Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Crazy (Franka Bateliç mahnısı)
Crazy (azərb. Dəli‎) — Xorvatiyanın 2018 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Franka Bateliç "Crazy" mahnısı ilə Xorvatiyanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmək hüququ əldə etmişdir. Mahnının musiqisi xorvatiyalı bəstəkar Branimir Mihalyeviçə, sözləri isə ifaçı Franka Bateliçə aiddir.
Franko
Fransisko Paulino Ermenegildo Teodulo Franko Baamonde (isp. Francisco Paulino Hermenegildo Teódulo Franco Bahamonde; 4 dekabr 1892[…] – 20 noyabr 1975[…], Madrid) — İspaniya hərbi və dövlət xadimi, diktator, İspaniya vətəndaş müharibəsi illərində nasionalist hərbi üsyanın rəhbəri, 1939-1975-ci illərdə İspaniya krallığının regenti, kaudilyo (isp. Caudillo de España por la gracia de Dios — Tanrının etimadı ilə İspaniyanın Rəhbəri), İspaniya Nazirlər Şurasının Sədri, generallisimus. 1936-1939-cu illəri əhatə edən vətəndaş müharibəsində qələbə çalaraq hakimiyyəti ələ keçirmişdir. == Gəncliyi == Franko ailəsinin ənənəsinə uyğun olaraq hərbi dənizçi olmaq istəyirdi. Lakin İspaniyanın 1898-ci il İspaniya-Amerika müharibəsində məğlubiyyəti nəticəsində bu sahədəki boş yerlərin sayında həddindən artıq azalma baş verdi. Buna görə də Franko Piyada Qoşun Akademiyasına yazıldı. Onun qardaşı Roman Franko isə məşhur aviator olmuşdur. 1910-cu ildə Toledodakı Piyada Qoşun Akademiyasını bitirdikdən sonra o, 2 il öz doğma El Ferrol şəhərindəki qarnizonda xidmət edir. Lakin ilk imkan düşən kimi Mərakeşə yollanır.
Canköy
Canköy (ukr. Джанкой, krımtat. Canköy, Джанкой) — Krımın şimalındakı şəhər. Krım Respublikasının ayrıca inzibati vahidini - respublika əhəmiyyətli Canköy şəhərini təşkil edən, onun tərkibinə daxil olmayan Canköy rayonunun mərkəzidir. == Etimologiyası == Çox vaxt "Cankoy" adı Krım-tatar dilində can kəndi və ya sevimli kənd (dzhan - can, koy - kənd) kimi tərcümə olunur. Eyni zamanda, Krım toponimikası mütəxəssisləri Dzhankoy adını Krım tatar dilinin çöl ləhcəsində yeni kənd olan dzhan'koydan götürən etimologiyanı daha ağlabatan hesab edirlər[8].ndə can kəndi və ya sevimli kənd (can - can, koy - kənd) kimi tərcümə olunur. Eyni zamanda, Krım toponimikası mütəxəssisləri Canköy adını Krım tatar dilinin çöl ləhcəsində yeni kənd olan -canköydan götürən etimologiyanı daha məntiqli hesab edirlər. == Coğrafiyası == Respublikanın şimalında paytaxt Simferopoldan 90 kilometr məsafədə yerləşir. Canköy stansiyası Xarkov-Sevastopol və Xerson-Kerç xətlərinin kəsişməsində yerləşən dəmir yolu qovşağıdır. Stepnaya çayı şəhərin mərkəzindən axır, şəhərin yeganə su axınıdır.
Arank
Arank - türk və tatar mifologiyasında su cini. Arang və ya Anank (Anang) olaraq da deyilir. "Aranklar" şəklində çoxluq olaraq xatırlanarlar. Sayları çoxdur. Suyun içində olduğu qədər su xaricində də yaşayırlar və hər tərəf onlarla doludur. Suların axışına hökm edərlər. Yaxşı davranan varlıqlardır, nadir olaraq pis davranarlar. İnsanları qoruyarlar. Bəzi müqəddəs insanlar onları hegemonluğu altına ala bilərlər. Səhrada susuz qalıb ölmə nöqtəsinə gələn kəslərə kömək edərlər.
Frank
Frank — ad. Frank Qorşin — ABŞ aktyoru. Frank Şvalba-Hot — siyasətçi. Digər Frank (musiqi albomu) — Emi Uaynhausun birinci albomu.
Prank
Prnak (ing. prank — şuluqluq, dəcəllik; zarafat) — telefon xuliqanlığı, telefon zarafatı. Pranklar kimsə başqa adamın adından zəng edirlər. Provokasiya ilə qarşı tərəfdən maraq doğuracaq cavab almağa çalışırlar. Пранк — розыгрыш или хулиганство?
