SİLAHLI

SİLAHLI Bəs sən özün necə? – deyə komissar silahlı əsgərdən xəbər aldı (M.Hüseyn); ƏSLƏHƏLİ ..cümləsi əsbab və əsləhəli kiminin belində qəmə, kiminin əlində tüfəng.. (C.Məmmədquluzadə); MÜSƏLLƏH Bilsin ana torpaq, eşitsin Vətən; Müsəlləh əsgərəm mən də bu gündən (S.Vurğun); YARAQLI [Ömər] çərkəzi paltarda, çəkmədə, matraq, üstü yaraqlı içəri daxil olur və sevinir (N.Nərimanov); YAR-YARAQLI Budur yar-yaraqlı gəlir uzaqdan; Mənim igidlərim (M.Rahim).

SİLAHLANMAQ
SİLAHSIZ
OBASTAN VİKİ
Azərbaycan Silahlı Qüvvələri
Azərbaycan Respublikasının Silahlı Qüvvələri və ya Azərbaycan Ordusu — Azərbaycan Respublikasının müstəqilliyini və ərazi bütövlüyünü qorumağa həsr olunmuş hərbi təşkilat. Azərbaycan Silahlı Qüvvələri Azərbaycan Quru Qoşunları, Azərbaycan Hərbi Hava Qüvvələri və Azərbaycan Hərbi Dəniz Qüvvələrindən ibarətdir. Birləşən qüvvələrə Azərbaycan Respublikası Daxili Qoşunları, Azərbaycan Milli Qvardiyası, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti, Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti daxildir. 1918-ci ilin mayın 28-də qəbul edilmiş Azərbaycan Xalq Cümhuriyyətinin İstiqlal Bəyannaməsində Azərbaycanın Silahlı Qüvvələrinınin yaradılması qeyd edilib. 1918-ci ilin mayın 28-də yaradılan ilk kabinədə Azərbaycan hökumətinin müdafiə naziri vəzifəsinə general Xosrov bəy Sultanov təyin edilib. Azərbaycan Xalq Cümhuriyyəti yaradıldığı ilk dövrlərdə onun hərbi qüvvələri 600 nəfərlik könüllü dəstələrdən ibarət idi. Hökumət 1918-ci il iyunun 19-da ölkə ərazisində hərbi vəziyyət elan edib. Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il 26 iyun tarixli qərarı ilə Çar Rusiyası dövründə "Vəhşi diviziya" adlanan keçmiş Tatar süvari alayının əsgərlərindən formalaşdırılmış və general Əliağa Şıxlinskinin rəhbərlik etdiyi Müsəlman korpusunun əsasında ilk ordu hissəsi, 5000 nəfər şəxsi heyəti olan "Əlahiddə Azərbaycan korpusu" yaradılıb. İyulun 11-də hökumət fərmanı ilə hərbi səfərbərlik elan edilib. Azərbaycan Respublikasının 1894–1899-cu illərdə anadan olmuş bütün müsəlman vətəndaşları orduya hərbi qulluğa çağırılıb.
Banqladeş Silahlı Qüvvələri
Banqladeş Silahlı Qüvvələri — Banqladeşi qorumaq məsuliyyəti daşıyan ordu. Hər bir hərbi hissədə ən azı bir məscid və dövlət tərəfindən təyin olunmuş üç imam mövcuddur. İbadətlərin təşkili ilə yanaşı, tədris də təşkil olunur.
Belarus Silahlı Qüvvələri
Belarus Silahlı Qüvvələri — Belarus Respublikasının ərazi bütövlüyünü qorumaq məsuliyyəti daşıyan ordu. Belarus Silahlı Qüvvələrində xidmət edən hərbi qulluçuların sayı 46 min 482 nəfərdən ibarətdir. Belarus ordusunun silahlanmasında 1317 ədəd tank, 1942 ədəd zirehli maşın, 63 ədəd təyyarə və 15 döyüş helikopteri var. O cümlədən silahlanmanı 100 millimetrdən böyük kalibrli 1079 artilleriya qurğusu tamamlayır. 2017-ci il çərçivəsində Belarus Silahlı Qüvvələrində 1300-dən çox hərbi hazırlıq tədbiri keçirilib. Hərbi qulluqçular 22 min 200-dən çox paraşütlə tullanış həyata keçiriblər. 2017-ci ildə hazırlıq proqramı çərçivəsində 3000-dən çox hərbi mütəxəssis, o cümlədən 277 zabit və 1638 kiçik komandir heyəti hazırlanıb.
Belçika Silahlı Qüvvələri
Belçika Silahlı Qüvvələri — Belçikanı qorumaq məsuliyyəti daşıyan ordu. 1952-ci ildə dövlət tərəfindən təşkil olunaraq, protestant və yəhudilərin də iştirakı ilə Roma Katolik Kilsəsi tərəfindən həyata keçirilir. 75 Roma-katolik, 9 protestant və 1 yəhudi təmsilçisi olmaqla generaladək müxtəlif rütbələr daşıyırlar.
Bolqarıstan Silahlı Qüvvələri
Bolqarıstan Silahlı Qüvvələri —Bolqarıstanı xaricdən gələ biləcək hərbi təhdidlərə qarşı qorumaqda vəzifəli silahlı qüvvələrdir. Bolqarıstan prezidenti Silahlı Qüvvələrin Baş Komandanıdır. Hərbi komandanın Baş qərargah altına alınmasına baxmayaraq, Müdafiə Nazirliyi siyasi rəhbərliyə görə məsuliyyət daşıyır. Quru qüvvələri, Donanma və Hava Qüvvələri kimi 3 növə ayrılır. Tarix boyunca ordu, ölkəni müdafiə etməkdə mühüm rol oynamışdır. 1878-ci ildə müstəqilliyini qazanmasından sonra, Bolqarıstan regional bir hərbi güc qüvvəsi halına gəldi və bir çox böyük savaşalara qatıldı – Serb-Bolqar müharibəsi (1885), Birinci Balkan müharibəsi (1912–13), İkinci Balkan müharibəsi (1913), I Dünya Müharibəsi (1915–1918) və II İkinci Dünya Müharibəsi (1941–1944). Ordu bu döyüşlərdə böyük təcrübə qazanmışdı. Sırasında 1988-ci ildə Soyuq Müharibəsi zamanı Bolqarıstan Xalq Respublikasının, Varşava Paktında təxminən 152.000 hərbçisi var idi. Ölkədə Kommunist rejimin dağılmasından sonra ordunun mövcudluğu sürətlə aşağıya salındı. Bolqarıstan 2004-cü ildə Şimali Atlantika Müqaviləsi Təşkilatına qatıldı və hal-hazırda üç ölkədə ümumi 776 hərbçisi var.
