Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kоmpyеn vaqonu
Kompyen vaqonu
Kоmpyеn vaqonu (fransız tarixşünaslığında Wagon de l’Armistice — "barışıq vaqonu" da adlanır) — 1918-ci ildə birinci Kоmpyеn sülh sazişinin (1918) (Alman imperiyasının kapitulyasiyası) və ikinci Kоmpyеn sülh sazişinin (1940) (Fransanın kapitulyasiyası) imzalandığı dəmiryolu vaqonu. == Birinci Dünya Müharibəsi və sonrakı dövr == Vaqon 1914-cü ildə Saint-Denidəki Compagnie Internationale des Wagons-Lits şirkəti tərəfindən restoran-vaqon kimi istifadəyə verilmişdi. Lakin sonra Marşal Foşun qərargah-vaqonuna çevrildi və 1918-ci ildə marşal tərəfindən Almaniya ilə barışıq imzalamaq üçün seçilmişdi. Bu vaqonda I Dünya Müharibəsində hərbi əməliyyatların dayandırılması haqqında 1918-ci il noyabrın 11-də Kompyen şəhəri yaxınlığında Fransanın Pikardi bölgəsində Antanta və Almaniya İmperiyası arasında barışıq imzalanmışdı. Müharibələrarası dövrdə vaqon əvvəlcə prezident Millerandın şəxsi vaqonu kimi istifadə olunmuşdu. O, 1920-ci ilin dekabrında bu vaqonda Verdenə səfər etmişdi. Sonra isə vaqon Parisdə Əlillər Evində və "Barışıq Sahəsi"ndə nümayiş olunmuşdur. 1927-ci il noyabrın 11-də "Barışıq Sahəsi"ndə vaqon üçün xüsusi bina inşa edilmişdir. == İkinci Dünya müharibəsi == 1940-cı ilin iyununda fransız qoşunları Üçüncü Reyxin ordusu tərəfindən məğlub edildikdə, Adolf Hitlerin birbaşa əmri ilə vaqon bu binadan çıxarıldı, bunun üçün hətta divarı partlatmaq lazım gəldi. Fransanı alçaltmaq niyyətində olan Hitler Fransanın Almaniyaya faktiki təslim olmasını nəzərdə tutan İkinci Kоmpyеn sülh sazişinin imzalanmasının orada olmasını istədi.
Qızıl Daqon Paqodası
Şvedaqon paqodası — Myanmarın Yanqon şəhərində yerləşən zərli stupa. == Haqqında == Şvedaqon Myanmadakı ən müqəddəs Buddist paqodadır. Çünki, burada indiki Kalpanın dörd əvvəlki Buddanın qalıqlarının olduğu güman edilir. Bu qalıqlara Kakusandhanın əsası, Konaqamananın su filtri, Kassapa paltarının bir parçası və Qautama başının səkkiz teli daxildir. 51 metr (167 fut) hündürlüyündə Sinquttara təpəsində tikilmiş , 112 m (367 fut) hündürlüyü olan paqoda dəniz səviyyəsindən 170 m (560 fut) hündürlükdədir və Yanqon siluetinə hakimdir. Yanqonun binaların maksimum hündürlüyünü dəniz səviyyəsindən 127 metr (417 fut) hündürlüyə (paqodanın dəniz səviyyəsindən hündürlüyünün 75%-i) qədər məhdudlaşdıran rayonlaşdırma qaydaları Şvedaqonun şəhərin siluetində önə çıxmasını təmin edir. == Tarixi == Əfsanəyə görə, Şvedaqon paqodası 2500 ildən çox əvvəl — Budda hələ sağ olarkən — inşa edilmişdir ki, bu da onu dünyanın ən qədim Buddist stupasına çevirəcəkdir. Buddhavaṃsa görə, Tapussa və Bhallika adlı Ukkalajanapadadan olan iki tacir Budda ilə qarşılaşdıqda Bodh Qayadan keçirdilər. O zaman rajayatana ağacının altında oturaraq yeni əldə etdiyi Buddalığın səadətindən zövq alan Budda onların düyü tortu və bal təkliflərini qəbul etdi və əvəzində onlara dharmanın bir hissəsini öyrətdi . Bununla da onlar ilk adi şagirdlər oldular.
