Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dəliboz
Dilbaz atı (həmçinin, Dəliboz, Dilboz və ya Qazax atı) — XVIII əsrin sonu, XIX əsrin əvvəllərində Azərbaycanda yetişdirilmiş at cinsi. Azərbaycan Respublikasında milli at cinsidir Yerli Azərbaycan atlarının qədim cinslərindən biridir. Dilbaz atı təqribən XVIII əsrin sonu, XIX əsrin əvvəllərində yerli atların Şərq atları ilə çarpazlaşdırılması əsasında və Qarabağ cinsinin təsiri altında Qazax qəzasında yaradılmışdır. Bir az Qarabağ atlarına oxşayır. Bu şərqi minik at növü Azərbaycanın Qazax, Ağstafa və Tovuz rayonlarında formalaşmışdır. Bəzi ədəbiyyatlarda bu at Azərbaycan "Qazax" atı kimi və ya Azərbaycan atı kimi əks olunmuşdur. Cinsin adı zaman keçdikcə bir neçə dəfə dəyişib, ona "Dəliboz", "Diliboz", "Dilbaz", "Dilboz" da deyirlər. == Tarixi == Atçılığın inkişafında Qazaxın Xanlıqlar kəndində olan tanınmış Dilbozlar nəsli, habelə, Allahyar bəy Zülqədərli və onun sülalənin nümayəndələri böyük rol oynamışdır. Dilbozlar nəslin nümayəndələri 300 ildən artıq Qazax atının cinsləşməsinə qayğı göstərmiş və ona öz adını vermişdir. 1867-ci ildə Ümumrusiya At Sərgisində Dilboz bəylərinə məxsus Uzelok ləqəbli at yüksək mükafat almışdır.
Dəliçay
Dəliçay — Zəngəzurun Sisian mahalının Ərəfsə (keçmiş Qarakilsə rayonunda) kəndində (eyniadlı kənd Naxçıvan MR-in Culfa rayonunda da olduğuna görə və bunların qarışdırılmaması üçün Sisian rayonundakı Ərəfsə kəndinin adı yazıldıqdan sonra mötərizədə rayonun əvvəlki adı — "Qarakilsə" sözü yazılır) çay. Çayın kəndin təsərrüfat həyatında rolu o qədər də böyük deyildir. Dağlardan sürətlə axan bu çay tez-tez daşar, nadir hallarda isə son dərəcə güclü sel gələrdi. Sel az qala ev boyda qayaları, kökündən çıxarıdığı çoxillik ağacları qabağına qatıb gətirər, böyük hay-küyə səbəb olardı. Bu səbəbdən də ona babalarımız tərəfindən Dəliçay adı verilmişdir. Görkəmli şairimiz Məmməd Araz bu çayın şəninə şeir yazmışdır. Həmin şeirə yazılmış mahnını isə sevimli müğənnimiz Arif Babayev oxuyur (Salvartıya, Dəliçaya haray salıb, O qəhrəman, o qəhrəman). Başlanğıcını Qırxlar dağlarından götürür və Ərəfsə kəndinin aşağı məhəlləsinin ortalığında Salvartıçay və Taxtakörpüçay (Abuzər) çayları ilə qovuşur. Aşağı axarlarda Bazarçay, daha sonra isə Bərgüşad çayı ilə qovuşub, Araza tökülür. Dəliçay Ermənistanın rəsmi xəritəsində göstərilmir.
Dəlibaş (personaj)
Dəlisov (ing. Daredevil) — Marvel Comics nəşriyyatı tərəfindən 1964-cü ildə yaradılan komiks personajı. "Daredevil" adında ilk komiks əslində 1963-cü ilin sentyabrında çıxmalı idi. Lakin gecikmələr üzündən bu müddətə çatmamışdır. Ona görə də onun əvəzində "Qisasçılar" komiksini buraxmalı olmuşdurlar. Daredevil isə düz 7 ay sonra — 1964-cü ilin aprelində nəşr olunmuşdur. == Həyatı == Əsl adı Matt Murdokdur. Atası bir boksçu idi və pulunu bu yolla qazanırdı. Atası oğlunun gələcəkdə sakin həyat tərzi keçirməsini və yaxşı peşə sahibi olmasını istəyirdi. Bir dəfə Matt yoldan keçən bir qoca kişini az qala yük maşını vurarkən itələyərək xilas etmişdir, amma bu zaman həmin yük maşının daşıdığı radioktiv maddə onun gözlərinə saçılmış və o, kor olmuşdur.