Braziliya Silahlı Qüvvələri
Braziliya Silahlı Qüvvələri — Braziliyanı qorumaq məsuliyyəti daşıyan ordu. İkinci dünya müharibəsindən sonra yaradılmış, 1981-ci ildə qanuniləşdirilmişdir.
Butan Silahlı Qüvvələri
Butan Silahlı Qüvvələri - Butan Kral Ordusu, Butan Kral Qvardiyası, polis və Butan Kral polisindən ibarətdir. Butanın dənizə çıxışının olmadığına görə Hərbi Dəniz Qüvvələri yoxdur. Butan Kral Ordusu (BKO) - Butan Silahlı Qüvvələrinin bir hissəsidir, (Butan Konstitusiyasının 27-ci maddəsinə əsasən) ölkənin ərazi bütövlüyünü və xarici təhdidlər zamanı dövlət suverenliyini qorumaq üçün məsuliyyət daşıyır. BKO-nun baş komandanı Butan Kralıdır. BKO bir də Butan Kral Qvardiyası - elit hissəsidir, kralın, ailəsinin və digər yüksək vəzifəli şəxslərin təhlükəsizliyinə cavabdehlik daşıyır. Belə qəbul edilib ki, hər bir Butan ailəsindən bir oğlan orduda xidmət etməlidir (məcburi olmamasına baxmayaraq). Lazım gəldiyi təqdirdə xalq səfərbərliyə cəlb edilə bilər. Butan Kral Qvardiyası - Butan Kral Ordusunun müstəqil bölümüdür, kral və ailəsini mühafizə etmək üçün qurulmuşdur, ordunun ən yaxşı hazırlanmış və ən yaxşı silahlı birliyidir. Sayı min nəfərdən çoxdur. Kral mühafizəçiləri özlərinin yüksək səviyyəli hazırlıqlarını 2003-cü ildə Assam separatçı düşərgələrinin məğlubiyyəti zamanı sübut etdi.Hücum zamanı mühafizəçilər ön sıralarında yürüdülər, lakin heç bir itki vermədilər; əməliyyatlarda şəxsən iştirak edən kral Jiqme Sinqe Vanqçuk da yaralanmadı.
Dominika Silahlı Qüvvələri
Dominika ordusu — Dominika Birliyinin milli hərbi qüvvələrinə verilən ad. Dominika 1981-ci ildən bəri daimi orduya malik deyil. Ölkədə hərbi müdafiəni Regional Təhlükəsizlik Sistemi (RTS) təmin edir. Dominika Polis Qüvvəsini Vətəndaş Birliyinin bir Xüsusi Təyinatlı Vahidi var. Müharibə və ya fövqəladə hal vəziyyətində hakimiyyət tərəfindən elan edilibsə, ölkənin polis qüvvəsi ordu kimi fəaliyyət göstərə bilər.
Ermənistan Silahlı Qüvvələri
Ermənistan Silahlı Qüvvələri (ermənicə Հայաստանի Հանրապետության զինված ուժեր) — Ermənistanı qorumaq məsuliyyəti daşıyan ordu. 1992-ci ildə Ermənistan dövlət müstəqilliyini qazandıqdan həmən sonra yaradılmışdır. Ermənistanın 2009-cu il dövlət büdcəsinin gəlirləri 2,9 mlrd. dollar, xərcləri isə 3,1 mlrd. dollar olub. Həmin il Ermənistan dövlət büdcəsində müdafiə xərclərini 34% artıraraq 495,3 mln. ABŞ dollarına (149,6 mlrd. dram) çatdırıb. Hərbi xərclər Ermənistanın 2009-cu il üçün dövlət büdcəsində xərclərin 15,7%-ni, ümumi daxili məhsulun isə 3,6%-ni təşkil edir. Əsgərlik yaşı: 18 Xidmət müddəti: 24 ay Əsgərliyə alınması mümkün vətəndaş sayı:[mənbə göstərin] 722.836 kişi, 15–49 yaş arası 795.084 qadın, 15–49 yaş arası Əsgərliyə yararlı vətəndaş sayı:[mənbə göstərin] 551.938 kişi, 15–49 yaş arası 656.493 qadın, 15–49 yaş arası Ermənistanda hərbi çağırış 27 yaşa qədər aparılır.
Fransa Silahlı Qüvvələri
Fransa Silahlı Qüvvələri — Fransa Respublikasının hərbi gücünü təşkil edir. Əhalisinin, ərazisinin və milli maraqların müdafiəsinə cavabdehdir. Fransa Silahlı Qüvvələrinə əsasən bunlar daxildir: Quru Qoşunları, Milli Dəniz Qüvvələri, Hava və Kosmik Qüvvələri, Milli Jandarma, dəstək xidmətləri və birgə təşkilatlar (qərargahlar daxil olmaqla) Fransa Ordusu peşəkar aktiv əsgərlər, ehtiyatda olan əsgərlər (keçmiş həqiqi hərbi xidmət əsgərləri və ya mülki könüllülər) və mülki şəxslərdən ibarət peşəkar orduya çevrilmişdir. Təqribən 270.000 hərbi və mülki personaldan ibarət ümumi işçi qüvvəsini təmsil edir.. Fransa, Böyük Britaniya və Almaniya mütləq mənada ən böyük hərbi büdcəyə malik üç Qərbi Avropa dövlətidir. 1990 və 2000-ci illərdən sonra sürətlə azalan hərbi xərclər 2017-ci ildən Almaniyada və 2018-ci ildən Fransada artmaqdadır. 2010-cu ilin əvvəlindən Rusiyanın hərbi xərcləri Fransa, Böyük Britaniya və Almaniyanın hərbi xərclərini ötüb. Fransa, Böyük Britaniya və Rusiya Avropada nüvə qarşısının alınmasına malik olan yeganə üç dövlətdir. 2017-ci ildə Fransa ordusu Avropada Rusiyadan sonra ikinci, dünya miqyasında isə beşinci yerdə idi. Amerika araşdırmasına görə, Fransa 2030-cu ildə Avropanın əsas hərbi gücü (Rusiya istisna olmaqla) və dünyada ilk beşlikdə qalacaq..
