Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Oracle
Oracle — Microsoftun ardından dünyanın ən böyük ikinci proqram təminatı şirkətidir. 120.000-ni aşan işçisi, 380.000-dən çox müştərisi ilə 145 ölkədə fəaliyyət göstərir. Verilənlər Bazası, tətbiq inkişaf etdirmə vasitələri, tətbiq serveri və də biznes təcrübələri sahələrində proqram həlləri var.
Radlk.
Lüdviq Radlkofer (alm. Ludwig Radlkofer‎ 12 dekabr 1829 — 16 fevral 1927) — alman botanik, professor, mikoloq, tibb elmləri doktoru.
M3 Bradley
M3 Bradley Cavalry Fighting Vehicle (CFV), ABŞ ordusunda istifadə olunan, United Defense (indiki BAE Systems) tərəfindən istehsal olunan Bradley sinifli kəşfiyyat və zirehli personal daşıyıcısıdır. Əməliyyat mənzili 400–480 km, maksimum sürəti 56–66 km/s, yanacaq tutumu 662–746 L təşkil edir.
Oracle Corporation
Oracle — Microsoftun ardından dünyanın ən böyük ikinci proqram təminatı şirkətidir. 120.000-ni aşan işçisi, 380.000-dən çox müştərisi ilə 145 ölkədə fəaliyyət göstərir. Verilənlər Bazası, tətbiq inkişaf etdirmə vasitələri, tətbiq serveri və də biznes təcrübələri sahələrində proqram həlləri var.
Oracle Database
Oracle Database (əsasən Oracle kimi tanınır) — Oracle şirkəti tərəfindən istehsal olunan və satılan verilənlər bazasının idarə edilməsi sistemidir. Larry Ellison və onun dostları tərəfindən 1977-ci ildə yaradılmağa başlanmışdır.
Samanta Randle
M2 Bradley
M2 Bredli (M2 Bradley) – general Ömər Brendlinin adını daşıyan ABŞ-nin piyada döyüş maşınıdır. 1970-ci illərin ikinci yarısında Sovet BMP-1-in döyüş istifadəsi təcrübəsi, Alman "Marder" BMP-nin dizayn xüsusiyətlərinin nəzərə alınmaqla XM723 prototipi əsasında yaradılmışdır. M113 zirehli personal daşıyıcıları.
Guarea chalde
Guarea polymera (lat. Guarea polymera) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin meliyakimilər fəsiləsinin guarea cinsinə aid bitki növü. == Sinonimləri == === Heterotipik sinonimləri === Guarea chalde Cuatrec.
Fransua Rable
Fransua Rable (ən tezi 1483 və ən geci 1494 – ən tezi yanvar 1553 və ən geci 14 mart 1553, Paris, Fransa krallığı) — Fransız yazıçısı. Məşhur "Qarqantüa və Pantaqrüel" romanının müəllifi. == Həyatı == Fransua Rable 1494-cü ildə Şinyon şəhərində anadan olmuşdur. Məşhur rus alimi A.K.Civeleqov deyir ki, Rable kiçik bir məhkəmə məmurunun kiçik oğlu olmuşdur. Fransız alimi isə deyir ki, Rablenin atası ya kiçik bir dükan sahibi,yaxud da əczaçı olub. O dövrdə dini təhsilə xüsusi diqqət verilirdi. F.Rablenində yeddi yaşı tamam olanda onu dini məktəbə verirlər. Lakin onun oxumağa böyük həvəsi var idi. Rable 16 yaşından etibarən Fonten-Lekontda rahib olu və ruhani rütbəsi alır.Valideynlərnin təkidi ilə dini təhsil almasına baxmayaraq Rable gələcəkdə ruhani olmaq istəmirdi.Monastırda olan dostlarının köməyi sayəsində o,bir sıra qədim dilləri və dünyəvi