Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dəstgah
Dəstgah (fars. دستگاه‎, dəst – komplekt, gah – mövqe, məqam, məkan) — müəyyən muğam tərkibinə daxil olan bütün şaxələr, şöbələr, guşələr, rədiflər, rənglər və təsniflərin küll halında, məntiqi inkişaf qaydası üzrə mütəşəkkil məcmusu. İran klassik musiqisinin növü. Məşhur İran tar ifaçısı M.Marufinin təsnifatına görə 7 əsas hissədən ibarətdir: Şur, Segah, Cahargah, Mahur, Hümayun, Rast-Pəncah, Nəva. Qacarlar öz Təbriz saraylarında (vəliəhdin qaldığı yer) Azərbaycan dilində, rədif-dəstgah ənənəsinə bənzər musiqi ənənəsinə himayəlik edirdilər. Bu saray musiqisi Azərbaycan muğamının əsasını təşkil etmişdir. Etnoqraflar tərəfindən rədif-dəstgahın farsdilli ərazilərin musiqi normalarına uyğun gəlmədiyi bildirilmiş, Jin Durinq isə bu sistemin birbaşa 12 muğam sistemindən gəlmədiyini, mənşəcə azərbaycanlılara uyğun göründüyünü qeyd etmişdir. Ehtimal edilir ki, dəstgah sisteminin İrana gəlməsi mənşəcə Azərbaycandan olan, Tehran saraylarına Azərbaycan və türk musiçilərini gətirən Qacarların işidir. == Ümumi xüsusiyyətləri == Dəstgah hər hansı bir muğamın («Rast», «Şur», «Cahargah» və s.) tərkibinə daxil olan bütün şaxələri, şöbə və guşələri, rədifləri, rəngləri, təsnifləri özündə birləşdirən məntiqi ardıcıllıqdır. Üzeyir Hacıbəyov yazırdı ki: SSRİ xalq artisti, professor Bülbül dəstgahları bir-biri ilə üzvi surətdə əlaqəli və məntiqi olaraq birindən digərinə keçən muğamlardan ibarət olduğunu qeyd etmişdir.
Çay Dəstgahı
Çay Dəstgahı — Azərbaycan ədəbiyyatında ilk alleqorik pyes. Cəlil Məmmədquluzadənin 2 dekabr 1889-cu ildə Baş Noraşendə (indiki Cəlilkənddə) yazdığı ilk bədii əsərdir. Cəlil Məmmədquluzadənin gənclik illərində bədii yaradıcılığa pyes yazmaqla başlaması anlaşılandır. Əsər ilk dəfə Cəlil Məmmədquluzadənin iştirakı ilə Baş Noraşen məktəbində həvəskar müəllim və şagirdlər tərəfindən tamaşaya qoyulmuşdur. Əsərdə sadə bir sujet əsasında həmin dövr üçün aktual və əhəmiyyətli olan "kimdir müqəssir" və "nicat yolu haradadır" kimi suallara cavab axtarılmışdır. Dramaturq hadisələri alleqorik şəkildə Samovar, Padnos, Çaynik, İstekan, Qaşıq, Maşa, Truba, Nökər obrazları vasitəsilə əks etdirmişdir. Əhvalat Hacı Rəhimbəyovun evində baş verir. Kresloda samovar, stullarda padnos, istəkan, qaşıq, maşa, çaynik, nəlbəki, truba oturub. "Çay dəstgahı"nın remarkasına diqqət etsək, özünü ağsaqqal hesab eden Samovar kresloda, İstəkan sağ stulda, Nəlbəki isə stolda əyləşmişdir. Samovar onları xəbərdar edir ki, dünən bu zaman öz xanımı ilə içdiyi çaydan lazımi tamı ala bilməyiblər.
Dəstcan
Dəstcan (fars. دستجان‎; azərb. Dəsgan‎) — İranda, Mərkəzi ostanında, Fərahan şəhristanının Mərkəz bəxşinin Fərməhin dehestanında kənd. Ərak şəhərindən 70 km, Fərməhin şəhərindən isə 25 km şimal–qərbdə, dəniz səviyyəsindən təqribən 1860–1870 metr hündürlükdə yerləşir. Adı tarixi məxəzlərdə ilk dəfə X əsrdə, "Dəsgan" kimi qeyd edilmişdir. Sakinləri indi də kəndi bu adla adlandırırlar. İran ordusu Qərargahının Coğrafiya İdarəsi (fars. دايره جغرافيايي ستاد ارتش‎) tərəfindən toplanmış məlumatlar əsasında general–leytenant Hüseyn Əli Razmaranın (fars. حسین علی رزم آرا‎; ing. Hossein Ali Razmara) redaktorluğu ilə 1949–1953–cü illərdə 10 cild şəklində nəşr edilmiş "İranın coğrafiya lüğəti"ndə (ing.
