Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Zindan
Zindan — Orta əsrlərdə məhkumların saxlanılması üçün nəzərdə tutulmuş yerlər. Zindanlar adətən qəsrlərin zirzəmilərində yerləşirdi. Zindanlarda verilən işgəncələr barədə İntibah dövrü mənbələrində geniş məlumatlar mövcuddur.
Zindan-Muruq
Zindan-Muruq — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. Zindanmuruq bələdiyyəsinin mərkəzi. == Toponimikası == Zindan-Muruq oyk., miir. Qusar rayonunun eyniadlı i.ə.v.-də kənd. Rayon mərkəzindən 18 km cənub-qərbdə, Qusarçayın sağ sahilində, Qızılqaya platosunun (Böyük Qafqaz) yamacmdadır. Əsl adı Sindanmuruqdur. Dağıstanın cənubunda erkən orta əsrlərə aid Sindan (Şindan) qalasının adından və Muruq kəndinin adından yaranmışdır. Talış zonasında da Şindan qalası var. Qalanın adı ilk dəfə VII əsr hadisələri ilə əlaqədar çəkilir. Oykonim "Sindan yaxınlığındakı Muruq kəndi" mənasmdadır.
Zindan (alət)
Zindan və ya qədim qıpçaq türkcəsində Örs — əl ilə sərbəst döymədə pəstah üçün dayaq kimi işlədilən stasionar dəmirçi aləti. Zindanın işlək səthi pardaqlanmış ağır polad tökmə hissədən ibarətdir. Tökmə adətən kötük oturacağa bərkidilir. Cihazqayırmada və saat istehsalında masaya bərkidilmiş kiçik zindanlardan istifadə edilir.
Zindan qalası
Zindan qalası və ya Dairəvi qala - XVIII əsrdə tikilmiş Lənkəran qalasının bir hissəsi. Dairəvi qala və ona bənzəyən ikinci tikili Lənkəran mayakıdır. Bu iki tikili Lənkəran qala sisteminin cənub və şimal dayaq məntəqələri olublar. Rus işğalından sonra isə Lənkəran qalası dağıdılmış və qalanın dayaq məntəqləri də bir birindən aralı qalmışdır. 1869-cu ildə şimal dayaq məntəqəsi olan qalanın başına fanar quraşdırılır və binadan mayak kimi istifadə edilməyə başlanılır. Hazırda həmin mayak Xəzər Dəniz Gəmiçiliyinin tabeliyindədir. Cənub dayaq məntəqəsi olan Zindan qala isə 1869-cu ildən 1959-cu ildə qədər, həbsxana kimi istifadə olunub. Burada hətta 1903-1904-cü illərdə poçt qatarını qarət etdiyinə görə həbs olunan İosif Stalin də cəza çəkib. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 saylı qərarı ilə bu qala memarlıq abidələri siyahısına daxil edilərək dövlət tərəfindən mühafizə olunur. == Ümumi məlumat == Dairəvi qala Lənkəran qalası ilə eyni vaxtda XVIII əsrdə inşa edilib.
Zindan sümükcüyu
Zindan sümükcüyü (lat. Incus, incudis f.) — daxili qulağa aid eşitmə sümüklərindən biri. Bu sümük ilk dəfə italyan anatomu Alessandro Akillini tərəfindən təsvir edilmişdir. Zindan sümüyü çəkic sümükcüyünün zərbələrindən alınan səs dalğalarını üzəngi sümükcüyünə ötürmüş olur. Bu sümük ancaq məməli heyvanlarda mövcuddur. == Qurluşu == Zindan sümüyünün cismi-lat. corpus incudis və bir-birindən uzaqlaşan qısa-lat. crus breve və uzun ayaqcığı-lat. crus longum vardır. Uzun ayaqcığının ucunda mərciyəbənzər çlxlntı-lat.