elmləri öyrənir.O tezliklə qədim Yunan və latın dillərini öyrənir. Kilsə xadimləri,müqəddəs Fransisk təliminin daşıyıcıları və keşikçləri olan rahiblər gənc Rablenin bu Qeyri-ənənənəvi təhsildən xəbər tutan kimi,onun min əzabla əldə etdiyi bu qədim yunan kitablarını əlindən alırlar.Rahiblər belə hesab edirdilər ki,heç də hər şeyi bilmək lazım deyil,çünki onların etiqad etdikləri müqəddəs Fransisk belə demişdir: "Qoy nadan adamlar savadlanmağa çalışmasınlar!". Dostlarının köməyi ilə o, Benedikt məzhəbini qəbul edir və yerini dəyişərək Malyezza abbatlığında yaşamağa başlayır.Benediktçilər təhsil məsələlərində fransiskçilərdən fərqlənirdilər və Rable artıq burada nəinki ürəyi istədiyi kitabları tapıb oxuya bilərdi,o,hətta burada bir sıra təbiət elmləri ilə,xüsusilə də təbabət elmi ilə dərindən məşğul olmağa başlayır.Burada o yepiskop d`Estissakla dostlaşır.Sonra təhsilini davam etdirmək məqsədilə o,dini rəhbərlərin razılığı ilə 1528-ci ildə Parisə yollanır.O dövrdə baş verən bir sıra siyasi hadisələr nəticəsində dini dünyagörüş məsələlərində və qadağalar sahəsində bir qədər yumşalmalar baş verir.Bundan ruhlanan gənc Rable daha böyük səylə öz dövrünün elmlərini öyrənməkdə davam edir. 17 yanvar 1536-ci il tarixində verilmiş sənədlərin birində deyilir ki, "Rableyə hər yerdə təbabətlə məşğul olmağa icazə verilir,ancaq bir şərtlə-bu gərək təmənnasız olmalıdır və oddan dəmirdən istifadə olunmamalıdır,çünki ,bu tipli əməliyyatlar ruhanilərə qadağan edilib".1537-ci ildə Rable tibb doktoru adını qazanmışdır. Rable Fransanı şəhərbəşəhər gəzərək həm həkimlik edir,həm ruhani kimi fəaliyyət göstərir,həm də günü-gündən təhsilini artırdı.1532-ci ildə Lion şəhərində yaşayarkən o,böyük bir xəstəxananın həkimi olur və ele həmin vaxt da Niderland humanizminin və ümumiyyətlə,Avropa İntibahının ən görkəmli nümayəndələrindən biri olan Rotterdamlı Erzamla məktublaşır. "Qarqantüa və Pantaqrüel"romanının "Məşhur Pantaqruelin çox dəhşətli və vahiməli əməlləri və qəhrəmanlıqları"adlanan birinci kitabını da Fransua Rable məhz elə bu şəhərdə yazmış və 1533-cü ildə Alcofridas Nasier imzası ilə çap etdirmişdir.
Radde armudu
Radde armudu (lat. Pyrus raddeana) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin armud cinsinə aid bitki növü. Ermənistanda Zəngəzur dağında, palıd meşələrində bitir. Hündürlüyü 1-2 m olan alçaq gövdəli kolşəkilli ağacdır. Ağacın cavan budaqları həm tükcüklü, həm də çılpaqdır. Şarabənzər çətri vardır. Gövdə və budaqlarının qabığı hamar olub, bozumtul rənglidir. Yarpaqları lansetvari-ellipsvari, altdan keçəli tükcükülü, sonradan çılpaq, yarpağın mərkəzində daha enli, uzunluğu 8 sm-dək və eni 4 sm-dəkdir. Aprel ayının əvvəllərində çiçəkləyir, iyul-avqust aylarında meyvəsi yetişir. Aşağı dağ qurşağında (600-850 m) əhəngli, quru, daşlı yerlərdə rast gəlinir.
