Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dəstəgül
Dəstəgül, Dostahir — Azərbaycan Respublikasının Ağdərə rayonunun Çaylı kənd inzibati ərazi dairəsinin ərazisində keçmişdə mövcud olmuş kənd. Hal hazırda, Azərbaycan Respublikasının inzibati-ərazi bölgüsündə Ağdərə rayonunun tərkibində bu adda kənd qeyd olunmur, 26 mart 1982-ci il tarixli Fərman ilə əslində mövcud olmayan kəndlər kimi yaşayış məntəqələri siyahısından çıxarılmasının təsdiq olunması qərara alınmışdı. == Tarixi == Azərbaycan SSR-nin 1977-ci il yanvarın 1-nə olan vəziyyətə görə tərtib edilmiş inzibati-ərazi bölgüsündə bu kənd o zaman mövcud olmuş Dağlıq Qarabağ Muxtar Vilayətinin Mardakert rayonunun Verin Çaylı kənd Sovetinin tərkibində göstərilir. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 26 mart 1982-ci il tarixli Fərmanı ilə Dostahir kəndinin əslində mövcud olmayan kəndlər kimi yaşayış məntəqələri siyahısından çıxarılmasının, bir birinə birləşmiş Verin Çaylı və Nerkin Çaylı kəndlərinə Çaylı adı verilməsinin və bununla əlaqədar Çaylı kəndi mərkəz olmaqla, Verin Çaylı kənd Sovetinin Çaylı kənd Soveti adlandırılmasının təsdiq olunması qərara alınmışdı. Qarabağ münaqişəsi başlayandan sonra Azərbaycan Respublikasının 26 noyabr 1991-ci il tarixli Qanunu ilə Dağlıq Qarabağ Muxtar Vilayətinin ləğv olunması, Mardakert rayonunun Ağdərə rayonu adlandırılması qərara alınmışdı. Daha sonra isə Azərbaycan Respublikası Milli Məclisinin 25 avqust 1992-ci il tarixli, 287 saylı Qərarı ilə Ağdərə rayonunun bir neçə yaşayış məntəqələri, o cümlədən Çaylı kənd Soveti Tərtər rayonunun tərkibinə verilmişdi. Ağdərə rayonu isə Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli qərarı ilə ləğv edilərək ərazisi Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Keçmiş kəndin ərazisi 1994-cü ilin mart-aprel aylarından 10 noyabr 2020-ci ilə kimi erməni silahlı birləşmələrinin işğalı altında olmuşdur. İşğal vaxtı keçmiş kəndin ərazisini tanınmamış qondarma, özünü "Dağlıq Qarabağ Respublikası" adlandıran separatçı rejim nəzarətində saxlayırdı. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq keçmiş kəndin ərazisi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir.
Dəstəgül Zamanlı
Dəstəgül Zamanlı — azərbaycanlı şairə, jurnalist, publisist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü. == Həyatı == Dəstəgül Şəmiyeva Əzməmməd qızı Zamanlı 1960-cı iyun ayının 15-də Şamaxı rayonunun Zarat kəndində anadan olmuşdur. Şamaxı şəhər 4 nömrəli orta məktəbi bitirdikdən sonra 1982-ci ildə Bakı Tibb Texnikumuna qəbul olmuşdu. Texnikumu bitirəndən sonra 1992-2001-ci illərə kimi Azərbaycan Milli Ordusunda gizir rütbəsində xidmət etmişdi. 2007-ci ildən Azərbaycan Respublikası Sərhəd Qoşunlarının Baş Klinik Hospitalında tibb bacısı vəzifəsində işləmişdir. Çalışdığı dövrlərdə o, özünü vətənpərvər şəxs kimi sübut etmiş və həkim kimi fədakarlıqla hərbçilərimizin keşiyində durmuşdur. Eyni zamanda uşaq yaşlarında onda ədəbiyyata, şeirə həvəs formalaşmışdır. O, daima insanların ürəyindən keçən duyğuları, hissləri qələmə almağa, təsvir eləməyə, oxuculara çatdırmağa çalışmışdır. Eyni zamanda Dəstəgül Zamanlı “Vətən uğrunda” qəzetinin müxbiri idi. Hər zaman o, Qarabağ əlillərinin sosial vəziyyəti ilə çox maraqlanır və kimin bir problemi vardısa rayon rəhbərliyi ilə onu həll edirdi.
Dərnəgül metrostansiyası
Dərnəgül metrostansiyası — Bakı metrosunun ən son tikilən stansiyasıdır. Stansiya 7–8-ci mikrorayonların ərazisində yerləşir. Süleyman Sani Axundov küçəsinə çıxışı var. Stansiya sütunsuzdur. Bakı metrosunun sayca iyirmi üçüncü stansiyasıdır. == Tarixi == Stansiyanın qazıntısına SSRİ dönəmində başlanılıb. Tikintisinə 2009-cu ildə başlanılıb. 2011-ci il 29 iyun tarixində istifadəyə verilmişdir. Açılışında prezident İlham Əliyev iştirak etmişdir.
