Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Cotto
Cotto di Bondone (it. Giotto di Bondone; 1267, 1276 və ya 1266, Vikkyo[d], Toskana[…] – 8 yanvar 1337, Florensiya[…]) – Orta əsrlər İntibah dövrünün Protorenesans mərhələsinin çox görkəmli italyan rəssam və heykəltəraşı. == Həyatı == Cotto di Bondone və ya sadəcə Cotto təxminən 1266-cı ildə Florensiya ətrafında Kolle de Vespinyano kəndində kəndli ailəsində dünyaya gəlib. Çimabuenin tələbəsi olub. Çimabuenin kiçik çoban Cottonun çöldə qoyun çəkməsini görməsi və onun istedadına heyran olması haqqında hekayət artıq ədəbi əfsanəyə çevrilmişdir. 1304-1306-cı illərdə Cotto özünün ən məşhur əsərlərini – Paduya şəhərindəki del Arena kapellasının monumental divar rəsmlərini yaradır. Kapellanın divarlarında üç cərgədə yerləşdirilmiş freskalarda rəssam İsa peyğəmbərin və Müqəddəs Məryəmin həyatından bəhs edən əfsanələrin təsvirlərini verir. Bunlardan "İsanın meyiti üstündə ağlaşma"da iştirakçıların hisslərini, baş vermiş faciəni böyük ustalıqla canlandırması freskanı Cottonun şah əsərlərindən biri edir. Həmin cərgədəki "İudanın öpüşü" freskası gərgin və dramatik bir anı: insan xəyanətini əks etdirərək, böyük bəşəri hisslər doğurur və rəmzi məna daşıyır. Cottonun yaradıcılığı İtaliya boyakarlığının sonrakı əsrlərdə inkişafına böyük təsir göstərmişdir.
Dodmor Kotton
Dodmor Kotton və ya Ser Dodmor Kotton (ö. 23 iyul 1628) — ingilis diplomatı və İngiltərə hökuməti tərəfindən Səfəvi imperiyasına göndərilmiş ilk səlahəiyyətli səfir. O, İngiltərə kralı I Karl tərəfindən Səfəvi şahı I Abbasın sarayına göndərilmişdir. == Həyatı == Dodmor Kotton Ser Robert Kotton ilə Elizavet Kottonun oğludur. Elizavet isə Con Dormerin qızı idi. O, Kembric Kral Kollecindən 1607-ci ildə məzun olmuş və 1608-ci ilin noyabrında Linkolnun daxili sarayında işə başlamışdı.Sarayda Dodmor kralın şəxsi kabinetində vəzifə əldə etmiş və I Karl tərəfindən yaxşı tanındığı üçün 1627-ci ildə onun tərəfindən I Abbasın Səfəvi sarayına səfir kimi göndərildi. O, martda Rose adlı gəmi ilə İran körfəzində yerləşən Gembruna (Bəndər Abbasa) yollandı. Onunla səyahətə çıxanlar arasında Tomas Herbert, Nəğdəli bəy (I Karlın yanına göndərilmiş keçmiş Səfəvi elçisi) və Robert Şirli (Nəğdəli bəyin məsləhətçisi, ingilis) müşahidə edirdi.Bu nümayəndə heyəti Səfəvi sarayına göndərilməmişdən əvvəl oraya göndərilmiş qızılbaş elçiləri uğursuzluğa uğramışdılar. Nəğdəli bəy bu uğursuzluqda Robert Şirlini ittiham edirdi. O, gəmi Səfəvi sərhədlərinə yaxınlaşdığı zaman yüksək dozada tiryək qəbul edərək öldü.