Radde ayıdöşəyi
Radde ayıdöşəyi (Oreopteris raddeana (Fomin) Fomin) - qıjılar sinfinə aid bitki növüdür. Elmi adı-Dryopterisraddeana (Fomin) Fomin IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilmək təhlükəsində olanlar” kateqoriyasına aiddir – EN B2ab (iii). Azərbaycanın nadir, endemik və relikt növüdür. Çoxillik, 80 sm hündürlüyündə bitkidir. Yarpaqları uzunsov-oval, ucdan itidir; saplaq ayadan kiçikdir, birinci sıra seqmentləri lansetvari, qısasaplaqlı, ucdan sevrilən, sonuncu sıra seqmentləri uzunsovdur, küt yaxud əyri, dişciklidir; soruslar damarların ortasına yaxın yerləşir; örtüyü çılpaqdır; sporlar qonur, böyrəkşəkillidir. Sporların yetişmə dövrü iyul ayına təsadüf edir. Çiçəkləməsi iyul ayına təsadüf edir. Orta, aşağı dağ qurşağında və düzənlik ərazinin kölgəli Hirkan tipli meşələrində rast gəlinir.. Dekorativ və dərman bitkisidir. Lənkəran ovalığı və dağlıq hissəsi (Lənkəran və Astara rayonları).
Radde böyürtkəni
Radde böyürtkəni (lat. Rubus raddeanus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin moruq cinsinə aid bitki növü. Qafqazda, Rusiyada, Stavropolda, Kabardın Balkarda yayılmışdır. Yarpaqları oval, saplaqlı, mürəkkəb, 3-7 yumurtavari xırda yarpaqlardan ibarətdir, gövdədə növbəli yerləşir. Yarpaq ayasının üstü tünd yaşıl, alt tərəfi ağımtıl, xırda tükcüklərlə örtülmüşdür. Yarpaqların qoltuqlarında qarışıq tumurcuqlar formalaşır. İkinci il onlardan yan budaqlar, salxımvari çiçək qrupunda toplanan ağ öz-özünü tozlanan, diametri təxminən 1 sm olan ikicinsli çiçəklər formalaşır. Çiçəkləmə dövrü iyun-iyulda baş verir və 20-25 gün davam edir. Şaxələnmiş çiçək yatağında tükcüklü, sarı, qırmızı və ya qara rəngli çəyirdək formalaşır. Şaxtaya davamlı, işıqsevən bitkidır.
Radde qonurdişi
Radde qonurdişi (lat. Sorex raddei) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin həşəratyeyənlər dəstəsinin yereşənlər fəsiləsinin qonurdiş cinsinə aid heyvan növü. Azərbaycanda əldə edilmiş 19 heyvanın kütləsi 9, 7-10,0 q, bədənin uzunluğu 65-80 quruğu, 43, 6-52,1 mm, pəncəsi 12,0-13,1 mm olmuşdur. Radde qonurdişi Qafqaz endemikdir. Eləcə də Türkiyə ilə həmsərhəd rayonlarda yayılmışdır. Azərbaycanda bu növ yalnız Kiçik və Böyük Qafqazda qeyd alınmışdır. Çox azsaylı, nadirdir. Dağətəyi və dağ meşələrində, kolluqlarda, çayların yanında, daş yığınlarında, arxların kənarında rast gəlinir. Aprelin ikinci yarısından başlayaraq payızın sonuna qədər ildə 2-3 dəfə çoxalır. Bir nəsildə 3-7, çox vaxt 5 bala verir.
Radde tozağacı
Radde tozağacı (lat. Betula raddeana) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin tozağacı cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir –Vu C2a(ii). Qafqazın nadir, endemik növüdür. Ağ və ya qonurqabıqlı çoxda böyük olmayan ağacdır. Yarpaqları yumurtavari və ya uzunsov-yumurtavari, yuxarı hissədən iti, yan hissələrdən nahamar dişciklidir. Meyvə verən sırğa çiçək qrupu təkdir, yumurtavari-ellipsşəkillidir, 2-2,5 sm uzunluğunda, 10-14 mm enində, qısa sallanan ayaqcıqda yerləşir. Qozaları yuxarı hissədən böz-tükcüklü, 2-2,5 mm uzunluğundadır. Çiçəklənməsi iyul ayında baş verir. Subalp qurşağının aşağı hissəsində karbonatlı dağ süxurları əmələ gələn meşələrdə rast gəlinir.
