Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Çurzəq
Çəvərzəq- İranın Zəncan ostanının Tarım şəhristanının Çəvərzəq bəxşində şəhər və bu bəxşin mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,343 nəfər və 377 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Cürə
Cürə (lat. Spatula) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Mahir Cürət
Mahir Cürət (tam adı: Mahir Rzabala oğlu Mirzəyev; 20 may 1972, Corat, Sumqayıt) — azərbaycanlı meyxanaçı və qəzəlxan. == Həyatı == Mahir Rzabala oğlu Mirzəyev 1972-ci ilin mayın 20-də Coratda doğulub. Coratdakı 7 saylı orta məktəbi bitirib. Sumqayıt şəhərindəki Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin klarnet sinfində təhsil almışdır. 2001 və 2002-ci illərdə keçirilən De gəlsin meyxana yarışmasında iştirak etmişdir. 2022-ci ildə "Bitər həsrət" adlı kitabı işıq üzü görmüşdü. === Həbsi === 2016-cı ilin may ayında meyxanaçı polis tərəfindən saxlanılıb. Cinayət Məcəlləsinin 234.1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq, narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə həbs olunmuşdu. 2017-ci ilin avqust ayında azadlığa çıxmışdır.
Ürfət Ağayev
Ürfət Xanəli oğlu Ağayev (8 dekabr 1927, Bakı – 2000) — azərbaycanlı alim, kimya üzrə elmlər doktoru. Ürfət Xanəli oğlu Ağayev 1927-ci il dekabrın 8-də Bakıda anadan olmuşdur. 1935-1947-ci illərdə orta məktəbdə təhsil almışdır. 1941-1947-ci illərdə “Xəzər” donanmasında maşinist vəzifəsində çalışmışdır. 1949-cu ildə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə qəbul olunmuş və orada 1951-ci ilə qədər oxumuş, sonra isə təhsilini 1951-54-cü illərdə Nijni-Novqorod Dövlət Universitetində davam etdirmişdir. 1954-cü ildə ADU-da laborant işləmişdir. 1955-ci ildən Azərbaycan Elmlər Akademiyasının (EA) Neft İnstitutu, Neft-Kimya Priosesləri İnstitutu, Xlor-üzvi-sintez İnstitutu və Polimer Materialları İnstitutunda laborant, kiçik və böyük elmi işçi, labotratoriya müdiri və elmi işlər üzrə direktor müavini vəzifələrində çalışmışdır. Azərbaycan EA PMİ-də “Polimerlərin elektro-fotokimyəvi sintezi” laboratoriyasının müdiri olmuşdur. 1959-cu ildə “Tsikloheksan karbohidrogenlərinin fotokimyəvi xlorlaşması”mövzusunda namizədlik, 1975-ci ildə isə “Tsikloheksan karbohidrogenlərinin elektro-fotokimyəvi hallogen–ləşməsinin stereokimyəvi və onların halogen törəmələrinin konformasiya tarazlığının tədqiqi”mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. Ü.X.Ağayev kombinasiyalı elektro-fotokimyəvi halogenləşmə üsulunu işləyib hazırlamış və bu üsulla ilk dəfə olaraq tsikloheksan və asiltsikloheksan törəmələrinin halogenləşmə prosesinin stereokimyasının və alınan halogen törəmələrinin stereokimya və konformasiyasını Nüvə Maqnit Rezonansı, İnfraqırmızı spektroskopiyası və digər fiziki usullarla tədqiq etmiş və mühüm nəzəri nəticələr almışdır.
Cürə nağara
Əsasən, zurnaçılar dəstəsini müşayiət edir. Musiqi folklorunda özünə məxsus rolu və funksiyası vardır. Əsas nağaradan xeyli kiçik olur. Alətin adı "cürə" (kiçik) sözü də bu mənanı verir. Sağanağı müxtəlif ağac növlərindən silindrik formada hazırlanır. Üzünə keçi və yaxud qoyun dərisi çəkilir. Demək olar ki, heç vaxt tək istifadə edilmir, həmişə quruluşları eyni olan böyük nağara ilə birlikdə səsləndirilir. Baş tərəfi geriyə əyilmiş iki yüngül çubuqla səsləndirilir. Diametri 300–320 mm, hündürlüyü 340–360 mm-dir. Çiling nağara əsasən zurnaçılar dəstəsində istifadə edilir.
Cırıldayan cürə
Cırıldayan cürə (lat. Spatula querquedula) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin cürə cinsinə aid heyvan növü.
Enlidimdik cürə
Enlidimdik cürə (lat. Spatula clypeata) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin cürə cinsinə aid heyvan növü.
Halqalı cürə
Halqalı cürə (lat. Callonetta) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Maviqanad cürə
Maviqanad cürə (lat. Spatula discors) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin cürə cinsinə aid heyvan növü.
Mərmər cürə
Mərmər cürə (lat. Marmaronetta) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi. (III-VU). Həssas, sayı azalmaqda olan növdür. Bədəninin ümumi rəngi bozdur, üzərində açıq rəngli dəyirmi ləkələr və naxışlar vardır. Erkəyin başında kəkil var. Avropa və Asiyada yayılıb. Azərbaycanda Kür-Araz və Lənkəran ovalıqlarının su hövzələrində, Xəzərin sahillərində, Araz dəryaçasında məskunlaşır. Ağgöldə və Sarısuda yuvalayır. Qamış və qarğılıqlarla zəngin olan subasarlar və göllərdə yaşayır.
Öznur Cürə
Öznur Cürə Girdi (1 oktyabr 1997, Kağıthane, İstanbul ili) — qadınlar arasında makaralı oxatma idman növündə W2 kateqoriyasında mübarizə aparan türk para-oxatan. O, Paralimpiya, dünya və Avropa çempionu və bəzi dünya rekordlarının sahibidir. == İdman karyerası == Cürə evdən uzaq olduğu, iflic səbəbi ilə xəstəxanalarda fiziki müalicə aldığı vaxtlarda oturaraq voleybol oynamağa başlayıb. Lakin o, bu idman növünə davam etməyib. Fiziki müalicəsi bitdikdən sonra İstanbula qayıdıb və 2019-cu ildə onu "Okçuluk Vakfı" idman klubuna dəvət edən para-oxatan Bahattin Həkimoğlu ilə tanış olduqdan sonra para-oxatma üzrə idman karyerasına başlayıb. O, makaralı oxatma yarışlarında W2 kateqoriyası üzrə mübarizə aparır. Məşqçiləri Elanur Karakoç və Hasan Basri Hancıdır. === 2024 === Cürə Fransanın Paris şəhərində keçirilən 2024 Yay Paralimpiya Oyunlarında qadınlar arasında fərdi makaralı oxatma yarışının sıralama mərhələsində 704 xal toplayaraq yeni bir dünya rekordu təyin edib. O, daha sonra həmin yarışda iranlı Fatimə Həmmatini məğlub edərək qızıl medalın sahibi olub. == Şəxsi həyatı == Öznur Cürə 1 oktyabr 1997-ci ildə İstanbulun Kağıthanə səmtində anadan olub.
Çurə-i Süfla
Çurə-i Süfla (fars. چوره سفلي‎) — İranın Qəzvin ostanının eyniadlı şəhristanının Kuhin bəxşinin ərazisinə daxil olan kənd. 2006-cı ildə əldə edilən məlumatına görə, kənddə neçə nəfərin yaşaması naməlumdur.