Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Darvaza
Darvaza — Hündür bir ərazinin giriş və çıxışlarına yerləşdirilən vasitə. Darvazalar qapılardan fərqli olaraq daha böyük ölçülərə malik olur.
Pərvanə
Pərvanə — qadın adı; təxəllüs.
Darvaz
Darbaz (Borçalı) — Gürcüstanın Bolnisi rayonunda kənd. Darbaz (Pəmbək) — Ermənistanın Pəmbək mahalında kənd. Dərəbas — Zəngəzur qəzasında, indi Sisyan rayonunda kənd.
Dərvaq
Dərvaq – Rusiya Federasiyasının Dağıstan Respublikasının Tabasaran rayonunda yerləşən kənd. Dərvaq kəndi «„Dərvaq kənd“» vahidliyinə daxildir. == Əhali == Əhalisi 2875 nəfərdir (2019). Əhalisinin mütləq əksəriyyətini azərbaycanlılar təşkil edir. Dini baxımdan islam dininin sünnə məzhəbində etiqad edirlər. == Coğrafiya == Kənd Dağıstan öndağlığı ərazisində, Dərbənd şəhərindən 20 km qərbdə yerləşir. == Tarix == Bir çox məlumstlara görə kənd V—VII əsrlərdə «Dağ-Barı» istehkamının ətrafında salınmışdır. Dəndin adı Dərbəndnamədə belə keçərlidir. Oda qeyd edilir ki, Əbu Cəfər əl-Mənsur xəlifə olarkın Qafqaza Yezid ibn Əsədi göndərərək Dərbənddə sədd tikintisinə gösyəriş verir. Altı ay ərzində Yezid ibn Əsəd bir necə qalanın tikintisini başa çatdırır.
Dərrakə əsri
"Dərrakə əsri" (ing The Age of Reason, rus Век Разума) — Tomas Payne'nin dövründə çox cəsarətli olan Müqəddəs Kitabın (Bibliya) , teologiyanın və mütəşəkkil dinin tənqidini əks etdirən məşhur əsərlərin sonuncusu. Əsərin birinci hissəsi Payne tərəfindən Fransız həbsxanasında yazılmışdır və burada Ludoviq XVI-nun icraatını pisləyən Jacobins tərəfindən həbs edilmişdir. Fransız tərcüməsi 1794-cü ildə İngilis orijinalına qədər çıxdı. J. Monrounun məsləhətinə əsasən yazılmış ikinci hissə iki il sonra nəşr olundu. Payne də "ali" olduğuna inandığını vurğulamasına baxmayaraq, onun deizmini mühafizəkar Amerika ictimaiyyəti və ruhanilər bir örtük ateizm kimi qəbul etdilər. Həyatının sonuna qədər Payne ölkədən xaric olmuşdur və ABŞ-nin ictimai həyatında iştirakdan çəkilməyə məcbur oldu. "Dərrakə əsri" (Əsrin əsası) termini ABŞ-da "Maarifləndirmə" termini ilə sinonim kimi işlənir. Payne tərəfindən bibliya ənənələrin tənqidi nəzərdən keçirilməsi XIX əsrin rasyonalistləri tərəfindən davam etdirildi. Bu traktatdan gələn xətlər tez-tez istinad edilir: "Mən Müqəddəs Kitaba qarşı həqarətli bir nifrət edirəm — zalım hər şeyə olduğu kimi ." == Tarixi kontekst == === Fikri məzmun: XVIII əsrin ingilis dilçiliyi === Payne kitabı 18-ci əsrin əvvəllərində Britaniya dilçiliyinin ənənələri izləndi. Ayrı mövqeləri saxlayarkən, bu deistlər, Payne səbəbi dövründə formalaşdıran bir neçə fərziyyə və arqumentlər ilə uyğun gəlmir.
Pərvanə (Üşnəviyyə)
Pərvanə (fars. پروانه‎) — İranın Qərbi Azərbaycan ostanının Üşnəviyyə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 165 nəfər yaşayır (36 ailə).