Gizli Silahlı Təşkilat
Gizli Silahlı Təşkilat və ya OAS (fr. Organisation Armée Secrète) — XX əsrin 60-cı illərinin əvvəlində Fransada terrorçu hərbi faşist qruplaşması. Gizli Silahlı Təşkilat 1961-ci ilin yazında qatı müstəmləkəçi zabitlər və ifrat sağ siyasi xadimlər tərəfindən yaradılmışdır. Qruplaşmanın başlıca məqsədi Əlcəzairə istiqlaliyyət verilməsinə mane olmaq idi. Əlcəzair 1962-ci ildə istiqlaliyyət qazandıqdan sonra əsas fəaliyyətinin Fransaya və onunla qonşu ölkələrə çevirən OAS Fransanın demokratik qüvvələrinin təzyiqi ilə tezliklə ləğv edilmişdir. OAS başçıları uzunmüddətli həbs cəzalarına məhkum olunmuş, lakin 1968-ci il amnistiyasına əsasən azad edilmişdir. Harrison, Alexander. Challenging De Gaulle: The O.A.S and the Counter-Revolution in Algeria, 1954–1962. New York: Praeger, 1989 (ing.). Henissart, Paul.
Silahlı Qüvvələr
Silahlı qüvvələr — dövlətin hərbi təşkilatı. Dövlətin suverenliyini və ərazi bütövlüyünü hücumlardan və müharibədən daima qorumaq üçün mövcud olan zəruri dövlət təsisatı. Dövlətin dayaq sütunlarından biri sayılır. Müxtəlif qoşun növlərinə aid olaraq həqiqi və ehtiyat hərbi hissələrdən ibarət olur.
Gürcüstan Silahlı Qüvvələri
Gürcüstan Silahlı Qüvvələri (gürc. საქართველოს შეიარაღებული ძალები) — Gürcüstan ordusunun rəsmi adıdır. Gürcüstan Silahlı Qüvvələri quru qoşunları, hərbi hava qüvvələri və yarımhərbi Gürcüstan Milli Qvardiyasından ibarətdir. Gürcüstan Silahlı Qüvvələri 1990-cı illərdə Sovet ordusunun qalıqları əsasında qurulub. Lakin keçmiş Sovet İttifaqının digər regionlarından fərqli olaraq Gürcüstanda ordu quruculuğu bir qədər fərqli aparıldı. Gürcüstan müstəqilliyə müharibə ilə başladı. Cənubi Osetiya və Abxaziya Gürcüstanın başağrısına çevrildi. Məhz buna görə, Gürcüstanın ordu quruculuğunda problemlər yaşandı. Məhz 94-95-ci illərdən sonra Gürcüstanda ordu quruculuğuna start verildi. 23 mart 1994-cü ildə Gürcüstan Sülh Naminə Tərəfdaşlıq proqramına qoşulan ilk Sovet respublikalarından biri olub.
Hindistan Silahlı Qüvvələri
Hindistan Silahlı Qüvvələri (Hindi (in IAST): Bhāratīya Saśastra Senāeṃ) Bu üç peşəkar güc strukturlarının ibarətdir: Hindistan Ordusu, Hindistan Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələri.Bundan əlavə, Hindistan Silahlı Qüvvələri Hindistan Sahil Mühafizəsi və Paramilitariya Təşkilatları tərəfindən dəstəklənir
Kanada Silahlı Qüvvələri
Kanada Silahlı Qüvvələri (fr. Forces armées canadiennes, FAC) — Kanadanın müstəqilliyini və ərazi bütövlüyünü qorumaq funksiyasını yerinə yetirən hərbi təşkilat. Kanada Silahlı Qüvvələrinin fəaliyyəti, "Müdafiə haqqında qanun" ilə tənzimlənir. Təşkilat, Quru Qoşunları, Hərbi Hava Qüvvələri (RCAF) və Hərbi Dəniz Qüvvələrindən (RCN) ibarətdir. Kanada Silahlı Qüvvələrində aşağıdakı iyerarxiya var: Ali Baş Komandan — Kraliça II Elizabet, 2010-cu ildən Kanada general-qubernatoru David Lloyd Conston tərəfindən təmsil olunur; Qərargah rəisi — Tomas Louson, 27 avqust 2012-ci ildən Qərargah rəisinin müavini, general-leytenant Qay Tibo Kanada kral hərbi donanma komandiri, vitse-admiral Mark Norman Kanada Ordusunun komandiri general-leytenant Paul Vinnik Kanada Kral Hava Qüvvələrinin komandanı, general-leytenant İvan Blonden Hərbi xidmət şöbəsinin müdiri general-mayor David Millar Kanada xüsusi qüvvələrinin komandiri, general Tuğgeneral William Tompson Kanada Silahlı Qüvvələrinin Kəşfiyyat komandiri, general-mayor Kristian Rousseau Kanadada birgə əməliyyat komandanlığı, General-leytenant Stüart Bir Black, Jeremy. Fighting for America: The Struggle for Mastery in North America, 1519-1871. Indiana University Press. 2011. ISBN 978-0-253-35660-4. Conrad, John.
Misir Silahlı Qüvvələri
Misir Silahlı Qüvvələri - Afrikada ən böyük və Yaxın Şərqi əhatə edir. Bu Misir Ordusu, Misir Dənizi, Misir Hava Qüvvələri və Misir Hava Hücumundan Müdafiə Qüvvələrinin ibarətdir və 1922-ci ildə yaradılmışdı. 138 ölkənin ordusu arasında 9-cu yeri tutan Misir Silahlı Qüvvələri Yaxın Şərq və Afrikanın ən güclü ordusu hesab edilib. Bu, 2019-cu ildə olan göstəricidən üç pillə yüksəkdir. Qeyd edək ki, Misir Silahlı Qüvvələrinin personalı 920 min nəfərdir. Təkcə Hərbi Hava Qüvvələrinin malik olduğu texnikanın sayı 1,054 ədəddir. Quru qoşunlarında isə 4,295 ədəd tank, 11,700 hərbi maşın, 1,084 raket əleyhinə qurğu mövcuddur. Reytinq cədvəlində dünyanın ən güclü ordusu ABŞ Silahlı Qüvvələri hesab edilib. Rusiya ikinci, Çin isə üçüncü yerdədir.