Dağdöşü
Dağdöşü (əvvəlki adı: Tyak) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Hadrut qəsəbə inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Tyak kəndi Dağdöşü kəndi adlandırılmışdır. 2 oktyabr 1992-ci ildən 14 oktyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Dağdöşü kəndi 14 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == XIX əsrə aid sənədlərdə Tağ kimi qeydə alınmış bu kəndin adı XX əsrdə Tyak variantında işlənmişdir. Bəzi tədqiqatçılar bu coğrafi adı türk dillərində "sığınacaq", "köçəbə", "oba" mənasında işlədilən töyək sözü ilə əlaqələndirirlər. 1992-ci ildən coğrafi mövqeyinə görə Dağdöşü adını almışdır. == Tarixi == === Tarixi abidələri === Dağdöşü kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir. == Əhalisi == 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Dağdöşü kəndinin əhalisinin sayı 71 nəfər təşkil edirdi. == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil.
Çayönü
Çayönü (türk. Çayönü) — e.ə. 7250–6600-cü illərdə Türkiyənin cənub-şərqindəki Neolitik yaşayış məskəni. Şərqi Tavr ətəklərində, Erqani ila (vilayət) Diyarbəkir bölgəsində; lil mərkəzindən — Diyarbəkir şəhərindən 40 km şimal-qərbdə yerləşir. == Genetik əlaqələr == Çayönü qəsəbəsi Göbekli Təpə məbəd kompleksi ilə əlaqələndirildi. Onlardan əvvəl Neolit ​​dövrünə aid Hallan-Çemi yaşayış məskəni gəlmişdir. Balkan Neolitikasının "köprüsü" olan Çafer Hoyuk, Nevalı-Çori, Aşiklı-Hüyük, Çatal-Hüyük və Hacılar da genetik olaraq Çayönü ilə əlaqəli idilər. Çayönü mədəniyyətinin sonrakı Sesklo (materik Yunanıstan) və Xalaf (Orta Şərq) mədəniyyətləri ilə ardıcıl əlaqələri izlənilir. == Arxeologiya == Çayönüda ilk qazıntılar 1964–1978-ci illərdə Robert Breydvud tərəfindən həyata keçirilmişdir. Qazıntılar 1985–1991-ci illərdə davam etdirildi.
Damotu
Damotu (lat. Leonurus) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Heterotipik sinonimləri === Cardiaca Mill. Marrubiastrum Ség.
Danone
Groupe Danone (Danone) — süd məhsulları və digər qida məhsulları istehsal edən tanınmış fransız şirkəti. Şirkətin qərargahı Parisdə yerləşir.
Daqoba
Daqoba (ing. Dagobah) — "Ulduz müharibələri" kainatında uydurma planet. Daqoba isti və rütubətli planetdir, müxtəlif canlılarla doludur. Planet güc adlanan enerji sahəsi baxımından bütün qalaktikada ən təmiz yerlərdən biridir. Daqoba əsasən bataqlıqlarla örtülmüş, saysız-hesabsız dayaz göl, laqun və çoxsaylı mağarası olan sirli, dumanlı planetdir. Daqobanın kontinental və okean qabığı sadəcə qeyri-müəyyən şəkildə müəyyən edilmişdir və vulkanik fəaliyyət, ya da zəlzələlər az olmuşdur. Planet hər hansı inkişaf etmiş və ya yerli sayıqlı sivilizasiyadan məhrumdur. Daqobanın iki mövsümü var: quraq və yağışlı. Uzun quraqlıq mövsümünün pik dövründə yüksək dağlıq ərazilər çox isti və əksər həyat formaları üçün əlverişsiz olur, orada yaşayanlar isə dağdibinə köçməyə məcbur qalır. == İstinadlar == == Xarici keçidlər == Dagobah — Vukipediya saytında.