Dəstətük xaçgülü
Tephroseris cladobotrys (lat. Tephroseris cladobotrys) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin tephroseris cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Çoxillik, hündürlüyü 40-120 sm olan, gövdəsi sadə, düzdayanan, hörümçəktoruvari tüklənmiş, qısa kökümsovlu bitkidir. Yarpaqları tünd yaşıl, qıraqları bütöv, yaxud diş-dişlidir. Kökyanı və aşağı gövdə yarpaqları yumurtavari-uzunsov, küt və ya ucu biz, saplaqları enlidir. Orta gövdə yarpaqları oturaq, lansetvari və ya dar uzunsov, küt və ya ucu bizdir. Səbətləri çiçəkləyən vaxt sıx çətir formalı çiçəkqurupunda yığılır. Səbətin ayaqcıqları müxtəlif uzunluqda, hörümçəktoruvari tüklüdür. Sarğısı 5–7 mm enində yarımkürəvari, daxili yarpaqları 4–5 mm uzunluqda ucu biz lansetvari, onlardan 2-3 dəfə kiçik olan xarici yarpaqları xətvaridir. Dilcik çiçəkləri sarı və ya narıncı rəngdədir.
Dərnəgül Dəyirmanı (1991)
Dərnəgül dəyirmanı (film, 1991)
Dəstəfur
Dəstəfur — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Dəstəfur kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Adını sahilində yerləşdiyi Dəstəfur çayından almışdır. == Tarixi == XIX əsrdə kəndin ayrımlar tərəfindən salınması haqqında məlumat verilir. Daşkəsən rayonu da 1956-cı ilədək Dəstəfur adlanmışdır. Kəndin Digər yerli adı Qızıltaxçadır. === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Dəstəfur bazilikası == Coğrafiyası və iqlimi == Kənd Dəstəfurçayın sahilində, Başkənd-Dəstəfur çökəkliyində yerləşir. == Əhalisi == == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. == Mədəniyyəti == Kənddə 1 №-li və 2 №-li Dəstəfur kənd kitabxana filialları, Dəstəfur kənd Mədəniyyət Evi fəaliyyət göstərir. == Təhsil == Kənddə Daşkəsən rayon Dəstəfur kənd tam orta məktəbi fəaliyyət göstərir.
Dəstəfur bazilikası
Dəstəfur bazilikası — Daşkəsən rayonunun Dəstəfur kəndində inşa edilən XV əsrə aid məbəd. Sovet hakimiyyəti dövründə bərpa adı altında burada çalışan erməni mütəxəssislər məbədə xeyli zərər vursalar da onu erməniləşdirə bilməmişlər. Məbəddəki xaçlar və digər dini xarakterli əşyalar oğurlansa da, alban kilsəsini qriqorian kilsəsi adı altında təqdim etmək cəhdləri tam uğursuzluqla nəticələnmişdir. Bundan sonra təxribat nəticəsində kilsə partladılmışdır. Tağlardan ikisi dağılsa da, kilsə özü duruş gətirmişdir. Dəstəfur kəndinin lap yaxınlığında inşa edilən məbədə sonralar ermənilər tərəfindən qapının yan divarına yuxarı qülləyə yerləşdirilmiş saxta erməni yazıları, ornamentləri heç nəyi dəyişməmişdir.
Dəstəfur bələdiyyəsi
Daşkəsən bələdiyyələri — Daşkəsən rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Dəstəfur rayonu
Daşkəsən rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. Mərkəzi Daşkəsən şəhəridir. == Tarixi == Keçmiş Sunqurabad nahiyəsi olan Daşkəsən rayonu Azərbaycan SSR ərazisində 30.08.1930-cu ildə inzibati ərazi kimi yaradılmışdır. Daşkəsən şəhərinin əsası Böyük Vətən müharibəsindən sonra 1948-ci il mart ayının 16-da qoyulub. Rayon əsasən dəmir filizi yataqlarının istifadəyə verilməsi ilə əlaqədar salınıb. Bundan sonra rayona əhali axını güclənmişdir. Lakin rayona daha çox ermənilər məskunlaşdılırdı. Ermənilərin Moskvadakı havadarı Anastas Mikoyanın təşkilatçılığı ilə 1948–1953-cü illərdə Daşkəsənə minlərlə erməni ailəsi köçürülür. 1956-cı ilə qədər Dəstəfur rayonu adını daşımış, 1956-cı ildə Daşkəsən adlandırılmışdır. 1963-cü ildə ləğv edilərək ərazisi o dövrkü Xanlar rayonuna verilmiş, 1965-ci ildə isə yenidən müstəqil inzibati ərazi — rayon olmuşdur.