Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tərməkçi (Tikantəpə)
Tərməkçi (fars. ترمكچي‎‎) — İranın Qərbi Azərbaycan ostanının Tikantəpə şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 171 nəfər yaşayır (29 ailə).
Türk Dərnəyi
Türk dərnəyi (türk. Türk Derneği) — İkinci Məşrutiyyətin elanından sonra İstanbulda qurulmuş dərnək. Osmanlı imperiyasında ilk milliyətçi quruluş olaraq qəbul edilir. 25 dekabr 1908-ci ildə qurulan dərnəyin qurucuları arasında Nəcib Asim bəy, Əhməd Midhət, Əhməd Hikmət bəy, Rza Tofiq Bölükbaşı, Bursalı Mehmet Tahir bəy, Vələd Çələbi, Yusif Akçura, Fuad Raif bəy və Əmrullah Əfəndi yer almışdır. Dərnək, kurs və konfranslar təşkil etmiş, öz adı ilə bir dərgi də çıxarmışdır. Dərnəyin məqsədi 1909-cu ildə çıxarılan “Türk dili” dərgisində açıqlanmışdır. Məqsəd “ Türk adı ilə anılan bütün tayfaların keçmişi, halı və əsərlərini öyrənmək və öyrətməktir.” Üzvləri dil və mədəniyyət arasındakı əlaqəni başa düşən dərnək, dildə sadələşdirmə aparmaq üçün çalışmışdır. Bu cəmiyyətin damı altında rus elm adamı Qordlevski, Karaçun Əfəndi, alman elm adamı Martin Hartmann ilə türkçü yazıçılardan İsmayıl Qaspıralı, Əli bəy Hüseynzadə, Mehmed Əmin Yurdaqul, Köprülüzadə Mehmet Fuad bəy, İspartalı Haqqı bəy, Hüseyn Cahid bəy, Xalid Ziya Uşaklıgil və erməni məbuslardan Aqop Boyacıyan və Tıngır əfəndilər də vardı. Dərnəyin aylıq yayım orqanı öz adını daşıyan "Türk Derneği Dergisi" idi. Dərgi 1911-ci ildə 6, 1912-ci ildə isə 1 say olmaqla, toplamda 7 sayı buraxıldıqdan sonra bağlanmışdır.
İşutin dərnəyi
İşutin dərnəyi — ziyalı qruplarının sui-qəsdi vasitəsilə kəndli inqilabı hazırlamağı qarşıya məqsəd qoymuş gizli inqilabi təşkilat; 1863-cü ilin sentyabrında N.A.İşutin yaratmışdı. Görkəmli nümayəndələri N.A.İşutin, P.D.Yermolov, D.V.Karakozov və başqaları idi. Dərnəyin üzvləri 1864-cü ilin dekabrında Y.Dombrovskinin həbsxanadan qaçırılmasında iştirak etmişdilər. İşutinçilər utopik sosializmi təbliğ edir, xalqa yaxınlaşmağa çalışırdılar (pulsuz məktəb və s.). Sonralar İşutin dərnəyində sui-qəsdçilik, terrorçuluq meylləri daha da güclənmişdi. 1865-1866-cı illərdə işutinçilər N.Q.Çernışevskini katorqadan qaçırmağa cəhd göstərmişdilər. Karakozovun çar II Aleksandra müvəffəqiyyətsiz sui-qəsdindən (4 aprel 1866) sonra təşkilatın üzvlərinin xeyli hissəsi cəzalandırıldı.
İmdadiyyə dərnəyi
İmdadiyyə dərnəyi — 1878-ci ildə Moskvada yerləşən Petrovski-Razumovski Akademiyasında yaradılmış məqsədləri maarifçilik və xeyriyyəçilik olan dərnək. Dərnəyi Həsən bəy Zərdabinin təşəbbüsü ilə o illərdə akademiyada təhsil alan Nəcəf bəy Vəzirov və Əsgər ağa Gorani yaradıblar. 1878-ci ildə Həsən bəy Zərdabinin təşəbbüsü ilə Moskvada yerləşən Petrovski-Razumovski Akademiyasında təhsil alan Nəcəf bəy Vəzirov və Əsgər ağa Gorani İmdadiyyə dərnəyini yaradıblar. Məqsədləri Həsən bəy Zərdabinin rəhbərliyi altında təhsil üçün Rusiyanın qabaqcıl məktəblərinə, o cümlədən, Petrovski-Razumovski Akademiyasına üz tutan gənclərə yardım göstərmək və maarifçilik olub. Dərnəyi yaratdıqdan sonra onun üzvləri, Həsən bəy Zərdabini özlərinə rəhbər seçiblər. Dərnək bir qədər fəaliyyət göstərdikdən sonra təsisçiləri olan Nəcəf bəy Vəzirov və Əsgər ağa Gorani və onlarala əlaqədə olan Əbülfət ağa Şaxtaxtinski Çar Rusiyasında gizli polisin nəzarəti altına düşüblər. Sonrakı illərdə dərnək haqqında heç bir məlumata rast gəlinmir. İllər sonra 1963-cü il avqustun 17-də çıxan "Bakinskiy raboçi" qəzetində dərnək haqqında tarixçi, filosof Ziyəddin Göyüşov məlumat verib. Moskva Mərkəzi Dövlət Arxivində tədqiqat aparan alim, orada dərnəyə aid məxfi məlumatları və məktubları araşdırıb.