AMİ Frankı
Albaniya frankı
Albaniya frankı — Əhməd Zoğunun dövründə Albaniya Respublikasında və Albaniya Krallıöında istifadə olunan, 5 lekin köhnəlmiş versiyası olan valyutadır. Frank Albaniyada 1926-cı ildən 1939-cu ilə qədər istifadə edilmişdir.
Franka Bateliç
Franka Bateliç (xorv. Franka Batelić; d. 7 iyun 1992, Riyeka, Xorvatiya) və ya sadəcə Franka — Xorvatiya müğənnisi və bəstəkarı. O, Xorvatiyanın Showtime musiqi yarışmasındakı qalibiyyətindən sonra şöhrət qazanmışdır. Franka "Crazy" mahnısı ilə Xorvatiyanı 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Həyatı və karyerası == === 1992–2006: Erkən illəri === Franka Bateliç 7 iyun 1992-ci ildə Xorvatiyanın Riyeka şəhərində anadan olmuşdur. İnqrid və Damir Bateliç onun valideynləridir. Frankanın Nikola adlı özündən yaşda balaca olan qardaşı da var. Nikola Xorvatiyanın "Storm" qrupunda gitaraçı olaraq fəaliyyət göstərir. Franka hələ üç yaşında ikən oxumağa başlamış və ilk öncə "Minicantanti" xorunda solist olaraq yer almışdır.
Franka Falkutchi
Franka Falkutçi (it. Franca Falcucci; d. 22 mart 1926, Roma, İtaliya — ö. 4 sentyabr 2014, Roma, İtaliya) — Xristian Demokratik Partiyasının rəhbərlərindən biri, Amyntor Fanfaninin vaxtında partiya katibinin müavini olub. == Həyatı == Franka Falkutçi Roma məktəblərində latın və yunan dilindən dərs keçmişdir. O, 1968–1992-ci illərdə Senatın üzvü və 1982–1987-ci illərdə Təhsil Naziri olmuş ilk qadın idi.
Franka Falkutçi
Franka Falkutçi (it. Franca Falcucci; d. 22 mart 1926, Roma, İtaliya — ö. 4 sentyabr 2014, Roma, İtaliya) — Xristian Demokratik Partiyasının rəhbərlərindən biri, Amyntor Fanfaninin vaxtında partiya katibinin müavini olub. == Həyatı == Franka Falkutçi Roma məktəblərində latın və yunan dilindən dərs keçmişdir. O, 1968–1992-ci illərdə Senatın üzvü və 1982–1987-ci illərdə Təhsil Naziri olmuş ilk qadın idi.
Franka Raymondi
Franka Raymondi (8 iyul 1932 — 1988) — italyan müğənni. 1956 Avroviziya Mahnı Müsabiqəsində İtaliyanı "Aprite Le Finestre" mahnısı ilə təmsil etmişdir.
Franko Barezi
Franko Barezi (it. Franco Baresi; 8 may 1960, Travalyato[d], Lombardiya) — İtaliyalı futbolçu və futbol məşqçisi. Futbolçu kimi bütün karyerasını İtaliyanın "Milan" klubunda keçirib. Hal hazırda "Milan"ın fəxri vitse-prezidentidir. O, karyerasının çox hissəsini "Milan"ın rəqibi "İnter" klubunda oynamış başqa bir futbolçunun, Cüzeppe Barezinin kiçik qardaşıdır. Franko Barezi Dünya Kuboku mükafatlarının tam dəstini qazanan yeddi oyunçudan biridir (1982-ci ildə qızıl, 1990-cı ildə bürünc və 1994-cü ildə gümüş). == Karyera == === Klub === Uşaq ikən Barezi "İnter" azarkeşi olub, lakin qardaşından fərqli olaraq "İnter" komandasına qəbul olunmur. Yəqin ki, Frankonun karyerası belə başlamadan da bununla bitə bilərdi, lakin gənc futbolçunun oyunu "Milan"ın strukturunda çalışan İtalo Qalbiatinin diqqətini çəkir. Məhz onun sayəsində Barezi rossonerilərin düşərgəsinə dəvət edilir. 1977-ci ildə "Milan"da debüt edir, mövsümün sonuna qədər cəmi üç matç keçirdir.