Pakistan Silahlı Qüvvələri
Pakistan Silahlı Qüvvələri (urduca:پاک مُسَلّح افواج‎, Musallah Afwaj-e-Pakistan) — Pakistanı qorumaq məsuliyyəti daşıyan ordu. Aktiv şəxsi heyət sayına görə dünyada 6-cı, müsəlman ölkələri arasında 1-ci yerdədir. Silahlı Qüvvələr üç əsas hissəyə ayrılır- Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri. 1963-cü il Çin-Pakistan razılaşmasına əsasən, bu iki dövlət bir-biri ilə yaxın hərbi əlaqələrə malikdir. 2013-cü il hesablamalarına görə, Çin Pakistanı ən çox silah və texnika ilə təmin edən 2-ci ölkə hesab olunur. Hər iki ölkə həmçinin, bir-biri ilə nüvə enerjisi və aerokosmik texnologiyalar sahəsində də sıx əməkdaşlığa sahibdir. 2004-cü ildə Pakistana ABŞ-nin NATO-ya daxil olmayan ölkələr arasında əsas müttəfiqi statusu verilib. Pakistanı əsas hərbi məhsullarla təchiz edənlər də daxili təchizatçılardan sonra, Çin və ABŞ-dır. Hesablamalara əsasən Pakistan Silahlı Qüvvələri şəxsi heyətinin 60-70%-i Hindistan-Pakistan sərhədi boyunca yerləşmişdir. ABŞ-nin Əfqanıstana müdaxiləsindən sonra 150,000 nəfər şəxsi heyət isə "Qəbilə əraziləri"ndə yerləşmişdir.
Polşa Silahlı Qüvvələri
Polşa Silahlı Qüvvələri — Polşanı qorumaq məsuliyyəti daşıyan ordu. Roma Katolik Kilsəsi tərəfindən təşkil olunur. 1989-cu ildə qanuniləşdirilmişdir. Xidmət kilsə keşişləri və imamları tərəfindən aparılır.
SSRİ Silahlı Qüvvələri
SSRİ Silahlı Qüvvələri — SSRİ-nin ərazi bütövlüyünü qorumaq məsuliyyəti daşıyan ordu.
Türkiyə Silahlı Qüvvələri
Türkiyə Silahlı Qüvvələri (türk. Türk Silahlı Kuvvetleri, TSK) — Türkiyə Respublikasını qorumaq məsuliyyəti daşıyan ordu. Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrindən ibarətdir. Jandarma və Sahil Mühafizə isə sülh dövründə daxili təhlükəsizlik qüvvələrinin tərkib hissəsi hesab olunur və Daxili İşlər Nazirliyinə tabedir. Müharibə şəraitində isə həmin qurumlar da Ordu və hərbi dəniz qüvvələrinin tabeçiliyi altında fəaliyyət göstərir. Türkiyə Prezidenti bütün silahlı qüvvələrin Ali Baş Komandanı hesab olunur. Silahlı Qüvvələrin hazırkı Baş Qərargah rəisi general Yaşar Gülərdi. Silahlı Qüvvələrə komandanlıq etmək və şəxsi heyətin döyüş hazırlığı, kəşfiyyat, əməliyyatlar, təşkilatlanma, təlim və lojistik xidmətlərlə əlaqədar siyasət və proqramların işlənib hazırlanması Baş Qərargahın məsuliyyətinə daxildir. Bundan əlavə olaraq, Baş Qərargah Türkiyə Silahlı Qüvvələrinin NATO üzvü olan və başqa müttəfiq ölkələrlə hərbi sahədə əlaqələrini koordinasiya edir. Ordunun müasir tarixi Osmanlı İmperiyasının dağılmasından sonrakı dövrə təsadüf edir.
Türkiyənin Silahlı Qüvvələri

Türkmənistan Silahlı Qüvvələri
Türkmənistan Silahlı Qüvvələri - Türkmenistanyň Ýaragly Güýçleri Hava və Hava Hücumundan Müdafiə Qüvvələri, Sərhəd Qoşunları, Daxili Qoşunlar və Milli Qvardiyadan ibarətdir.
Ukrayna Silahlı Qüvvələri
Ukrayna Silahlı Qüvvələri (ukr. Збройні сили України) — Ukrayna dövlətinin silahlı qüvvələri. Ukrayna Silahlı Qüvvələri də daxil olmaqla bütün hərbi və təhlükəsizlik qurumları Ukrayna prezidentinə tabedir. Ukrayna Silahlı Qüvvələri Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri və Desant Qoşunlarından ibarətdir. 2014-cü ildə Rusiya ilə Ukrayna arasında baş verən hadisələrdən sonra Ukrayna özünün Silahlı Qüvvələrinin sayını 204,000 nəfərə çatdırdı ki, bu da 229,000 nəfər hərbçisi olan Fransadan sonra Avropada ən çox hərbi qulluqçusu olan ölkə deməkdir. 3 iyun 2016-cı il tarixindən etibarən qadınlar da Ukrayna Silahlı Qüvvələrində döyüş əməliyyatlarına cəlb edilir. 2016-cı ildə milli təhlükəsizlik və müdafiə büdcəsi 2013-cü illə müqayisədə 23%, 2005-ci illə müqayisədə 65% artaraq 5.172 milyard ABŞ $ təşkil etmişdir ki, bu da Ukrayna ÜDM-nin 5%-nə bərabərdir. 2016-cı ildə, həmçinin Silahlı Qüvvələrin modernizasiya xərcləri də 30% artmışdır. 2005: 2.7 milyard ABŞ dolları 2013: 3.6 milyard ABŞ dolları 2016: 4.4 milyard ABŞ dolları 2017: 5.1 milyard ABŞ dolları 8 iyul: Hərbi Hava və Hava Hücumundan Müdafiə Qüvvələri günü İyulun ilk bazar günü: Hərbi Dəniz Qüvvələri günü 2 avqust: Desant Qüvvələri günü 7 sentyabr: Hərbi kəşfiyyat günü 14 oktyabr: Ukraynanın müdafiəçiləri günü 29 oktyabr: Maliyyə zabitləri günü 3 noyabr: Raket və Artilleriya Qoşunları günü 3 noyabr: Mühəndislər günü 6 dekabr: Silahlı Qüvvələr günü 12 dekabr: Quru Qoşunları günü SSRİ dağıldıqdan sonra onun hərbi sənayesinin 30%-i Ukraynaya verildi. Ukrayna hələ də raket texnologiyası, döyüş gəmiləri və sualtı gəmilər üçün naviqasiya elektronikaları, döyüş təyyarələri üçün radar istehsalına görə liderlərdən biridir.
Venesuela Silahlı Qüvvələri
Venesuela Silalı Qüvvələri (isp. Fuerzas Armadas de Venezuela) - Venesuela Respublikasının silahlı qüvvələri. Azadlığın, müstəqilliyin müdafiəsi və respublikanın ərazi bütövlüyünün qorunması üçün nəzərdə tutulub. Quru-qoşunlar, hərbi-dəniz, hərbi-hava qüvvələrindən və milli qvardiyadan ibarətdir.