Azərbaycan Kültür Dərnəyi
Azərbaycan Kültür Dərnəyi — 1949-cu ildə Türkiyədə yaradılmış, dünyada ilk Azərbaycan diaspor təşkilatı. Bu təşkilat Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən olan Məhəmməd Əmin Rəsulzadə tərəfindən təsis edilib. Dərnəyin ilk sədri Həmid Ataman olub. == Haqqında == === Tarixi === Təsis olunması və məqsədi Məhəmməd Əmin Rəsulzadə 1931-ci ildə tərk etdiyi Türkiyəyə 1947-ci ildə qayıtması ilə Azərbaycan siyasi mühacirətinin Türkiyədəki fəaliyyətinin yeni mərhələsi başlamışdır. Rəsulzadə Türkiyə olmadığı 1931-1947-ci illər arasında Avropanın müxtəlif ölkələrində Azərbaycan Milli Mərkəzinin rəhbəri vəzifəsində çalışmış və II Dünya Müharibəsi başa çatdıqdan sonra Türkiyəyə qayıtmışdır. Bu yeni dövrdə ən fəal köç mərkəzi Rəsulzadənin rəhbərlik etdiyi Azərbaycan Milli Mərkəzinin təşəbbüsü ilə 1924-cü ildə yaradılmış Azərbaycan Kültür Dərnəyi olmuşdur. Azərbaycan Kültür Dərnəyi Rəsulzadə başda olmaqla Azərbaycan Milli Müsavat Xalq Partiyasının ətrafı- ölkədə və mühacirətdə olan digər siyasətçi və ziyalıların Türkiyədə Azərbaycanın istiqlaliyyəti və hürriyyəti uğrunda mübarizəsinə rəhbərlik etmiş, Azərbaycanda əsas qərargah və daşıyıcı olmaq missiyasını öz üzərinə götürmüşdür. Ankarada Azərbaycan Kültür Dərnəyinin yaradılması ilə Türkiyədəki Azərbaycan siyasi mühacirətinin fəaliyyətinin ağırlıq mərkəzi İstanbuldan Ankaraya keçmişdi. Bundan sonra mühacirətin bütün fəaliyyəti, xüsusən də “Azərbaycan” jurnalının nəşri Ankaradan həyata keçirildi. 1 fevral 1949-cu ildə Məmməd Altunbay, Həmid Ataman və Əziz Alpaut tərəfindən qurulan dərnəyin nizamnaməsində təsis məqsədləri aşağıdakı kimi qeyd olunmuşdur: Birliyin nizamnaməsi tarixi prosesdə ortaya çıxan ehtiyaclara cavab vermək üçün daim yenilənir.
Azərbaycan Milliyyətçilər Dərnəyi
Azərbaycan Milliyyətçilər Dərnəyi (türk. Azerbaycan Milliyerçiler Derneği) — 8 fevral 1952-ci ildə Ankara şəhərində yaradılıb. Əsas məqsədləri mühacirlərə maddi və mənəvi yardım göstərmək, azərbaycanlı tələbələrə imkan daxilində maddi dəstək vermək, türk milliyyətçiliyi əleyhinə fəaliyyətdə olan cərəyanlara mətbu yolla cavab vermək olmuşdur. == Yaradılması və fəaliyyəti == Azərbaycan Milliyyətçilər Dərnəyi 1952-ci il fevralın 8-də Ankarada yaradılıb. Dərnəyin 11 qurucu üzvü arasında Həsən bəy Zərdabininin oğlu Səfvət Zərdabi və Nəsib bəy Yusifbəylinin oğlu Niyazi Kürdəmir də olub. Dərnəyin Nizamnaməsinin 1-ci maddəsində yazılıb: İkinci maddədə isə dərnəyin yaradılmasının məqsədləri açıqlanaraq bunlar yazılıb: Dərnəyə 18 yaşı tamam olmuş, mədəni hüquqlarından istifadə edə bilən hər bir türk qatıla bilərdi. Dərnəyin həqiqi və fəxri üzvü olmaq mümkün idi. Dərnəyə maddi və mənəvi yardım edənlər konqresin qərarı ilə fəxri üzvlüyə qəbul edilirdilər. Həmin üzvlərin adları dərnəyin şərəf dəftərinə qeyd olunurdu. Konqres həqiqi üzvlərdən təşkil olunurdu.
