Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Gürdəsər
Gürdəsər (əvvəlki adı: Kürdəsər) — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Lerik rayonunun Nüvədi kənd inzibati ərazi vahidinin Kürdəser kəndi Əliabad kənd inzibati ərazi vahidinin tərkibinə verilmişdir. 29 mart 2005-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Əliabad kənd inzibati ərazi dairəsi tərkibindəki Kürdəsər kəndi Gürdəsər kəndi adlandırılmışdır. == Toponimikası == Talış dilində "Qurdəsə" adlanır. Toponimi talış dilindəki "Qur" guruldamaq, "də" dərə, "sə" baş, Guruldayan dərənin başı mənasında işlənib. Gürdəsər adının digər adı "Qurə" di sə, yəni Qurə di gür kənd, sə baş deməkdir. Bu məna da da təxmin edilir. == Əhalisi == Əhali tərkibi əsasən talışlardan ibarətdir. Əhalisi 857 nəfərdir. === Tanınmış şəxsləri === Axund Mirzə Əhməd Molla Rüstəm Molla Heybət Məmmədhüseyn Əliyev Fazil Ağayev == Din == Kənddə Gürdəsər kənd məscidi dini icması fəaliyyət göstərir.
Kürdəsər
Gürdəsər (əvvəlki adı: Kürdəsər) — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Lerik rayonunun Nüvədi kənd inzibati ərazi vahidinin Kürdəser kəndi Əliabad kənd inzibati ərazi vahidinin tərkibinə verilmişdir. 29 mart 2005-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Əliabad kənd inzibati ərazi dairəsi tərkibindəki Kürdəsər kəndi Gürdəsər kəndi adlandırılmışdır. == Toponimikası == Talış dilində "Qurdəsə" adlanır. Toponimi talış dilindəki "Qur" guruldamaq, "də" dərə, "sə" baş, Guruldayan dərənin başı mənasında işlənib. Gürdəsər adının digər adı "Qurə" di sə, yəni Qurə di gür kənd, sə baş deməkdir. Bu məna da da təxmin edilir. == Əhalisi == Əhali tərkibi əsasən talışlardan ibarətdir. Əhalisi 857 nəfərdir. === Tanınmış şəxsləri === Axund Mirzə Əhməd Molla Rüstəm Molla Heybət Məmmədhüseyn Əliyev Fazil Ağayev == Din == Kənddə Gürdəsər kənd məscidi dini icması fəaliyyət göstərir.
Pərdələr
Pərdə — qapı, pəncərə və digər yerlərdən asılan örtük və ya bir yeri iki hissəyə ayırmaq üçün istifadə edilən iri parça. == Tarixi == Qədim dövrlərdən üfüqi zolaqlardan ibarət ənənəvi naxışlarla bəzədilmiş uzun saçaqlı, ağ rəngli qalın yun parçadan hazırlanardı. Həyətdən evə və yaxud da çadır, alaçıqların giriş qapısının örtülməsi üçün Azərbaycanda istifadə edilərdi. Keçmiş zamanlarda bu məqsədlə kilim, cecim və s. kimi müxtəlif xovsuz xalçalardan, eləcə də tirmə parçalardan istifadə edirdilər. Orta əsrlərdə şah saraylarında qapıların üzərində pərdə əvəzi kimi xovlu xalçalar asılardı, bəzən elə bu xalçalar qapını əvəz edərdi. == Müasir pərdələr == Müasir pərdələrin otaqların ümumi görkəminə təsiri böyükdür. Onları da ən azından mövsümə görə dəyişmək lazımdır. Hər bir otağın xüsusiyyətindən asılı olaraq müxtəlif materiallardan hazırlanmış, müxtəlif rəngli pərdələr istifadə olunmalıdır. Qonaq otağı üçün isti rəngli, yataq otağına sadə, sakit, mülayim tonlu pərdələr, uşaq otağına əhval-ruhiyyəni yüksəldən rənglərdən olan pərdələr daha yaxşıdır.
Vərnəsər
Vərnəsər (az-əbcəd. ورنه‌سر‎, fars. وزنه‌سر‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Mərkəzi bəxşinin Dəram qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 52 nəfər yaşayır (20 ailə).