Cotto kampanilası
Cotto kampanilası (it. Campanile di Giotto, /ˌkæmpəˈniːli, -leɪ/ , həmçinin amer. /ˌkɑːm-/ ) — İtaliyanın Florensiya şəhərinin tarixi mərkəzində yerləşən Pyaçça-del-Duomonun əsas tikilisi olan Florensiya kafedralı kompleksinə daxil olan, lakin kafedral binasından aralıda dayanan kampaniladır. Santa-Mariya-del-Fiore kafedralı və Müqəddəs İohann vəftizxanasının yanında yerləşən kampanila Cottonun dizaynı, zəngin heykəl və polixrom mərmər dekorları ilə Florensiya qotik memarlığının ən yaxşı nümunələrindən biridir. Kiçik ərazini əhatə edən tikili, hər tərəfi 14.45 metrə bərabər olan kvadrat formasına malikdir. 84.7 metr hündürlüyə malik kampanila hər tərəfdən çoxkünclü dayaqlara malikdir. Qüllə beş mərtəbəyə bölünüb. == Tarixi == 1302-ci ildə Florensiya kafedralının inşasında cavabdeh olan memar Arnolfo di Kambionun ölümündən otuz il sonra – 1334-cü ildə məşhur rəssam Cotto di Bondoneyə onun işini davam etdirmək həvalə olunur. Həmin ildə rəssamın artıq 67 yaşı var idi. Cotto bütün enerjisini kafedralın zəng qülləsinin dizaynı və inşasına yənləndirir.
Alen de Botton
Alen de Botton (20 dekabr 1969, Sürix) - isveçrəli-ingilis yazıçı. Romanları bestseller olmuş, 20-dən çox dilə tərcümə olunmuşdur. Fəlsəfə anlayışını dəyişdirən yazıçının 10-dan çox romanı və hazırladığı 5 sənədli filmi vardır. == Həyatı == 20 dekabr 1969-cu ildə İsveçrənin Sürix şəhərində doğulmuşdur. Misir əsilli Qilbert de Botton və Cakelin Barquerin tək övladı idi. Alan de Botton 8 yaşına qədər Sürixdə yaşadı və bu zaman fransız ilə alman dillərini öyrəndi. 1977-ci ildə İngiltərəyə gələndə Oksfordakı Draqon məktəbində oxumağa başladı. Sonra Harrou məktəbinə getdi. Məktəbi bitirdikdən sonra Kembric Unversitetinə yollandı. == Yaradıcılığı == 1993-cü ildə ilk romanı olan "Eşq üzərində" nəşr olundu.
Ayron-Botton boğazı
Ayron Botton boğazı (ing. Iron Botton) - Mənası 'Dəmir Dib' deməkdir. Solomon dənizi akvatoriyasında yerləşir. Quadalkanal adasını Nqqela adalarından ayırır. İkinci dünya müharibəsinə qədər Silark boğaz adlanlırdı. 1942-1943 ci illərdə dünya müharibəsinin ən əhəmiyyətli döyüşləri məhz bu boğazda baş verir. Buna misal kimi Quadalkana döyüşünü göstərmək olar.
Cotto di Bondone
Cotto di Bondone (it. Giotto di Bondone; 1267, 1276 və ya 1266, Vikkyo[d], Toskana[…] – 8 yanvar 1337, Florensiya[…]) – Orta əsrlər İntibah dövrünün Protorenesans mərhələsinin çox görkəmli italyan rəssam və heykəltəraşı. == Həyatı == Cotto di Bondone və ya sadəcə Cotto təxminən 1266-cı ildə Florensiya ətrafında Kolle de Vespinyano kəndində kəndli ailəsində dünyaya gəlib. Çimabuenin tələbəsi olub. Çimabuenin kiçik çoban Cottonun çöldə qoyun çəkməsini görməsi və onun istedadına heyran olması haqqında hekayət artıq ədəbi əfsanəyə çevrilmişdir. 1304-1306-cı illərdə Cotto özünün ən məşhur əsərlərini – Paduya şəhərindəki del Arena kapellasının monumental divar rəsmlərini yaradır. Kapellanın divarlarında üç cərgədə yerləşdirilmiş freskalarda rəssam İsa peyğəmbərin və Müqəddəs Məryəmin həyatından bəhs edən əfsanələrin təsvirlərini verir. Bunlardan "İsanın meyiti üstündə ağlaşma"da iştirakçıların hisslərini, baş vermiş faciəni böyük ustalıqla canlandırması freskanı Cottonun şah əsərlərindən biri edir. Həmin cərgədəki "İudanın öpüşü" freskası gərgin və dramatik bir anı: insan xəyanətini əks etdirərək, böyük bəşəri hisslər doğurur və rəmzi məna daşıyır. Cottonun yaradıcılığı İtaliya boyakarlığının sonrakı əsrlərdə inkişafına böyük təsir göstərmişdir.