Azərbaycan Mədəniyyət Dərnəyi
Azərbaycan Kültür Dərnəyi — 1949-cu ildə Türkiyədə yaradılmış, dünyada ilk Azərbaycan diaspor təşkilatı. Bu təşkilat Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən olan Məhəmməd Əmin Rəsulzadə tərəfindən təsis edilib. Dərnəyin ilk sədri Həmid Ataman olub. == Haqqında == === Tarixi === Təsis olunması və məqsədi Məhəmməd Əmin Rəsulzadə 1931-ci ildə tərk etdiyi Türkiyəyə 1947-ci ildə qayıtması ilə Azərbaycan siyasi mühacirətinin Türkiyədəki fəaliyyətinin yeni mərhələsi başlamışdır. Rəsulzadə Türkiyə olmadığı 1931-1947-ci illər arasında Avropanın müxtəlif ölkələrində Azərbaycan Milli Mərkəzinin rəhbəri vəzifəsində çalışmış və II Dünya Müharibəsi başa çatdıqdan sonra Türkiyəyə qayıtmışdır. Bu yeni dövrdə ən fəal köç mərkəzi Rəsulzadənin rəhbərlik etdiyi Azərbaycan Milli Mərkəzinin təşəbbüsü ilə 1924-cü ildə yaradılmış Azərbaycan Kültür Dərnəyi olmuşdur. Azərbaycan Kültür Dərnəyi Rəsulzadə başda olmaqla Azərbaycan Milli Müsavat Xalq Partiyasının ətrafı- ölkədə və mühacirətdə olan digər siyasətçi və ziyalıların Türkiyədə Azərbaycanın istiqlaliyyəti və hürriyyəti uğrunda mübarizəsinə rəhbərlik etmiş, Azərbaycanda əsas qərargah və daşıyıcı olmaq missiyasını öz üzərinə götürmüşdür. Ankarada Azərbaycan Kültür Dərnəyinin yaradılması ilə Türkiyədəki Azərbaycan siyasi mühacirətinin fəaliyyətinin ağırlıq mərkəzi İstanbuldan Ankaraya keçmişdi. Bundan sonra mühacirətin bütün fəaliyyəti, xüsusən də “Azərbaycan” jurnalının nəşri Ankaradan həyata keçirildi. 1 fevral 1949-cu ildə Məmməd Altunbay, Həmid Ataman və Əziz Alpaut tərəfindən qurulan dərnəyin nizamnaməsində təsis məqsədləri aşağıdakı kimi qeyd olunmuşdur: Birliyin nizamnaməsi tarixi prosesdə ortaya çıxan ehtiyaclara cavab vermək üçün daim yenilənir.
Frans Kafka dərnəyi
Frans Kafka Dərnəyi - Praqada Alman dili və ədəbiyyatı mirası adına 1990-cı ildə qurulan və adını Franz Kafka dan alan və mənfəət güdməyən dərnək. Dərnək hər il "Frans Kafka" mükafatına sponsorluq edir.Günümüzdə qlobal olaraq 1000-ə yaxın üzvü var. Bəzi üzvlər arasında "Nobel" mükafatı sahibi Güntür Grass və dərnəyin vitse-prezidenti Vladimir Zelezni sayıla bilər. Cəmiyyətin məqsədləri arasında mərkəzi Avropada yaşayan çex, alman və yahudi xalqları arasındaki mədəni müxtəlifliyi artırmaqdır. Ayrıca Frans Kafkanın bütün əsərlərini çexcəyə çevrilməsini hədəfləyir. Frans Kafka dərnəyi Yaroslav Rona tərəfindən yaradılan Frans Kafka heykəli kampanyası başladıb. Heykəl 2003-cü ildə Çexiya crespublikasının paytaxtı Praqada açıldı. Dərnəyin binalarında indi Kafkanın kitablarının bir nüsxəsi və toplamda 1000 kitab və məqalə yer alır.
