Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Çəmbərək
Çəmbərək, Krasnoselo, Qırmızıkənd — Qərbi Azərbaycanda (indiki Ermənistan Respublikası) şəhər. Qırmızıkənd rayonunun inzibati mərkəzi. Çəmbərək rayonu Ağstafaçay çayının qolu olan Getik çayının sahilində yerləşir. Şəhərdən paytaxt İrəvan şəhərinə olan məsafə 125 km-dir. == İstinadlar == == Xarici keçidlər == Qərbi Azərbaycan: azərbaycanlılara qarşı genosid demoqrafik statistika güzgüsündə Arxivləşdirilib 2015-11-16 at the Wayback Machine Qərbi Azərbaycanın türk mənşəlli toponimləri Arxivləşdirilib 2014-09-04 at the Wayback Machine == Həmçinin bax == Qərbi Azərbaycan Azərbaycanlıların Qərbi Azərbaycandan deportasiyası Erməni əhalisinin tarixi miqrasiyası == Mənbə == Əziz Ələkbərli, "Qədim türk-oğuz yurdu "Ermənistan"", Bakı, "Sabah", 1994. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 696 səh. ISBN 5-8066-1452-2 Həbib Rəhimoğlu.
Aşağı Çəmbərək
Aşağı Çəmbərək — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Çəmbərək (Krasnoselo) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 4 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kəndi XIX əsrdə rayondakı Çəmbərək kəndindən köçənlər salmışdır. Toponim fərqləndirici əlamət bildirən aşağı sözündən və Azərbaycan dilində şam ağacının adını ifadə edən çam sözü ilə baraq türk etnonimindən əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Yuxarı Çəmbərək
Yuxarı Çəmbərək - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Çəmbərək (Krasnoselo) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 7 km şimal-qərbdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Erməni mənbələrində Yuxarı Çambarək formasında qeyd edilir. Toponim fərqləndirici əlamət bildirən yuxarı sözündən Azərbaycan dilində şam ağacın adını bildirən çam sözü ilə baraq türk etnonimindən əmələ gəlmişdir. Etnotoponimdir.
Çəmbərək rayonu
Krasnoselsk rayonu — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Göyçə mahalı (6 kənd) və Qaraqoyunlu dərəsi (8 kənd) ərazisində rayon. Hazırda Ermənistanın Geğarkunik marzının (vilayət) tərkibindədir. Mərkəzi Çəmbərək (Krasnoselo) şəhəridir. == Haqqında == 1920-ci ilin sonuna kimi Gəncə (Yelizavetpol) quberniyasının Qazax qəzasının tərkibində olmuşdur. Sonralar Sovet hakimiyyəti illərində Göyçə mahalı beş inzibati rayon arasında bölündüyündən Çəmbərək rayonu Göyçə mahalının tərkibinə daxil olmuşdur: Basarkeçər rayonu, Aşağı Qaranlıq rayonu, Kəvər rayonu, Yelenovka rayonu və Krasnoselsk rayonu. 1937-ci il dekabrın 31-də yaradılıb. Həmin ilə qədər Dilican rayonunun tərkibinə daxil olub. Ərazisi 697 kv km-dir. Rayon mərkəzi Ağstafaçay çayının qolu olan Getik çayının sahilində yerləşən Qırmızıkənd (dəyişdirilmiş adı Mixaylovka, Krasnoselsk) qəsəbəsidir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 125 km-dir.