Yunanıstan Silahlı Qüvvələri
Yunanıstan Silahlı Qüvvələri (yun. Ελληνικές Ένοπλες Δυνάμεις / Elinikes Enoples Dinamis) — Yunanıstanı qorumaq məsuliyyəti daşıyan ordu. Yunanıstan Silahlı Qüvvələri : Yunanıstan Milli Müdafiə Nazirliyi Baş Qərargahı Γενικό Επιτελείο Εθνικής Άμυνας ; ΓΕΕΘΑ Yunanıstan Quru Qoşunları Ελληνικός Στρατός Ξηράς / Ellenikόs Stratόs Ksirάs Yunanıstan Hərbi Dəniz Qüvvələri Ελληνικό Πολεμικό Ναυτικό ; ΠΝ / Ellenikόs Polemikó Naftikó ; PN Yunanıstan Hərbi Hava Qüvvələri Ελληνική Πολεμική Αεροπορία ; ΠΑ / Εllenikí polemiklere Aeroporía ; PA dan meydana gələr . Paramilitar quruluş olaraq Ticarət Dənizçilik və Ada Siyasəti Nazirliyinin səlahiyyəti altında olan: Yunanıstan Sahil Təhlükəsizliyi Λιμενικό Σώμα / Limenikό Soma Müharibə şəraitində Yunanıstan Hərbi Dəniz Qüvvələrinə kömək edər. Yunanıstanda bu an 18 yaşın üstündəki kişilərə 12 ay məcburi əsgərlik tətbiq olunmaqdadır. Qadınlar da Silahlı qüvvələrində xidmət edə bilər. Ancaq əsgərlik etmə zəruriliyi yoxdur. Yunanıstan AB və NATO-ya üzv ölkələrdəndir. Və ISAF (International Security Assistance Force, Əfqanıstan), EUFOR (European Union Stabilization Forces, Bosniya və Herseqovina) və Çad, KFOR (Kosovo Force, Kosovo) olmaq üzrə bir çox sülh qoruma gücünə qatılmışdır. Yunan Ortodoks Kilsəsi tərəfindən təşkil edilir.
Azərbaycan Respublikası Silahlı Qüvvələri
Azərbaycan Respublikasının Silahlı Qüvvələri və ya Azərbaycan Ordusu — Azərbaycan Respublikasının müstəqilliyini və ərazi bütövlüyünü qorumağa həsr olunmuş hərbi təşkilat. Azərbaycan Silahlı Qüvvələri Azərbaycan Quru Qoşunları, Azərbaycan Hərbi Hava Qüvvələri və Azərbaycan Hərbi Dəniz Qüvvələrindən ibarətdir. Birləşən qüvvələrə Azərbaycan Respublikası Daxili Qoşunları, Azərbaycan Milli Qvardiyası, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti, Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti daxildir. 1918-ci ilin mayın 28-də qəbul edilmiş Azərbaycan Xalq Cümhuriyyətinin İstiqlal Bəyannaməsində Azərbaycanın Silahlı Qüvvələrinınin yaradılması qeyd edilib. 1918-ci ilin mayın 28-də yaradılan ilk kabinədə Azərbaycan hökumətinin müdafiə naziri vəzifəsinə general Xosrov bəy Sultanov təyin edilib. Azərbaycan Xalq Cümhuriyyəti yaradıldığı ilk dövrlərdə onun hərbi qüvvələri 600 nəfərlik könüllü dəstələrdən ibarət idi. Hökumət 1918-ci il iyunun 19-da ölkə ərazisində hərbi vəziyyət elan edib. Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il 26 iyun tarixli qərarı ilə Çar Rusiyası dövründə "Vəhşi diviziya" adlanan keçmiş Tatar süvari alayının əsgərlərindən formalaşdırılmış və general Əliağa Şıxlinskinin rəhbərlik etdiyi Müsəlman korpusunun əsasında ilk ordu hissəsi, 5000 nəfər şəxsi heyəti olan "Əlahiddə Azərbaycan korpusu" yaradılıb. İyulun 11-də hökumət fərmanı ilə hərbi səfərbərlik elan edilib. Azərbaycan Respublikasının 1894–1899-cu illərdə anadan olmuş bütün müsəlman vətəndaşları orduya hərbi qulluğa çağırılıb.
Azərbaycan Respublikası Silahlı Qüvvələri Baş Qərargahı
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevdir. Səməd bəy Mehmandarovun 15 noyabr 1918-ci il tarixli əmri ilə "Ümumi qərargah" yaradılıb. Daha sonra 424-cü korpusunun Baş Qərargah rəisi, polkovnik Həbib bəy Səlimov Baş Qərargah rəisi təyin edildi. Qərargah avadanlıq, istehkam, növbətçi general, general-kvartirmeyster, topçu, tibb, hərbi təhsil və nəzarət şöbələrindən ibarət idi. Ayın sonunda Baş Qərargah Gəncəyə köçdü və fəaliyyətini orada davam etdirdi. Hərbi nazirin 1918 il 31 dekabr tarixli əmri ilə topçu şöbəsinin bazasında Baş topçu idarəsi yaradıldı və həmin struktur Ümumi qərargahın tərkibindən çıxarılaraq, birbaşa hərbi nazirin tabeliyinə verildi. 1919 ilin martında hərbi nazirin əmri ilə Ərkani-hərb (Baş qərargah) yaradıldı. Bununla əlaqədar general-kvartirmeyster, topoqrafıya şöbələri Ümumi qərargahın tərkibindən alınaraq, Ərkani-hərbə verildi. Yeni struktur dəyişikliyindən sonra Ümumi qərargahın səlahiyyətində, əsasən, qoşunların və xidmətlərin təminat və təchizat məsələləri qaldı. 1919 il avqustun 17-də imzalanmış əmrə əsasən, Ümumi qərargahın tərkibində olan nazirlik dəftərxanası hərbi nazirin özünə, "Praporşiklər məktəbi" ilə zirehli qatarlar Ərkani-hərb rəisinə, avtomobil hissəsi isə istehkam idarəsinin rəisinə tabe etdirildi.