Pərvanə Hacıyeva
Pərvanə Hacıyeva (11 avqust 1973, Marneuli) — biokimya üzrə tanınmış alim, Mayns Universitetinin (AFR) tibb üzrə professoru. == Həyatı və elmi fəaliyyəti == Pərvanə Hacıyeva 1973-cü ildə Gürcüstanın Marneuli şəhərində anadan olmuşdur. 1979-1988-ci illərdə Marneuli rayonunun Şulaveri orta məktəbində təhsil alır. Orta təhsilini davam etdirmək üçün o 1988-ci ildə Gəncə şəhərindəki 17 nömtəli orta məktəbə daxil olur.1989-cu ildə bu məktəbi „Gümüş medal“la başa vurur. Orta məktəbu uğurla başa vuran Pərvanə Hacıyeva 1991-ci ildə Məhəmməd Əmin Rəsulzadə adına Bakı Dövlət Universitetinə daxil olur. Burada o tibbi biologiya ixtisası üzrə təhsil alır. 1996-ci ildə təhsilini bu ali məktəbdə başa vurduqdan sonra o AMEA-nin Molekulyar Biologiya və Biotexnologiya İnstitutunda elmi işçi kimi fəaliyyətə başlayır. Pərvanə Hacıyeva 1998-ci ildə Florens şəhərində yerləşən „Nüvə maqnit rezonansı mərkəzi“ndə doktoranturaya daxil olur. Burada o məşhur alim Prof. Ivano Bertininin rəhbərliyi altında metallproteinlərin struktur-bioloji araşdırılması ilə məşğul olur.
Pərvanə Qurbanova
Pərvanə Yaqub qızı Qurbanova — azərbaycanlı teatr və kino aktrisası, Gəncə Dövlət Dram Teatrının aparıcı aktrisası, Azərbaycan Respublikasının xalq artisti (2000). == Həyatı == 2 aprel 1965-ci ildə anadan olmuşdur. 1981-ci ildə Gəncə Dövlət Dram teatrında fəaliyyətə başlamışdır. Bu illər ərzində aşağıdakı rolları oynamışdır: Maral “Maral” (Cəfər Cabbarlı) Firəngiz “Oqtay Eloğlu” (Cəfər Cabbarlı) Sevinc “Sənsiz”(Şıxəli Qurbanov) İncixanım “Atabəylər” (Nəriman Həsənzadə) Əfsanə “İtkin gəlin” (Əlibala Hacızadə) Narınc “Yandırılmış adam”(Əlibala Hacızadə) Aqasiya “Odu atma, Promitey”(M.Kərim) Nazan “Yad qız”(Orhan Kemal) Gülqönçə “Cavad xan”(Nüşabə Məmmədova) Ülviyyə “Unutmaq İstəyirəm” (Nüşabə Məmmədova) Şahnaz “Mahnı dağlarda qaldı” (İlyas Əfəndiyev) Gənc qadın “Qana-qan”(Bukovça) Həcər xanım “Eşq və İntiqam”(Süleyman Sani Axundov) Qadəm “Qatil”(Elçin Əfəndiyev) Firuzə “Ölüm hökmü”(Elçin Əfəndiyev) Həvva “Varlı qadın” (Elçin Əfəndiyev) Qətibə “Şeyx Nizami”(Oqtay Altunbay) Qızılgül “Balaca şahzadə”(Antuan de Sent-Ekzüperi) Şəhrəbanu “Müsyo Jordan və dərviş Məstəli şah”(Mirzə Fətəli Axundov) Pırpız Sona “Dəli yığıncağı”(Mirzə Cəlil) 1990-cı ildən hal hazıra kimi Gəncə Dövlət Nizami Poeziya teatrında işləyir, və aşağıdakı rolların ifaçısıdır: “Xeyir və Şər”də Kürd qızı, “Məhəbəət əfsanəsi”ndə Şirin, “Bəhram şah”da Afaq, “Məhəbbətin qənimi”ndə Sədaqət və s. Pərvanə Qurbanovanın Milli kino sahəsində də xidmətləri az olmamışdır. Bunlardan "Xocalı faciəsi" haqqında çəkilən "Haray" filmində baş rolda, E. Əfəndiyevin "Sarı gəlin" filmində əsas rollardan birinə, "Pərvanələrin rəqsi" serialında Yaqut xanım roluna çəkilmişdir. == Fəxri adlar və mükafatlar == Teatr xadimləri ittifaqının üzvüdür, “Qızıl Dərviş” mükafatı laureatı, Azərbaycan Respublikasının xalq artistidir. 9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə, 10 may 2019-cu ildə, 7 may 2020-ci ildə, 7 may 2021-ci ildə, 10 may 2022-ci ildə və 6 may 2023-cü ildə Prezident Mükafatına layiq görülmüşdür.