Bolton
Bolton (ing. Bolton) - Şimal-qərbi İngiltərənin Böyük Mançester bölgəsində yerləşən şəhər. XIV əsrdə flamandlar tərəfindən məskunlaşdıqdan sonra şəhər parça istehsalı mərkəzinə çevrilmişdir. Bolton XIX əsrdə İngiltərədə ən çox inkişaf edən şəhərlərdən biri olmuşdur. 1929-cu ildə şəhərdə 216 pambıq fabriki fəaliyyət göstərirdi. Lakin, dünya müharibəsi digər bütün sənaye sahələrinə olduğu kimi pambıq sənayesinə də ciddi ziyan vurdu. Birinci dünya müharibəsi ərzində İngiltərənin bütün şəhərlərində kimi Boltonda da pambıq sənayesi sürətlə tənəzzülə uğramağa başlamışdır. Mançester şəhərindən 12 km şimal-qərbdə yerləşən Bolton şəhəri tarixi olaraq Lankaşir vilayətinə məxsusdur. İngiltərə vətəndaş müharibəsi dövründə 1644-cü ildə şəhərdə Bolton qətliamı adı ilə tanınan hadisə baş vermiş, nəticədə 1,600 nəfər həlak olmuş, 700 nəfər əsir düşmüşdür. Bolton Vonderers futbol klubunun ev oyunlarını oynadığı Makron stadionu da bu şəhərdə yerləşir.
Boston
Boston — ABŞ-nin tarixi şəhərlərindən biri və Massaçusets ştatının paytaxtı. Yeni İngiltərədə ən böyük şəhər olan Boston, bölgənin iqtisadi və mədəni mərkəzi sayılır və qeyri-rəsmi olaraq Yeni İngiltərənin paytaxtı adlanır.
Bottom
Bottom (nid. De Botte) — Sabanın paytaxtı və ən böyük şəhəri. == Məsafələr == Bottomdan Amsterdama məsafə 6.993 km-dir. Bottomdan Karib Niderlandındakı digər şəhərlərə – Oranyestada məsafə 32 km, Kralendeykə isə 816 km-dir.
Conson
Boris Conson
Cortan
Cortan, Cortdan və ya Cotdan- Bir növ süd məhsulu. == Hazırlanması == Kəndlərdə qatığı motal içinə töküb, onu çalıb kərəsini alarlar.Qatıqın kərəsi alınandan sonra,ayran əldə edilər.Sonra qurut hazırlamak üçün bu ayran torbaya tükülər və suyu alınar və bununla belə cortan ələ gələr ki süzmə qatıq kimi bərkdir və aşlarda istifadə olunar.Cortanları bir qoz ölçüsü qədər düzəldib və qurutsalar qurut yaranar. Bu məhsul Cənubi Azərbaycanda Marağa, Binab, Əcəbşir və Azərşəhrdə hazırlanar.
Croton
Kroton (lat. Croton) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinə aid bitki cinsi.
