İmdadiyyə dərnəyi

İmdadiyyə dərnəyi — 1878-ci ildə Moskvada yerləşən Petrovski-Razumovski Akademiyasında yaradılmış məqsədləri maarifçilik və xeyriyyəçilik olan dərnək. Dərnəyi Həsən bəy Zərdabinin təşəbbüsü ilə o illərdə akademiyada təhsil alan Nəcəf bəy VəzirovƏsgər ağa Gorani yaradıblar.

İmdadiyyə dərnəyi
Növü xeyriyyə, maarif
Yaranma tarixi 1878
Rəsmi dili Azərbaycan dili
Mərkəzi
Sədr Həsən bəy Zərdabi
Üzvləri Həsən bəy Zərdabi
Nəcəf bəy Vəzirov
Əsgər ağa Gorani
Əbülfət ağa Şahtaxtinski
Məmmədtağı Əliyev

1878-ci ildə Həsən bəy Zərdabinin təşəbbüsü ilə Moskvada yerləşən Petrovski-Razumovski Akademiyasında təhsil alan Nəcəf bəy VəzirovƏsgər ağa Gorani İmdadiyyə dərnəyini yaradıblar.[1][2][3] Məqsədləri Həsən bəy Zərdabinin rəhbərliyi altında təhsil üçün Rusiyanın qabaqcıl məktəblərinə, o cümlədən, Petrovski-Razumovski Akademiyasına üz tutan gənclərə yardım göstərmək və maarifçilik olub.[4][5] Dərnəyi yaratdıqdan sonra onun üzvləri, Həsən bəy Zərdabini özlərinə rəhbər seçiblər.[6]

Dərnək bir qədər fəaliyyət göstərdikdən sonra təsisçiləri olan Nəcəf bəy VəzirovƏsgər ağa Gorani və onlarala əlaqədə olan Əbülfət ağa Şaxtaxtinski Çar Rusiyasında gizli polisin nəzarəti altına düşüblər.[4]

Sonrakı illərdə dərnək haqqında heç bir məlumata rast gəlinmir. İllər sonra 1963-cü il avqustun 17-də çıxan "Bakinskiy raboçi" qəzetində dərnək haqqında tarixçi, filosof Ziyəddin Göyüşov məlumat verib.[4] Moskva Mərkəzi Dövlət Arxivində tədqiqat aparan alim, orada dərnəyə aid məxfi məlumatları və məktubları araşdırıb.[4] Arxivdə tapdığı məktubda dərnəyin üzvü Əbülfət ağa Şahtaxtinski Nəcəf bəy Vəzirova bunları yazıb[7]:

" Bizim məqsədimiz zülmü kökündən kəsmək üçün çoxlu mübariz əllər hazırlamaqdır. Biz ziyalı qüvvəsiyik, silahımız birlikdir. Biz cəhalət, nadanlıq, avamlıq əleyhinə mübarizə aparmalıyıq. Biz Şərq dünyası ilə Qərb dünyasını bir-birindən ayıran pərdəni qoparmaq istəyirik. Biz maarif günəşini və onun şüalarını öz tərəfimizə çevirməyə səy edərik ki, onun həyat bəxş edən hərarəti ilə isinib yaşayaq, donmayaq. Biz istibdadı atıb, proqressiv həyatda yaşamağa səy etməliyik. Biz ancaq onda öz qabiliyyətimizi başa düşə bilərik. Biz silah və imkan axtarırıqsa, demək - biz zəhmətkeş əlləri, qüvvənin özünü tərbiyələndirib yetişdirməliyik.[8] "
  1. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası (PDF). I. Bakı: Lider nəşriyyat. 2004. səh. 389. ISBN 9952-417-14-2. 2022-03-06 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-05.
  2. Abdullayev, Adil. "Həsən bəy Zərdabinin maarifçilik və xeyriyyəçilik fəaliyyəti". Azərbaycan qəzeti. 2022-09-30. 2022-09-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-10.
  3. "Bu gün yazıçı və dramaturq Nəcəf bəy Vəzirovun doğum günüdür". az.baku-art.com (az.). 2020-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-10.
  4. 1 2 3 4 Kazımlı, Gülhüseyn. "Görkəmli ədib və ictimai xadim Əsgərağa Goraninin ömür yoluna bir baxış". 525-ci qəzet. 2015-10-29. səh. 6. 2024-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-10.
  5. Dünyaminqızı,, Qərənfil. "Azərbaycan səhnəsinin ilk Hacı Qarası". kaspi.az (az.). 2019-03-06. 2024-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-10.
  6. Məhərrəmli, Qulu. "Zülməti yaranların sırasında: Əsgərağa Gorani". 525-ci qəzet. 2017-06-10. 2021-11-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-10.
  7. Quliyev, Musa. "Коран под военным мундиром". www.kaspiy.az (rus). 2019-01-13. 2024-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-10.
  8. Quliyev, Musa. Şahtaxtinskilər tariximizdə və taleyimizdə (az.). Naxçıvan: Əcəmi NPB. 2010. 21. 2024-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-10.