Dəlisov (personaj)
Dəlisov (ing. Daredevil) — Marvel Comics nəşriyyatı tərəfindən 1964-cü ildə yaradılan komiks personajı. "Daredevil" adında ilk komiks əslində 1963-cü ilin sentyabrında çıxmalı idi. Lakin gecikmələr üzündən bu müddətə çatmamışdır. Ona görə də onun əvəzində "Qisasçılar" komiksini buraxmalı olmuşdurlar. Daredevil isə düz 7 ay sonra — 1964-cü ilin aprelində nəşr olunmuşdur. == Həyatı == Əsl adı Matt Murdokdur. Atası bir boksçu idi və pulunu bu yolla qazanırdı. Atası oğlunun gələcəkdə sakin həyat tərzi keçirməsini və yaxşı peşə sahibi olmasını istəyirdi. Bir dəfə Matt yoldan keçən bir qoca kişini az qala yük maşını vurarkən itələyərək xilas etmişdir, amma bu zaman həmin yük maşının daşıdığı radioktiv maddə onun gözlərinə saçılmış və o, kor olmuşdur.
Vəlibəy (Bicar)
Vəlibəy (fars. ولي بيگ‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 152 nəfər yaşayır (31 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Əlibay (Xaybulla)
Əlibay kəndi (başq. Әлибай) - Rusiyanın Başqırdıstan Respublikası Xaybulla rayonu Ufa kənd sovetliyinə daxil olan kənd. 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Əlibay kəndinin milli tərkibi: başqırdlar 74 %. Məsafələr: rayon mərkəzindən (Akyar): 49 km., kənd sovetliyindən (İvanov): 3 km. ən yaxın dəmiryol stansiyasından (Sibay stansiyası): 77 km. Kənd Tanalık çayının sahilində yerləşir. Başqırdıstan Respublikası Bələdiyyələr Şurası.
Əlibəy Feyruzlu
Əlibəy Hüseynzadə
Əli bəy Hüseynzadə (Əli Hüseyn Turan) (24 fevral (7 mart) 1864, Salyan, Şamaxı qəzası, Bakı quberniyası, Rusiya imperiyası – 17 mart 1940, Üsküdar, İstanbul ili, Türkiyə) — Azərbaycan mütəfəkkir yazıçısı, publisist və ədəbiyyat tənqidçisi, XX əsr Azərbaycan-türk ictimai fikrinin ən görkəmli nümayəndələrindən biri. Uzun müddət alim, həkim, rəssam, şair, tənqidçi, tərcüməçi, müəllim, jurnalist kimi fəaliyyət göstərmişdir. Əli bəy Hüseynzadə 7 mart (köhnə təqvimlə 24 fevral) 1864-cü ildə Salyanda dindar ailədə anadan olub. Əslən Sabirabad rayonunun Quruzma kəndindəndir. Atası Molla Hüseyn Qafqaz müsəlman ruhani məclisinin Tiflisdəki altısinifli məktəbinə müəllim təyin olunduğundan Əli bəy də bu şəhərdə yaşamış və ilk təhsilini də bu məktəbdə almışdı. Lakin atasının çox erkən ölümündən sonra o, ana babası Qafqaz şeyxülislamı Axund Əhməd Salyaninin himayəsində böyümüşdür. Tiflis gimnaziyasını bitirmiş (1875–1885), uşaqlıq və tələbəlik illərində türk, fars, ərəb, alman və rus dillərini öyrənmişdi. Əli bəy Hüseynzadə babası Şeyx Əhməd ilə onun dostu Azərbaycan dramaturgiyasının banisi, ictimai xadim Mirzə Fətəli Axundzadənin (1812–1878) söhbətlərindən faydalanmış və onların tərbiyəsi altında zamanının ədəbi çevrəsini tanımışdı. Gimnaziyada təhsil aldığı dövrdən etibarən türkcəyə, türkçülüyə və Türkiyəyə dayanmaq gərəkdiyi fikrinin yaranmasında Şeyx Səlyaninin və Mirzə Fətəli Axundzadənin böyük təsiri olmuşdu. Görkəmli ictimai xadim Ziya Gökalp (1876–1924) Əli bəy Hüseynzadədən bəhs edərkən onun Rusiyadakı millətçilik cərəyanlarının təsiri ilə türkçü olduğunu, kollecdə ikən gürcü gənclərindən son dərəcə millət sevər olan bir yoldaşının ona millət sevgisini aşıladığını yazmışdır.
