Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dəstəgül
Dəstəgül, Dostagir — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd. 1993-cü ildə kənd Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. == Tarixi == Dostagir kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam rayonu, Tərtər rayonu və Kəlbəcər rayonu arasında bölüşdürüldü. Dostagir kəndi də Tərtər rayonuna birləşdirilən kəndlərdən biridir. == Haqqında == Dəstəgül kəndi Qarabağ silsiləsinin ətəyindədir. Keçmiş adı Dəstahir kimi rəsmiləşdirilmişdi. Yerli əhali kəndin adını Tahir adlı şəxslə bağlayır. Tədqiqatçıların bir qismi toponimi XIX əsrdə qeydə alınmış qaraçorlu tayfa birliyinə daxil olan dəstagir tirəsinin adı ilə, digər qismi isə alban hökmdarı Vaçaqanın (V əsr) qızı Dəstəgülün adı ilə əlaqələndirir və guya kəndin vaxtilə bu şahzadənin yay iqamətgahı olduğunu söyləyirlər. Əslində, oykonim dəstə (su arxı) və hır (axar) komponentlərindən ibarət olub, "axar su kənarında kənd" mənasını daşıyır. Kəndin Kürəkçayın qollarından birinin kənarında yerləşməsi və Çaylı adlanan inzibati ərazi vahidliyinin tərkibində olması da bu fikri təsdiqləyir.
Dəstəgül Zamanlı
Dəstəgül Zamanlı — azərbaycanlı şairə, jurnalist, publisist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü. == Həyatı == Dəstəgül Şəmiyeva Əzməmməd qızı Zamanlı 1960-cı iyun ayının 15-də Şamaxı rayonunun Zarat kəndində anadan olmuşdur. Şamaxı şəhər 4 nömrəli orta məktəbi bitirdikdən sonra 1982-ci ildə Bakı Tibb Texnikumuna qəbul olmuşdu. Texnikumu bitirəndən sonra 1992-2001-ci illərə kimi Azərbaycan Milli Ordusunda gizir rütbəsində xidmət etmişdi. 2007-ci ildən Azərbaycan Respublikası Sərhəd Qoşunlarının Baş Klinik Hospitalında tibb bacısı vəzifəsində işləmişdir. Çalışdığı dövrlərdə o, özünü vətənpərvər şəxs kimi sübut etmiş və həkim kimi fədakarlıqla hərbçilərimizin keşiyində durmuşdur.Eyni zamanda uşaq yaşlarında onda ədəbiyyata, şeirə həvəs formalaşmışdır. O, daima insanların ürəyindən keçən duyğuları, hissləri qələmə almağa, təsvir eləməyə, oxuculara çatdırmağa çalışmışdır. Eyni zamanda Dəstəgül Zamanlı “Vətən uğrunda” qəzetinin müxbiri idi. Hər zaman o, Qarabağ əlillərinin sosial vəziyyəti ilə çox maraqlanır və kimin bir problemi vardısa rayon rəhbərliyi ilə onu həll edirdi. Çoxlu Qarabaq əlilləri ilə bağlı portret yazıları yazmışdır.
Dərnəgül metrostansiyası
Dərnəgül metrostansiyası — Bakı metrosunun ən son tikilən stansiyasıdır. Stansiya 7–8-ci mikrorayonların ərazisində yerləşir. Süleyman Sani Axundov küçəsinə çıxışı var. Stansiya sütunsuzdur. Bakı metrosunun sayca iyirmi üçüncü stansiyasıdır. == Tarixi == Tikintisinə 2009-cu ildə başlanılıb. 2011-ci il 29 iyun tarixində istifadəyə verilmişdir. Açılışında prezident İlham Əliyev iştirak etmişdir.
