Əlibəy Səmədov (26 mart 1982, Dağıstan) — Azərbaycanı təmsil edən ağır atlet.[1]
Əlibəy Səmədov | |
---|---|
Şəxsi məlumatlar | |
Tam adı | Əlibəy Krımxanoviç Səmədov |
Vətəndaşlığı |
Rusiya → Azərbaycan |
Doğum tarixi | 26 mart 1982 (42 yaş) |
Doğum yeri | |
Boyu | 168 sm. (5 ft 6 in) |
İdman növü | Ağır atlet |
Məşqçisi | Vahid Nəzərov |
Karyerası ərzində Əlibəy Səmədov dəfələrlə Dünya və Avropa Çempionatlarında mübarizə aparsa da, uğurlu nəticələ imza ata bilmədi. 2009-cu ildə Cənubi Koreyada Dünya Çempionatında 10-cu pillə və 2008-ci ildə İtaliyada Avropa Çempionatında 8-ci pillə onun beynəlxalq turnirlərdə qeydə alınan ən yaxşı nəticələridir.
Əlibəy Səmədov Azərbaycanı 2004-cü ildə Yunanıstanın Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil elədi. Əlibəy Səmədov birdən qaldırma mərhələsində birinci cəhdində 155.0, növbəti cəhdində isə 160.0 kiloqramlıq ştanqın öhdəsindən gəldi.[2] Sonuncu cəhdində 165.0 kiloqramlıq ştanqı qaldırmağı bacaran Əlibəy Səmədov birdən qaldırma mərhələsini başa vurdu (nəticəsi 165.0).[2] Təkanla qaldırma mərhələsində isə Əlibəy Səmədov birinci cəhdində 195.0 kiloqramlıq ştanqın öhdəsindən gəldi.[2] Növbəti cəhdində 200.0 kiloqramlıq ştanq sifariş verən Əlibəy Səmədov ştanqı qaldıran zaman zədələndi və turnirdə mübarizəsini başa vurdu.[2] Ümumi nəticədə Əlibəy Səmədov olimpiadanı 360.0-lıq (165.0+195.0) nəticə ilə 15-ci pillədə başa vurdu.[2]