Foton
Foton (ing. photon) və ya qamma kvant – elektromaqnit şüalanmasının (dar mənada işığın) kvantı olan stabil elementar zərrəcik. Dörd fundamental qüvvədən biri olan elektromaqnit qüvvəsinin daşıyıcısıdır. Bozonlar qrupuna aiddir. Sükunət kütləsi və elektrik yükü sıfıra bərbərdir. Kainatda hər atoma qarşılıq təqribən 1 milyard foton mövcuddur. == Ümumi baxış == Tanınmış Fermilab-ın (Fermi National Accelerator Laboratory) üzvü Don Linkoln "Understanding the Universe: from Quarks to the Cosmos" kitabında fotonu belə təsvir edir: Fotonlar, kainatdakı hər maddədən, hər istiqamətə doğru, çox sayıda yayılmaqdadır və kainatdakı ən yüksək sürət ilə fəzada irəliləməkdədir. Bir fotonu digər fotonlardan ayıran üç vacib xüsusiyyəti vardır: "Fotonun enerjisi" (dalğa uzunluğu) "Fotonun hərəkət istiqaməti" (momentum istiqaməti) "Spin istiqaməti" (polyarizasiya istiqaməti)Bir fotonun enerjisinin verilməsi, dalğa uzunluğunun və ya tezliyinin də verilməsi deməkdir. Dalğa uzunluğu, fotonun enerjisi ilə tərs mütənasibdir. Yüksək enerjili fotonların dalğa uzunluğu kiçik, aşağı enerjili fotonların dalğa uzunluğu böyükdür.
Hotto
Hotto (xorv. Hottó) — Macarıstanın Zala medyesində yerləşən kənd.
Koton
Koton — məşhur polis itlərindən biridir. Alman itidir. == Polis karyerası == Sahibi Patterson adlı polis işçisi olan Koton polis iti olub. Missuri ştatının Kanzas-Siti şəhərində polis itlərdən biri kimi çalışmışdır. Koton 24-dən artıq cinayətin üstünü açmışdır. 1991-ci ilin noyabr ayının əvvəllərində təqribən 1,2 milyon qiyməti olan 10 kq-lıq kokain aşkar etmişdir. 18 noyabr 1991-ci ildə Kanzas-Siti şəhərində sahibi polis Pattersonla birlikdə cinayətkar tərəfindən açılan atəş nəticəsində ölmüşdür. == Film karyerası == Koton yalnız bir filmdə iştirak etmişdir. Bu film 1989-cu ildə çəkilmiş "K-9" filmidir. Filmdə "Cerri Li" (Jerry Lee) rolunda polis it kimi çıxış etmişdir.
Lotto
Lotto — İtaliyanın idman geyimləri istehsalı ilə məşğul olan şirkəti. 1973-cü ildə yaradılan "Lotto" şirkətinin baş ofisi Trevizo şəhərində yerləşir və dünyanın yalnız 4 ölkəsində – Braziliya, Avstraliya, Türkiyə və Ukraynada rəsmi filialı var. Hazırda bu şirkətin 25 peşəkar futbolçu (ən məşhurları – Petr Çex, Xulio Kruz, Marek Yankulovski, Luka Toni, Simone Perrotta, Qoran Pandev, Mirko Vuçiniç, Joan Kapdevilya, Momo Sissoko və b.), 32 peşəkar tennisçi (Xuan Karlos Ferrero, Teymuraz Qabaşvili, Dominik Xrbatı, Qaston Qaudio, Lukas Laçko, Françeska Skiavone və s.) ilə müqaviləsi var. Bundan əlavə, 11 futbol federasiyası (Kolumbiya, Kosta-Rika, Oman, Ukrayna, Panama və s.), Afrikada 3 (“Raca Kasablanka” Mərakeş, “USM Aljir” Əlcəzair və s.), Asiyada 7 ("Ən-Nəsr" Səudiyyə Ərəbistanı, "Əl-Əyn" BƏƏ və s.), Avstraliyada 10 ("Kembltaun Siti" Avstraliya, "Uayteker Yunayted" Yeni Zelandiya və s.), Amerikada 39 ("Atletiko Mineyro" Braziliya, "San Lorenso" Argentina, "Kobreloa" Çili, "UNAM-Pumas" Meksika və s.) və Avropada 71 futbol klubu (“Soşo” Fransa, "Borrusiya" Mönxenqladbax, Almaniya, "Makkabi" Hayfa, İsrail, "Fiorentina", "Udineze", "Palermo" – hamısı İtaliya, "Rapid" Rumıniya, "Gəncləbirliyi" Türkiyə, "Arsenal" Kiyev, Ukrayna və s.) "Lotto" şirkəti ilə əməkdaşlıq və sponsorluq müqaviləsinə malikdir. Azərbaycanın Simurq klubu bu şirkətlə əməkdaşlıq edir.