Əlibəy Məmmədov
Əlibəy Novruzi
Əlibəy Nəzərəli oğlu Novruzi (8 noyabr 1942, Bakı – 4 mart 2021, Bakı) — Azərbaycan memarı, rəssam, Azərbaycan Memarlar İttifaqının üzvü, Azərbaycan Respublikasının əməkdar arxitektoru (1991), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1978). Əlibəy Novruzi 8 noyabr 1942-ci ildə Bakı şəhərində anadan olub. 1965-ci ildə Moskva Memarlıq İnstitutunu bitirib. Memarın əsas fəaliyyəti elə gənc yaşlarından, təhsilini bitirdiyi illərdən – 1967–1969-cu illərdən başlayır və bu yaş üçün qeyri-adi olan yeniliklərə imza ataraq ölkədə və ölkə hüdudlarından kənarda tanınmağa başlayır.. Əlibəy Novruzi 3 il dalbadal SSRİ–nin "İlin ən yaxşı memarlıq layihəsi" müsabiqəsinin qalibi olub. "Küləyin binada hərəkəti" mövzusunda dissertasiya yazıb. Əlibəy Novruzi Sumqayıtın baş memarı olub. 600-dən artıq memarlıq layihəsinin, 400-yə yaxın rəsm əsərinin və 3 kitabın müəllifi olmuşdur. Əlibəy Novruzi 2021-ci ildə vəfat edib..
Əlibəy Qayıbov
Əlibəy İsmayıl oğlu Qayıbov — Azərbaycan səhiyyəsinin təşkilatçılarından, tibb elmləri namizədi, Naxçıvan MSSR Səhiyyə Nazirliyinin baş cərrahı, Ali Sovetinin deputatı. Əlibəy Qazaxın məşhur Qayıboğulları (Qayıbovlar, Qayıbzadələr) nəslindən idi. Bu nəsildən olan ziyalılar, alimənsəb ruhanilər, maraqlı peşə sahibləri, hərbçilər, elm adamları Azərbaycanın ictimai, elmi və mədəni həyatında dərin iz buraxmışlar. Əlibəy Qayıbovun babası Molla Yusifin oğullarından Molla Həsən 1874-cü ildən Qazax qəzası üzrə Salahlı nahiyəsinin ruhani mollası idi. Oğlu - praporşik İsmayıl ağa Qayıbov 1880-cı illərdə bir müddət Salahlı nahiyəsi üzrə polis rəisi işləmişdir. İsmayıl ağanın oğlu Əlibəy Qayıbov (1889–1960) da Xarkov Universitetinin məzunu. Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli mənbələr fondunun materialları içərisində Əlibəy Qayıbova 1916-cı ildə verilən 756 saylı şəhadətnaməyə əsasən, o, həmin il avqust ayının 11-də Xarkov Universitetinin tibb fakültəsinin tam kursunu bitirmişdir. Bu sənədlə ona, Rusiya imperiyasının bütün ərazisində öz ixtisasına uyğun olaraq işləmək hüququ verilirdi. Lakin şəhadətnamədə onun neçənci ildə Universitetə daxil olması qeyd edilməmişdir. O dövrdə Universitetin tibb fakültəsində təhsilin 6 illik olması nəzərə alınsa, Ə.Qayıbovun 1909-cu ildə ali məktəbə daxil olmasını söyləmək mümkündür.
Əlibəy kəhrizi
Əlibəy kəhrizi- Ordubad şəhərinin Təbriz küçəsində tarixi abidə. Kəhriz Əli bəy tərəfindən inşa edilmişdir.O,Ordubad çayının gətirmə çöküntülərində qazılmış və öz təbiiliyini saxlayan sadə formalı kəhriz abidəsidir.Abidənin pillələri kəhrizin axını xəttinə perpendikulyar istiqamətdə enir.Tez xarab olan ərzaq məhsullarını saxlamaq üçün xüsusi yer vardır.Onun divarları səliqəli şəkildə qazılmış,yalnız üst hissədə iri qaya parçası olduğu kimi saxlanmışdır.Abidənin plan üzrə uzunluğu 4.93 metr,eni 1.5 metr,yer səthindən dərinliyi 4.56 metrdir.Çıxışın yer səthindən hündürlüyü 1.9 metrdir.Onun suyundan içmək və məişət məqsədilə istifadə olunur.