Dəstətük xaçgülü
Dəstətük xaçgülü - (lat. Tephroseris subfloccosa) - Tephroseris cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Çoxillik, hündürlüyü 40-120 sm olan, gövdəsi sadə, düzdayanan, hörümçəktoruvari tüklənmiş, qısa kökümsovlu bitkidir. Yarpaqları tünd yaşıl, qıraqları bütöv, yaxud diş-dişlidir. Kökyanı və aşağı gövdə yarpaqları yumurtavari-uzunsov, küt və ya ucu biz, saplaqları enlidir. Orta gövdə yarpaqları oturaq, lansetvari və ya dar uzunsov, küt və ya ucu bizdir. Səbətləri çiçəkləyən vaxt sıx çətir formalı çiçəkqurupunda yığılır. Səbətin ayaqcıqları müxtəlif uzunluqda, hörümçəktoruvari tüklüdür. Sarğısı 5–7 mm enində yarımkürəvari, daxili yarpaqları 4–5 mm uzunluqda ucu biz lansetvari, onlardan 2-3 dəfə kiçik olan xarici yarpaqları xətvaridir. Dilcik çiçəkləri sarı və ya narıncı rəngdədir.
Dərnəgül Dəyirmanı (1991)
Dərnəgül dəyirmanı (film, 1991)
Dəstəfur
Dəstəfur — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Dəstəfur kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Adını sahilində yerləşdiyi Dəstəfur çayından almışdır. == Tarixi == XIX əsrdə kəndin ayrımlar tərəfindən salınması haqqında məlumat verilir. Daşkəsən rayonu da 1956-cı ilədək Dəstəfur adlanmışdır. Kəndin Digər yerli adı Qızıltaxçadır. === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Dəstəfurçayın sahilində, Başkənd-Dəstəfur çökəkliyində yerləşir. == Əhalisi == == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. == Mədəniyyəti == Kənddə 1 №-li və 2 №-li Dəstəfur kənd kitabxana filialları, Dəstəfur kənd Mədəniyyət Evi fəaliyyət göstərir. == Təhsil == Kənddə Daşkəsən rayon Dəstəfur kənd tam orta məktəbi fəaliyyət göstərir.
Dəstəfur bazilikası
Dəstəfur bazilikası — Daşkəsən rayonunun Dəstəfur kəndində inşa edilən XV əsrə aid məbəd. Sovet hakimiyyəti dövründə bərpa adı altında burada çalışan erməni mütəxəssislər məbədə xeyli zərər vursalar da onu erməniləşdirə bilməmişlər. Məbəddəki xaçlar və digər dini xarakterli əşyalar oğurlansa da, alban kilsəsini qriqorian kilsəsi adı altında təqdim etmək cəhdləri tam uğursuzluqla nəticələnmişdir. Bundan sonra təxribat nəticəsində kilsə partladılmışdır. Tağlardan ikisi dağılsa da, kilsə özü duruş gətirmişdir. Dəstəfur kəndinin lap yaxınlığında inşa edilən məbədə sonralar ermənilər tərəfindən qapının yan divarına yuxarı qülləyə yerləşdirilmiş saxta erməni yazıları, ornamentləri heç nəyi dəyişməmişdir.
Dəstəfur bələdiyyəsi
Daşkəsən bələdiyyələri — Daşkəsən rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Dəstəfur rayonu
Daşkəsən rayonu — Azərbaycan Respublikasında inzibati-ərazi vahidi. İnzibati mərkəzi Daşkəsən şəhəridir. == Tarixi == Keçmiş Sunqurabad nahiyəsi olan Daşkəsən rayonu Azərbaycan SSR ərazisində 30.08.1930-cu ildə inzibati ərazi kimi yaradılmışdır. Daşkəsən şəhərinin əsası Böyük Vətən müharibəsindən sonra 1948-ci il mart ayının 16-da qoyulub. Rayon əsasən dəmir filizi yataqlarının istifadəyə verilməsi ilə əlaqədar salınıb. Bundan sonra rayona əhali axını güclənmişdir. Lakin rayona daha çox ermənilər məskunlaşdılırdı. Ermənilərin Moskvadakı havadarı Anastas Mikoyanın təşkilatçılığı ilə 1948–1953-cü illərdə Daşkəsənə minlərlə erməni ailəsi köçürülür. 1956-cı ilə qədər Dəstəfur rayonu adını daşımış, 1956-cı ildə Daşkəsən adlandırılmışdır. 1963-cü ildə ləğv edilərək ərazisi o dövrkü Xanlar rayonuna verilmiş, 1965-ci ildə isə yenidən müstəqil inzibati ərazi — rayon olmuşdur.