Radde əsməsi
Anemonoides raddeana (lat. Anemonoides raddeana) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin anemonoides cinsinə aid bitki növü. Anemone raddeana Regel Anemone maximowiczii Juz. Anemone raddeana subsp. glabra Ulbr. Anemone raddeana var. glabrata Nakai Anemone raddeana subsp. villosa Ulbr.
Qustav Radde
Qustav Radde (15 (27) noyabr 1831, Qdansk, Prussiya – 3 (16) mart 1903, Tiflis) — alman təbiətşünası və tədqiqatçısı. Radde yarpaqgüdəni və bir neçə başqa növ onun adını daşıyır. Radde Qdansk şəhərində bir məktəb müdirinin ailəsində dünyaya gəlib. O, karyerasına əczaçı kimi başlayıb. Erkən yaşlarında alman entomologist Anton Mengedən təsirləndi və getdikcə təbiət tarixi ilə maraqlanmağa başladı və 1852-ci ildə karyerasını dayandırdı və iki il Krımda botanik Xristian fon Stevenlə birlikdə həm bitkiləri, həm də heyvanları topladı. Daha sonra İohann Fridrix fon Brandt və Karl Ernst fon Ber ilə Rusiya imperiyasının cənubuna daha çox səfər etdi. 1855-ci ildə astronom Lüdviq Şvarsın rəhbərlik etdiyi Şərqi Sibir Ekspedisiyasına botanik və zooloq kimi qoşuldu. 1864-cü ildə Tiflisdə məskunlaşdı. Həmin il o, Elbrus dağının ətrafındakı bölgəni tədqiq etdi. O, bir çox bitki toplamaqla yanaşı, yerli tayfaların dillərini, mahnılarını və adət-ənənələrini qeyd etmişdir.
Bradley Steven Perry
Bredli Stiven Perri (23 noyabr 1998, Nyu-Cersi) — aktyor. Ən məşhur rolu orijinal Disney Channel serialı Uğurlar, Çarli!dəki Qeyb Dankan, "Şarpeyin göz qamaşdıran səyahəti"ndəki Rocer Ellistondur. == Karyera == Perri 2007-ci ildə "Kornoru seçin" və "Əzəmətli Maks" kimi filmlərdə kiçik rollarla kariyerasına başladı və professionallaşmağa başladı. Növbəti il, o İzsiz Sİ-Bİ-ES cinayət dramında qonaq baş rol ilə onun televiziya debütünü etdi. . Gələn il boyunca, Perri Mallar: Çətin yaşayın, Çətin Satın, Əks Gün və Qoca İtlər kimi belə filmlərdə kiçik komik rollarda meydana çıxmağa davam etdi.
Oracle Technology Network
Oracle — Microsoftun ardından dünyanın ən böyük ikinci proqram təminatı şirkətidir. 120.000-ni aşan işçisi, 380.000-dən çox müştərisi ilə 145 ölkədə fəaliyyət göstərir. Verilənlər Bazası, tətbiq inkişaf etdirmə vasitələri, tətbiq serveri və də biznes təcrübələri sahələrində proqram həlləri var.