Jeleznodorojnı rayonu (Rostov-na-Donu)
Jeleznodorojnı rayonu (rus. Железнодорожный район) Rostov-na-Donu şəhəri ərazidə yerləşən, 1937-ci ildə təsis edilən rayon. Rayonun ərazisi 69,0 km² təşkil edir. == Tarixi == Rayon ərazisində ilk yaşayış məntəqəsi hələ çoxdan mövcud idi. 1747-ci ildə Don çayının sağ sahilində, Temernik çayının aşağı axarında Qnilovski stanisası inşa edilmişdi. 1864-cü ildə bölgədən dəmir yolu çəkilmişdir. Stansiya və yaşayış məntəqəsi 1937-ci ildə rayon olaraq təsis edilmişdir. Rayonun adı isə onun ərazisindən keçən dəmir yolu ilə əlaqəlidir. == Əhalisi == Rayonun ümumi əhalisinin hər üçündən biri təqayütçüdür. == İqtisadiyyat == Rayonun iqtisadiyyatın mühüm yeri Şimali-Qafqaz dəmir yolları tutur.
Kirovski rayonu (Rostov-na-Donu)
Kirovski rayonu (rus. Кировский район) Rostov-na-Donu şəhəri ərazidə yerləşən, 1936-cı ildə təsis edilən rayon. Rayon ərazisində istər Cənub Federal Dairəsinin istərsə Rostov vilayətinin inzibati binaları, iri iqtisadi və ticarəti şirkətlər həmçinin iri iri mədəniyyət mərkəzləri yerləşir. == Tarixi == Rayonun tarixi taleyi onunla bağlıdır ki, rayon Rostov-na-Donu şəhərinin əsas hissəsində təşkil edilmişdir. Məhs burada 1749-cu ildə şəhərin əsası qoyulmuşdur. Burada təbii su mənbəyi olmuşdur ki, ondan hətta I Pyotr belə içmişdir. Rayon ərazisində yerləşən Sedov küçəsi Rostov-na-Donu şəhərinin ən böyük və mərkəzi küçələrindən olmuşdur. Ərazi şəhər tarixinin bir çox mühüm hadisələrinə sahidlik etmişdir. Artıq XVIII əsr Rostov güclü müdafiə və ticarət şəhəri funksiyasını oynayırdı. Buradan xaricə kənd təsərrüfatı malları, dəmir məmulatları ixrac edilirdi.
Leninski rayonu (Rostov-na-Donu)
Leninski rayonu (rus. Ленинский район) Rostov-na-Donu şəhəri ərazidə yerləşən, 1936-cı ildə təsis edilən rayon. Rayon ərazisində ticarət və istehsalat müəssisələrinin yerləşdiyi, əhalisi sayı 80 min olan rayon. Rayon 1920-ci ildə təhciz edilmişdir. Bu zaman rayonun adı Temernis olmuşdur. Leninin ölümündən sonra rayon Leninski olaraq adlandırılmışdır. 1937-ci ildə Leninski rayonunun Temeris çayından digər tərəfində yerləşən ərazisində Jeleznadirojnı rayonu təşkil edilmişdir. == İqtisadiyyat == Rayon ərazisində fəaliyyət göstərən müəssisə və təşkilatların sayı 5450 təşkil edir. Rayonun əsas müəssisələrinin sayı 22-dir: "Rostov çorək kombinatı", "Donskaya koja", "Donski kerpiç", "Aqat" zavodu, "Rostovbumaqa", "Rostovenerqo" və başqaları. == Təhsil == Lenin rayonu Rostov-na-Donu şəhərində təhsil qaxımdam əhəmiyyətli yer tutur.
Oktyabrski rayonu (Rostov-na-Donu)
Oktyabrski rayonu Rostov-na-Donu şəhəri ərazisində ilk dəfə 1937-ci ildə təşkil olunmuşdur. Rayon öz növbəsində Sovetski, Lenin rayonu, Kirovski, Voroşilov şəhər rayonları və Rostov vilayəti Myaskinski rayonu ilə sərhədlənir. Rayonun ümumi sahəsi 49,5 km² ərazini əhatə edir. == Əhalisi == Rayon ərazisində ümumilikdə 153,8 min insan yaşayır. Bu isə hər km² 3469 nəfər düşür. Sosial tərkibi: işləyən əhali — 77 528 nəf., təqayütçülər — 35 639 nəf. (100-yaşına çatmışlar — 3 nəf.), 7 yaşına çatmış uşaqlar — 7202 nəf., məktəblilər — 17 137 nəf., tələbələr — 14 134 nəf., əlillər — 3 104 nıf. (işləyənləri — 944 nəf.), işsizlər, növbə gözləyənlər — 969 nəf. Milli tərkib Rayon əhalisinin milli tərkibi: ruslar — 86 %, ukraynalılar — 5 %, ermənilər — 3 %, belaruslar — 1 %, digər millətlərin nümayəndələri — 5 %. == Elm və təhsil == 6 elmi-araşdırma institutu; 3 ali təhsil oçağı, burada ümumilildə 13831 tələbə əyani olaraq təhsil alır.
