María del Karmen Martínez-Bordiú y Franko
== Tərcümeyi halı ==
Bu ad İspaniyanın adqoyma ənənələrinə uyğun olaraq istifadə olunur: ilk və ya ata soyadı Martínez-Bordiú, ikinci, yəni ana soyadı isə Franko-dur.
Maríadel Karmen Martínez-Bordiú y Franko (26 Fevral, 1951-ci ildə İspaniyanın Madrid şəhərində anadan olmuşdur) İspaniyanın əsilzadəsi və ictimai xadimi hesab olunur. İspaniyanın qanunvericiliyinə uyğun olaraq, o, 2006-cı ildən etibarən qardaşından əvvəl varis kimi, anasının hersoq titulunu əldə edir və hakimiyyətini övladlarına təhvil vermək və ya ötürmək hüququna malik olur .
== Doğum tarixi və gənclik illəri ==
O, Madrid şəhərinin El Pardo Kral sarayında anadan olmuşdur və Villaverdenin10-cu Markizi olan Kristóbal Martínez Bordiú, və Frankonun 1-ci Hersoginyası, İspaniya qrandı olan Karmen Franko Polo-nun qızıdır. Onun ana tərəfdən babası İspaniya diktatoru, İspaniya Dövlətinin Başçısı Francisko Franko, nənəsi İspaniyanın 1-ci Xanımı və Qrandı Karmen Polo y Martínez-Valdés olmuşdur. Ata tərəfdən babası José María Martínez y Ortega (1890–1970), nənəsi Argillonun 7-ci Qrafinyası María de la O Bordiú y Bascarán (1896–1980) olmuşdur. İspaniya Kral Ailəsinin qədim El Pardo sarayında anadan olan Karmen General Frankonun ilk nəvəsi olmuşdur. 1940-cı ildə İspaniya Vətəndaş Müharibəsi başa çatdıqdan və General Franko İspaniya Dövlətinin Başçısı seçildikdən sonra, saray onların ailə iqamətgahına çevrilmişdir. Ondan əlavə: María de Aránzazu, Fransisko (Francis), María del Mar (Merry), José Kristóbal (Cristóbal), María de Aránzazu (Arantxa) və Jaime Felipe (Jaime) adlı 6 bacı və qardaşının olmasına baxmayaraq, o, ailənin ən sevimli nəvəsi hesab olunurdu.
== Birinci evliliyi ==
Karmen 8 Mart, 1972-ci ildə, 21 yaşı olarkən Madrid şəhərində, El Pardo Sarayının Kilsəsində, Seqoviya Hersoqu, İspaniyalı İnfante Jaime-nin oğlu və İspaniyanın XIII Kralı Alfonsonun nəvəsi olan Anju və Kadis Hersoqu Alfonso ilə ailə qurmuşdur.