Franko Bazalya
Franko Bazalya (it. Franco Basaglia; 11 mart 1924, Venesiya – 29 avqust 1980[…], Venesiya) — italyan psixiatr, nevroloq, psixiatriya professoru , zehni sağlamlıq sisteminin islahatçısı, 180 Qanunun inkişaf etdiricisi, Demokratik Psixiatriya hərəkatının lideri. Zehni xəstələrə qarşı insani münasibətə və onların məcburi təcrid olunmasından imtina etməyə əsaslanan zehni sağlamlıq xidməti konsepsiyasını irəli sürən Bazalya, davamlı olaraq İtaliyada psixiatriyanın destitusionalizasiyasına yönəlmiş və sistemin tamamilə ləğvi ilə başa çatan dövlət ruhi xəstəxanalarının islahatlar həyata keçirdi. Bir sıra müəlliflər Bazalyanı XX əsrin ən təsirli İtalyan psixiatrı hesab edirlər. Bəzi əsərlərində o, müasir psixi sağlamlıq konsepsiyasının qurucusu da adlandırıldı . Bəzi müəlliflər Bazalya və Demokratik Psixiatriyanın fəaliyyətlərini antipsikiyatri ilə əlaqələndirirlər, baxmayaraq ki, özü də digər tədqiqatçılar kimi belə bir identifikasiyaya qəti şəkildə qarşı idi. Franko Bazalya Mükafatı , Franka və Bazalya Vəqfi İtaliyada təsis edilmişdir. == Həyatı == === Erkən illəri === Franko Bazalya 11 mart 1924-cü ildə Venesiyada varlı bir ailədə anadan olub. İki bacısı var idi - biri ondan kiçik və digəri daha böyük . Koluççi və Vittorio, Bazalyanın Venesiyanın mənzərəli San Polo bölgəsində keçirdiyi uşaqlıq və gənclik günlərini buludsuz, demək olar ki, hər hansı bir problemlə qarşılaşmayan kimi təsvir edirlər.
Franko Korelli
Franko Korelli (it. Franco Corelli, əsl adı Dario Korelli; 8 aprel 1921[…], Ankona, Marke – 29 oktyabr 2003[…], Milan) — İtaliya opera müğənnisi (tenor).
Franko Modilyani
Franko Modilyani (ing. Franco Modigliani) (18 iyun 1918 - 25 sentyabr 2003) — italyan əsilli, amma 1946-cı ildən ABŞ vətəndaşlığına keçmiş iqtisadçı. 1985-ci ildə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. == Həyatı == Franko Modilyani İtaliyanın Roma şəhərində anadan olub. Sapienza Universitetindən məzun olaraq iqtisadiyyat diplomu almışdı. 1939-cu ildə faşizm əleyhdarı düşüncələri və yəhudi əsilli olduğuna görə İtaliyadan ABŞ-yə köçmüşdü. 1942-1944-cü illərdə ABŞ-nin Nyu York şəhərində Kolumbiya Universitetində və Berd Kollecində iqtisadiyyat və statistika dərsləri keçmişdi. 1944-cü ildə Nyu Yorkda yerləşən Sosial Tədqiqatlar üzrə Yeni Məktəbdə (ing. New School for Social Research) Ceykob Marşakın elmi rəhbərliyi ilə doktorluq dərəcəsinə yüksəlmişdi. 1946-cı ildə ABŞ vətəndaşlığını qəbul etmişdi.
Franko Trappoli
Franko Trappoli (it. Franco Trappoli; 5 noyabr 1947, Orvieto, İtaliya) — İtaliyalı siyasətçi, İtaliya Sosialist Partiyasının üzvü. == Həyatı == 1947-ci ildə Orvietoda anadan olmuşdur. O, iqtisadiyyat və sosial elmlər sahəsində təhsil almışdır. 1980-1983-cü illərdə Fano bələdiyyəsinin başçısı olub. 1983–1987-ci və 1992–1994-cü illərdə İtaliya Deputatlar Palatasının üzvü olub. Franko Trappoli İtaliya Deputatlar Palatasına üzv seçilmiş ilk buddist kimi tarixə düşdü.
Franko Zeffirelli
Franko Zeffirelli (it. Franco Zeffirelli, əsl adı Canfranko Korsi, it. Gianfranco Corsi; 12 fevral 1923, Florensiya) — İtaliya rəssamı, rejissor, prodüser, ssenarist. İki dəfə "Oskar" mükafatına namizəd olub, BAFTA mükafatına layiq görülüb, beş dəfə David di Donatello, iki dəfə Emmi mükafatlarını alıb. == Həyatı == Canfranko Korsi Zeffirelli 1923-cü ildə Florensiyada anadan olmuşdur. 6 yaşı olarkən, onun anası vəfat edir və Franko Britaniya diasporunun hamiliyi ilə böyüyür. Məhz orada o, Skorpioni ilə tanış olur və bu, illər sonra – 1999-cu ildə onu "Mussolini ilə çay" filmini çəkməyə sövq edir. İkinci dünya müharibəsi zamanı o, partizan olmuşdur. Müharibədən sonrakı illərdə Florensiya Universitetində incəsənət və memarlıq kimi sahələri öyrənir. 1945-ci ildə daha çox teatra diqqət ayırmağa başlayır.