Proletarski rayonu (Rostov-na-Donu)
Proletarski rayonu (rus. Пролетарский район) Rostov-na-Donu şəhəri ərazidə yerləşən, 1929-cu ildə təsis edilən rayon. Rayon Naxçıvan-na-Donu, Aleksandrovskaya, Berberovski ərazilərinin birləşdirilməsi nəticəsində meydana gəlmişir. == Tarixi == 14 noyabr 1779-cu ildə II Yekatterinanın əmri ilə Krımdan köçmüş erməniləri Müqəddəs Dimitri Rostovski qalası yaxınlığında şəhər salınmasına göstəriş verir. Krım xanlığından köçmüş xristianlar Don çayının aşağı axarlarında Nor-Naxçıvan şəhərini salırlar. 1782-cü ildə Nor-Naxçıvan şəhərində 4 min insan yaşayırdı. 1828-ci ilin fevralında şəhər rəsmi olaraq Rusiya imperiyasına daxildir. Şəhər rəsmi «Naxçıvan-na-Donu» olaraq adlandırılır. Burada şəhər ticarəti inkişaf edir. 1825-ci ildə şəhərdə 33 fabrik vardı.
Sovetski rayonu (Rostov-na-Donu)
Sovetski rayonu Rostov-na-Donu şəhəri ərazidə yerləşən, 1973-cü ildə təsis edilmiş rayon. == Tarixi == XX əsrin əllinci illərinin sonları 60-cı illərinin əxvvəllərində Rostov şəhərinin qərb hissəsində iki mərtəbəli yeni binalar meydana gəlir. Elə bu zaman burada doqquzuncu qayka zavodu zavodu inşa edilirdi. Bu zavod bu tip istehsala malik doqquzuncu zavod idi. Bu zaman şəhərdə ilk yaşayış binaları, mikrorayonlar meydana gəlir. Bunada salınan ilk mağaza «Novosyol» adlanırdı. İlk məktəb № 92 (riyaziyyat təmayüllü), ilk ticarət mərkəzi «Çeremuşki», ilk uşaq geyim kombinat «Oduvançik» adlanır. Üç ildən qərb yaşayış massivi artıq peyk şəhəri xatırladırdı. Qısa müddət ərzində burada iki iqtisadi zona yaranmışdır:Qərb və Şimal-Qərb. Qeyri rəsmi olaraq qərb yaşayış massivini Sovets şəhəri adlandırırdılar.
Voroşilovski rayonu (Rostov-na-Donu)
Voroşilovski rayonu (rus. Ворошиловский район) Rostov-na-Donu şəhəri ərazidə yerləşən, 1985-ci ilin 28 avqustda təsis edilmiş rayon. == Tarixi == Rayon təşkil edilərkən Oktyabrski, Proletarski və Pervomayski rayonu rayonlarından alınan torpaqlardan təşkil edilmişdir. Yeni rayonun cənub sərhədi Nansen küçəsi, qərbdən Poqodin, şimaldan isə "Aksay" kolxozu, Rostov vilayəti bəndi və Temernis kanalı ilə sərhədlənir. Rayona daxil olan ərazilərin böyük əksəriyyəti Oktyabrski rayonundan alınmışdır. Bu zaman ərazi təqribən 120 min əhali üçün nəzərdə tutulurdu. Pervomaysk rayonundan cəmi bir necə tikili, üstəlik Lenin küçəsində yerləşən 3 nömrəli məktəb belə rayon ərazisinə daxil edilmişdir. Şimal yaşayış massivi təqribən 70-ci illərdə salınmağa başlanılmışdır. Artıq 80-ci illərdə tikinti bumu özünün gur dönəmini yaşayırdı. Bu illərdə təkcə yaşayış binaları deyil həm də yol, xəstəxana, məktəb və uşaq bağçaları inşa edilmişdir.
