Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Surtsey
Surtsey (isl. Surtsey) — İslandiyanın cənubi sahili yaxınında vulkanik bir adadır. Adı İsland dilində "Surturun adası" deməkdir. 63,30° ş.e, 20,62° q.u koordinatlarında yerləşən ada İslandiyanın ən cənub torpaq parçasıdır. == Yaranması == === Yaranmazdan əvvəl === Ada yaradan sualtı vulkan püskürməsindən 1 həftə əvvəl Reykyavikdə bir müşahidəçi kiçik tərpəntilər qeydə allr. İki gün öncə isə dənizin temperaturunun qalxdığl məlum oldu. Həmçinin İslandiyanın 80 km uzaqlığında olan Vik ada-kəndindəin sakinləri hidrogen-sulfat qoxusu almışdılar. === Püskürmələrin başlaması === 14 noyabr 1963-cü ildə yerli vaxtla 07:15-də İslandiyanın cənubunda "İsleifur II" gəmisinin aşpazı qara duman gördü. Gəminin kapitanı əvvəlcə bunun yanan balıqçı gəmisi olduğunu düşündü və buna görə gəmini ora sürdü. Lakin çatanda bunun sualtı vulkan püskürməsi olduğu anlaşıldı.
Cults
Cults - Manhattan, Nyu-Yorkdan olan indie-pop qrupudur. == Qrupun tarixi == Qrup 2010-cu ildə 2 tələbə Brayan Oblivionom və Madlin Follin tərəfindən qurulub. Madlin əvvəl "Youth Gone Mad" pank-qrupunun Touching Cloth adlı albomunun üzərində işləyirdi. Qrup ilin sonunda Cults 7" adlı mini albomunu buraxır. Albomdakı "Go Outside" treki «ən yaxşı musiqi» kimi Pitchfork saytında qeyd olunub. 7 iyun 2001-ci ildə Cults, In the Name Of adlı debüt albomunu buraxdı. Albom hamı tərəfindən müsbət qarşılandı və Billboard 200 sırasında 52-ci yeri tutdu. Qrup ikinci dəfə Pitchfork'da «Abducted» treki ilə "ən yaxşı yeni musiqi" adına layiq görüldü.
Hurts
Hurts - Mançesterdən olan İngilis musiqi kollektivi. 2009-cu ildə yaranmışdı. Onların ilk iki albomu - Happiness və Exile Böyük Britaniya, Almaniya, Avstriya, İsveçrə, Polşa və Finlandiyada 10 ən yaxşı albom sıralarına daxil olmuşdu. Qrupun adı 2 məna daşıyır: birincisi bu tezlik vahidinin ölçüsüdür (ürək sakit vəziyyətdə) təxminən 1 Herzt vahidində döyünür, maraqlısı elə odur ki, Herz sözü (alm. Herz‎) tərcümədə «ürək» deməkdir. İkincisi isə emosiya (ing. hurt — əzab, ruhi iztirab). Bundan başqa, Hurts adı yaxşı görünür və çox gözəl səslənilir. Musiqiçilərin özləri isə deyirlər ki, onlar emosional (Hurts) elektron (Hertz) musiqi yazırlar. Qrup bir çox sosial proektlərdə iştirak etmişdi.
Nurtay Abıkayev
Nurtay Əbikay oğlu Əbikayev (qaz. Нұртай Әбіқайұлы Әбіқаев; 15 may 1947) — Qazaxıstanın dövlət xadimi, diplomat, general-mayor, iqtisad elmləri doktoru. Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevin çoxdankı dostu və köməkçisi və Qazaxıstan elitasını təşkil edən siyasi "klanlardan" birinin lideri kimi qəbul edilir . == Bioqrafiyası == 15 may 1947-ci ildə Alma-Ata bölgəsi, Jambıl rayonunun Jambıl kəndində anadan olmuşdur. S. M. Kirov adına Ural Politexnik İnstitutunu (Sverdlovsk), Alma-Ata Ali Partiya Məktəbini, Rusiya Federasiyası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib. 1972-1976-cı illərdə Almatı Ağır Maşınqayırma Zavodunda mühəndis vəzifəsində çalışıb 1976-1988 — partiya və sovet işində 1988 — Qazaxıstan SSR Nazirlər Sovetinin sədrinin köməkçisi 1989-1990 — Qazaxıstan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibinin köməkçisi 1990-1995 — Qazaxıstan Respublikası Prezidentinin və Baş nazirinin Baş Katibi, Qazaxıstan Respublikası Təhlükəsizlik Şurasının üzvü 1995 — Qazaxıstan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında, eyni zamanda Danimarka, Norveç və İsveçdəki fövqəladə və səlahiyyətli səfiri 1996-cı ilin sentyabrında Qazaxıstan Respublikası Prezidentinin ilk köməkçisi vəzifəsində çalışır. 1998-1999 — Qazaxıstan Respublikası Milli Təhlükəsizlik Komitəsinin sədri, general-mayor rütbəsidir. 2000-2002 — Qazaxıstan Xarici İşlər Nazirinin 1-ci müavini. 2002-ci ilin yanvarından — Qazaxıstan Respublikası Prezident Administrasiyasının rəhbəri 2004-cü ilin martında ikinci çağırış Qazaxıstan Respublikası Parlamenti Senatının sədri oldu. 12 fevral 2007-ci ildə Qazaxıstan Respublikası Prezidentinin Fərmanı ilə Qazaxıstan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri təyin edildi.