Namiq Kamal zindanı
Namiq Kamal zindanı (türk. Namık Kemal Zindanı) — Kiprin Famaqusta şəhərində 1873–1876-cı illərdə Türkiyə yazıçısı Namiq Kamalın iqamətgahı olması ilə tanınan tarixi bina. Binanın yeri əvvəlcə Venesiya sarayının bir hissəsi idi, lakin bina indiki formada Osmanlı dövründə tikilmişdir. Bina iki mərtəbəlidir, aşağı mərtəbəsi Osmanlıdan əvvəlki memarlıq nümunəsi, yuxarı mərtəbəsi isə Osmanlı üslubundadır. Arxeoloq Tuncər Bağışqan Osmanlıdan əvvəlki üslubu Luzinyanlar dövrünə aid olduğunu müəyyən etmişdir. Bina "L" formasında olub, aşağı mərtəbəsi yonma daşdan, yuxarı mərtəbəsi isə Bağdadi texnikası ilə tikilmişdir.
Süleyman Zindanı dağı
Süleyman Zindanı dağı, Taxti Süleymandan 3 km qərbdə yerləşən bir içi boş konus formalı dağın adıdır. Bu dağ minlərlə il əvvəl göldə su minerallarının çökməsi səbəbindən yaranmışdır. Çevrəyə görə bu dağın hündürlüyü 97 yada 107 metr, üstündən təxminən 80 metr dərin bir çuxur, dağın üstdə açılış diametri təqribən 65 metrdir. Bu dağ Mannalar dövründə e.ə. 830–660-cı illərdə İbadət yeri olmuşdur. == Açıqlama == Süleyman Zindanı dağı yerdən 100 metr yüksəklikdəki bir təpədir. Sasanilər dövründə Zərdüştilik keşişlərin qurban və ibadət yeri olmuşdur və ətrafındakı tikililərin qalıqları bu müqəddəs məkanın əhəmiyyətini göstərir. Yəqin ki, iki min il əvvəl bu gün boş olan və təpənin ağzında yerləşən konus su ilə doluydu və konusun ətrafındakı əsərlərin qalıqları bu ağızın və içərisindəki gölün suyunun yararsız olduğunu göstərir; Ancaq zaman keçdikcə çöküntülərin nəticəsində nəticəsində 100 metr dərinlikdə yerləşən göldəki çatlar bağlandı və konus qurudu. == Yerli inanc == Yerli əhali bu dağı Süleyman Zindanı və ya Dev Zindanı olaraq tanıyır və inanırlar ki, Süleyman bu dağda onun əmrinə tabe olmayan devləri həbs edir. Bu dağın adı yerli inamdan alınmışdır.
Türk dünyasının mədəniyyət paytaxtları
Türk dünyasının mədəniyyət paytaxtı — TÜRKSOY-un təşəbbüsü ilə türkdilli dövlət, yaxud regionların şəhərlərindən hər il birinin Türk dünyasının mədəniyyət mərkəzi seçilməsi. Türk dünyasının mədəniyyət paytaxtı seçilmiş şəhərlərdə il ərzində Türk dünyasının mədəni tədbirləri keçirilir. TÜRKSOY-un üzv-şəhərlərindən hər il birinin illik olaraq Türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi barədə qərar 2010-cu ildə türkdilli ölkə başçılarının X sammitində qəbul olunmuşdur. Türk dünyasının birinci mədəniyyət paytaxtı 2012-ci ildə TÜRKSOY şurası tərəfindən Qazaxıstan paytaxtı Astana seçilmişdir. Daha sonra , Kazan, Marı, Şəki və Türkistan şəhərləri də növbə ilə Türk dünyasının mədəniyyət paytaxtları seçilib.
