Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Cortan
Cortan, Cortdan və ya Cotdan — Bir növ süd məhsulu. == Hazırlanması == Kəndlərdə qatığı motal içinə töküb, onu çalıb kərəsini alarlar. Qatıqın kərəsi alınandan sonra,ayran əldə edilər. Sonra qurut hazırlamak üçün bu ayran torbaya tükülər və suyu alınar və bununla belə cortan ələ gələr ki süzmə qatıq kimi bərkdir və aşlarda istifadə olunar. Cortanları bir qoz ölçüsü qədər düzəldib və qurutsalar qurut yaranar. Bu məhsul Cənubi Azərbaycanda Marağa, Binab, Əcəbşir və Azərşəhrdə hazırlanar.
Kurtan
Kurtan — Tiflis quberniyasının Borçalı qəzasında,indi Cəlaloğlu (Stepanavan) rayonunda kənd.
Şurtan
Aşağı Şurtan
Aşağı Şurtan
Aşağı Şurtan — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Şurtan kənd inzibati ərazi dairəsində kənd. == Etimologiyası == Yaşayış məntəqəsi ərazidəki Şurtançayın Aşağı axarında yerləşdiyi üçün belə adlandırılmışdır. == Tarixi == 28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğramasından və bolşeviklərin işğalına məruz qalmasından sonra, 1923-cü ilin iyulunda Yelizavetpol quberniyasının Cavanşir və Zəngəzur qəzalarının bir hissəsindən Kürdüstan mahalı (sonradan qəza) təsis edilmişdir. Aşağı Şurtan kəndi mahalın bir hissəsi olmuşdur. Kürdüstan qəzası ləğv edildikdən sonra Aşağı Şurtan Kəlbəcər rayonunun tərkibinə daxil edilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçmişdir. == Coğrafiyası == Tərtər çayının sahilində, Dəlidağın ətəyindədir. == Əhalisi == 1950-ci illərdə kənddə aparılan tədqiqat zamanı kəndin sakinlərini özlərini kürd kimi identifikasiya etmişdilər.
Orta Şurtan
Orta Şurtan — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Şurtan kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb. Orta Şurtan kəndi dağətəyi ərazidədir. Yaşayış məntəqəsi Aşağı Şurtan və Yuxarı Şurtan kəndləri arasında yerləşir və Aşağı Şurtan kəndindən çixmiş ailələr tərəfindən salınmişdir.
Yuxarı Şurtan
Yuxarı Şurtan — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Şurtan kənd inzibati ərazi dairəsində kənd. Yuxari Şurtan kəndi Tərtər çayının sahilinə tərəf uzanan Şurtan dərəsindədir. Kəndi Şurtan (indiki Aşağı Şurtan) kəndindən ayrılmiş ailələr Şurtan dərəsinin yuxarı hissəsində salmış və Yuxarı Şurtan adlandirmişlar. Yaşayış məntəqəsi yerli əhali arasında Baş Şurtan adi ilə də taninir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 10 noyabr 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının imzaladığı üçtərəfli bəyənatdan sonra Yuxarı Şurtan kəndi 25 noyabr 2020-ci ildə boşaldıldı.
W.M.Curtis
Vinifred Meri Körtis (ing. Winifred Mary Curtis; 15 iyun 1905, London – 14 oktyabr 2005, Hobart) — Avstraliya botaniki. Vinifred Meri Körtis Tasmaniya adasında bitkiləri öyrənmişdir. janet Somerville, winifred mary Curtis, g. Kantvilas, s. j. Jarman. 2006. Janet Somerville's botanical history of Tasmania, 1642-1820. Ed.