Fransa Frankı
Fransa frankı (Fransızca: franc français) Fransada işlədilən qədim pul vahididir. Fransa frankı ₣ və ya F hərifi ilə işarə edilir. 2002-ci ildə Fransa pul vahidinin avroya dəyişməsilə istifadəsi dayandırılmışdır. Fransa ilə yanaşı Andorra, Monako və Fransız Polinezyasında da istifadə olunub. Fransız frankı dünyada rezerv pul olaraq işlədilirdi. ABŞ dolları, Alman markı, İngilis sterlinqi və Yapon Yeninindən sonra 5-ci yeri tuturdu.
Fransisko Franko
Fransisko Paulino Ermenegildo Teodulo Franko Baamonde (isp. Francisco Paulino Hermenegildo Teódulo Franco Bahamonde; 4 dekabr 1892[…] – 20 noyabr 1975[…], Madrid) — İspaniya hərbi və dövlət xadimi, diktator, İspaniya vətəndaş müharibəsi illərində nasionalist hərbi üsyanın rəhbəri, 1939-1975-ci illərdə İspaniya krallığının regenti, kaudilyo (isp. Caudillo de España por la gracia de Dios — Tanrının etimadı ilə İspaniyanın Rəhbəri), İspaniya Nazirlər Şurasının Sədri, generallisimus. 1936-1939-cu illəri əhatə edən vətəndaş müharibəsində qələbə çalaraq hakimiyyəti ələ keçirmişdir. == Gəncliyi == Franko ailəsinin ənənəsinə uyğun olaraq hərbi dənizçi olmaq istəyirdi. Lakin İspaniyanın 1898-ci il İspaniya-Amerika müharibəsində məğlubiyyəti nəticəsində bu sahədəki boş yerlərin sayında həddindən artıq azalma baş verdi. Buna görə də Franko Piyada Qoşun Akademiyasına yazıldı. Onun qardaşı Roman Franko isə məşhur aviator olmuşdur. 1910-cu ildə Toledodakı Piyada Qoşun Akademiyasını bitirdikdən sonra o, 2 il öz doğma El Ferrol şəhərindəki qarnizonda xidmət edir. Lakin ilk imkan düşən kimi Mərakeşə yollanır.
Komor frankı
Komor frankı — Komor adaları dövlətinin pul vahididir. Bir Komor frankı 100 santimə bərabərdir. Pul vahididin beynəlxalq işarəsi — KMF-dir. 1 yanvar 2003-cü ilə qədər valyutaların Ümumrusiya təyinedicisində Komor adaları frankı adlanırdı. Pul dövriyyəsində 10000, 5000, 2500, 2000, 1000 və 500 nominallı frank əsginaslarından və 250, 100, 50, 25, 10 və 5 nominallı frank sikkələrdən istifadə edilir. 2003-cü ilin başlanğıcında 1 ABŞ dolları 522,7 Komor frankına bərabər idi. == Əsginaslar == Dövriyyədə 2005-2006-cı il buraxılışlı 500, 1000, 2000, 5000 və 10000 frank nominallı əsginasları görmək olar. Köhnə — 1976 və 1986-cı il buraxılışlı əsginaslar ödəmə vasitəsidir və köhnəlmə müddətində dövriyyədən götürülür. == Valyuta məzənnəsi rejimi == Frankın məzənnəsi 491,96775:1 nisbətində avro (ISO 4217 kodu — EUR) ilə əlaqəlidir..
Linqva franka
Linqva franka (it. lingua franca - frank dili) — ortaq dil mənasına gələn latınca ifadə. Bundan başqa bəzən vasitəçi dil, körpü dil, müəyyən sahədə və ya ərazidə etnoslararası münasibət üçün istifadə edilən, bütün tərəflərin başa düşdüyü ortaq dil. == Terminin yaranması == Tarixən Aralıq dənizi regionunda yaşayan xalqların dillərini adlandırmaq üçün istifadə edilmişdir. Bu ad ərəb dilinin italyan dilinə tərcüməsidir lisan al-ifrang. Ərəb dilində isə bu ad xaç yürüşləri zamanı ərəblərin avropalıları franklar adlandırmasından yaranıb. == Tarixi == İlk dəfə xalqlararası dil kimi Makedoniyalı İsgəndərin ordusunda koyne dili işlənmişdir. == Nümunələr == Azərbaycan türkcəsi orta əsrlərdə (XX əsrin əvvəllərinədək) Şimali Qafqazda (qumuq dili ilə birgə), Zaqafqaziyada, İran, İraq, Küveyt, Suriya və Şərqi Anadoluda Linqva-franka dili olmuşdur. XX əsrdə rus dili Postsovet məkanında və Şərqi Avropada Linqva-Franko dili olmuşdur. == Ədəbiyyat == Вайнрайх У. Языковые контакты: Состояние и проблемы исследования.