Türk dünyasının mədəniyyət paytaxtı
Türk dünyasının mədəniyyət paytaxtı — TÜRKSOY-un təşəbbüsü ilə türkdilli dövlət, yaxud regionların şəhərlərindən hər il birinin Türk dünyasının mədəniyyət mərkəzi seçilməsi. Türk dünyasının mədəniyyət paytaxtı seçilmiş şəhərlərdə il ərzində Türk dünyasının mədəni tədbirləri keçirilir. TÜRKSOY-un üzv-şəhərlərindən hər il birinin illik olaraq Türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi barədə qərar 2010-cu ildə türkdilli ölkə başçılarının X sammitində qəbul olunmuşdur. Türk dünyasının birinci mədəniyyət paytaxtı 2012-ci ildə TÜRKSOY şurası tərəfindən Qazaxıstan paytaxtı Astana seçilmişdir. Daha sonra , Kazan, Marı, Şəki və Türkistan şəhərləri də növbə ilə Türk dünyasının mədəniyyət paytaxtları seçilib.
Zindan adası (film, 2010)
Zindan adası (ing. Shutter İsland) — Dennis Liheynin eyni adlı romanı əsasında çəkilmiş, Martin Skorsezenin rejissoru olduğu psixoloji triller filmi. Martin Skorseze və Leonardo DiKaprio, bu filmlə birlikdə 4-cü dəfə əməkdaşlıq edirlər. (Əvvəlki filmləri: Nyu-Yorkun bandaları (2002), Təyyarəçi (2004) və Dönüklər (2006)). Leonardo DiKaprio xəstələrdən birinin itkin düşməsindən sonra Zindan Adasındakı psixiatriya xəstəxanasını araşdıran, federal hüquq-mühafizə orqanı olan ABŞ Marşal Xidmətində işləyən Eduard "Teddi" Danielz rolunu oynayır. Filmin premyerası 13 fevral 2010-cu il tarixində, 60-cı Berlin Beynəlxalq Film Festivalında baş tutmuşdur. Film klassik musiqidən istifadə olunan saundtrek ilə də diqqət çəkir. IMDb-nin 250 ən yaxşı film siyahısına daxil olmuşdur. == Məzmunu == 1954-cü ildə ABŞ Marşal Xidməti nümayəndəsi Eduard "Teddi" Danielz və yeni həmkarı Çak Ol Boston Limanındakı Qala adasında yerləşən, Amerikanın ən təhlükəli ağıl xəstələrinin saxlanıldığı “Ashecliffe” Xəstəxanasına gedirlər. Onlar üç uşağını boğaraq öldürdüyü üçün buraya həbs edilən ağıl xəstəsi Reyçel Solandonun itkin düşməsini araşdırırlar.
Çox istifadəçili zindan (İnformatika)
Çox istifadəçili zindan (MUD /mʌd/ ; ing. Multi-User Dungeon, rus. многопользовательский мир) — İnternet üzərindən mətn mesajları vasitəsilə oynanan fantastik rollu kompüter oyunlarının ümumi adı. Tipik MUD oyununda elflər, əjdahalar və bənzəri əfsanəvi varlıqlarla yanaşı savaşçılar, oğrular və maqlar kimi insani xarakterlər də mövcud olur. Oyunçular virtual dünya ilə uzaq serverə komanda sətrli interfeys vasitəsilə göndərilən mətn komandalarının köməyilə qarşılıqlı əlaqədə olurlar. Cavabında onlara otaqların, əşyaların, hadisələrin, başqa oyunçuların personajlarının, virtual aləmin cürbəcür başqa elementlərinin təsviri göndərilir. Oyunçular, adətən, adi danışıq dilində ünsiyyətdə olurlar. Son illər İnternet üzərindən oynanan qrafik dəstəkli proqramların inkişafı və İnternet bağlantı sürətlərinin artması ilə əlaqədar olaraq MUD oyunları, demək olar ki, sıradan çıxmışdır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Nağıl dünyasının sakini. Əlisəttar Atakişiyev (film, 2015)
Nağıl dünyasının sakini. Əlisəttar Atakişiyev — rejissor Elvin Vəlimətovun 2015-ci ildə Azərbaycan Televiziyasında çəkdiyi sənədli film. == Məzmun == Filmdə kinorejissor, operator, ssenarist və rəssam, Azərbaycanın əməkdar incəsənət xadimi Əlisəttar Atakişiyevin xatirəsinə həsr olunur. == Film haqqında == Filmdə "Bir ailə", "Arşın mal alan", "Fətəli xan", "Doğma xalqıma", "O olmasın, bu olsun", "Uzaq sahillərdə", "Bir qalanın sirri", "Bizim küçə", "Sehrli xalat", "İstintaq davam edir", "Qərib cinlər diyarında" filmlərinin kadrlarından istifadə edilmişdir. == Səhvlər == Xronoloji: Filmdə "Arşın mal alan" filminin ekranlara 1944-ci ildə çıxdığı deyilir. Əslində isə həmin film 1945-ci ildə ekranlara çıxmışdı. Xronoloji: Filmdə "Uzaq sahillərdə" filminin ekranlara 1957-ci ildə çıxdığı deyilir. Əslində isə həmin film 1958-ci ildə ekranlara çıxmışdı. Xronoloji: Filmdə "Bir qalanın sirri" filminin ekranlara 1958-ci ildə çıxdığı deyilir. Əslində isə həmin film 1959-ci ildə ekranlara çıxmışdı.