Belamcanda chinensis var. curtata
Adi süsən (lat. Iris domestica) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinin süsən cinsinə aid bitki növü. == Arealı == Himalaydan Yaponiya və Filippinə qədər ərazilərdə yayılmışdır. == Sinonimləri == Belamcanda chinensis (L.) DC. Belamcanda chinensis var. curtata Makino Belamcanda chinensis f. flava Makino Belamcanda chinensis var. taiwanensis S.S.Ying Belamcanda chinensis f. vulgaris Makino Belamcanda flabellata Grey Belamcanda pampaninii H.Lév. Belamcanda punctata Moench Bermudiana guttata Stokes Epidendrum domesticum L. Ferraria crocea Salisb. Gemmingia chinensis (L.) Kuntze Gemmingia chinensis f.
Captain EO (film, 1986)
Captain EO, Frensis Ford Koppolanın rejissorluğunu üstləndiyi və baş rolunda Maykl Ceksonun oynadığı bir 3D filmi. 1980-ci və 1990-cı illərdə Disneyland'lərdə də göstərilmişdir. Filmin prodüseri Corc Lukas'dır. Filmin xeoqrafisti Jeffrey Hornaday, görüntü rejissoru Peter Anderson, ssenaristi isə Rusty LeMorande'dir. Anjelika Hyuston filmdə Cadı Kraliça rolunu canlandırmışdır. == Xüsusi effektlər == "Captain EO" da tamamilə 3D effektlərindən istifadə edilmişdir. Effektin on yeddi dəqiqəlik xərci təxminən 30.000.000 $ 'dır. Film dəqiqə başına 1.760.000 $ xərci ilə ən bahalı filmlər arasındadır.
Age of Pirates: Captain Blood
Age of Pirates: Captain Blood (azərb. Quldurlar Dövrü: Kapitan Qanı‎) — "THQ" tərəfindən hazırlanan, "MTV Games" tərəfindən nəşr edilən və döyüş-macəra janrında olan ləğv edilmiş videooyunu. Oyun Rafael Sabatininin "Kapitan Bladanın odisseyası" romanına əsaslanmışdı. Oyunçu bir 1685-ci ildə Amerikanın İspaniya sahillərində yaşamış bir gəmi kapitanını idarə edəcəkdi. == Geympley == "Captain Blood" dəniz qulduru-mövzulu missiya-əsaslı strukturu olan bir hack and slash döyüş oyunu olacaqdı. Oyunçular həm quruda, həm də dənizdə çoxlu düşmənlərlə, gəmilərlə döyüşəcəkdi. Oyunda əlbəyaxa döyüş üçün düşmən gəmisinə abordaj etmək xüsusiyyəti olacaqdı. Oyunçular düşmənləri məğlub edərək xüsusi ballar toplaya, bu ballarla yeni silahlar və döyüş yolları əldə edə biləcəkdi. Oyun 2006-cı ildə orijinal Xbox konsolu üçün satışa çıxarılacaqdı, ancaq 2005-ci ildə 7-ci nəsil videooyun konsolları üçün hazırlanmağa başlandı.
Çuntsin
Çuntsin (ing. Chongqing) — Çində Sıçuan əyalətində şəhər, mərkəz tabeliyində şəhərdir. Çinin cənub-qərbində ən iri sənaye-ticarət mərkəzi, eləcə də Yantszı çayının yuxarı axarında quru və su nəqliyyatı mərkəzidir. Çuntsin Yantszı və Tszyalintszyan çaylarının qovuşduğu yerdədir. Şəhər ərazisinin mərkəzi hissəsi su ilə əhatələnmişdir və yarımadanı xatırladır. Şəhərin müxtərlif tikililəri təpələrdə salınmışdır, buna görə ona “dağlarda dolu” da deyirlər. Çuntsin kompleks sənaye şəhəridir. Burada metallurgiya, kimya, elektroenergetika, avtomobil, toxuculuq, qida, tibb sənayesi, tikinti materialları sənayesi, maşınqayırma və gəmiqayırma inkişaf edir. Hazırda Çuntsin inkişaf üçün yeni imkanlar qazanmışdır. Ölkənin mərkəzi və qərbi rayonlarının inkişafında, Yantszı hövzəsi ərazilərinin mənimsənilməsində vəgenişləndirilməsində Çuntsinin rolu əhəmiyyətli dərəcədə artmışdır.