İradə
İradə — subyektin fəaliyyət və davranışının tənzimlənməsini həyata keçirən fenomen. İradə əsasən məqsədlərin yaradılması (formalaşdırılması) və onlara nail olmaq üçün daxili səylərin cəmlənməsinə cavabdehdir. İradə nə fiziki, nə emosional, nə də həmişə şüurlu insan fəaliyyəti deyil; lakin seçilmiş fəaliyyətin məqsədinin dəyər xüsusiyyətlərini göstərən fəaliyyətdir. Könüllü hərəkətlər edən insan impulsiv istəklərə müqavimət göstərir. İradi davranış iki əsas komponentə bölünür — qərar qəbul edilməsi və onun sonrakı həyata keçirilməsi. Lakin hərəkətin məqsədilə qərar qəbul etmək ehtiyacı arasında uyğunsuzluq varsa, bu vəziyyət çox vaxt seçim aktı ilə müşayiət olunur və ya psixoloji ədəbiyyatda adət olduğu kimi, bu vəziyyəti motivlərin mübarizəsi adlandırmaq olar. Şəxs tərəfindən seçilmiş qərar sonradan müxtəlif psixoloji şəraitdə həyata keçirilir. Belə şərtlərin spektri qərar qəbul etmək üçün kifayət olan anlardan başlaya bilər və bu seçimdən sonra sonrakı hərəkət sanki öz-özünə baş verir. Bu psixoloji model üçün boğulan uşaq nümunəsini göstərə bilərik, onu xilas etmək üçün yalnız cəsarət toplamaq lazımdır və yalnız bundan sonra vəziyyət "avtomatik" rejimə keçir. Könüllü davranış və seçimin həyata keçirilməsinə bəzi güclü ehtiyacın qarşı çıxdığı şərtlər də var.
Radde dağ gürzəsi
Radde dağ gürzəsi (lat. Vipera raddei) - Gürzələr fəsiləsinə daxil olan ilan növüdür. Zəhərli canlıdır. Bədənin uzunluğu 1010 mm, bədənin uzunluğunun quyruğun uzunluğuna nisbəti L/L.cd. 12.0 – 12.8. Bədənin orta hissəsində onu bir cərgədə əhatə edən pulcuqların miqdarı 23, bədənin qarın tərəfində olan qalxancıqların miqdarı 170 - 185, anal qalxancığın miqdarı 1, quyruqaltı qalxancıqların miqdarı 25 - 35 cütdür. Başın üst tərəfi qabırğacıqlı pulcuqlarla örtülmüşdür. Yalnız sifətin ucundakı pulcuqlar qabırğasızdır. Gözüstü qalxancıqlar hər tərəfdə güclü şəkildə itiləşərək bir çıxıntı əmələ gətirir. Gözün üst tərəfindəki pulcuqlar ayrı bir sıra əmələ gətirir.
Radhe (film, 2021)
Radhe:Sənin ən çox axtardığın insan filmi Pradhu Devanın 2020-ci ildə çəkilişləri bitəcək Hindistan döyüş filmidir. Ssenari müəllifi Süheyl Xan,qardaşı Salman Xan və Atul Aqnihotridir.O,filmdə baş rolu ifa edib.Filmin çəkiləcəyi 18 oktyabr 2019-cu ildə elan olunub. Filmin çəkilişlərinin 22 may 2020-ci ildə bitəcəyi gözlənilir.Film "Qaçmaq" adlı Cənubi Koreya filmindən götürülüb. Real həyatdan götürülən film Hindistanın kiçik bir şəhərində qırğınlar törədən bir dəstəni ifşa etmək üçün çalışan detektiv Radhedən danışır.O, təkcə detektivlik etmir,onlarla döyüşür.Axırda polislərlə birlikdə basqın edir və dəstəni yaxalayır.Radhe bütün Hindistanda Şerlok Holms qədər tanınan detektiv olur. Filmin çəkiləcəyi 18 oktyabr 2019-cu ildə Salman Xanın şousunda elan olunub. Filmin çəkilişlərinin 22 may 2020-ci ildə Merac qəndilində bitəcəyi və həmin gün də təqdimatının olacağı gözlənilir.Film "Qaçmaq" adlı Cənubi Koreya filmindən götürülüb. Rejissor:Prabhu Deva Ssenari müəllifi:Süheyl Xan, Atul Aqnihotri, Salman Xan Kinometoqrafçı:Ayananka Çandra Bose Şirkət:Reel Life Production Private Limited Sohail Khan Productions Salman Khan Films İlk baxış tarixi:22 may 2020 Dil:Hind dili Ölkə:Hindistan Salman Xan - Radhe Dişa Patani - Harlin Kaur Randep Xuda Bxarat Ceki Şrof Qotam Qulati Zarina Vahab Narra Snivas Qorind Namdev Arjun Kanungo Caklin Fernandez-Mahnılardan birində rəqqas 1.https://m.timesofindia.com/entertainment/hindi/bollywood/news/radhe-your-most-wanted-bhai-details-about-the-first-schedule-of-this-salman-khan-film-revealed/amp_articleshow/71852747.cms 2.https://m.timesofindia.com/entertainment/hindi/bollywood/news/confirmed-disha-patani-joins-salman-khan-for-radhe-and-heres-a-glimpse-from-the-films-muhurat/articleshow/71851665.cms 3.https://www.firstpost.com/entertainment/radhe-salman-khans-third-venture-with-prabhudeva-after-wanted-dabangg-3-goes-on-the-floors-7586021.html 4.https://www.ndtv.com/entertainment/radhe-salman-khan-disha-patani-and-jackie-shroffs-film-goes-on-floors-2125852 5.https://www.freepressjournal.in/entertainment/bollywood/radhe-jacqueline-fernandez-to-feature-in-an-item-song-in-salman-khan-starrer 6.https://indianexpress.com/article/entertainment/bollywood/ex-bigg-boss-contestant-gautam-gulati-in-salman-khan-film-radhe-6134545/lite/ 7.https://www.indiatoday.in/amp/movies/bollywood/story/telugu-actor-narra-srinivas-joins-salman-khan-s-radhe-got-this-offer-through-prabhudheva-sir-1624135-2019-12-01 8.https://en.wikipedia.org/w/index.php?title=Template:Https://timesofindia.indiatimes.com/entertainment/hindi/bollywood/news/radhe-your-most-wanted-bhai-debutant-actor-arjun-kanungo-calls-salman-khan-the-only-star-in-bollywood/articleshow/74237667.cms&action=edit&redlink=1.
Rade Kruniç
Rade Kruniç (Bosnian pronunciation: [râːde krǔːnitɕ] ; 7 oktyabr 1993[…], Foça, Serb Respublikası) — Bosniyalı peşəkar futbolçu. İtaliyanın "Milan" klubu və Bosniya və Herseqovina milli komandasında yarımmüdafiəçi kimi çıxış edir. Kruniç peşəkar karyerasına 2011-ci ildə "Sutjeska Foçada" klubunda başlayıb. Daha sonra 2013-cü ildə "Donji Srem" klubuna keçir. Futbolçu 2014-cü ildə "Hellas Verona" klubuna transfer edilir və həmin ilin sonunda onu "Donji Srem" klubuna icarəyə verilir. 2015-ci ildə "Borats Çaçaka" klubuna keçir. Həmin ilin sonunda Kruniç "Empoli" klubu ilə müqavilə imzalayır. O, 2019-cu ildə "Milan"a transfer olunub.
Rade qonurdişi
European Computer Trade Show
Larry the Cable Guy
Daniel Lawrence "Larry" Whitney (ing. Larry the Cable Guy; 17 oktyabr 1963, Pawnee City, Nebraska) — ABŞ aktyoru.
Kral Çadae
Kral Çadae (71 – 165) — Goguryeo krallığının yeddinci kralıdır. 146–165-ci illərdə hökmdarlıq etmişdir. Hakimiyyəti Kral Taejodaedan təhvil almışdır. Ondan sonra hakimiyyətə ögey qardaşı Kral Sindae keçmişdir.