Pərvanə Zəngəzurlu
Pərvanə Zəngəzurlu (1958, Acıbac, Qafan rayonu) — Aşıq Pəri Məclisinin sədri, şairə, "Qızıl qələm" media mükafatı laureatı. Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Pərvanə Hüsü qızı Mustafayeva (Zəngəzurlu) 1958-ci ildə Qafan rayonunun Acıbac kəndində doğulub. 1980-ci ildə M. Ə. Sabir adına Bakı Pedaqoji Texnikumunu (indiki adı: Azərbaycan Dövlət Pedaqoji Kolleci) bitirib. Təyinatla 25 il Fatmai kənd orta məkdəbində müəllim işləmişdir. Yaradıcılığa gənc yaşlarından başlayıb. 2000-ci ildən Azərbaycan Yazıçılar Birliyinin, 2002-ci ildən Aşıq Pəri Məclisinin, 2003-cü ildən "Məhsəti" məclisinin üzvüdür. 2011-ci ildən Aşıq Pəri Məclisinin rəhbəridir. Pərvanə Zəngəzurlunun sözlərinə yazılmış, aşıq və müğənnilər tərəfindən oxunan mahnılardan ibarət 6 audio diski işıq üzü görüb. 2013-cü ildə AYB-nin təltif etdiyi prezident təqaüdünə layiq görülüb.
Pərvanə nahiyəsi
Pərvanə nahiyəsi — XIV əsr-1990 inzibati nahiyə. == Tarixi == 1724-ci ilin icmal dəftərinə görə Ərdəbil əyalətinə tabe olan Ərdəbil livası Pərvanə nahiyəsində aşağıdakı kəndlər mövcud idi: 69 kənd ibarət idi.
Pərvanə İbrahimova
Pərvanə İbrahimova (qızlıq soyadı: Qurbanova; tam adı: Pərvanə Yəhya qızı İbrahimova; 3 avqust 1977, Qaraçanta, Amasiya rayonu) — siyasi elmlər üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin Mətbuat və İnformasiya şöbəsinin rəhbəri (2010-cu ildən) və Beynəlxalq jurnalistika kafedrasının dosenti. 2015-ci ildə kütləvi informasiya vasitələrinin inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalına layiq görülüb. Hazırda Medianın İnkişafı Agentliyində fəaliyyət göstərir. == Təhsili, elmi dərəcə və elmi adları == 1984-1994-cü illərdə Gəncə şəhəri 24 saylı orta məktəbdə oxuyub. 1994-1998-ci illərdə Bakı Dövlət Universiteti, Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinin Beynəlxalq jurnalistika ixtisasını bakalavriat səviyyəsi üzrə fərqlənmə diplomu ilə bitirib. 1998-2000-ci illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Beynəlxalq jurnalistika ixtisası üzrə magistratura səviyyəsini fərqlənmə diplomu ilə başa vurub. 2002-2007-ci illərdə Jurnalistika fakültəsinin Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının "Jurnalistika" ixtisası üzrə dissertantı olub. 2011-ci ildə "Beynəlxalq təşkilatların Dağlıq Qarabağ probleminə dair mövqeyi Azərbaycan mətbuatında (1988-2005-ci illər)" mövzusunda namizədlik dissertasiyası müdafiə edib, siyasi elmlər üzrə fəlsəfə doktoru adına layiq görülüb. == Əmək fəaliyyəti == 1998-2000-ci illərdə müxtəlif mətbuat orqanlarında fəaliyyət göstərib. 2000-2010-cu illərdə Bakı Dövlət Universitetinin Mətbuat və informasiya şöbəsində mütəxəssis vəzifəsində çalışıb.
