Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kıyzış (Uçalı)
Kıyzış (başq. Ҡыйҙыш, rus. Кидыш) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd Axun kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Uçalı): 32 km, kənd sovetliyindən (Axun): 7 km. ən yaxın dəmiryol stansiyasından (Uçalı stansiyası): 32 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə tatarlar (57%), başqırdlar (35%) üstünlük təşkil edir.
Dionis
Dionis, Vakx, Baxus, Bakxus (yun. Διόνυσος, Διώνυσος, lat. Dionysus mənası "iki dəfə ya ikinci dəfə doğulan" deməkdir; yun. Βάκχος, lat. Bacchus) — yunan mifologiyasında Zevsin oğlu, Priapın atası. Olimplərin ən kiçiyi, şərab, bərəkət və teatr tanrısı. Simvolları üzüm tənəyi, sarmaşıq, əsa, bolluq buynuzu. == Doğulması == Zevs Fivan çarı Kadmanın qızına - Smelaya vurulur. Bundan xəbər tutan Hera qisas almaq məqsədilə hiyləyə əl ataraq Smelanı dilə tutaraq tapşırır ki, Zevsdən düyünün onun Hera ilə olan düyünü kimi keçməsini xahiş etsin. Zevs onun xahişini yerinə yetirərək düyünə ildrım çaxdiraraq gəlmiş olur.
Dırnıs
Dırnıs — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda bir kənd. Dırnıs Ordubad rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Vənənd çayının (Arazın qolu) sahilində, Zəngəzur silsiləsinin ətəyindədir. XIX əsrə aid ədəbiyyatda Dernis variantında qeydə alınmışdır. Oykonim ərəb dilindəki der/deyr (məbəd, monastır) və naus (zərdüşti qəbirləri üstündə tikili) komponentlərinin birləşməsi kimi izah olunur. Əslində, oykonim rayonun ərazisindəki Qapıcıq adlı dağ aşırımı ilə bağlı yaranmış çox qədim dil vahididir. Bir çox qədim dillərdə dura (yunan), duar (gürcü və osetin), dvaras (hind), drunk (qədim fars) və s. sözlər "qapı", "qapılar", "dağ kecidi" mənalarında işlənmişdir.. == Tarixi == Dırnıs kəndi Ordubad rayonunun,habelə,bütün Naxçıvan diyarının ən gözəl kəndlərindən biridir. Bura çox qədimdən insan məskəni olmuşdur.Yaşı min ildən artıq olan bu kənddə türkdilli Alban tayfaları yaşamışdır.
Cizzin
Cizzin — (ərəb. جزين‎) Livanın cənub əyalətində bir şəhərdir. == Haqqında == 2005-ci il siyahıyaalınmasında 13,476 nəfər əhalisi olan bir şəhərdir.
Dirfis
Dirfis və ya Dirfi (q.yun. Δίρφυς) — Yunanıstanda dağ. Ən yüksək zirvə dəniz səviyyəsindən 1743 metr hündürlükdə olan Delfidir (Δέλφι). Süxurlar əsasən əhəngdaşıdır, tərkibində şist də vardır.
Dionis Tanasoğlu
Dionis Tanasoğlu (qaq. Dionis Tanasoglu; 7 iyul 1922, Kiriyet, Qaqauziya – 23 avqust 2006) — görkəmli qaqauz şairi, yazıçısı, dramaturqu və ictimai xadimi. == Həyatı və təhsili == Dionis Tanasoğlu 1922-ci ilin iyulun 7-də Moldovanın Qaqauz elinin, Kiriyet kəndində Nikolay Tanasoğlunun ailəsində dünyaya göz açmış, ilk təhsilini doğma kəndində almışdır. Bütün qaqauzlar kimi kilsədə Dionis adı qoysalar da, Türk dünyasında Dəniz ağa kimi tanınmışdır. Çünki özünü bu adla təqdim edir, şeirlərini bu imzayla yazırdı. İlk yaradıcılığa şeirlə başlamışdır. Sonralar onun adı qarşısında nasir, müğənni, bəstəçi, rejissor, aktyor, alim, ictimai-siyasi xadim sözləri yazılmışdır. Zaman və xalqının düşdüyü vəziyyət onu bu işləri görməyə məcbur etmişdir. 1957-ci ildə ilk qaqauz əlifbasını yaradan da, ilk qaqauz romanını yazan da, qaqauzların ilk peşəkar rejissoru və dramaturqu da Dionis Tanasoğlu olmuşdur. Dionis Tanasoğlu Kişinyov Pedaqoji İnstitutunun tarix-ədəbiyyat, Leninqrad Teatr İnstitutunun aktyorluq fakültəsini bitirmiş, 1965-ci ildə Bakıda Azərbaycan EA Dil və Ədəbiyyat İnstitutunda Məmmədağa Şirəliyevin rəhbərliyi altında "Çağdaş qaqauz dilində tabeli mürəkkəb cümlə" mövzusunda dissertasiya yazaraq filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır.