Dəstna
Dəstna— İranın Çahar-Mahal və Bəxtiyari ostanının Kiyar şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,111 nəfərdən ibarət idi. Əhalisinin əksəriyyəti bəxtiyarilərdən ibarətdir, bəxtiyari dialektində danışırlar və şiə müsəlmandırlar.
Dəzgah
Dəzgah verilmiş hər hansı bir pəstahın alətlə emal etmək qabiliyyətinə malik olan maşınlara deyilir. Praktikada dəzgahlar materialları kəsmək, soyuq halda emal etmək və ya birləşdirmək üçün tətbiq edilir. === İşləmə prinsipi === Hissəyə forma verilməsi üçün dəzgah alət və pəstah arasında kinematik hərəkəti yerinə yetirmək üçün ötürmə sisteminə malikdir. Kinematik hərəkətdə əsas, yəni kəsici və köməkçi hərəkət, yəni boş gedişdəki hərəkətlər fərqlənirlər. Əsas hərəkət çox vaxt fırlanma ilə, köməkçi hərəkət isə verişlə xarakterizə olunur. Mətnin sındırılmasıMexaniki emalda tətbiq olunan dəzgahların əsas məqsədi pəstahı kəskilərlə yonaraq emal etməkdən ibarətdir. Soyuq halda emalda isə dəzgah metalların təzyiq altında deformasiya edərək ona lazımi formanı verir. Dəzgahların emal dəqiqliyi normal halda 1 mkm həddində, dəqiqliyi artırılmış dəzgahlarda isə 0,001 mkm olur. Tətbiq olunan alətlərin tilləri adətən bərk xəlitə, keramik, almaz və ya bornitrid əsaslı materiallardan hazırlanır. === Konstruksiyası === Dəzgahların hərəkətli hissələrini bir-biri ilə stabil birləşdirmək üçün çüqündan və ya polimerbetondan hazırlanmış ağır gövdədən istifadə edilir.
Pəstah
Pəstah - hər hansı bir üsulla emal olunan hissələrə deyilir. Emal üsulu burada heç bir rol oynamır. Pəstah dedikdə həm də tam hazır olmayan maşın hissələri nəzərdə tutulur. Onlar metaldan və qeyri metallardan hazırlana bilir. Hazırlanma üsulu nisbətən kobud olub ilkin həndəsi formanın və mexaniki xassələrin verilməsinə xidmət edir. Burada adətən təzyiq altında emal üsullarından istifadə edilir. Əliyev, R.R. Maşınqayırma leksikonu. Bakı: Apostroff, I hissə, 2012.427 s.
Dəstgir (Meşkinşəhr)
Dəstgir (fars. دستگير‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 237 nəfər yaşayır (57 ailə).
Dərgah (Salmas)
Dərgah (fars. درگه‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 210 nəfər yaşayır (36 ailə).
Metalkəsən dəzgah
Dəzgah verilmiş hər hansı bir pəstahın alətlə emal etmək qabiliyyətinə malik olan maşınlara deyilir. Praktikada dəzgahlar materialları kəsmək, soyuq halda emal etmək və ya birləşdirmək üçün tətbiq edilir. Hissəyə forma verilməsi üçün dəzgah alət və pəstah arasında kinematik hərəkəti yerinə yetirmək üçün ötürmə sisteminə malikdir. Kinematik hərəkətdə əsas, yəni kəsici və köməkçi hərəkət, yəni boş gedişdəki hərəkətlər fərqlənirlər. Əsas hərəkət çox vaxt fırlanma ilə, köməkçi hərəkət isə verişlə xarakterizə olunur. Mətnin sındırılmasıMexaniki emalda tətbiq olunan dəzgahların əsas məqsədi pəstahı kəskilərlə yonaraq emal etməkdən ibarətdir. Soyuq halda emalda isə dəzgah metalların təzyiq altında deformasiya edərək ona lazımi formanı verir. Dəzgahların emal dəqiqliyi normal halda 1 mkm həddində, dəqiqliyi artırılmış dəzgahlarda isə 0,001 mkm olur. Tətbiq olunan alətlərin tilləri adətən bərk xəlitə, keramik, almaz və ya bornitrid əsaslı materiallardan hazırlanır. Dəzgahların hərəkətli hissələrini bir-biri ilə stabil birləşdirmək üçün çüqündan və ya polimerbetondan hazırlanmış ağır gövdədən istifadə edilir.
Toxucu dəzgah
Toxucu dəzgah — üfüqi istiqamətdə torpağa və ya döşəməyə uzadılan, yaxud şaquli istiqamətdə yuxarısı divara, aşağısı döşəməyə və ya torpağa dayanan parça, xalça və xalça məmulatları toxumaq üçün istifadə edilən sadə toxucu dəzgah Qədim zamanlarda köçəri həyat sürən insanlar yeraltı qazmaları, damları, çadırları, tavanı alçaq kənd evlərini üçün xarakterik olduğundan xalça dəzgahlar üfüqi şəkilıdə qurulmuşdur. Ərişlərə lazım olan tarımlıq yerə bərkidilmiş ağacları oxlarla birləşdirən iplərin qısaldılması ilə verilmişdir. Buna görə də köçəri həyat sürən insanlar üçün üfüqi dəzgahlar əlverişsiz olmuşdur, çünki toxuma prosesində toxucu belini əydiyindən fiziki cəhətdən yorulmuş və əmək məhsuldarlığı aşağı düşmüşdür. Bu səbəbdən müəyyən müddət sonra üfüqi dəzgah təkmilləşmiş və zaman keçdikcə şaquli şəklə salınaraq divar hanası adlanan toxucu dəzgah şəklinə düşmüşdür.