Ruanda frankı
Ruanda frankı (ing. Rwanda Franc, fr. Franc rwandais) — Ruandanın pul vahididir və 1 Ruanda frank 100 santimə bərabərdir. Ruanda Almaniyanın əsarətindən Belçika əsarətinə keçidindən sonra 1916-cı ildən 1960-cı ilə qədər Şərqi Afrika rupisindən imtina etdi. Ruandanın və Burundinin frankı əvəz edilmiş şəkildə Belçika Konqosu frankı ilə əvəz olundu. Sonda — 1964-cü ildə Ruanda və Burundi üçün vahid valyuta kimi Ruanda frankı mübadiləyə daxil edildi. Mübadilədə 1, 5, 10, 20, 50 və 100 frank nominallı sikkələrdən istifadə olunur. Dövriyyədə müxtəlif nominallı: müxtəlif buraxılış illərinə məxsus 500, 1000, 2000 və 5000 nominallı Ruanda frankına rast gəlmək olar. 2004-cü ilə qədər buraxılmış bütün əsginaslar 1 yanvar 2010-cı il tarixindən ləğv edilmişdir.
İvan Franko
İvan Yakovleviç Franko (ukr. Іван Якович Франко; 27 avqust 1856[…], Naqueviçi[d] – 28 may 1916[…], Lvov, Sisleytaniya, Avstriya-Macarıstan) — yazıçı, şair, alim, publisist, Qalisiya və Lodomeriya krallığında (Avstriya-Macarıstan imperiyası) inqilabi sosialist hərəkatının lideri. Əsərlərin əhəmiyyətli bir hissəsi ukrayna, polyak, alman və rus dillərində yazılıb. 1915-ci ildə o, Nobel mükafatına namizəd göstərilib. Lakin vaxtından əvvəl ölümü onun namizədliyinin nəzərdən keçirilməsinə mane oldu. İvan Franko Avstriyada fəaliyyət göstərən “Rusiya-Ukrayna Radikal Partiyası” (sonralar “Ukrayna Radikal Partiyası” – URP) və Ukrayna Milli Demokratik Partiyasının yaradılmasının təşəbbüskarlarından biri olub. Frankonun şərəfinə Stanislav şəhərinin adı dəyişdirilərək İvano-Frankovsk, Lvov vilayətində isə Yanov kəndinin adı dəyişdirilərək İvano-Frankovsk adlandırılıb. İvan Franko varlı kəndli dəmirçi ailəsində anadan olub. Anası Mariya Kulçitskaya, kasıb Rusin zadəgan Kulçitski ailəsindən idi. O, ərindən 33 yaş kiçik idi.
Olqa Franko
Olqa Franko (ukr. Ольга Федорівна Білевич, 24 iyul 1896 və ya 1896, Vırov[d], Lvov vilayəti – 27 mart 1987 və ya 1987, Lvov) — Ukraynalı aşpaz, kulinariya kitablarının müəllifi. SSRİ dövründə Olqa Frankonun yemək kitabları "burjua" ədəbiyyatı kateqoriyasına aid olduğu üçün nəşr olunmurdu. Olqa Franko 24 iyul 1896-cı ildə anadan olmuşdur. O, iki il Vyanada Ali Kənd Təsərrüfatı Məktəbində kulinariya sahəsi üzrə təhsil almışdır. Olqa Franko 1929-cu ildə Kolomyada nəşr olunan Praktik Mətbəx (ukr. практична кухня) kitabını, qalisian reseptlərinə yönəlmiş bir kitab yazır. Burada təxminən 20% Ukrayna reseptləri öz əksini tapırdı. Bu kitabın Ukrayna mətbəxi haqqında ilk resept kitablarından biri olduğu deyilirdi. Kitab 1991-ci ildə Praktiki Mətbəx adı ilə yenidən nəşr olunur və 2019-cu ildə Marianna Duşarın ön sözü ilə yenidən çapa verilir.