Azərbaycan Respublikası Silahlı Qüvvələri günü
Azərbaycan Respublikası Silahlı Qüvvələri günü — Azərbaycan Silahlı Qüvvələrinin yaranma tarixi kimi qeyd edilən rəsmi bayram. İlk dəfə 1918-ci il 26 iyun tarixli fərmanla Azərbaycan Milli Ordusunun yaradılmasına başlandı. Avqustun 1-də AXC-nin Hərbi Nazirliyi təsis edildi. General Səməd bəy Mehmandarov dekabrın 25-də hərbi nazir, general-leytenant Əliağa Şıxlinski nazir müavini təyin edildilər. Qısa müddətdə Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas etdi. Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 1992-ci il 18 sentyabr tarixli fərmanı ilə təsis edilmiş və 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan ordusunun yaradılması barədə Azərbaycan Ali Sovetinin qərarının qəbul edildiyi tarix – 9 oktyabr, Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 22 may 1998-ci il tarixli Fərmanına əsasən həmin fərman qüvvədən düşürülmüş və 26 iyun tarixi Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan edilmişdir. 1918-ci il 26 iyun tarixli fərmanla Azərbaycan Milli Ordusunun yaradılmasına başlandı. Avqustun 1-də AXC-nin Hərbi Nazirliyi təsis edildi. General Səməd bəy Mehmandarov dekabrın 25-də hərbi nazir, general-leytenant Əliağa Şıxlinski nazir müavini təyin edildilər.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası — Azərbaycan Respublikası Silahlı Qüvvələri üçün ali hərbi təhsilli komandir və qəragah zabitlərinin, hərbi-elmi işçilərin hazırlanmasını, onların ixtisasının artırılmasını, hərbi iş sahəsində elmi tətqiqatların aparılmasını və dövlət orqanlarında çalışan yüksək vəzifəli şəxslərə respublikanın müdafiəsi ilə əlaqədar hərbi-strateji, hərbi-iqtisadi və hərbi-siyasi məsələlərin öyrədilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 20 fevral 1999-cu il tarixli fərmanı ilə yaradılmışdır. Hərbi Akademiyanın rektoru general-leytenant Heydər Piriyevdir. 5 mart 2022-ci ildə Milli Müdafiə Universitetinin tabeliyinə verildi. Hərbi Akademiyada iki il müddətində təhsil alan dinləyicilər taktiki və operativ səviyyədəki birlik və qərargahlarda komandir və qərargah zabitləri vəzifələrində çalışmaq üçün hazırlanırlar. Hərbi Akademiyada təşkil olunmuş tədris prosesi hərbi-strateji, operativ-taktiki, eləcə də hərbi-siyasi və hərbi-iqtisadi məsələlərin öyrənilməsini təmin edir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının nəzdində Strateji tətqiqatlar və dövlət müdafiəsini idarəetmə və hərbi diplomatiya kursları da fəaliyyət göstərir. Kursların vəzifəsi respublikanın müdafiəsi ilə əlaqədar hərbi-strateji, hərbi-iqtisadi və hərbi-siyasi məsələlərin öyrənilməsini təmin etməkdir. Hazırda akademiyaya general-leytenant Heydər Piriyev başçılıq edir. Heydər Piriyev Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən general rütbəsi verilmişdir.
Azərbaycan Silahlı Quvvələri Günü

Azərbaycan Silahlı Qüvvələri Quru Qoşunları
Azərbaycan Silahlı Qüvvələri Quru Qoşunları — Azərbaycan Silahlı Qüvvələrinin quru qoşunları hissəsi. Müharibə dövründə Ordu müvafiq olaraq Milli Qvardiyanın, Azərbaycanın Daxili Qoşunlarının və Dövlət Sərhəd Xidmətinin dəstəyini tələb edə bilər. Quru Qoşunlarının komandanı General-leytenant Hikmət Mirzəyevdir. Sovet dövründə Azərbaycan 4-cü Ordu tərəfindən komandanlıq edilən Zaqafqaziya hərbi dairəsinin bir hissəsi idi. 4-cü Ordu üç motorlu tüfəng diviziyasından (Gəncədəki 23-cü Qvardiya Motorlu Tüfəng Diviziyası, Lənkərandakı 60-cı Motorlu Tüfəng Diviziyası və Bakıdakı 295-ci Motorlu Tüfəng Diviziyası) və raket və hava hücumundan müdafiə briqadalarından və topçu və rok alaylarından ibarətdir. Azərbaycan, həmçinin Rusiya Federasiyası Müdafiə Nazirliyinin Raketlər və Artilleriya Baş Agentliyinin 49-cu arsenalına ev sahibliyi etdi. Bu arsenalda 7000 qatar-vaqon yük sursatı var idi. Bundan əlavə, 7-ci Qvardiya Ordusunun bir hissəsi olan 75-ci Motorlu Tüfəng Diviziyası Naxçıvan Muxtar Respublikasında idi. 1992-ci ilin yayında Azərbaycan Müdafiə Nazirliyi, Azərbaycan prezidentinin Azərbaycan ərazisindəki bölmələrin və birləşmələrin özəlləşdirilməsinə dair qərarından sonra, 295-ci Motorlu Tüfəng Diviziyasının 135 və 139 motorlu tüfəng alaylarının nəqliyyat vasitələri və silahlanmasına nəzarət tələb edən ultimatum göndərdi. 4-cü ordunun (Xankəndidən geri çəkilmə zamanı erməni silahlı birləşmələri tərəfindən ələ keçirilmiş 23-cü diviziyanın 366-cı motoatıcı alayının təchizatının yarısından çoxu xaricində) və 49-cu Arsenalın əmlakının köçürülməsi 1992-ci ildə başa çatdı.
Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyası
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası — Azərbaycan Respublikası Silahlı Qüvvələri üçün ali hərbi təhsilli komandir və qəragah zabitlərinin, hərbi-elmi işçilərin hazırlanmasını, onların ixtisasının artırılmasını, hərbi iş sahəsində elmi tətqiqatların aparılmasını və dövlət orqanlarında çalışan yüksək vəzifəli şəxslərə respublikanın müdafiəsi ilə əlaqədar hərbi-strateji, hərbi-iqtisadi və hərbi-siyasi məsələlərin öyrədilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 20 fevral 1999-cu il tarixli fərmanı ilə yaradılmışdır. Hərbi Akademiyanın rektoru general-leytenant Heydər Piriyevdir. 5 mart 2022-ci ildə Milli Müdafiə Universitetinin tabeliyinə verildi. Hərbi Akademiyada iki il müddətində təhsil alan dinləyicilər taktiki və operativ səviyyədəki birlik və qərargahlarda komandir və qərargah zabitləri vəzifələrində çalışmaq üçün hazırlanırlar. Hərbi Akademiyada təşkil olunmuş tədris prosesi hərbi-strateji, operativ-taktiki, eləcə də hərbi-siyasi və hərbi-iqtisadi məsələlərin öyrənilməsini təmin edir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının nəzdində Strateji tətqiqatlar və dövlət müdafiəsini idarəetmə və hərbi diplomatiya kursları da fəaliyyət göstərir. Kursların vəzifəsi respublikanın müdafiəsi ilə əlaqədar hərbi-strateji, hərbi-iqtisadi və hərbi-siyasi məsələlərin öyrənilməsini təmin etməkdir. Hazırda akademiyaya general-leytenant Heydər Piriyev başçılıq edir. Heydər Piriyev Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən general rütbəsi verilmişdir.