Üfiqi dəzgah
Yer hanası (toxucu dəzgah) — üfüqi istiqamətdə, torpağa və ya döşəməyə uzadılan, parça, xalça və xalça məmulatları toxumaq üçün istifadə edilən sadə toxucu dəzgah. Qədim zamanlardan bizim günlərə qədər əllə toxunan məmulatlar hana adlanan sadə dəzgahlarda toxuyurdular. Hana, paralel və əks tərəfləri olan dördbucaqlı şəklində toxucu dəzgahdır. Hananın ikinövü mövcuddur; yer hanası və divar hanası. İlk öncə yer hanası meydana gəlmişdir. Yer hanası aşağıdakı əsas hissələrdən ibarət olur: Yer hanasının hər bir hissəsinin öz vəzifəsi var. bir cüt köndələn dolağacdan, onları bir-birindən xeyli aralıda, sabit saxlayan iki cüt mıxçadan, gücü ağacından və gücülənmiş əriş taylarını üfüqi vəziyyətdə saxlayan 3 ədəd çatma ayağından ibarət idi. Hana kompleksi ağız çubuğu, çarpaz çubuğu, asma ipləri, və taxta "qılınc" ilə tamamlanırdı. XX əsrin əvvəllərinə qədər geniş çeşiddə istehsal edilən yun parçaların bəzi növləri (şal, mahud, tirmə, dügürd, cecim, çul, ladı və s.) yer hanasında istehsal edilirdi. Yer hanasında, daha çox qadınlar tərəfindən toxunan şal (yer şalı), əsasən, ailənin daxili ehtiyacını ödəməklə, əsrlər boyu ev peşəsi kimi qiymətləndirilmişdir.
Şaquli dəzgah
Divar hanası (toxucu dəzgah) — Şaquli istiqamətdə, yuxarı hissəsi divara, aşağı hissəsi döşəməyə dayanan, xalça toxumaq üçün istifadə edilən toxucu dəzgah Qədim zamanlardan bizim günlərə qədər əllə toxunan xalçaları hana adlanan sadə dəzgahlarda toxuyurdular. Hana, paralel və əks tərəfləri olan dördbucaqlı şəklində toxucu dəzgahdır. Hananın iki növü mövcuddur; yer hanası və divar hanası. Divar hanası aşağıdakı əsas hissələrdən ibarət olur: Qollar (2 ədəd); Oxlar (2 ədəd); Yan ağacları (2 ədəd); Vərəngalan (1ədəd); Vərəngalanın uzunluğu oxların qollar arasındakı uzunluğuna bərabər olmalıdır Çubuq (2 ədəd); Çubuqlar oxların qollar arasındakı uzunluğuna bərabər olmalıdır. Küjü ağacı (1ədəd); Əvvəlcə üfiqi dəzgahlar olan yer hanasından istifadə olunurdu. Yer hanası təkmilləşmiş və zaman keçdikcə şaquli şəklə salınaraq divar hanası adlanan toxucu dəzgah şəklinə düşmüşdür. Şaquli toxucu dəzgah olan divar hanası əriş saplarla dartılmış dördbucaqlı taxta çərçivədir. Toxucu dəzgzah olan hana ustalara təsvirin xətləri və rəngləri ilə çevik işləmək imkanı verir. Hər bir hana ensiz hamar çubuq ilə təchiz olunmuşdur. Arğac ipliyin keçirilməsi üçün əriş saplarda boşluğun yaradılması bu çubuq vasitəsilə həyata keçitrilir.
Ox (toxucu dəzgah)
Ox — divar hanasının (toxucu dəzgahının) alt və üst tərəflərini tamamlayan möhkəm oduncaqdan olan hissə. Oxların diametri 20 sm-dən 35 sm-ə kimi ola bilər.
Mirzə Həbib Dəstan Beni
Mirzə Həbib Dəstan Beni və ya Mirzə Həbib İsfahani-19-cu əsrdə yaşayan azərbaycanlı ədib və şair 1835-ci(1250 Hicri Qəməri təqvimi) ildə Ben şəhərində dünyaya gəlmişdir.Uzun müddət İstanbulda yaşamaq üçün "Həbib Əfəndi" və "Mirzə Həbib Əfəndi" kimidə tanınırdi.Kitablarının birisində əslinin Qarabağdan olmasını bildirib.Bursa şəhərində vəfat edib.