Aleksey Dunyaşin
Aleksey Dunyaşin, Alek Dunyaşin(tam adı: Aleksey Vasileviç Dunyaşin, rus. Алексей Васильевич Дуняшин; 8 fevral 1904, Böyük Tolkay[d] – 1931) — erzyan əsilli yazıçı, publisist, tənqidçi, ilk Erzya yazarlarından biri. == Həyatı == Aleksey Dunyaşin 8 fevral 1904-cü ildə indiki Samara vilayəti, Poxvistnev rayonu, Böyük Tolkay kəndində kəndli ailəsində anadan olmuşdur. Rus və Erzya dillərində oçerklər, feletonlar, publisistik məqalələr və hekayələr yazmışdır. Fəaliyyətinin ən səmərəli dövrü Sibirdəki xüsusi müxbir kimi fəaliyyətini qeyd edilir. "Od eryamo" qəzetində onun Sibir erzyanlarının həyatı ilə bağlı publisistik hekayələri dərc edilir. 1925–29-cu illərdə 30-dan çox feilleton yazmışdır. Bu feillotonlar "Pitsi-palakst" ("Gicitkən") kolleksiyasına daxil edilmişdir. 1927-ci ildən "Kirvi tol" ("Məşhəl") romanının üzərində işləmişdir. Bu romanda mordva xalqının 1914–1930-cu illər dövründəki həyatı əks olunmuşdur.
Birbaşa göndərmə
Birbaşa göndərmə (ing. Drop shipping) – satıcının müştərilərin sifarişlərini qəbul etdiyi, lakin məhsulları müştəriyə stokda saxlamadan birbaşa göndərdiyi pərakəndə ticarət növü. Bu ticarətdə heç bir saxlama prosesi yerinə yetirilmir. == Gedişat == Bu iş modeli məhlul mağazası tələb etmir. Tamamilə ləğv edilə bilər və ya göndərilən sifarişin yerinə yetirilməsi iş modeli ilə birləşdirilə bilər. Fiziki pərakəndə satıcı, potensial açılan göndərilən əşyaları sərgidə saxlaya bilər, poçt sifarişi qaydaları haqqında məlumatları kataloqu ilə təmin edə bilər və ya yalnız onlayn mövcud olan məlumatları olan vebsayt saxlaya bilər. Virtual pərakəndə satış şirkətinin yalnız vebsaytı olur. == İnkişaf == 2006-cı ildən bəri Çində bir çox birbaşa göndərmə şirkəti meydana çıxdı, bunların çoxu həm şirkətlərə, həm də fərdlərə topdansatış və endirmə xidmətləri təklif edir. == Fırıldaqçılar == Drop Shipping internet əsaslı ev biznesi fırıldaqlarında da nəzərə çarpırdı. Fırıldaqçılar bu işi gəlirli bir "evdən iş imkanı" olaraq təbliğ edəcəklər hansıki bu qurbanlara satışa göndərilən sifarişlərinin verilə biləcəyi müəssisələrin siyahısı satılacaq.