Pərvanə İsmayılova
Pərvanə Xalid qızı İsmayılova (doğ. 06 fevral 1981, Qax, Azərbaycan SSR, SSRİ) — azərbaycanlı şahmatçı, qadınlar arasında FİDE ustası (1993). 12-14 yaş qızlar arasında SSRİ çempionu (1991). 10 yaş qızlar arasında dünya çempionu (1992). 12 yaş qızlar arasında Avropa çempionu (rapid). 1992-ci ildən etibarən 10,12,14,16 və yuxarı yaş qızlar arasında respublika çempionu. 1992-ci ildə 10 yaşlı qızlar arasında SSRİ və dünya çempionluğunu qazanıb. 1994-cü ildə Avropa birinciliyinin çempionu. == Həyatı == 1988 - ci ildə Qax şəhərindəki 2 saylı orta məktəbin 1- ci sinifinə daxil olmuş və müəyyən qədər xaricdə (Türkiyədə) təhsil aldıqdan sonra 1997- ci ildə Qax şəhər 1 saylı orta məktəbdən məzun olmuşdur. 2011- ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul olub 2016- cı ildə akademiyanın şahmat fakultəsini bitirmişdir.
Sərvanə (Soyuqbulaq)
Sərvanə (fars. ساروانه‎) — İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 63 nəfər yaşayır (10 ailə).
Pərvanə (dəqiqləşdirmə)
Pərvanə (ədəbi məclis)
Dəryaz (Soyuqbulaq)
Dəryaz (fars. درياز‎) — İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,605 nəfər yaşayır (14 ailə).
Nömrə-yi Dəvazdə
Nömrə-yi Dəvazdə (fars. نمره دوازده‎) — İranda, Xuzistan ostanında, Həftkel şəhristanının Rüğeyvə bəxşinin Gəzin dehestanında kənd. 12 nömrəli neft quyusuna görə kənd bu adı almışdır. 2011-ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 10 ailədə 21 nəfəri kişilər və 26 nəfəri qadınlar olmaqla cəmi 47 nəfərdir.
Qızıl darvaza boğazı
Qızıl darvaza boğazı (ing. Golden Gate) Qızıl darvaza boğazı San-Fransisko körfəzini Sakit okeanını birləşdirir. Boğazın uzunluğu 8 km , eni isə 1,5 – 3 km arasında dəyişir. Boğazın şimal hissəsinin sahili Martin bölgəsinə ,cənub hissəsi isə San Fransisko şəhərinin ərasisinə düşür. 1937-ci ildə boğazın üzərində <<Qızıl darvaza>> körpüsü tikilmişdir. Körpünün uzunluğu 1281 m təşkil edir. Bu boğazdan çox sayda gəmilər üzərək keçirlər. Belə ki, ABŞ-nin qərb sahillərində yerləşən ən əsas liman Oklend limanıdır. Boğazın ətrafında ilk məskunlaşmalar hindular tərəfindən həyata keçirilmişdir. Bura ilk ayaq basan avropalılar isə 1776-cı ildə ispanlar olmuşdur.
Dizac-i Pərvanə (Bünab)
Dizac-i Pərvanə (fars. ديزج پروانه‎) — İranın Şərqi Azərbaycan ostanının Bünab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1.028 nəfər yaşayır (248 ailə).