İradə Ağasıbəyli
Həsənova İradə Aslan qızı — azərbaycanlı aktrisa. İradə Həsənova 1977-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyoru fakültəsini bitirmişdir. Sumqayıt Dövlət Musiqili Dram Teatrında çalışmışdır. 1990-cı ildən Akademik Milli Dram Teatrında çalışır. Bir neçə filmdə və televiziya tamaşasında obrazlar yaratmışdır. 25 iyun 2013-cü ildə əməkdar artist fəxri adına layiq görülmüşdür. 10 may 2019-cu ildə, 7 may 2020-ci ildə və 7 may 2021-ci ildə Prezident Mükafatına layiq görülmüşdür. Sumqayıt Dövlət Musiqili Dram Teatrı Almaz (C.Cabbarlı) — Almaz Vəfalı Səriyyə (C.Cabbarlı) — Səriyyə Bağdada putyovka var (Ə.Əylisli) — Kama Tamahkar (S.S.Axundov) — Məryəm Adamın adamı (Anar) — Balaxanım Akademik Milli Dram Teatrı Dişi canavar (F.Lorka) — Amella Anamın kitabı (C.Məmmədquluzadə) — Zivər Ağqoyunlular və qaraqoyunlular (Ə.Əmirli) — Qaraqoyunlu bibi Mesenat (Ə.Əmirli) — Luiza Özümüzü kəsən qılınc (B.Vahabzadə) — Banuçiçək Ədirnə fəthi (C.Cabbarlı) — İnci Hərənin öz payı (X.Qoca) — falçı Kəllə (N.Hikmət) — Paolina Kaş araba aşmayaydı (O.İoseliani) — Kokola Kişi sözü (film, 1987) Ah məhəbbət, məhəbbət (film) Unudulan adam (film, 1987) Qu quşunun məhəbbəti (film) Yurd yeri 2 Qırmızı qar (film, 1998) Nə gözəldir bu dünya...
İradə Aşumova
İradə Süleyman qızı Aşumova (25 fevral 1958, Bakı, Azərbaycan SSR) — Azərbaycanı təmsil edən güllə atıcısı və məşqçisi. 1974-1991-ci illərdə Sovet İttifaqı yığmasını, 1991-2015-ci illərdə Azərbaycan yığmasının heyətində çıxış edib. Üç dəfə — 1985, 1998 və 2002-ci illərdə Dünya Çempionatlarının gümüş medallarına sahib olan İradə Aşumova 2004-cü ildə Yunanıstanın Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarını bürünc medalla başa vurdu. İradə Aşumova Azərbaycan idmanında xidmətlərinə görə 2002-ci və 2004-cü ildə illərdə "Tərəqqi" medalı ilə təltif edilib. İradə Aşumova 1958-ci il fevralın 25-də Bakı şəhərində anadan olub. İradə Aşumova evlidir, 2 oğlu var. Onun əri güllə atcılığı üzrə məşqçi Vladimir Lunyovdur, oğlu isə güllə atıcılığı üzrə Azərbaycan yığmasının üzvü Ruslan Lunyovdur. İradə Aşumova birinci uğuruna 1985-ci ildə Mexico şəhərində baş tutan Dünya Çempionatında imza atdı. Turnirin nəticələrinə əsasən İradə Aşumova 10 metr məsafəyə hava tapançasından atəşaçma turnirində gümüş medalın sahibi oldu. 1986-cı ildə İradə Aşumova Zul şəhərində (Almaniya) baş tutan World Cup turnirində 10 metr məsafəyə hava tapançasından atəşaçma turnirində bürünc, 25 metr məsafəyə atəşaçma turnirində isə qızıl medala sahib oldu.