Əskişəhər Azərbaycanlılar Dərnəyi
Əskişəhər Azərbaycanlılar Dərnəyi - Türkiyənin Əskişəhər şəhərində fəaliyyət göstərən diaspor təşkilatı, azərbaycanlılar dərnəyi. Üç çizgi jurnalının təsisçisi.2015-ci ildə Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar olaraq ilk dəfə Əskişəhərin Muttalib bölgəsində 613 ağac əkərək Xocalı Soyqırımı Xatirə Ormanının salınmasının təşəbbüskarı. Türkiyədə Əbülfəz Elçibəyə aid təşkil olunan ilk mədəni layihənin təşkilatçısı.
Türkiyə Tənəffüs Araşdırmaları Dərnəyi
Türkiyə Tənəffüs Araşdırmaları Dərnəyi (türk. Türkiye Solunum Araştırmaları Derneği; TÜSAD) — Türkiyə qeyri-hökumət təşkilatı. Mərkəzi ofisi İstanbulda yerləşir. 22 iyun 1970-ci ildə döş qəfəsi xəstəlikləri üzrə mütəxəssis olan doqquz qurucu üzv tərəfindən qurulan Türk Tənəffüs Araşdırmaları Dərnəyi 28 Fevral 1978-ci ildə Nazirlər Şurası tərəfindən "ictimai xeyir üçün çalışan birlik" olaraq qəbul edilmişdir.
Cevdet Dermenci
Cevdet Dermenci (rus. Джевдет Умерович Дерменджи;27 avqust 1918 – 12 mart 1985, Orenburq) — Krım tatar əsilli Qızıl Orduda xidmət göstərmiş kapitan rütbəli batalyon komandiri. İlk dəfə öz bölüyünə komandanlıq etməyə başlayan zaman desant dəstəsi ilə Dnepr çayını ikinci dəfə keçərək göstərdiyi şücaətinə görə Sovet İttifaqı Qəhrəmanı adına namizəd göstərilsə də, o, yalnız Lenin ordeni ilə təltif edilmişdir. == Hərbi karyerası == Nasist Almaniyası Barbarossa əməliyyatı nəticəsində Sovet İttifaqının bir hissəsini işğal etdikdən sonra Dermenci iyulun 3-də Simferopol hərbi komissarlığı tərəfindən Qızıl Ordu sıralarına çağırıldı. Həmin il Kommunist Partiyası sıralarına qəbul edildikdən sonra, 5 noyabr 1942-ci ildə avtomat dəstəsinin siyasi işlər üzrə komandirinin müavini təyin olunmazdan əvvəl qısa müddətliyinə 1180-ci Piyada alayına təyinat alan Dermenci, il ərzində döyüşlərdə üç dəfə yaralanaraq 26 dekabr 1942-ci ildə ilk hərbi mükafatına namizəd göstərilmiş, 1943-cü ildə isə Qırmızı bayraq ordeni ilə təltif edilmişdir. Bölməsi, Dnepr boyunca "112-ci xüsusi tank əleyhinə batalyonuna" rəhbərlik edərkən göstərdiyi şücaətinə görə Suvorov ordeninə namizəd göstərilsə də, daha sonra Aleksandr Nevski ordeni ilə təltif edilmişdir. O, 1943-cü il sentyabrın 26-da taborunun ikinci dəfə Dnepr çayını keçmək üçün başçılıq etdiyi döyüşdə şücaətlərinə görə 31 oktyabr 1943-cü ildə Sovet İttifaqı Qəhrəmanı adına namizəd göstərilmişdir. Düşmən artilleriyası, pulemyot atəşi ilə üzləşməsinə baxmayaraq, o, öz batalyonu ilə çayın sağ sahilinə çatan ilk desant qrupu olmaq üçün döyüşmüşdür. Bu döyüşdə Cevdet Dermenci əl bombaları ataraq, yaxın məsafədə döyüşərək düşmən səngərlərinə hücuma rəhbərlik edərək Məhvər dövlətləri qüvvələrini geri çəkilməyə məcbur etmiş və desant qrupuna ərazidə körpübaşı qurmağa icazə vermişdir. Dörd gün ərzində onlar düşmənin tank və piyadalarının təkrar hücumlarının qarşısını almış, əlavə dost qoşunlarına çayı keçərək ərazidə möhkəmlənmələri üçün şərait yaratmışdılar.