Əlibəy Əlibəyov
Əlibəy Əlibəyov (22 mart 1878, Füzuli, Dədəli – 7 aprel 1964, Bakı) — Azərbaycan gigiyenisti, həkim, pedaqoq. Tibb elmləri doktoru (1936), professor (1932). Azərbaycan SSR Əmək Qəhrəmanı (1933). Azərbaycan SSR əməkdar elm xadimi (1943). Əlibəyov Əli bəy Qulu bəy oğlu 1878-ci ildə Cəbrayıl qəzasının Dədəli obasında anadan olmuşdu. 1894-cü ildə Qarğabazar kənd məktəbini bitirəndən sonra Bakıya gəlmişdi. Elm-təhsil yolunda fədakarlığı bundan sonraya aiddir. Əmək fəaliyyətinə Bakı limanında fəhləliklə başlamışdır. Yeniyetmə Əli bəyə Azərbaycan və rus dillərində savadlı yazdığı üçün gəmiçilik kontorunda iş verirlər. О, günçıxandan günbatanadək limanın yük qəbulu məntəqəsində qeydiyatçı işləyir.
Əlibəy Şükürov
Əlibəy Şükürov (2 may 1977, Mahaçqala) — Azərbaycanı təmsil edən yüngül atlet. Əlibəy Şükürov Azərbaycanı 2004-cü ildə Yunanıstanın Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib. Nəticədə o, 800 metr məsafəyə qaçış turnirində 1:52.11 saniyə nəticə göstərdi və təsnifat mərhələsini 7-ci pillədə başa vuraraq mübarizəsini dayandırdı.
Əlibəy Səmədov
Əlibəy Səmədov (26 mart 1982, Dağıstan) — Azərbaycanı təmsil edən ağır atlet. Karyerası ərzində Əlibəy Səmədov dəfələrlə Dünya və Avropa Çempionatlarında mübarizə aparsa da, uğurlu nəticələ imza ata bilmədi. 2009-cu ildə Cənubi Koreyada Dünya Çempionatında 10-cu pillə və 2008-ci ildə İtaliyada Avropa Çempionatında 8-ci pillə onun beynəlxalq turnirlərdə qeydə alınan ən yaxşı nəticələridir. Əlibəy Səmədov Azərbaycanı 2004-cü ildə Yunanıstanın Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil elədi. Əlibəy Səmədov birdən qaldırma mərhələsində birinci cəhdində 155.0, növbəti cəhdində isə 160.0 kiloqramlıq ştanqın öhdəsindən gəldi. Sonuncu cəhdində 165.0 kiloqramlıq ştanqı qaldırmağı bacaran Əlibəy Səmədov birdən qaldırma mərhələsini başa vurdu (nəticəsi 165.0). Təkanla qaldırma mərhələsində isə Əlibəy Səmədov birinci cəhdində 195.0 kiloqramlıq ştanqın öhdəsindən gəldi. Növbəti cəhdində 200.0 kiloqramlıq ştanq sifariş verən Əlibəy Səmədov ştanqı qaldıran zaman zədələndi və turnirdə mübarizəsini başa vurdu. Ümumi nəticədə Əlibəy Səmədov olimpiadanı 360.0-lıq (165.0+195.0) nəticə ilə 15-ci pillədə başa vurdu.
Dəlisov (Marvel Comics)
Dəlisov (ing. Daredevil) — Marvel Comics nəşriyyatı tərəfindən 1964-cü ildə yaradılan komiks personajı. "Daredevil" adında ilk komiks əslində 1963-cü ilin sentyabrında çıxmalı idi. Lakin gecikmələr üzündən bu müddətə çatmamışdır. Ona görə də onun əvəzində "Qisasçılar" komiksini buraxmalı olmuşdurlar. Daredevil isə düz 7 ay sonra — 1964-cü ilin aprelində nəşr olunmuşdur. == Həyatı == Əsl adı Matt Murdokdur. Atası bir boksçu idi və pulunu bu yolla qazanırdı. Atası oğlunun gələcəkdə sakin həyat tərzi keçirməsini və yaxşı peşə sahibi olmasını istəyirdi. Bir dəfə Matt yoldan keçən bir qoca kişini az qala yük maşını vurarkən itələyərək xilas etmişdir, amma bu zaman həmin yük maşının daşıdığı radioktiv maddə onun gözlərinə saçılmış və o, kor olmuşdur.