Cürcan
Hirkan (ya da Cürcan), indiki Mazandaran, Gülistan və Gilan əyalətlərilə Türkmənistanın Xəzər dənizi sahillərini əhatə edən tarixi bölgə. == Tarix == Əhəməni imperiyası dönəmində bir əyalətin parçası olan bölgə, bir müddət Sasanilərin hakimiyyətində qaldı. Sasani dönəmində, bölgənin bir çox şəhərinə müdafiə məqsədli qalalar və surlar (divarlar) inşa edildi. İslamiyətin ortaya çıxışından sonra bir müddət ərəblərə xərac verən bölgə, III Yezid dönəmində (716) Əməvilərə qatıldı. 928-ci ildə qurulan Ziyarilərin idarəsinə keçən bölgə, Samanilər və Qəznəvilərə vergi verərək yüz il qədər savaş yaşamadı. Bölgə, XIV yüzildəki Monqol istilaları sonucunda yıxıma uğradı.
Suratın mühasirəsi
Surat şəhərinin mühasirəsi , Surata (ing. Surat, qüc. સુરત — Hindistanın Qucarat ştatında şəhər) sığınan Seydi Əli Rəisin komandanlığı altındakı Osmanlı donanmasını təqib edən Portuqaliya donanmasının şəhərə hücum etməsi ilə meydana gəlmişdir. Türk donanması, Seydi Əli Rəisin komandanlığı ilə 1554-cü il iyulun 2-də Bəsrədən Süveyşə getmək üçün yola düşdü. 9 avqustda Hörmüzdə, 25 avqustda Maskatda Portuqaliya donanmasını devirdi. Ərəbistan dənizinin sahillərində, "fil tufanı" adlı qasırğaya tutulan donanma, 10 gün ərzində Qücərat sahillərinə çatdı. Donanma Daman limanında olarkən Məlik Əsəd, Seydi Əli Rəisə 87 hissədən ibarət Portuqaliya donanmasının onun arxasında olduğunuzu bildirəndə Türk donanması daha etibarlı olan şimaldakı Surata sığındı. Suratda sahilə gələn Seydi Əli Rəis yerli xalqın və rejimin dəstəyi ilə qalanı müdafiə etməyə başladı. Gəmilərdən atılan atəş nəticəsində bir nəticə ala bilməyən Portuqaliya donanması, əsgərləri sahilə çıxararaq şəhəri mühasirəyə aldı. Yerli əhalidən kömək edənlər olduğu kimi düşmənlə birlik olanlarda var idi və mühasirə təxminən iki ay davam etdi.
Vitali Çurkin
Vitali Çurkin (tam adı: Vitali İvanoviç Çurkin, rus. Виталий Иванович Чуркин; 21 fevral 1952, Moskva – 20 fevral 2017, Manhetten, Nyu-York ştatı) — SSRİ və Rusiya siyasətçisi, diplomatı. 21 fevral 1952-ci ildə Moskva şəhərində anadan olmuşdur. Çurkin diplomatik xidmətinə 1974-cü ildə başlamışdır. 1992-ci ildə Rusiya Federasiyasının xarici işlər nazirinin müavini işləmişdir. 1994–1998-ci illərdə Rusiyanın Belçikada səfiri, NATO-nun daimi nümayəndəsi, daha sonra Rusiyanın Kanadada səfiri, 2006-cı ildən ömrünün sonunə qədər isə Rusiyanın BMT-dəki daimi nümayəndəsi kimi fəaliyyət göstərmişdir. 20 fevral 2017-ci ildə təxminən saat 17:30-da Nyu-York şəhərində səfirlikdə iş başında olarkən infarkt nəticəsində vəfat etmişdir.