Albert Lottin
Albert-Nikolas Lottin (fr. Albert-Nicolas Lottin; 29 avqust 2001, Paris) — Niderlandın aşağı liqa təmsilçilərindən olan "Yonq Utrext" klubunda yarımmüdafiəçi mövqeyində çıxış edən peşəkar Fransa futbolçusu. == Klub karyerası == Lottin "Bordo" akademiyası vasitəsilə inkişaf etmişdir. O, Amerikanın GACP şirkəti klubu aldıqdan sonra akademiyaya qəbul olan ilk futbolçu olmuşdur. 14 dekabr 2018-ci ildə Lottin Liqa 1 təmsilçilərindən olan "Bordo" klubu ilə ilk peşəkar müqaviləsini imzalamışdır. O, öz peşəkar karyerasında debütünü 5 aprel 2019-cu ildə "Marsel" klubuna qarşı oyunda etmişdir. O, 85-ci dəqiqədə François Kamanonu əvəz etmişdir. Liqa 1 görüşündə Bordo rəqibinə 2-0 hesabı ilə qalib gəlmişdir. 2020-ci ilin sentyabrında oyunçu Niderlandın "Yonq Utrext" klubu ilə 3 illik müqavilə imzaladı == Şəxsi həyatı == Lottin Fransada anadan olmuşdur. Valideynləri isə Kamerun vətəndaşlarıdır.
Alisa Uolton
Alisa Louise Volton (2 oktyabr 1949) — Walmart Inc sərvətinin Amerikalı varisidir. O, Walmart-ın qurucusu Sem Volton və Helen Voltonun yeganə qızı və S. Robson Volton, Cim Volton və Con T. Voltonun bacısıdır. 2016-cı ilin sentyabr ayında Walmartın 11 milyon dollardan çox səhmlərinə sahib oldu. 2020-ci ilin may ayına olan məlumata görə, dəyəri 56 milyard dollar olan 9-cu və dünyanın ən varlı qadını olaraq yer aldı. Forbes-in məlumatına görə, 2020-ci ilin iyul ayına görə Alice Walton, 62.9 milyard dollar dəyərində xalis dəyəri ilə Forbes 400’də 11-ci yerdədir. == Həyatı və təhsili == Volton Arkanzas ştatının Newport şəhərində anadan olub. 3 qardaşı ilə birlikdə Bentonville, Arkanzasda böyüdü və 1966-cı ildə Bentonville HS-ni bitirdi. Texas ştatının San Antonio şəhərindəki Trinity Universitetini iqtisadiyyat üzrə bakalavr dərəcəsini bitirib. == Karyerası == O, karyerasına First Commerce Corporation'da kapital analitiki və pul meneceri kimi başlayıb və Arvest Bank investisiya fəaliyyətinə başçılıq edib. Uolton, eyni zamanda EF Huttonda broker kimi çalışıb.
Alisa Volton

Ben Conson
Ben Conson (11 iyun 1572, Vestminster[d], Böyük London regionu[d] və ya London – 6 avqust 1637[…], London) — ingilis dramaturqu, şair, dram nəzəriyyəçisi.. == Həyatı == Ben Conson 11 iyun 1573-cü ildə Londonda anadan olmuşdur.. Ben Consonun "Vəziyyət dəyişmişdir" (1597), "Volpone" (1605), "Episin, yaxud Qaradinməz qadın" (1609), "Kimyagər" (1610), "Varfolomey yarmarkası" (1614) komediyalarında cəmiyyətdə baş alıb gedən eybəcərliklər, mənəvi əxlaqsızlıqlar tənqid olunur . Onun klassısızm üslubunda yazılmış "Seyanın süqutu" (1603), "Katilinanın qəsdi" (1611) faciələri, saray tamaşaları üçün mifoloji süjetli alleqorik pyesləri var.. Ben Conson 6 avqust 1637-ci ildə Londonda vəfat etmişdir. == İstinadlar == == Mənbə == Azərbaycan Sovet Ensiklopediyası. X cild, Bakı, 1987.
