1. Kömək edən, əldən tutan; yardımçı, himayəçi, köməkçi.
Tutsan əlini məni-fəqirin; Həqq ola həmişə dəstəgirin.
Deyirlər ki, cəmi füqəranın dəstgiridir.
2. Tutulmuş, əl-qolu bağlanmış; əsir.
□ Dəstgir etmək – tutmaq, əlinə keçirmək, başını bağlamaq, əsir etmək. Uzaq valilərinə də kağız göndər.
Hər nə xan varsa, dəstgir edib Tehrana göndər.
Camal … dərin meşələrə girib maralları dəstgir edirdi.
Dəstgir olmaq – ələ keçmək, təslim olmaq, əsir olmaq.
// məc. Əsir, məşğul.
Xanpəri bu fikirlərin əlində dəstgir ikən divar saatı on ikini vurdu.