Mandana
Mandana – Midiya şahzadəsi, sonralar Persia hökmdarı I Kambizin arvadı və II Kirin anası. == Mandana Herodotun "Tarix"ində == Herodota görə Mandana Kiaksarın oğlu Astiaq və II Aliattın qızı Aryenisin qızıdır. Lakin, Kristian Settipani qeyd edir ki, o, Astiaqın qızı olsa da anası başqa olub.Herodot qeyd edir ki, onun doğulmasından qısa müddət sonra Astiaq qəribə bir yuxu görür. Yuxuda görür ki, onun qızı o qədər işəyib ki, bütün Asiyanı su basıb. Maqlarla məsləhətləşərkən, onlar yuxunu yozaraq qeyd edirlər ki, gələcəkdə Mandananın oğlu onun hakimiyyətini devirəcək. Baş verəcək hadisələri önləmək üçün, Astiaq Mandananı madayların vassalı olan farsların hökmdarı, "yaxşı və sadiq ailədən olan" I Kambizlə nişanladı və o, düşünürdü ki, bununla təhlükəni özündən sovuşdura bilər. İkinci yuxunu isə o, Mandana hamilə olarkən görür. Yuxuda görür ki, Mandananın bətnindən üzüm tağı çıxaraq bütün dünyaya sarmaşır. Yuxudan dəhşətə gələn Astiaq ən sadiq hökmdar xidmətçilərindən biri olan məşhur sərkərdə Harpaqı uşağı öldürmək üçün Persiaya göndərir. Lakin, Harpaq hökmdar nəslindən olan insanın qanını axıtmaq istəmədiyindən, gələcəkdə II Kir kimi məşhurlaşacaq körəni Mitridat adlı bir çobanın yanında gizlədir.
Mindanao
Mindanao — Filippin arxipelağının cənubunda yerləşən ada, onun tərkibində olan ikinci böyük ada. Ada tam olaraq Filippinə məxsusdu. == Coğrafiya == Sahəsi 7530 km², dünyanın ən böyük 20-ci adasıdı. Əhalisi 22 milyondu və bu göstəriciyə görə adalar arsında 8-ci yeri tutur. Mindanao adası dünyanın 125 ölkəsindən böyükdür, Hollandiya, Avstriya, Portuqaliya, Azərbaycan daxil olmaqla. Şimalda Mindanao dəniziylə, şərqdə Filippin dəniziylə, cənubda Sulavesi dəniziylə, qərbdə isə Sulu dəniziylə əhatə olunub. Adada Filippinin ən yüksək zirvəsi olan Apo vulkanı yerləşir. Burada həm 2954 m qədər hündürlüyü olan dağlar, həmdə bataqlaşmış ovalığlar yerləşir. Ada seysmikdi, fəaliyyətdə olan vulkanlar var. Musson subekvatorial və ekvatorial iqlimlərində yerləşir.
Zendaya
Zendeya (Zendeya Koulman; 1 sentyabr 1996, Oklend, Kaliforniya) — ABŞ aktrisası, müğənni və rəqqasə. Ən məşhur rolu Disney Channel orjinal serialı "Göstər özünü"dəki Raquel Raki Buludur. Ən yaxın dostu isə "Göstər özünü" adlı serialdakı rolu Sisi Cons olan Bella Torndur. Zendeya Volt Disney Rekordsda Bella Torn ilə birlikdə səsləndirdiyi "Something to Dance For" mahnısı YouTube'da 20 milyon dəfədən çox izlənmişdir. == Həyatı == Zendeya 1 sentyabr, 1996-cı ildə Kaliforniyanın Oklen şəhərində Klara Stoymer və Kazembe Ajamunun ailəsində dünyaya gəlmişdir. O, anasının Palata Meneceri kimi işlədiyi Kaliforniya Şekspir Teatrında işlədi. Çoxlu səhnə istehsalatlarında teatrın tələbə ehtiyat proqramında və sonra yerinə yetirməkdə öyrənməyə əlavə olaraq, Zendeya onun ana yeri patronlarına kömək etdi və teatra xeyir vermək üçün lotereya biletlərini satırdı. İncəsənətlər üçün Oklend Məktəbində iştirak edərək, o, Palo Altonun Teatr işi olan "Karolina və ya Şans"da Co kişi xarakterini, Berkli Teatrında (Kukla evində) "Bir dəfə Bu Adada" və qaçış rolunda gənc Ti Moune kimi baş rolu oynadı. O, həmçinin Kaliforniya Şekspiri Teatrı Ehtiyat proqramında və Amerikan Ehtiyat Teatrında sənətinə yiyələndi. Zendeya başqa səhnə əsərləri "III Riçard", "On ikininci Gecə", "Siz ki bunu Xoşlayırsınız" kimi pyeslərdə çıxış etmişdir.