Cüstan ibn İbrahim
Cüstan ibn İbrahim (v. 1050) — Salari hökmdarı, II Mərzbanın nəvəsi. == Hakimiyyəti == Haqqında çox məlumat yoxdur. Qəznəvilərin vassalı olmuş, aylıq maaş bağlanmışdı. Sərcahan qalasında hakimlik edirdi. Yerinə qardaşı gəlmişdir.
I Cüstan (Salari)
I Cüstan (v. 960) — Salarilər sülaləsindən Azərbaycan hökmdarı == Həyatı == Həyatı barədə çox məlumat yoxdur. Hakimiyyəti əsasən anasının kölgəsində və hərəmdə keçmişdir. Vəziri və adaşı Cüstan ibn Şərmzana Urmiya qalasını vermişdi. Cüstan əmisi Vəhsudanın səfiri olaraq gəlmiş vəzir Nuaymini həbs etdirmişdi. Bu da Cüstan ibn Şərmzanın katibi olan Übeydullah ibn Mərzbana pis təsir etdi. Vəzirə şikayət edərək I Cüstanın yerinə qardaşı İbrahimi gətirmək barədə təklif verdi. İbrahim bu təklifə müsbət cavab verərək Urmiyaya, oradan da Marağaya hərəkət edərək sarayı tutdu. Cüstan bu vaxt Bərdədə idi. Ərdəbilə gələrək Nuaymini azad etdiyi barədə xəbər göndərdi, vəzir Cüstan və katibi Übeydullah bu xəbərə sevinib Urmiyaya qayıtmış, İbrahim isə tək qalmışdı.
Rüstəm Cürcani. “Zəxireyi-Nizamşahi”
Zəxireyi-Nizamşahi — XII əsr alimi Rüstəm Cürcaninin "Zəxireyi-Nizamşahi" əsəri tibbə, farmakologiyaya aiddir. XIII əsrdə köçürüldüyü ehtimal olunur. Əlyazma 487 vərəqdən ibarətdir. Gözəl, narın nəstəliq xətti ilə, qara mürəkkəblə köçürülüb. Əlyazmanın 1-ci səhifəsi qızıl suyu və naxışlarla bəzədilmişdir. AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda qorunan bu əlyazma da, haqqında məlumat verilmiş digər 2 əlyazma ilə birgə 2005-ci ildə YUNESKO-nun"Dünyanın Yaddaşı" Proqramının reyestrinə daxil edilmişdir. Rüstəm Cürcaninin "Zəxireyi-Nizamşahi" əsərinin əlyazması ona görə unikaldır ki, AMEA-nın Əlyazmalar İnstitutundan başqa dünyanın heç bir yerində əsərin nüsxəsi yoxdur. Əlyazmanın bütün mətni qızıl suyu ilə cəkilmiş çərçivə ilə çərçivələnib.
Çuntsin Texnologiya və Biznes Universiteti
Çuntsin Texnologiya və Biznes Universiteti Çinin Çuntsin şəhərində Nanan bölgəsində yerləşən bir dövlət universitetidir. 2002-ci ildə sələfi Çuntsin Biznes Məktəbinin və Yuju Universitetinin birləşməsi ilə qurulmuşdur. Universitet 1952-ci ildə Çuntsinin rəhbərliyi tərəfindən qurulan ilk dövlət universitetlərindən biri olaraq Elektromexanik Texnologiya İnstitutunun (重庆 机电 工艺 学校) adı ilə başladı. 1978-ci ildə Yuju Universiteti (渝州 大学) oldu. 2002-ci ildə Yuju Universiteti Çuntsin Biznes Kolleci ilə birləşərək adını Çuntsin Texnologiya və Biznes Universiteti olaraq dəyişdirmişdir. Universitetin xüsusi rəngi mavi və ağ rənglərdir. Universitetin rəhbəri Cirui Yanqdır. Korpus 1.82 kvadrat kilometrdir. Universitetin akademik müəllimlərinin sayı 2100, şagirdlərinin sayı isə 30000-dir.