Zərdəpər
Zərdəpər (lat. Luciobarbus capito) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çəkilər fəsiləsinin luciobarbus cinsinə aid heyvan növü. == Qısa təsviri == İki cüt bığı var. Ağızı aşağıda yerləşir və aypara şəkillidir. Dodaqları yaxşı inkişaf etmişdir. Rostrumu uzunsovdur. Bel üzgəcində 4 şaxəsiz, 8 (nadir hallarda 7) şaxəli, anal üzgəcində 3 şaxəsiz, 5 (nadir hallarda 6) şaxəli şüa vardır. Yan xətt pulcuqlarının sayı 56-68, yan xəttdən yuxarıda yerləşən pulcuqların sayı 8-12, aşağıda olan pulcuqların sayı isə 5-8 arasında dəyişir. == Arealı və sayı == Azərbaycan ərazisi daxilində Xəzərin orta və cənub hissəsində və ona tökülən çaylarda, o cümlədən Kür və Araz çaylarında və onların qollarında yayılmışdır. Samurla Xudat arasındakı çaylarda, Lənkəran zonası çaylarında, Mingəçevir və Varvara su anbarlarında təsadüf edilir.
Bərəsər
Bərəsər — İranın Gilan ostanında yerləşən şəhər. Bərəsər əhalisinin əksəriyyətini tatlar təşkil edir.
Pərəsər
Pərəsər — İranın Gilan ostanında yerləşən şəhər. == Əhalisi == Pərəsər əhalisinin çoxluğunu Azərbaycanlılar və Talışlar təşkil edir. Burada yaşayan etnik Talışlar əsasən islamın sünni-şafei qoluna etiqad edirlər; Azərbaycanlılar isə əsasən şiə-cəfəri inanclıdır.
Bərdəsur (Sərdəşt)
Bərdəsur (fars. برده سور‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 137 nəfər yaşayır (22 ailə).
Bərdəsur (Urmiya)
Bərdəsur (fars. برده سور‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 207 nəfər yaşayır (35 ailə).
Dərbisər (Bükan)
Dərbisər (fars. داربسر‎) — İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 236 nəfər yaşayır (43 ailə).
Girdəsər silsiləsi
Girdəsər silsiləsi – Babək və Şahbuz rayonları ərazisində Dərələyəz silsiləsindən cənub-qərbə ayrılan Təknə qolunun qurtaracağında cənub-şərqə istiqamətlənmiş, yamacları sıldırımlı alçaqdağlıq tirə. Naxçıvançayın və onun sağ qolu Cəhriçayın arasında təqribən 8 km məsafəyə üzanır. Ən yüksək zirvəsinin hündürlüyü 1568 m-dir. Çəpinə istiqamətlənmiş konsekvent antisedentvari dərələrlə bir neçə hissəyə ayrılmışdır. Orta Eosenə aid Paradaş lay dəstəsinin çökmə süxurlarından təşkil olunmuşdur. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin cənub-qərb cinahına aid Mərəlik-Göynük sinklinalının şimal-şərq qanadında yerləşir. Cənub-qərb yamacı boyu dərin fay qırılması izlənilir.
Gərdəsur (Piranşəhr)
Gərdəsur (fars. گرده سور‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 486 nəfər yaşayır (88 ailə).
Dar dərələr
Dar dərələr- Belə dərələrə Təngi tipli dərələr də deyilir.Bu tip dərələrin əsas xüsusiyyəti ondan ibarətdir ki,onlar dar olmaqla yanaşı nisbətən böyük yamaclara malikdirlər.Yamacların meyl bucağı bəzi hallarda 700-800,hətta 900 də çata bilər.Belə dərələrdə əsasən dərinlik və ya dib eroziyası hökm sürdüyündən onlar dərin olur.Digər tərəfdən suyun maksimal sürəti ilə əlaqədar olaraq bu dərələrdə müşahidə edilən süxur qırıntıları əsasən ölçüsünə görə iri olur.Belə dərələrin əmələ gəlməsində çöküntülərin fiziki xassələrinin böyük əhəmiyyəti vardır.Əgər həmin ərazidə nisbətən suda tez həll olan (məsələn:əhəngdaşı) süxurlar vardırsa,həmin dərənin əmələgəlməsi üçün əlverişli şərait yaranır.Digər tərəfdən böyük su keçiriciliyə malik olan çöküntülər(qum və qumdaşı) şaquli istiqamətdə daha tez yuyularaq,belə dərə tipinin əmələ gəlməsinə səbəb olur.Bu dərələr əsasən dağ silsilələrində müşahidə olunur.Məsələn:Qafqaz,Alp,Pamir,Himalay və s.
Heterotip dərələr
Heterotip dərələr (rus. гетеротипные долины, ing. heterotypic valleys) — yun. heteros-başqa və tupos-görünüş, nümunə, tip ayrı-ayrı hissələri mənşəcə fərqlənən tektonik, erozion və s. və yaxud geoloji strukturlarla müxtəlif münasibətdə olan, morfoloji cəhətdən qeyri-yekcins dərələr.