İndiana
İndiana (ing. Indiana) - Amerika Birləşmiş Ştatlarında ştat. Mərkəzi İndianapolis şəhəridir. == Tarixi == Adı qızıldərililərin yurdu mənasına verir. Ştat statusunu 1816 ilində qazanıb. ABŞ-nin 19-cu ştatıdır. Şimalda Miçiqan gölü və Miçiqan ştatı, şərqdə Ohiyo ştatı,cənubda Kentukki ştatı,qərbdə İllinoyis ştatı ilə qonşudur. Ayrıca Qari şəhəri pop kralı Maykl Ceksonun anadan olduğu yer olduğu üçün çox mühüm şəhərdir.
Zigana
Zigana — TİSAŞ tərəfindən istehsal olunan Türkiyə mənşəli tapançadır. Silah, 2001-ci ildə istehsalına başlanmış olub Türkiyənin xüsusi dizayna sahib ilk tapancalardan biridir.Zigana silahlarında dəyişdirilmiş brouninq tipli kilidləmə sistemi ilə kilidlənmiş slayd qısa geri çəkilmə mexanizminə malikdir. Bundan əlavə, bu silahlarda avtomatik atəş pin bloku da mövcuddur. Zigana PX-9 modeli Malayziyada Türkiyə ilə ortaq olaraq istehsal edilir. Bununla yanaşı, Pakistanda bu silahın modelləri yerli emalatxanalar tərəfindən qeyri-qanuni olaraq istehsal olunur və satılır.Zigana ABŞ-yə Amerika Tactics Import şirkəti tərəfindən daşınır və FS9 və FS40 adları ilə satılır. Bundan əlavə, Zigana K və Zigana F modelləri Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi tərəfindən Zəfər, Zəfər-K və İnam adı ilə istehsal olunur. == İstifadəçilər == Azərbaycan — Azərbaycan Quru Qoşunlarında geniş istifadə olunur. {{ {{{1}}}| miqyas = | alias = Türkiyə | flag alias = Flag of Turkey.svg | flag alias-imperiya = Flag of the Ottoman Empire (1844–1922).svg | variant = | altlink = }} — Bəzi hərbi hissələr və özəl təhlükəsizlik şirkətləri tərəfindən istifadə olunur. Filippin — Filippin polis qüvvələri tərəfindən istifadə olunur. Malayziya — İllik 20 000 olmaqla, əsasən Malayziya hərbçiləri və polislərinin istifadəsi üçün istehsal olunur.
ARY Zindagi
ARY Zindagi — "ARY Digital Network" şirkətinin sahibləndiyi Pakistan özəl əyləncə telekanalı. Telekanal Hindistan, Pakistan və Türkiyə proqramlarını yayımlayır. ARY Zindagi ilk dəfə AsiaSat 3S 105.5 Degree East peyki ilə sınaq testi olaraq 5 aprel 2014-cü ildə yayımlanmışdır. Telekanal əsas yayımına 11 aprel 2014-cü ildə başlamışdır. Telekanal "ARY Zauq" telekanalının əvəzinə yaradılmışdır.