Adolf Kurts
Adolf Kurts (alm. Adolf Kurz‎; 22 aprel 1888 – 1959) — alman Yunan-Roma güləşçisi, dünya və Avropa çempionatlarının mükafatçısı. 1888-ci ildə Göppingen şəhərində anadan olmuşdur. 1907-ci ildə keçirilən dünya çempionatında 6-cı yeri tutmuşdur. 1912-ci ildə Almaniya çempionatının bürünc mükafatçısı oldu və Stokholmda keçirilən Olimpiya Oyunlarında iştirak etdi, amma orada uğursuz çıxış etdi. Birinci Dünya müharibəsindən sonra yenidən çempionatlarda iştirak etməyə başladı. 1919-cu ildə Almaniyan çempionu oldu. 1920-ci ildə Almaniyan çempionatının gümüş mükafatçısı və dünya çempionatının bürünc mükafatçısı oldu. 1921-ci ildə Avropa çempionatının gümüş mükafatçısı oldu.
Henrix Şurts
Hеnriх Şurts(1863–1903) — аlmаn еtnоlоqu. == Həyatı == İlkin ictimаi fоrmаlаrın öyrənilməsi məsələsində аlmаn еtnоlоqu Hеnriх Şurts tаmаmilə yеni fikirlərə söykənmişdi. Bеlə ki, əvvəllər еtnоlоqlаr ilkin ictimаi fоrmаlаrdаn dаnışаrkən аilə, nikаh və qаn qоhumluğu münаsibətindən bəhs еdirdilər, Şurts isə qеyd еdirdi ki, gеridə qаlmış хаlqlаrın həyаtındа tаmаmilə yеni tipli ictimаi münаsibətlər – kişilər ittifаqı mövcud оlmuşdur. Bu, qаn qоhumluğu münаsibətləri оlmаyıb, kişilərin ibtidаi, dаhа gеniş ictimаi birliklərinin yаrаnmаsı üçün bаşlаnğıc idi.
Polkovnik Kurts
Polkovnik Volter İ. Kurts (ing. Walter E. Kurtz) — Frensis Ford Koppolanın "Apokalipsis indi" filminin əsas personajlarından biri. ABŞ aktyoru Marlon Brandon tərəfindən ekranda canlandırılmışdır. Polkovnikin obrazı Cozef Konradın "Qaranlığın ürəyi" hekayəsindəki fil sümüyü taciri fil sümüyü taciri olan Kurts personajına əsaslanır. == Həyatı == Volter İ. Kurts Birləşmiş Ştatlar Silahlı Qüvvələrində karyera qurmuş zabit, nüfuzlu Vest-Point Hərbi Akademiyasının üçüncü nəsil məzunu idi. Kurts tez bir zamanda Pentaqon zabiti səviyyəsinə yüksəlmişdir. Kapitan Villardın sözlərinə görə, Kurts Koreyada ABŞ Hərbi Hava Qüvvələrinin tərkibində döyüşlərdə iştirak etmişdir. 1964-cü ildə Pentaqon Müharibə Şurası ABŞ-nin bu ölkədəki hərbi siyasətinin çatışmazlıqları haqqında ətraflı hesabat hazırlamaq üçün Kurtsu Vyetnama göndərmişdir. Elə həmin il o, Vyetnamdakı baş hərbi məsləhətçinin komandanlığı altında vəzifə səfərindən qayıtmış və ABŞ-nin Birləşmiş Qərargah Rəisləri və ABŞ Prezidenti Lindon Consonun qarşısında çıxış etmişdir. Kurts məruzəsində ABŞ hərbi doktrinasını kəskin tənqid etmişdir və bu, yüksək komandanlığın xoşuna gəlməmişdir.