Azərbaycan Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzi
Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi — Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında 2000-ci il aprelin 5-də imzalanmış protokola uyğun olaraq, Azərbaycan Respublikası müdafiə nazirinin 20 fevral 2001-ci il tarixli əmrinə əsasən, NATO təlim sisteminin Azərbaycan Silahlı Qüvvələrində tətbiqi ilə əlaqədar, 2001-ci il martın 26-dan zabit heyətinin təkmilləşdirilmə, gizir hazırlığı və ehtiyat zabit hazırlığı kursları bazasında yaradılmış təlim tədris mərkəzi. Təlim və Tədris Mərkəzi Azərbaycan Ordusu üçün tələb olunan istiqamətlər və ixtisaslar üzrə kadr hazırlığını həyata keçirən və hərbi-elmi işlərin aparılmasını təmin edən əlavə təhsil müəssisəsidir. Əlavə təhsil kadr potensialının təkmilləşdirilməsini, hərbi qulluqçuların daim dəyişən və yenilənən xidmət şəraitinə uyğunlaşmasını təmin edir. 2020-ci ilin sonlarında Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı qələbənin şərəfinə “Azərbaycan-Türkiyə qardaşlığı əbədidir və sarsılmazdır” adlı tədbir keçirilib. 5 mart 2022-ci ildə Milli Müdafiə Universitetinin tabeliyinə verildi. Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində aşağıdakı kurslar fəaliyyət göstərir: zabit heyətinin təkmilləşdirilmə kursu – Azərbaycan Ordusunun tələbatına müvafiq olaraq bütün səviyyələr və kateqoriyalardan olan zabit heyətinin peşəkarlıq səviyyəsinin və xidməti keyfiyyətinin yüksəldilməsi, peşə bacarıqlarının formalaşdırılması və inkişaf etdirilməsi, daha müasir hərbi peşə bacarıq və vərdişlərinə yiyələnməsi məqsədilə hayata keçirilən əlavə təhsildir; ehtiyat zabit hazırlığı kursu – zabit ehtiyatının yaradılması məqsədilə müvafiq ixtisaslar üzrə zabit kadrlarının hazırlanmasını təmin edən əlavə təhsildir. Kursu müvəffəqiyyətlə bitirənlərə müdafiə nazirinin əmri ilə "leytenant" hərbi rütbəsi verilir; gizir hazırlığı kursu – müvafiq komanda va mütəxəssis vəzifələrində xidmət etmək üçün kadr hazırlığını təmin edən ixtisas üzrə verilən təhsildir. Kursu müvəffəqiyyətlə bitirənlərə “gizir” rütbəsi verilir; müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu – müvafiq komanda və mütəxəssis vəzifələrində xidmət etmək üçün kadr hazırlığını təmin edən ixtisas üzrə verilən təhsildir. Kursu müvəffəqiyyətlə bitirənlərə “kiçik çavuş” rütbəsi verilir. II Qarabağ müharibəsində aparılan hərbi əməliyyatlara Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin zabit-gizir heyəti də qatılmış və onlardan 21 nəfər hərbi qulluqçu müxtəlif dərəcəli bədən xəsarəti almış və qazilik mərtəbəsinə yüksəlmişdir.
Bosniya və Herseqovina Silahlı Qüvvələri
Bosniya və Herseqovinanın Silahlı Qüvvələri (Boşnaqca, Xorvatca, Serpcə: Oružane snage Bosne i Hercegovine, OSBIH; Kiril alfabesi: Оружане снаге Босне и Херцеговине, ОСБИХ)Bosniya-Herseqovinanı kənardan gələ biləcək təhlükələrə qarşı qorumaqla vəzifəli olan Boşnak , Xorvat və Serblərdən ibarət olan silahlı qüvvələrdir. Bosniyalı Serblər, 1992-2006 illəri arası ayrı bir ordu olan Srpska Respublikasının Ordusunda xidmət ediblər.[1] Arxivləşdirilib 2011-08-23 at the Wayback Machine 2004-ci ildə yaradılan Bosniya Və Herseqovina Müdafiə Nazirliyi, silahlı qüvvələrə cavabdehdir. Silahlı qüvvələrdə təxminən 9.200 fəal və peşəkar hərbçi, 4.600 ehtiyat əsgər və 1.000 mülki şəxsi heyət var.
Böyük Britaniya Silahlı Qüvvələri
Böyük Britaniya Silahlı Qüvvələri (rəsmi adı ilə Əlahəzrətlərinin Silahlı Qüvvələri, digər adı Kral Silahlı Qüvvələri). — Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığını kənardan gələ biləcək təhlükələrdən qorumaqla vəzifəli silahlı qüvvələrdir. Silahlı qüvvələr donanma, Quru Qüvvələri və hava qüvvələrindən ibarətdir. Bu hər üç orqan peşəkar əsgərlərdən təşkil olunub. Mövcud baş komandan kral ailəsi təmsilçisi kimi kraliça II Yelizavetadır. Bu kral üzvləri tərəfindən də qəbul edilməkdədir. İngilis konstitusiya hüququnda silahlı qüvvələr birbaşa krala tabedir. Silahlı qüvvələrin büdcəsi parlamentin razılığı ilə formalaşdırılır. 1689-cu ildə qəbul edilən qanuna görə, silahlı qüvvələrə müharibə etmək səlahiyyətini ancaq məclis verə bilər. Kral bunu təkbaşına edə bilməz.
Cosonun silahlısı (teleserial, 2014)
Çosonun silahlısı Lee Joon-gi, Nam Sang-mi, Jeon Hye-bin,Han Joo-wan və Yu Oh-seongun baş rolda oynadığı 2014-cü il Koreya teleserialıdır. Serialın əsas mövzusu Park Yoon-kang adlı qılınc ustasının əlinə odlu silah alaraq atasını öldürənlərə qarşı mübarizə aparmasıdır. Bu serialla aktyor Lee Joon-gi və aktrisa Nam Sang-mi İkili həyatdan sonra yenidən bir serialda baş rolları paylaşmaq imkanı əldə etdilər. Gunman in Joseon — Internet Movie Database saytında.