Subasarlı dərələr
Subasarlı dərələr — Subasarlı dərələr əsasən düzənlik və ovalıqlarda, qismən isə kiçik dağarası çökəklikdə müşahidə olunur. Mülayim iqlim qurşağında, eləcə də suyun artması ilə əlaqədar olaraq subasarlı dərədə su çay vadisini tamamilə örtür. Bəzən subasarlı dərənin və çay vadisinin eni olduqca böyük olur. Belə ki,Cənubi Amerikanın Amazonka çayının aşağı axarında vadinin maksimal eni təqribən 20 km-ə çatır. Bu dərədə suyun səviyyəsi qalxaraq subasarlı çay dərəsini tamamilə tutur. Bu proses Cənub yarımkürəsinin tropik sahəsinin yağmuru ilə bağlıdır.Ukraynanın Dnepr çayının aşağı axınında subasarlı dərənin eni təxminən 25 km-ə çatır. Qeyd etmək lazımdır ki, subasarlı dərənin kənar hissələrində çayın dərinliyi azalaraq nisbətən xırda süxur hissəciklərinin çökməsinə səbəb olur. Subasarlı çay dərəsinin yamacında adətən üfüqi eroziya nəticəsində əmələ gələn pillələr və ya terraslar mövcuddur.
Dərəşəhr
Dərəşəhr — İranın İlam ostanının şəhərlərindən və Dərəşəhr şəhristanının mərkəzidir. 2011-ci ilin siyahıya alınması əsasında bu şəhər 24,961 nəfərdən ibarət idi. Bu şəhərin əhalisi lurlar və ləklərdən ibarətdir və lur və lək dillərində danışırlar.
Mürdəşər
Mürdəşər (lat. Frangula) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin murdarçakimilər fəsiləsinə aid bitki cinsi.
Kanyon tipli dərələr
Kanyon tipli dərələr- (rus. каньон ing. Canyon) Müəyyən dərəcədə dar dərə tipinə oxşayırlar. Ancaq kanyon tipli dərələrin yamaclarında müəyyən pillələr və ya terraslar əmələ gəlir. Onların mənşəyi kanyonun yamaclarında yerləşən müxtəlif süxurların eroziya prosesinə qarşı davamlılığı ilə bağlıdır. Bu səbəbdən də kanyon tipli dərələrdə pillələr olur. Hal-hazırda dünyada ən böyük kanyon ABŞ-dadır. Həmin kanyon Kolorado çayı üzərindədir. Onun maksimal dərinliyi 2 km-dən çox, uzunluğu isə təqribən 300 kilometrə bərabərdir. Kanyon tipli dərələr Yer kürəsinin başqa sahələrində də vardır.
V şəkilli dərələr
V şəkilli dərələr- Erozion mənşəli çay dərələrinin əksəriyyəti bu tip dərələrə aiddir.Dərənin V şəkilli quruluşa malik olması birinci növbədə üfüqi eroziyanın təsiri ilə əlaqədardır.Ona görə də bu dərələrin yamacları yuyularaq bir -birindən bir qədər aralı olur.Qeyd edək ki,tektonik mənşəli dərələrin əksəriyyəti V şəkilli quruluşa malikdir.Buna misal olaraq Reyn çay dərəsinin orta hissəsini göstərmək olar.
Dərəşəhr şəhristanı
Dərəşəhr şəhristanı- İranın İlam ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Dərəşəhr şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 56,346 nəfər və 11,487 ailədən ibarət idi.
Qızılağacabənzər mürdəşər
Qızılağacabənzər mürdəşər (lat. Frangula alnus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin murdarçakimilər fəsiləsinin mürdəşər cinsinə aid bitki növü. == Təbii yayılması == Avropanın meşə və meşə-çöl zonasında, Qərbi Avropanın mərkəzi rayonlarında, Kiçik Asiyanın şimalında, Krımda, İranda və Qafqazda, Orta Asiyanın şimal rayonlarında rast gəlinir. == Botaniki təsviri == Hündürlüyü 7 m-ə çatan kol və ya kiçik ağacdır. Gövdəsi və budaqları tünd qonurdur. Gövdəsi hamar, tikansızdır. Tünd qabığı mərciməkli, mantar qatının altında qırmızı qat vardır. Yarpaqları ellipsvari formalı, uzunluğu 4–10 sm, kənarları bütöv, 6–8 cüt paralel yan damarcıqlı, qısa saplaqlarda (1,5 sm-dək) yerləşir. Yarpaqların yerləşməsi — növbəli və ya əyri-üzbəüzdür. Çiçəkləri ikicinsli, beş hissəli, kasacığı zəngvari olmaqla yarpaqların qoltuqlarında yerləşir, uzunluğu 2–3,5 mm-dir.