Sebastian Kurts
Sebastian Kurts (alm. Sebastian Kurz‎; 27 avqust 1986[…], Vyana) — 2020-ci ilin yanvarından etibarən Avstriya Kansleri olaraq çalışan, əvvəllər bu vəzifəni 2017-ci ilin dekabrından 2019-cu ilin mayınadək tutan avstriyalı siyasətçi. Kurts Vyananın Maydlinq bölgəsində anadan olub. 2004-cü ildə "GRG 12 Erlgasse"-dən məzun olmuş və 2005-ci ildə məcburi hərbi xidmətini başa vurmuşdur. Kurts Vyana Universitetində Hüquq fakültəsində təhsil aldı. Siyasətə 2003-cü ildə Gənclər Partiyasına qoşularaq başladı. Beş il sonra ilk siyasi vəzifəsini Vyana üçün GXP sədri olaraq başladı. 2010-cu ildə Kurts uğurla Vyana Dövlət Seyminə namizəd oldu və bununla da ilk hökumət postunu aldı. 2011-ci ildə Faymanın Birinci Ofisində baş verən dəyişiklikdən sonra Kurts Daxili İşlər Nazirliyində Sosial İnteqrasiya üzrə Dövlət katibi vəzifəsinə təyin edildi. 2013-cü il parlament seçkilərindən sonra Kurts Avstriya Xarici İşlər Naziri oldu və 2017-ci ilin dekabrına qədər ölkənin ən yüksək diplomatı olaraq qaldı.
W.M.Curtis
Vinifred Meri Körtis (ing. Winifred Mary Curtis; 15 iyun 1905, London – 14 oktyabr 2005, Hobart) — Avstraliya botaniki. == Elmi fəaliyyəti == Vinifred Meri Körtis Tasmaniya adasında bitkiləri öyrənmişdir. == Əsərləri == janet Somerville, winifred mary Curtis, g. Kantvilas, s. j. Jarman. 2006. Janet Somerville's botanical history of Tasmania, 1642-1820. Ed.
Curt Polycarp Joachim Sprengel
Kurt Sprengel; Kurt Şprengel (alm. Kurt Polykarp Joachim Sprengel‎; 3 avqust 1766 — 15 mart 1833) — alman botaniki, həkim və filoloq.
Braziliya cürəsi
Braziliya cürəsi (lat. Amazonetta) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Marusya Çuray
Marusya Çuray (ukr. Маруся Чурай; 1625[…], Poltava – 1653[…], Poltava) — əfsanəyə görə Poltavada yaşayan əfsanəvi Ukrayna xalq müğənnisi və Xmelnitski dövrünün şairəsi. Marusya Çuray: "Ah,Qritsyu getmə", "Arabalar dağlardan yuvarlanır", "Kazaklar işığa qalxdı" və s. kimi bir sıra mahnıların müəllifi hesab olunur. O, həmçinin Marusya Çuraivna kimi də tanınır. == Həyatı == Rəvayətə görə, Marusya Çuray 1625-ci ildə kazak yüzbaşı Qordeyin ailəsində anadan olub. Pavlyukla birlikdə edam edilən atasının ölümündən sonra o, Poltavada anası ilə birlikdə yaşamağa davam edib. Gənclik illərində onun gənc kazak İvan İskranın da içində olduğu bir çox pərəstişkarı olsa da, lakin o, ürəyini Poltava alayı kornetinin oğlu, Grits Bobrenkoya verdi. 1649-cu ildə Xmelnitski üsyanı başlayanda Grits geri dönəcəyini vəd edərək müharibəyə getdi. Marusya Çuray 4 il onu gözlədi.
Çurquy-ool Xomuşku
Çurquy-ool Xomuşku (tıva Хомушку, Чүргүй-оол Намгай-оглу 10 may 1918, Hondelen[d], Hemçik kojuunu[d] – 10 iyul 1978, Bert-Dağ[d], Tuva MSSR) — Tıva və sovet zabiti, tankçı, Böyük Vətən Müharibəsinin iştirakçısı, Sovet İttifaqı Qəhrəmanı. == Bioqrafiyası == Çurquy-ool Xomuşku 10 may 1918-ci ildə Hondelen kəndində anadan olmuşdur. 20 may 1943-cü ildə Tuva Xalq Respublikasının ilk könüllülər qrupu olaraq Çurquy-ool Xomuşk cəbhəyə yollanır. Bir müddət Tıva könüllüləri Qorki şəhərində hərbi təlim keçir. 1944-cü ilin fevral ayında Tıva könüllüləri 25-ci ayrı tank alayına qoşulur. 25 fevral 1944-cü ildə Çurquy-ool Xomuşkunun xidmət etdiyi alay 2-ci Ukrayna Cəbhəsinin 52-ci Ordusuna daxil olur. 1944-cü ilin martında alay Buq-Dnestrə hücum əməliyyatında iştirak edir. 5 mart 1944-cü ildə Rızanovka və Kobılyaki (Kiyev, indi Çerkası vilayət) kəndləri yaxınlığında düşmənin müdafiəsi sıçrayışı zamanı Çurquy-ool Xomuşkunun sürdüyü tank ən yüksək sürətlə düşmən mövqeyinə atılır. Tank atəş nöqtələrini və düşmənin çanlı qüvvəsini məhv edir. İki saat ərzində Xomuşku və qrupu 35 düşmən əsgərini, üç tank əleyhinə silahı, yeddi pulemyot və iki minaatan qurğunu məhv edir.