Dizbin (Əhər)
Dizbin (fars. ديزبين‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 265 nəfər yaşayır (63 ailə).
Dırnıs kəndi
Dırnıs — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda bir kənd. Dırnıs Ordubad rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Vənənd çayının (Arazın qolu) sahilində, Zəngəzur silsiləsinin ətəyindədir. XIX əsrə aid ədəbiyyatda Dernis variantında qeydə alınmışdır. Oykonim ərəb dilindəki der/deyr (məbəd, monastır) və naus (zərdüşti qəbirləri üstündə tikili) komponentlərinin birləşməsi kimi izah olunur. Əslində, oykonim rayonun ərazisindəki Qapıcıq adlı dağ aşırımı ilə bağlı yaranmış çox qədim dil vahididir. Bir çox qədim dillərdə dura (yunan), duar (gürcü və osetin), dvaras (hind), drunk (qədim fars) və s. sözlər "qapı", "qapılar", "dağ kecidi" mənalarında işlənmişdir.. == Tarixi == Dırnıs kəndi Ordubad rayonunun,habelə,bütün Naxçıvan diyarının ən gözəl kəndlərindən biridir. Bura çox qədimdən insan məskəni olmuşdur.Yaşı min ildən artıq olan bu kənddə türkdilli Alban tayfaları yaşamışdır.
Dırnıs məscidi
Dırnıs məscidi — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Dırnıs kəndinin Yuxarı məhəlləsində, Mirzə küçəsində yerləşən məscid. == Tarixi == Kənddə həcminə görə ən iri məscid olduğundan el arasında Böyük məscid adlanır. Came məscididir. Girişi qərbdəndir. Qadınlar üçün giriş şərq tərəfdəndir. Тavan 5x2=10 dirəyin üstündə dayanıb. Şərq və şimal divarın qarşısında qadınlar üçün ikinci mərtəbə-balkon düzəldilib. Şərq divarda 3, qərb divarda 2, cənub divarında isə 3 böyük pəncərə var. Məscidin dirəklərindən birinin sütun başlığı üzərində qara rənglə yazılan kitabədən aydın olur ki, məscid hicri 1339-cu ildə (1920–21) təmir olunmuş, təmir işlərini Ordubadlı usta Həsən həyata keçirmişdir. 1999-cu ildə əhalinin vəsaiti ilə yenidən təmir olunmuş, bu zaman məscidin qərbdən giriş qapısının qarşısında balkon düzəldilmiş və minarə hörülmüşdür.
Diriş (Salmas)
Dərişk (fars. ‎درشك‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 508 nəfər yaşayır (116 ailə).
Lizzi Hollidey
Lizzi Hollidey (ing. Lizzie Halliday; 1859, Antrim[d] – 28 iyun 1918, Beason, Nyu-York ştatı) — 1890-cı illərdə Nyu-Yorkdakı dörd şəxsin ölümündə məsuliyyət daşıyan irlandiya mənşəli amerikalı seriyalı qatil. O, 1894-cü ildə elektrik stulunda edama məhkum edilmiş ilk qadın olmuşdur. Ancaq Hollideyin hökmü dəyişdirildi və ömrünün qalan hissəsini psixiatrik xəstəxanada keçirdi. O, xəstəxanada olarkən bir tibb bacısını öldürdü və ən azı daha iki adamı - əvvəlki evliliyindən olan ərlərini öldürdüyü ehtimal edilir. == Bioqrafiya == Əslən Eliza Marqaret MakNelli olan Lizzi Hollidey 1859-cu ildə İrlandiyanın Antrim qraflığında anadan olub. O, azyaşlı olarkən (3 və ya 8 yaşında) ailəsi Amerikaya köçdü. 1879-cu ildə Lizzi əsl adı Ketspul Braun olan Çarlz Hopkins ləqəbi ilə tanınan Qrinviçdən olan (Nyu-York) bir adamla evləndi. 1981-ci ildə Hopkinsin ölümündən sonra o, Artemus Bruyer adlı bir təqaüdçü ilə evləndi, ancaq o da bir ildən az müddətdə öldü. Onun üçüncü əri evliliklərinin ilk ili onu tərk etdi.