Dani Kintana
Dani Kintana (8 mart 1987, Las-Palmas-de-Qran-Kanariya) — İspaniya futbolçusu. == Karyera == Kintana Las Palmas şəhərində anadan olub, karyerasının əvvəlində İspaniyanın 2-ci liqasında oynayıb. 2012\2013 illərdə Polşa premyer liqasında oynayan Yagelloniya Belostok klubuna trasfer olunmuşdur. O,29 sentyabr 2014-cü ildə Əl-Əhli klubuna trasfer olunur. 2015-ci ilin mart ayında Qarabağ futbol klubuna trasfer olunmuşdur. Kintana 17 iyun 2019-cu ildə Çempionlar Liqası çərçivəsində Partizani ilə matçda 90+4-cü dəqiqədə fərqlənməklə klubun tarixinə keçib. Belə ki, Kintana Qarabağın 100-cü avroliqa qolunun müəllifi olub.
Digitalis miniana
Purpur üskükotu (lat. Digitalis purpurea) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin üskükotu cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == İkiillik ot bitkisidir. Yaşayışının birinci ili kökətrafı yarpaqlar, ikinci il isə hündürlüyü 1 m-ə qədər olan yarpaqlı gövdəsi və zirvədə iri çiçək salxımı daşıyan budaqcıqlar əmələ gəlir. Çətir yarpaqları uzunsov-yumurtaşəkilli və ya oval, uzun qanadabənzər saplaqdan ibarətdir. Yarpaqlarının uzunluğu 30 sm, eni isə 15 sm-ə bərabərdir. Gövdənin aşağı yarpaqlarının uzunluğu 12-20 sm yumurtaşəkilli, qanadabənzər saplaqdan ibarətdir. Orta yarpaqları qısa saplaqlı, yuxarı yarpaqları oturaq, yumurtaşəkilli və yumurtaşəkilli-neştərvaridir. Kənar yarpaqları bərabər olmayan çəpərlidir. Yuxarı yarpaqları qırışıq, tünd-yaşıl, aşağı yarpaqlarında isə damarlanma, çoxkünclü tor və üzərində çoxlu tükcükləri olan sarımtıl çiçəklərdən ibarətdir.
Mindanao adaları
Mindanao adaları (taqal Mindanao) — Filippin arxipelaqına aid üç qrupdan biri olaraq onların cənubunda yerləşir. == Coğrafiya == Arxipelaqın əsas adaları: Mindanao adası Basilan Siarqao adası == Əhalisi == 2010-ci il siyahıya almasına görə arxipelaqın əhalisi 21 970 420 nəfər təşkil edir. == İnzibati bölgüsü == Mindanao adaları 6 regiona, onlarda öz növbəsində bir necə vilayətə bölünür.
Mindanao adası
Mindanao — Filippin arxipelağının cənubunda yerləşən ada, onun tərkibində olan ikinci böyük ada. Ada tam olaraq Filippinə məxsusdu. == Coğrafiya == Sahəsi 7530 km², dünyanın ən böyük 20-ci adasıdı. Əhalisi 22 milyondu və bu göstəriciyə görə adalar arsında 8-ci yeri tutur. Mindanao adası dünyanın 125 ölkəsindən böyükdür, Hollandiya, Avstriya, Portuqaliya, Azərbaycan daxil olmaqla. Şimalda Mindanao dəniziylə, şərqdə Filippin dəniziylə, cənubda Sulavesi dəniziylə, qərbdə isə Sulu dəniziylə əhatə olunub. Adada Filippinin ən yüksək zirvəsi olan Apo vulkanı yerləşir. Burada həm 2954 m qədər hündürlüyü olan dağlar, həmdə bataqlaşmış ovalığlar yerləşir. Ada seysmikdi, fəaliyyətdə olan vulkanlar var. Musson subekvatorial və ekvatorial iqlimlərində yerləşir.