Dağlıq Qarabağ Respublikası Silahlı Qüvvələri
Dağlıq Qarabağ Müdafiə Ordusu (erm. Արցախի Հանրապետության պաշտպանության բանակ) — Dağlıq Qarabağ Respublikasının silahlı qüvvələri. Dağlıq Qarabağdakı erməniləri qorumaq üçün yaradılmış olan qeyri-nizami müdafiə dəstələri idi. Dağlıq Qarabağ Müdafiə Ordusu təxminən 15–20 min əsgərdən ibarət olduğu güman edilir. Şəxsi heyətinin çoxu Qarabağ və Azərbaycanın müxtəlif yerlərindən gəlmiş ermənilərdən ibarətdir. Arsenallarında olan silahların böyük əksəriyyəti Sovet ordusundan qalmış olan Kalaşnikov avtomatları, müxtəlif SSRİ istehsalı olan tanklar, ağır toplardan ibarətdir. Əsas silah və sursat dəstəkçisi Ermənistan Respublikasıdır. Bu ordunun yaradılmasında Robert Koçaryanın (Ermənistan Respublikasının keçmiş prezidenti və Dağlıq Qarabağ Müdafiə Ordusunun ilk baş komandanı), Serj Sarkisyanın (Ermənistan Respublikası nın keçmiş prezidenti), Vazgen Sarkisyanın (1992–1993-cü illərdə Ermənistan Respublikasının Müdafiə naziri, 1993–1995-ci illərdə müdafiəyə cavabdeh olan nazir, 1998–1999-cu illərdə baş nazir), Monte Melkonyanın (Martuni bölgəsinə cavabdeh olan şəxs), Samvel Babayanın (1994–2000-ci illərdə Dağlıq Qarabağ Respublikasının Müdafiə naziri) mühüm xidmətləri olmuşdur. Bu ordu çox böyük və ağır silahlar ilə təchiz edilmişdir: 316 ədəd tank, 323 ədəd zirehli maşın, 322 ədəd 122 mm-lik top, 44 ədəd reaktiv yaylım atəş sistemi və yeni bir ədəd hava hücumlarından müdafiə sistemi. Bu ordu Ermənistan Silahlı Qüvvələrinə dərindən bağlıdır.
Ermənistan Respublikası Silahlı Qüvvələri
Ermənistan Silahlı Qüvvələri (ermənicə Հայաստանի Հանրապետության զինված ուժեր) — Ermənistanı qorumaq məsuliyyəti daşıyan ordu. 1992-ci ildə Ermənistan dövlət müstəqilliyini qazandıqdan həmən sonra yaradılmışdır. Ermənistanın 2009-cu il dövlət büdcəsinin gəlirləri 2,9 mlrd. dollar, xərcləri isə 3,1 mlrd. dollar olub. Həmin il Ermənistan dövlət büdcəsində müdafiə xərclərini 34% artıraraq 495,3 mln. ABŞ dollarına (149,6 mlrd. dram) çatdırıb. Hərbi xərclər Ermənistanın 2009-cu il üçün dövlət büdcəsində xərclərin 15,7%-ni, ümumi daxili məhsulun isə 3,6%-ni təşkil edir. Əsgərlik yaşı: 18 Xidmət müddəti: 24 ay Əsgərliyə alınması mümkün vətəndaş sayı:[mənbə göstərin] 722.836 kişi, 15–49 yaş arası 795.084 qadın, 15–49 yaş arası Əsgərliyə yararlı vətəndaş sayı:[mənbə göstərin] 551.938 kişi, 15–49 yaş arası 656.493 qadın, 15–49 yaş arası Ermənistanda hərbi çağırış 27 yaşa qədər aparılır.
Ermənistan parlamentinə silahlı hücum
Ermənistan parlamentinə silahlı hücum və ya sadəcə 27 Oktyabr (erm. Հոկտեմբերի 27, translit. Hoktemberi k’sanyot’) — Nairi Hunanyanın başçılıq etdiyi 5 silahlı şəxs tərəfindən 27 oktyabr 1999-cu ildə paytaxt İrəvanda Ermənistan Milli Məclisinə qarşı törədilmiş, nəticədə ölkənin siyasi rəhbərliyindəki de-fakto qərar qəbul edən baş nazir Vazgen Sarkisyan və parlament spikeri Karen Dəmirçyan daxil olmaqla 8 nəfərin öldürüldüyü terror aktı. Sarkisyan və Dəmirçyanın islahata meyilli koalisiyası həmin ilin mayında keçirilən parlament seçkilərini səs çoxluğu ilə qazanmış və praktiki olaraq prezident Robert Köçəryanı siyasi səhnədən kənarlaşdırmışdı. Silahlı hücum ölkənin siyasi mənzərəsində ciddi dəyişikliklərə səbəb oldu. Bu, əsasən, terror aktından sonra tez-tez avtoritar olaraq tənqid olunan prezident Köçəryanın daxil olduğu çoxsaylı konspirasiya nəzəriyyələrinin mövzusu olaraq qalır. Sarkisyan və Dəmirçyan ölümlərindən sonra Ermənistan Milli Qəhrəmanı adına layiq görüldülər. 27 oktyabr 1999-cu il tarixində, saat 17:15-də hökumət tərəfindən sual-cavab iclası keçirilərkən jurnalist və keçmiş EİF üzvü Nairi Hunanyanın rəhbərliyi altında uzun paltolarının içərisində gizlədilən Kalaşniov AK-47 avtomatları ilə silahlanmış beş nəfər İrəvanın Bağramyan prospektindəki Milli Məclis binasına girdi. Onlar səkkiz nəfəri güllələyərək öldürdülər: Vazgen Sarkisyan – Baş nazir Karen Dəmirçyan – Milli Məclisin sədri Yuri Baxşyan – Milli Məclisin sədrinin müavini Ruben Miroyan – Milli Məclis sədrinin müavini Leonard Petrosyan – Təcili İşlər naziri Henrik Abrahamyan – Parlamentin üzvü Armenak Armenakyan – Parlamentin üzvü Mixail Kotanyan – Parlamentin üzvü Silahlılar parlamentdə ən az 30 nəfəri yaraladılar. Hunanyanı qardaşı Karen, əmisi Vram və digər iki nəfər müşaiət etmişdi.

Значение слова в других словарях