Lizzi Qrin
Elizabet Anna Qrin (Lizzi Qrin) - (ing. Elizabeth Anna Green) 1 May 2003-cü ildə ABŞ-nin Texas ştatının Dallas şəhərində anadan olmuşdur. Nickelodeon "Nikki, Rikki, Dikki və Don" adlı tele-serialda qardaşların bacısı Don Harper rolunda çıxış etməklə tanınıb. == Həyat və karyerası == 13 sentyabr 2014-cü ildə ilk dəfə əsas rolunda Nikki, Rikki, Dikki və Don tele-serialında Don kimi çıxış etməklə, ilk olaraq Nickelodeon auditoriyasına, sonra isə digər kanallara tanış edib. Qısa zaman sonra, bir çox uşaq-yönəlikli tele-kanallardan tele-serial çəkilişləri dəvəti alıb. 2018-ci ildə Sofiya Dikson'u canlandıraraq ABC kanalının drama seriyası olan Bir Milyon Kiçik Şey teleserialında oynayıb.
Aşağı İzris (Baymak)
Aşağı İzris (başq. Түбәнге Иҙри, rus. Нижнеидрисово) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd. Kənd Kolsora kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == rayon mərkəzindən (Baymak): 46 km, kənd sovetliyindən (Kolsora): 1 km. ən yaxın dəmiryol stansiyasından (Sibay stansiyası): 89 km. Kənd Samkara çayının sahilində yerləşir. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (100%) üstünlük təşkil edir.
Yuxarı İzris (Baymak)
Yuxarı İzris (başq. Үрге Иҙрис, rus. Бурзян-Елга) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd. Kənd Kolsora kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == rayon mərkəzindən (Baymak): 47 km, kənd sovetliyindən (Kolsora): 3 km. ən yaxın dəmiryol stansiyasından (Sibay stansiyası): 87 km. Sakmara çayınınn sahilində yerləşir. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (100%) üstünlük təşkil edir. == Tanınmış şəxslər == Qabıt Bikmuxametoviç Arqınbayev (1861 — 1923) — susen-improvizator, kurist, başqırd folklorunun toplayıcısı.
Hermes və körpə Dionis
Hermes və körpə Dionis və ya Olimpiya Hermesi — 1877-ci ildə Hera məbədinin xarabalıqlarında kəşf edilmiş körpə Dionisin qədim yunan heykəlidir. Onun boyu 213 santimetrdir. Yunan profili, yunan burnu və praksitelik əyri anlayışları klassik gözəlliyin modelinə çevrilmişdir. == Haqqında == Yunan mifologiyasının hesablarına görə , Dionis tanrı Zevsin oğlu və Semele , fani, Fiv kralı Kadmusun qızıdır. Çox güman ki, bu heykəl himayədarı Hermes olan Elis və himayədarı Dionis olan Arkadiya sakinləri arasında sülhün alleqoriyasıdır. == Tarixi == Yunan dövləti 1874-cü ildə Almaniya ilə Olimpiyada arxeoloji kəşfiyyat işləri aparmaq üçün müqavilə imzaladı. Alman qrupu tərəfindən qazıntılar 1875-ci ildə Ernst Kurtiusun rəhbərliyi altında başladı. Bu gün sərgiləndiyi kimi heykəltəraşlıq qrupuna çatana qədər heykəlin altı fərqli hissəsi kəşf edildi. Hermesdə sağ qol, sol əlin iki barmağı, dizdən hər iki ayağı, sol ayağı və cinsi xüsusiyyətləri yox idi; Körpə Dionisin qolları (Hermesin çiynində dayanan sağ əli istisna olmaqla) və sağ ayağının ucu yox idi.
Səssiz Dəniz (Dizi)
Səssiz Dəniz - Bae Doona, Qonq Yo və Li Cunun baş rollarda oynadığı 2021-ci ildə Cənubi Koreyada yayımlanan televiziya serialıdır. Rejissor Çoi Hanq-yonq yazıçı Park Eun-kyo-nun köməyi ilə 2014-cü ildə çəkdiyi “Sakinlik dənizi” adlı qısametrajlı filminin uyğunlaşdırılması kimi səkkiz epizoddan ibarət silsiləni yaratdı. 24 dekabr 2021-ci ildə Netflix-də premyerası oldu. Səssiz dəniz adı Aydakı Sakitlik dənizindən gəlir; Hekayə Ay tədqiqat bazasından nümunələr götürmək üçün ekipajın missiyasını izləyir. Əsasən elmi fantastika, triller və sirr kimi janrları da birləşdirir. Tənqidçilər və tamaşaçılar tərəfindən ümumiyyətlə müsbət rəylər aldı. == Xülasə == Həddindən artıq səhralaşmadan əziyyət çəkən yaxın gələcək Yer kürəsində içməli suyun norması üçün sərt tədbirlər görülüb. Alim Sonq Ji-An (Bae Doona) Aya missiya üçün seçilmiş elit heyətə qoşulur. Onlar tərk edilmiş tədqiqat obyektinə, Balhae Stansiyasına gedirlər, burada bacısı beş il əvvəl bir insidentdə 117 personalın öldürülməsindən sonra öldü. Hadisənin hansı şəraitdə baş verdiyi gizlidir.