İradə Bağırova
İradə Səid qızı Bağırova — Azərbaycan alimi, tarix üzrə elmlər doktoru, AMEA A.Bakıxanov adına Tarix İnstitutunun "Ümumi tarix" şöbəsinin müdiri. İradə Səid qızı Bağırova 1956-cı il fevralın 12-də Bakı şəhərində anadan olmuşdur. 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə daxil olmuşdur. 1976-cı ildə əla oxuduğu ilə əlaqədar M. V. Lomonosov adına Moskva Dövlət Universiteti Tarix fakültəsinin üçüncü kursuna qəbul olunmuşdur. 1979-cu ildə MDU-ni bitirdikdən sonra Azərbaycan Respublikası Elmlər Akademiyasının A.Bakıxanov adına Tarix İnstitutuna təyinat almışdır və həmin İnstitutda baş laborant vəzifəsində çalışmağa başlamışdır. 1982-ci ildən 1985-ci ilədək Tarix İnstitutunun aspiranturasında (əyani şöbəsində) oxuyub. 1979-cu ildən 2004-cü ilədək baş laborantdan aparıcı elmi işçi və şöbə müdiri vəzifəsinədək yüksəlmişdir. İ. S. Bağırova 1987-ci ildə "XX əsrin əvvəllərində Azərbaycanda baş verən inqilabi hərəkatın müasir qərb tarixşünaslığında işıqlandırılması" adlı namizədlik dissertasiyası müdafiə etmişdir. 1997-ci ildə İ. S. Bağırovanın "XX ərin əvvəllərində Azərbaycanın siyasi partiyaları və təşkilatları (1900–1917-ci illər)" adlı fundamental monoqrafiyası çap olunub. Monoqrafiyada müəllif əsrin əvvəlində Azərbaycanda fəaliyyət göstərən 20-dən artıq partiyanın və siyasi təşkilatların mövcudluğunu müəyyən edib, onların siyasi proseslərdə rolunu göstərmişdir.
İradə Bəxtiyeva
Bəxtiyeva İradə Ağaməlik qızı (d.1960) — Azərb. SSR Ali Sovetinin (11-ci çağırış) deputatı 1978-ci ildən əmək fəaliyyətinə Bakı Uşaq Paltarları Tikiş İstehsal Birliyində başlamışdır. Azərb. SSR Ali Sovetinin (11-ci çağırış) deputatı, Ali Sovetin Xalq istehlakı malları və əhaliyə xidmət komissiyasının üzvü olmuşdur.
İradə (ad)
İradə — ad. İradə Gülfir — şairə, Azərbaycan Yazıçılar Birliyinin üzvü. İradə İsgəndərova — hüquqşünas.
İradə (dəqiqləşdirmə)
İradə — ad. İradə Gülfir — şairə, Azərbaycan Yazıçılar Birliyinin üzvü. İradə İsgəndərova — hüquqşünas.
İradə Quliyeva
İradə Quliyeva — Azərbaycalı keçmiş qadın futbolçu, qadınlardan ibarət milli komandanın keçmiş kapitanı, əməkdar məşqçi, "B" kateqoriyalı baş məşqçi İdmançı ailəsində dünyaya göz açmışdır. Atası SSRİ Əməkdar Məşqçisi adına layiq görülüb. Qardaşı futbol nəşqçisi olaraq fəaliyyət göstərir. 1980-ci ildə "Spartak" stadionunda məşqlər edirdi. O dövr "Bakinka" klubunda forma geyinirdi.. Həmçinin "Bakılı" qadın futbol klubunun da tanınmış futbolçusu olmuşdur. 1981 — SSRİ Bürünc medal əldə etdi. 2005/2006 — Gömrükçü klubu ilə, UEFA Çempionlar Liqasıın qrup mərhələsində Azərbaycanı təmsil etmişdir. O sezondan etibarən Azərbaycan milli futbol komandasının kapitanı kimi çıxış etməyə başladı. 2022 — "Gömrükçü" klubunun baş məşqçisi kimi artıq uzun müddət idi fəaliyyət göstərirdi.
Nanjing World Trade Center Tower 1
Nanjing World Trade Center Tower 1 — Çinin Cianqsu vilayətinin Nankin şəhərində yerləşən göydələndir. Göydələnin hündürlüyü 328 m-ə bərabərdir. Binanın tikintisinəə 2011-ci ildə başlanılıb və 2016-cı ildə başa çatdırılıb.