Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Siyasi komissar
Siyasi komissar (rus. политический руководитель) — siyasi təhsil və təşkilatlanma üçün məsul olan nəzarətçi siyasi zabitdir və hərbin sivil nəzarətini həyata keçirirdi. Tarixdə the commissaire politique (siyasi komissarlıq) ilk dəfə Fransa inqilabı (1789-99) zamanı meydana gəlmiş, əks-inqilabi fikrə və fəaliyyətə qarşı mübarizə aparmış və beləliklə respublikaçıların qələbəsini təmin etmişdir. Fransız respublikaçı mənşəyinə baxmayaraq, siyasi komissar adətən 1917-ci ilin Rusiya müvəqqəti hökumətinin onları hökumətin siyasi nəzarətini təmin etmək üçün hərbi qüvvələrə tanıtdığı SSRİ (1917-91) ilə əlaqədar idi. Oktyabr inqilabı ilə kommunist rejimində yaranan siyasi komissar, Qızıl Orduda 1942-ci ilə qədər qaldı. Qızıl Orduda və Sovet ordusunda siyasi komissar, 1918-24, 1937-40 və 1941-42 dövrləri ərzində mövcud olmuşdur, lakin hər Qızıl Ordu siyasi zabiti komissar deyildi. Siyasi komissar, bölük komandiri hərbi rütbəsinə bərabər mövqeyə malik idi, eləcə də komissarın bölük komandirinin əmrlərini ləğv etməyə səlahiyyəti çatırdı. Qızıl Ordunun tarixi ərzində, siyasi zabitlər bölük komandirlərinə tabe ediləndə siyasi komissar vəzifəsi mövcud deyildi. Rus hərbinin siyasi nəzarəti, hər bölüyə və hissəyə, donanma daxil olmaqla, rotadan diviziya səviyyəsinə qədər siyasi komissar tərəfindən aparılırdı. İnqilabi hərbi şuralar orduda, cəbhədə, donanmada ən azı 3 üzv – komandir və 2 siyasi işçi daxil olmaqla, yaradılmışdı.
Ali Komissar
Ali Komissar — komissiyanın təyinatla tutduğu müxtəlif yüksək rütbəli, ixtisaslaşmış rəhbər vəzifələrə verilən ad. == Vəzifə və öhdəlikləri == Diplomatiyada "ali komissar" termini bir ölkənin digər ölkədəki diplomatik nümayəndəsini və ya beynəlxalq təşkilatlarda xüsusi səlahiyyətlərə malik olan yüksək rütbəli nümayəndəni ifadə edir. Bu termin, Britaniya Millətlər Birliyi ölkələri arasında diplomatik əlaqələrdə istifadə olunur. Millətlər Birliyinə daxil olan ölkələr arasında səfir əvəzinə ali komissar adlanan nümayəndə təyin edilir. Ali komissar, faktiki olaraq səfirə bərabərdir və digər ölkədə həmin dövlətin rəsmi diplomatik nümayəndəsi funksiyasını yerinə yetirir. Ali komissar termini həm də beynəlxalq təşkilatlar səviyyəsində istifadə olunur. Məsələn, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı kimi qurumlarda, ali komissar adətən müvafiq sahədə xüsusi məsuliyyət daşıyan və təşkilatın rəhbəri kimi fəaliyyət göstərən yüksək vəzifəli şəxsdir.
26 komissar (film)
26 komissar filmi rejissor Nikolay Şengelaya tərəfindən 1932-ci ildə ekranlaşdırılmışdır. Film Azərfilm kinostudiyasında istehsal edilmişdir. Tarixi-inqilabi film Bakı komissarlarının həyat və inqilabi fəaliyyətindən, onların Azərbaycanda kommuna yaratmaq səylərindən və kommunanın süqutundan danışır. Filmdə əsas rolları Kazım Həsənov, Xeyri Əmirzadə, Əlisəttar Məlikov, İvan Klyukvin, Vasili Kovrigin, N. Kulikov, Allahverdi Məlikov və Veriko Ancaparidze ifa edirlər. == Məzmun == Film Bakı komissarlarının həyat və inqilabi fəaliyyətindən, onların Azərbaycanda kommuna yaratmaq səylərindən və kommunanın süqutundan danışır. == Film haqqında == Bu film montaj kinosu tarixinə yeni səhifə yazmışdır. == Mükafat == Rejissor Nikolay Şengelaya filmə görə Az.MİK-in fəxri fərmanı və üstündə ad yazılmış qızıl saatla təltif olunmuşdur (1933). == Filmin üzərində işləyənlər == Ssenari müəllifi: Aleksandr Rjeşevski, Nikolay Şengelaya, A. Amiraqov Rejissor: Nikolay Şengelaya Operator: Yevgeni Şneyder Rəssam: Viktor Aden == Rollarda == Kazım Həsənov — Stepan Şaumyan Xeyri Əmirzadə — komissar Əlisəttar Məlikov — bolşevik İvan Klyukvin — Petka Vasili Kovrigin — matros Vaska N. Kulikov — rus fəhləsi Allahverdi Məlikov — türk fəhləsi Veriko Ancaparidze — fəhlə arvadı Pyotr Morskoy — cəbhədən gələn bolşevik İqor Savçenko — eser lideri Kote Andronnikov — daşnakların lideri Mixail Abesadze — "mauzerçi" P. Ryazanov — general Denvil X. Venarikov — kapitan Conson Mustafa Mərdanov — menşevik == İstinadlar == == Mənbə == Газ. "Правда". 6 декабря 1932 года.
26 komissar (film, 1932)