə, informasiya-kommunikasiya texnologiyaları, infrastruktur, sosial və digər sahələr üzrə xəbərlər, təhlillər bu bölmədə öz əksini tapır. "APA" informasiya agentliyi Azərbaycan Mətbuat Şurasına üzv təşkilatdır.
Fars News Agency
Fars Xəbər Agentliyi (fars. خبرگزاری جمهوری اسلامی‎‎‎, ing. Fars News Agency), 2003-cü ildə yaradılmış , mərkəzi İranda yerləşən xəbər agentliyidir. Fars Xəbər Agentliyi özünü “İranın ən birinci müstəqil xəbər agentliyi” olaraq adlandırır, bununla bərabər digər media qurumları onu İran Dövlətinin “yarım-rəsmi” xəbər agentliyi olaraq qiymətləndirirlər. Fars Xəbər Agentliyi farscadan başqa, türkcə, ingiliscə və ərəbcə də xəbərlər verir.
Çövenç
Çövenç - türk və altay mifologiyasında ölünün arxasından paylanan halva. Sağlamlığın və diriliyin qaynağı sayılan, bir növ yemək. Xaosdan kainata keçidi simvolizə edir. "Çöven otu" (halvaçı otu) ilə əlaqəli bir sözdür. Halva Türk mədəniyyətində əhəmiyyətli bir yerə malikdir. Ölünün ardından halva hazırlanması, atəş, su və un (əkinçiliyi və torpağı işarələr) kimi təməl ünsürlərin bir araya gəlməsini, ölümdən sonra yenidən dirilişi (yemək canlılıq deməkdir) ifadə edər. "Çöven otu" halvanı ağartmaq üçün istifadə edilən bir bitkidir və Çövenç sözü buradan törəmişdir. Mənşəyi çox köhnə çağlara qədər uzanan ölünün ardından halva etmə ənənəsi səthi kimi görünsə də çox dərin mənaları olan bir tətbiqdir. Hər şeydən əvvəl belə bir ənənənin davam etdirilməsi belə qarışıqlıq qarşısında bir nizamı yenidən təmin etməyi ifadə edər. Ənənə onsuz da (məzmunu insani dəyərlərə uyğun olduqda və doğru tətbiq edildikdə) əslində nizam deməkdir.