1. Kişilərin şalvar altından geydikləri (əsasən ağdan tikilən) alt tuman.
Yasavul şalvarını çiyninə atmış, ağ dizlikdə yollarda toza bata-bata sürünürdü.
…Dizliklərimi yamayır, çarıqlarımı təmizləyir.
2. Qadınların üstdən geydikləri enli tuman.
Köhnə çarqat, köhnə ağ çit arxalıq və köhnə solmuş şiləyi dizlik – övrətin libası budur.
Döşəkcə, tuman adına; Geyərdilər o dizliyi; Tutardı on adam yeri; Onu geyəndə Xanbacı.
Alaçıqların yanında dizlik geymiş, belinə şal bağlamış iki-üç qadın tərpənirdi.
3. Zərbədən, zədələnmədən qorumaq üçün dizə sarılan, yaxud keçirilən sarğı və s. Dəri dizlik. – …İdmanda zədələnmə hallarının qarşısını almaq üçün ən yaxşı qayda qoruyucu vasitələrdən, məsələn, sipərlərdən, dizliklərdən və s.
-dən istifadə edilməsindən ibarətdir.