Bolton arenası
Bolton arenası (ing. Bolton Arena) — İngiltərənin Mançester şəhərində yerləşən çox məqsədli daxili arena. Arena 6000 nəfərlik tamaşaçı tutumuna malikdir və bir sıra idman oyunlarının təşkili üçün nəzərdə tutulmuşdur. == Haqqında == Arena ictimaiyyətə 2001-ci ilin aprel ayında təqdim edilmişdir və 14 iyul 2001-ci ildə rəsmi açılış mərasimi təşkil edildi.2002-ci ildə Millətlər Birliyi Oyunları ərzində badminton oyunları bu arenada təşkil edilmişdir.
Boris Conson
Boris Conson (19 iyun 1964[…], Nyu-York, Nyu-York ştatı, ABŞ) — ingilis dövlət xadimi və siyasətçisi, Böyük Britaniyanın 77-ci baş naziri (2019-2022). Əvvəllər London şəhərinin meri (2008-2016), Böyük Britaniyanın xarici işlər naziri (2016-2018) kimi vəzifələri tutmuşdur. Ulu babaları və nənələri içində müsəlman, yəhudi və xristian olanlar var 2022. Valideynlərinin tanış olduğu rus miqrantın şərəfinə Boris adlandırılıb. Boris özünü tək millət konservatizminə aid edir. Əvvəllər iqtisadi və sosial cəhətdən liberal siyasəti ilə, indi isə irqçi və homofob ritorika yürütdüyü iddia edilir. == Həyatı == Boris Johnson 19 iyun 1964-cü ildə Nyu-Yorkda anadan olub. Atasının babası Əli Kamal - türkiyəli jurnalist, Osmanlı İmperiyasının son Böyük vəziri Əhməd Oqtay hökumətində qısa müddət daxili işlər naziri olmuşdur. Bu vəzifədə olaraq o, Kamal Atatürkün həbsinə əmr vermişdir. Atatürk hakimiyyətə gəldikdən sonra general Nurəddin Konyarın əmri ilə Əli Kamal edam edilmişdir.
Boston Celtics
Boston Celtics Massaçusets əyalətinin Boston şəhərini təmsil edən peşəkar basketbol klubudur. NBA-də Şərq Konfransında, Atlantik Grupunda yer alır. 17 çempionluq ilə ABŞ Milli Basketbol Liqasında (NBA) ən çox çempion olan komandadır. Oyunlarını Boston şəhərində olan TD Gardendə oynayır. == Tarixi == === İlk İlləri === Boston Celtics, 1946-cı ildə NBA qurulmadan öncə Amerika Basketbol Asosassiyası (BAA) liqası komandası olaraq quruldu. Daha sonra NBAnın yaranması ilə, NBAnın ilk klublarından biri oldu. Önəmli oyunçusu Bob Cousy başçılığında uğurlu sezonlar keçirtdi. === Bill Russell dövrü === 1956-cı ildə Bill Russellı heyətinə qatan klub bu oyunçunun böyük əməyi olan bir çox önəmli uğurlara imza atmışdır. Bill Russell ilə ilk sezonda St. Louis Hawksı 7 oyun sonunda qalib gələrək ilk çempionluğunu qazandılar.
Boston Kolleci
Boston Kolleci (ing. Boston College) — ABŞ-nin Massaçusets ştatının Boston şəhərində yerləşən özəl universitet. == Reytinqi == U.S. News & World Report nəşri tərəfindən hazırlanan «America’s Best Colleges 2008: National Universities» siyahısında 35-ci yeri tutur.
Boston Seltiks