Aqone
Aqone (fr. Aghione, kors. Aghjone) — Fransanın Korsika regionunda yerləşən kommuna. Kommuna departamenti — Yuxarı Korsika. Vetsani kantonuna daxildir. Kommunanın dairəsi — Bastiya. Kommunanın INSEE kodu — 2B002. == Əhalisi == 2008-ci ildə kommunanın əhalisi 233 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli yaşda olan 158 nəfərdən (15–64 yaş) 99-u iqtisadi fəal, 59-u qeyri-fəal (fəaliyyət göstəricisi 62,7%, 1999-cu ildə 52,5%) olmuşdur. Fəaliyyətdə olan 99 nəfərdən 85 nəfəri işləyir (63 kişi və 22 qadın), 14 nəfər isə işsiz (6 kişi və 8 qadın).
Aqonj
Aqonj (fr. Agonges) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Suvinyi kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03002. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 363 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 221 nəfər (15–64 yaş arasında) arasında 153 nəfər iqtisadi fəal, 68 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici — 69,2%, 1999-cu ildə 67,0%). Fəal 153 nəfərdən 139 nəfər (77 kişi və 62 qadın) işləyir, 14 nəfər işsizdir (7 kişi və 7 qadın). 68 hərəkətsiz 22 nəfər arasında şagird və ya tələbə, 17 nəfər təqaüdçü, 29 digər səbəblərə görə hərəkətsizdir.
Paqon
Poqon (rus. погон) — xüsusi geyim formalarında çiyin üstdə daşınan hərbi rütbənin yerləşdiyi geyim elementi və ayrı — ayrı nazirliklərə, idarə və təşkilatlara mənsub olma fərqlənmə nişanları. Hərbi və ya başqa rəsmi paltarda çiyinə tikilən və ya yapışdırılan fərqlənmə nişanı. Hal-hazırda dünyanın bütün ordularında istifadə edilir. == Yaranma tarixi == İlk dövrlərdə poqonlar çiyində asılan qılınc və patron qutusunun kəmərinin sürüşüb düşməsinin qarşısını almaq üçün istifadə edilirdi.
Vaqon
Vaqon (fr. wagon, araba mənasını verən ing. waggon sözündən) ― dəmiryolu nəqliyyatı sistemində yük və ya sərnişin daşınması üçün istifadə olunan nəqliyyat vasitəsi. Vaqonlar bir-birinə bağlandıqda və bir və ya daha çox lokomotiv tərəfindən dartılanda qatar yaranır. Alternativ olaraq, bəzi sərnişin vaqonları öz-özünə hərəkət edir.
Hacıqabul rayonu
Hacıqabul rayonu — Azərbaycan Respublikasında inzibati-ərazi vahidi. 1990-cı ildə Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə yaradılan yeni ərazi-inzibati vahidlərdən biridir. == Şəhər və iri qəsəbələrin adları == Rayonda 31 yaşayış məntəqəsi var. Bunlardan 1 şəhər, 1 şəhər tipli qəsəbə, 4 qəsəbə və 25 kənddir. Rayonda 15 inzibati ərazi vahidi, 5 tibb müəssisəsi, 55 mədəniyyət ocağı var. == Sərhəd rayonların, ölkələrin adları == Abşeron, Qobustan, Şamaxı, Ağsu, Kürdəmir, Sabirabad, Salyan rayonları, Şirvan, Bakı şəhərləri. == Tarixi == Böyük İpək yolu üzərində yerləşən Hacıqabul zamanın müxtəlif dövlərində müxtəlif adlarla mövcud olmuşdur. Sasanilər dövründə Qafqaz Albaniyasının bu mühüm strateji məntəqəsi Güstasib adlanmışdır. Hülakilər dövründə Mahmudabad sonrakı dövrlərdə Həcc ziyarəti ilə əlaqədar Hacıqabul adını daşımağa başlamışdır. Deyilənlərə görə Həcc ziyarətinə yola düşən zəvvarlar Hacıqabul gölünün Şərq sahilində olan karvansaraydan yola düşür, ziyarəti başa vurduqdan sonra qarşılanma mərasimində "Həccin qəbul" deyə mübarəkdarlıq edərlərmiş.