Dəlisov Papaqçı (Kerrolun personajı)
Papaqçı - Luis Kerrollun Alisa möcüzələr ölkəsində və Alisa güzgü arxasında əsərlərinin baş qəhrəmanlarından biridir. Mediadan fərqli olaraq kitabda onun adı "Papaqçı" (ing. Hatter) kimi qeyd olunur. Alisa "Möcüzələr ölkəsi"nə düşən zaman onun dəllisov olduğunu Çeşir pişiyindən öyrənir. Həmkarı Mart pişiyi ilə birgə çay içməyi xoşlayır.
Dəlisov məhəbbət (film, 1992)
Deewana (Devnagari: दीवाना, mənası: Dəlisov məhəbbət) 1992-ci ildə istehsal olunan Bollivud filmidir. Filmin rejissoru Rac Kanvardır. Filmə Quddu Danoa və Lalit Kapur prodüserlik etmişdir. Baş rollarda Rişi Kapur, Şahrux Xan və mərhum aktrisa Divya Bharti yer almışdır. Bu film həmçinin Şahrux Xanın ilk rol aldığı filmdir. Şahrux Xan bu filmə görə "Ən yaxşı debüt" mükafatını almışdır. == Rollarda == == Resepsiyon == Deewana 1992-ci ilin ən yüksək gəlir gətirən ikinci filmi oldu. Film Hindistanda kassalardan 140 milyon məbləğində gəlir gətirmişdir və Box Office Hindistan tərəfindən 'Hit' elan olundu. == Musiqi == Musiqilərin müəllifi Nadim-Şirəvan cütlüyüdür. Onlar bu filmlə üçüncü dəfə olaraq Filmfare mükafatına layiq görülüblər.
Çoban şamxal ibn I Əlibəy
Çoban şamxal ibn I Əlibəy (? — 1574) — Dağıstan əmiri, Qumuq şamxalı. Abbasqulu ağa Bakıxanov mümkün olan mənbələrə əsasən yazır ki, Çoban "Qaytaqdan tutmuş, Kürə dairəsi, Avarstan, Çərkəzlər və Terek çayı, Xəzər dənizinə qədər ölkənin hakimi idi və 1574-cü ildə Buynakda vəfat edib". Şamxalların nəsil şəcərəsinin öyrənmiş etnoqraf Lavrov hesab edir ki, Bakıxanovun məlumatı "naməlum mənbələrdən" götürülüb. Lakin etnoqraf səhv edir, mənbələr məlumdur-bu 1758-ci il şəcərəsi və 1842-ci il knyaz Xasay xan Usmiyevin, D. M. Şeyxəli Kurumov və Y. Klıcyevin tərtib etdiyi "Qeyd"dir. Çoban şamxalın xatırlanması daha erkən 1569-cu il Rus mənbələrində göstərilir. Çobanın ölüm tarixi XIX əsrin mənbələrində 1574-cü ildir. Amma bu məlumat da, doğru deyil. Şərqşünas Vasili Bartold Çobanın ölüm tarixi kimi 1578-ci ili göstərir. Lakin bu tarix də, səhvdir, zira Türkiyə və digər mənbələrin məlumatlarının təhlili göstərir ki, Çoban şamxal hökmdar qismində nəinki 1574–1578-ci illər, həm də, bütün sonrakı illərdə, 1579-cu ildə də, qeyd olunur.
Leo Delib
Leo Delib (fr. Léo Delibes; 21 fevral 1836[…], La-Fleş[d] – 16 yanvar 1891[…], Paris) — Fransalı bəstəkar. O, xüsusilə operalar və baletlər üçün bəstələdiyi musiqilərlə tanınır. Onun ən məşhur əsərləri arasında "Lakme" operası və "Koppeliya" baleti var. == Erkən həyatı və təhsili == Leo Delib 21 fevral 1836-cı ildə Fransanın, Saint-Germain-du-Val-də anadan olmuşdur. Onun musiqi təhsili Paris Konservatoriyasında başlamışdır və burada Adolf Adam kimi məşhur müəllimlərdən dərs almışdır.