Lərdəşur (Mahnişan)
Lərdəşur (fars. لرده شور‎) - İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 184 nəfər yaşayır (44 ailə).
Xırdayarpaq mürdəşər
Xırdayarpaq mürdəşər (lat. Frangula microphylla) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin murdarçakimilər fəsiləsinin mürdəşər cinsinə aid bitki növü. == Təbii yayılması == Qafqazda yayılıb. == Botaniki təsviri == Budaqları pırpızlaşmış, alçaq boylu yerə yatan koldur. Cavan budaqlarının qabığı tünd qəhvəyi rəngdədir. Yarpaqları topa halında yerləşərək oturan, oval və ya ellipsvari, uc tərəfdən sivrilənmiş olur. Qaidə tərəfdən dəyirmi və ya enli pazvaridir, üstdən tünd yaşıl, altdan qızılı sarı, parlaqdır. Çiçəkləri xirda, ensiz zəngvari, yarpaq qoltuğunda 2-3-ü birgə yerləşir. Meyvəsi tünd qonurdur. May-iyun aylarında çiçəkləyir, meyvəsi avqust ayinda yetişir.
İriyarpaqlı mürdəşər
İriyarpaqlı mürdəşər (lat. Frangula grandifolia) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin murdarçakimilər fəsiləsinin mürdəşər cinsinə aid bitki növü. == Təbii yayılması == Azərbaycanda, İranda təbii halda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 5 m-dək olan, tünd boz və ya təxminən qara qabıqlı şaxələnmiş koldur. Budaqları qonur və ya sarımtıl-boz, tünd mərciməkli, çılpaqdır. Yarpaqları qısa saplaqlı, nazik, üstü tünd yaşıl, hamar, alt tərəfi açıq sarımtıl, seyrək tükcüklü, ellipsvari və ya enli ellipsvari, simmetrik olub, uzunluğu 18 sm və eni 6-10 sm-dir. Yarpaqları ucunda enli üçkünc və uzanmış bizli, bünövrəsində yumru, kənarları xırda dişli, 11-14 cüt olub, qonur, təxminən düz damarcıqlıdır. Çiçəkləri uzun çiçək saplaqlarında, çətirvari çiçək qrupunda yerləşir. Çiçəkləri 6-12 ədəd enli, uzunluğu 0,3-0,4 sm, zəngvari, tükcüklüdür. Aprel-iyunda çiçəkləyir, iyul-avqustda meyvə verir.
I Ərdəşir
I Ərdəşir Babəkan (fars. اردشیر‎, lat. Artaxerxes — Sasanilər sülaləsinin ilk nümayəndəsi, şahənşah. == İlk illəri == Təbərinin məlumatına görə Ərdəşir 180-ci ildə İstəhrin Tiruda kəndində anadan olmuşdur. Gənc yaşlarında atası Fars knyazı Gozihrdən icazə alaraq onu Darab qalasına göndərmiş, qalanın arqbadı Tiridən sonra Ərdəşir qalanın hakimliyinə gəlmişdir. Get-gedə Ərdəşirin gücü artmış, atası Babək və qardaşı Şapurla birlikdə Gozihri devirmişdilər. Şapurun qəfil ölümündən sonra 222-ci ildə bütün Fars regionuna, Xuzistan və Kirmana hakimlik etməyə başlamışdı. == Hakimiyyəti == 28 aprel, 224-cü ildə Parfiya hökmdarı V Artabanın ordularını Bəndər Abbas yaxınlığında məğlub edən Ərdəşir özünü şahənşah elan etmişdi. 226-cı ildə Ktesifonda rəsmən tacqoyma mərasimi keçirilmişdi. Ərdəşir Sistan, Qorqan, Mərv, Xarəzm, Bəlx, Bəhreyn və Mosulu ələ keçirmiş, Kuşanı və Məkranı asılı hala salmışdı.
Ərdəşir (Vərziqan)
Ərdəşir (fars. اردشير‎) — İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 68 nəfər yaşayır (17 ailə).
Ərdəşir Hovanessyan
Ərdəşir Ovanessyan və ya Ardaşes Ovanessyan (d. 1905 Rəşt, ö.1990) — Erməni mənşəli İran kommunist lideri idi. O, İran məclisinin 14-cü dövründə 1944-cü ildə İran ermənilərinin nümayəndəsi seçildi. Ovanessyan həmçinin Tudə Partiyasının mərkəzi komitəsinin üzvü kimi seçildi. O, Azərbaycan Milli Hökumətinin baş direktoruda olmuşdur.