Mindanao dənizi
Mindanao dənizi (ing. Bohol Sea) (Bəzən Bohol dənizi adlandırırlar) — Sakit okeanında adalar arası dəniz olaraq Filippin arxipeaqına daxil olan, Sikixor, Bohol, Leyte (şimalda) və Mindanao adası (cənubda) arasında yerləşir. Şərqdə Suriqao boğazı ilə Filippin dənizi ,qərbdə isə Sulu dənizi ilə burləşir. Dərinliyi 1975 m təşkil edir. Orta illik temperatur 28 s təşkil edir. Axınlar əsasən qərbə doğru istiqamətlənir və sürəti 2 km/s təşkil edir. Mindanao adası sahillərində İliqan ,Hinqooq ,Makalahor və Butuan körfəzləri yerləşir. Duzluğu 34,5 ‰ təşkil edir. Sahillərində çoxlu nərcan rifləri vardır. Əsas limanları Mindanao adasında olan Kaqayan-de-Oro və Butuandır.
Zincanab (Təbriz)
Zincanab (fars. زينجناب‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,973 nəfər yaşayır (564 ailə).
İndiana Cons
Doktor Henri Uolton "İndiana" Cons Jr., xəyali macərapərəst, əskər və arxeologiya üzrə professordur. İndiana Cons seriya filmlərininin baş obrazıdır. Corc Lukas bu obrazı 1930-cu illərin film seriyalarındakı macəra qəhrəmanlarından ilham alaraq yaratdı. Obraz ilk olaraq 1981-ci ildə çəkilmiş seriyanın ilk filmi olan "Müqəddəs xəzinə ovçuları", daha sonralar isə "Qamçılı Adam" (1984), "Son səlib yürüşü", "Kristal kəllə qutusu krallığı" (2008) görüldü. Bu obraza kinofilm və televiziya seriallarına uyğun olaraq romanlarda,video oyunlarında və s. rast gəlindi. Harrison Forddan başqa, İndiana Consu "İndiana Cons və son səlib yürüşü" filmində River Feniks(gəncliyini) televiziya seriyasında isə Korey Karri, Şon Patrik Flaneri, Corc Holl canlandırmışdır. Oyunlarda isə Duq Li və Devid Eş obrazı səsləndirmişlər. Əslində,"Müqəddəs xəzinə ovçuları" filmində obrazı canlandırmaq Tom Sellekə həvalə olunmuşdu.Lakin,O,seriala çəkildiyi üçün Harrison Forda üstünlük verildi. İkonik təchizatla Cim Starenko məşğul olmuşdur.
İndiana Evans
İndiana Rouz Evans (ing. Indiana Rose Evans; 27 iyul 1990, Sidney, Yeni Cənubi Uels, Avstraliya) — Avstraliya aktrisası, müğənnisi və bəstəkarı.
İndiana Peysers
İndiana Peysers — İndiana ştatının mərkəzi olan İndianapolisi təmsil edən peşəkar basketbol klubu. NBA-da Şərq Konfransının Mərkəzi qrupunda mübarizə aparır.
İndiana Universiteti
İndiana Universiteti — ABŞ-də yerləşən universitet.
İndiana ştatı
İndiana (ing. Indiana) - Amerika Birləşmiş Ştatlarında ştat. Mərkəzi İndianapolis şəhəridir. == Tarixi == Adı qızıldərililərin yurdu mənasına verir. Ştat statusunu 1816 ilində qazanıb. ABŞ-nin 19-cu ştatıdır. Şimalda Miçiqan gölü və Miçiqan ştatı, şərqdə Ohiyo ştatı,cənubda Kentukki ştatı,qərbdə İllinoyis ştatı ilə qonşudur. Ayrıca Qari şəhəri pop kralı Maykl Ceksonun anadan olduğu yer olduğu üçün çox mühüm şəhərdir.
Indiana Pacers
İndiana Peysers — İndiana ştatının mərkəzi olan İndianapolisi təmsil edən peşəkar basketbol klubu. NBA-da Şərq Konfransının Mərkəzi qrupunda mübarizə aparır.