Hadrut rayonu
Hadrut rayonu — keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti tərkibinə daxil olan Azərbaycan rayonlarından biri, 26 noyabr 1991-ci ildə ləğv edilmiş və ərazisi Xocavənd rayonunun tərkibinə verilmişdir. Hadrut farsca iki çay arası deməkdir. Dizaq rayonu. Bu rayonun tərkibində 5 nahiyə (Hadrut, Tuğ, Xozabyurd, Arakül, Edilli) və 48 kənd var idi;1939-cu il avqustun 17-də Ceraberd rayonu Mardakert, Dizaq rayonu isə Hadrut rayonu adlandırılmışdır.
Hil rayonu
Qusar rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. İnzibati mərkəzi Qusar şəhəridir. Böyük Qafqaz dağlarının ətəyində yerləşir. Dünyada Ləzgilərin kompakt yaşadığı ən böyük rayon və eyni zamanda Azərbaycanda sayıca üstünlük təşkil etdiyi yeganə rayon. Ümumi ərazisi 1 542 km². Əhalinin ümumi sayı 101 687 nəfər. Kəndlərin sayı 92 . Bakı şəhərindən məsafəsi 180 km-dir. == Tarixi == === Rusiya imperiyası ilə mübarizə === 1837–1839-cu illərdə Qusarın ərazisində İmam Qazi Muhamməd Xuluqvi və Abrek Əli Hilivi rəhbərliyi ilə Rus çarına qarşı üsyanlar baş verdi. Qusar bölgəsinin bütün sixilləri bu üsyanda iştirak elədi, ümumilə 12.000 insan var idi.
Hümbətov rayonu
Hümbətov rayonu – Rusiya Federasiyasının subyekti olan Dağıstan Respublkasının rayonlarından biri. == Coğrafiyası == Rayonun sahəsi 730 km², inzibati mərkəzi Mexelta kəndidir. == Əhalisi == Rayonun əhalisi 22.388 nəfərdir (2015-ci il).
Imagine Dragons
Imagine Dragons – Den Reynoldsun liderlik etdiyi Amerikan rok qrupu. == Yaranması == 2008-ci ildə qrupun hazırkı lideri Den Reynolds Yutada qrupun gitaristi Ueyn Sermon ilə tanış oldu. Daha sonra Las-Veqasda Ben Makki, Andryu Tolman və Briteni Tolmanın, Den və Sermona qatılması ilə qrup tamamilə yarandı. == Qrup üzvləri == Den Reynolds Ben Makki Ueyn "Uinq" Sermon Daniel Platsmen == Keçmiş üzvləri == Andru Tolman Brittani Tolman Tereza Flaminio Deyv Lemke Andryu Bek Aurora Florens == Beynəlxalq uğurlar == Qrupun ilk üzvlərindən Andryu və Briteni Tolman 2011-ci ildə qrupdan ayrıldılar və yerinə Daniel Platzman gəldi. 2012-ci ildə ilk studiya albomları olan Night Vision-u Amerika Müstəqillik Günü'ndə çıxartdılar. Ən məşhur mahnıları olan Radioactive də həmin albomda idi. 2013-cü ildə Avropa və Şimali Amerikada konsertləri olmuşdur.
Kaltasin rayonu
Kaltasin rayonu (başq. Ҡалтасы районы) — Başqırdıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Rayonun inzibati mərkəzi Kaltası kəndidir. == Coğrafi yerləşməsi == Başqırdıstanın şimal-qərbində yerləşir. Rayonun ərazisi 1564 km² təşkil edir. Ərazisi şimaldan cənuba 47 km, şərqdən qərbə 63 km məsafədə uzanır. Şimalda Yanaul, şərqdə Buraev, cənubda Dyurtyurlin, qərbdə Krasnokamski rayonu ilə sərhədlənir. İqlimi kontinental, isti və bir az quraqdır. Ərazisində əsasən boz meşə torpaqları geniş sahə tutur. İynə və geniş yarpaqlı meşələr ərazisinin 33,6 % tutur.