Hil rayonu

Bu məqalə Qusar rayonu haqqındadır. Qusar şəhəri üçün Qusar səhifəsinə baxın.

Qusar rayonuAzərbaycan Respublikasında inzibati – ərazi vahidi. İnzibati mərkəzi Qusar şəhəridir.

Rayon
Qusar rayonu

41°25′ şm. e. 48°26′ ş. u.


Ölkə
Daxildir Quba-Xaçmaz
İnzibati mərkəz Qusar
İcra başçısı Şair Alxasov
Tarixi və coğrafiyası
Yaradılıb 8 avqust 1930
Sahəsi 1 542[1] km²
Hündürlük
1.284 m
Əhalisi
Əhalisi 98 100 [2] nəfər
Rəqəmsal identifikatorlar
ISO kodu AZ-QUS
Telefon kodu +994 23
Poçt indeksi AZ 3800
Avtomobil nömrəsi 38
Rəsmi sayt
Qusar rayonu xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Map
Qusar Rayonu

Tarixi[redaktə | mənbəni redaktə et]

1837–1839-cu illərdə Qusarın ərazisində[3][4] İmam Hacı Muhamməd Xuluqvi və Abrek Əli Hilivi rəhbərliyi ilə Rus çarına qarşı üsyanlar baş verdi.[5][6]

Qusar bölgəsinin bütün sixilləri bu üsyanda iştirak elədi, ümumilə 12.000 insan var idi.[3][4]

Alimlərin apardıqları tədqiqatlar, müəyyən dövrlərdə aparılan arxeoloji qazıntılar zamanı tapılan əşyalar, bu günə kimi qalmış bəzi tikinti abidələri və kurqanlar deməyə əsas verir ki, Qusar rayonu qədim yaşayış məskənidir. Qusar rayonu ərazisində yaşayış məskənlərinin e.ə. II minillikdən movcud olması güman edilir. Burada mövcud olan qədim yaşayış məskənlərindən e.ə. I minilliyə aid Mahmudtəpə (Gədəzeyxur), Minsar təpələri, Gavdişan təpələri (Bədirqala), tunc dövrünə aid Qəflə təpələri, orta əsrlərə aid Qızılgül və Ağaxan təpələri (Aşağı Ləgər), Qalaxür təpələri (Həzrə) və s. göstərmək olar.

Hazırkı Qusar rayonunun ərazisi 1840-cı ildə Quba qəzasının tərkibində Xəzər vilayətinə daxil edilmişdir. 1846-cı ildə onun ərazisi Dərbənd quberniyasının tərkibinə, 1860-cı ildə isə Bakı quberniyasına daxil edilir. 1929-cu ildə Quba qəzası ləğv edilərək rayonlara bölünmüş və mərkəzi Hil kəndi olmaqla indiki Qusar rayonu yaradılmışdır. Qusar rayonu 1930-cu ildə təşkil edilmişdir. 1934-cü ildə rayon mərkəzi Qusara köçürülmüşdür və 1938-ci ildən isə bura şəhər statusu verilmişdir.[7] Qusar rayonu 1930-cu ildə təşkil edilmişdir. 1963–1965-ci illərdə ləğv edilmiş Xaçmaz rayonunun bir hissəsi Qusar rayonunun tərkibinə verilmişdir.[8]

Adın etimologiyası[redaktə | mənbəni redaktə et]

Qusar toponiminin mənşəyi haqqında müxtəlif fikirlər mövcuddur.

Bəzi müəlliflər Qusar toponimini Rusiyanın 1783–1784-cü illərdə rayonun ərazisində yerləşdirilmiş Qusar süvari alayı ilə əlaqələndirir. Bu zaman "qusar" sözü rus dilində "macar forması geymiş süvari qoşun növü" mənasında işlədilirdi.

Qusar sözünə A.Bakıxanovun "Gülüstani-İrəm" əsərində də rast gəlinir. Əsərdə 1602-ci il hadisələrindən bəhs edilərkən Qusar kəndinin adı çəkilir.

Digər bir mülahizəyə görə isə Qusar sözü qus/quz (qədim türk tayfası) və ar (adam, kişi, ər) hissələrindən formalaşmış və "quzlardan olan kişi" mənasında işlənmişdir.[7]

Strabon və Heredotun məlumatına görə isə indiki Qusar ərazisində "kas" tayfaları yaşayıb. Sonradan "kasar" (kaslar) "ktsar" kimi deformasiya olunub.

Bəzi müəlliflər isə Qusar sözünü "ğutsar" (Ləzgi dilində "гъуцар" "Tanrılar" mənasını verir) sözü ilə əlaqələndirir.

Coğrafi mövqeyi[redaktə | mənbəni redaktə et]

Qusar rayonu coğrafi mövqeyinə görə Azərbaycanın "Şimal qapısı" adlandırılır. Azərbaycanın şimal-şərqində yerləşir. Qusar rayonunun ərazisi 1542 km2 -dir. Rayonun ərazisinin tərkibinə 1 şəhər (Qusar), 1 qəsəbə (Samur), 88 kənd daxildir. Qusar rayonu sərhədlərinin uzunluğu 255 km-dir. Bunun 170 km-i quru, 45 km isə su sərhədi (SamurçayQusarçay) təşkil edir. Rayon şimal-qərbdən Rusiya Federasiyası (Dağıstan) (95 km), şimal-şərqdən Xaçmaz rayonu (65 km), cənub-şərqdən isə Quba rayonu (70 km), cənub-qərbdən isə Qəbələ rayonu (25 km) ilə həmsərhəddir. Mərkəzi Qusar şəhəridir. Cənub-qərb hissəsi dağlıq, mərkəzi maili düzənlik, şimal-şərq kənarı Samur-Dəvəçi ovalığıdır. Rayonun cənub-qərb sərhəddi Baş Qafqaz silsiləsinin suayrıcından keçir. Ərazinin hündürlüyü 100 m-dən 4466 m-ə qədərdir. Respublikada olan müasir buzlaqların çox hissəsi Qusar rayonu ərazisindədir. Samur və Qusarçay çayları Qusar rayonu ərazisindən keçir və qar və buzlaq suları ilə qidalanır. Rayonun Xəzər dənizi ilə sərhədi yoxdur. Xəzərə olan məsafəsi 15 km təşkil edir.

Relyefi[redaktə | mənbəni redaktə et]

Qusar rayonu Böyük Qafqaz dağlarının ətəklərində, Qusar maili düzənliyində yerləşir. Azərbaycanın ən hündür nöqtələri olan Bazardüzü (4466 m) və Şahdağ (4242 m) zirvələri, eləcə də məşhur Şahnabad yaylağı Qusar rayonunun ərazisindədir. Samur-Abşeron kanalı, Qusarçay, Samur çayı, eləcə də Rusiyaya gedən başlıca avtomobil magistralı rayonun ərazisindən keçir.

Rayonun şimal inzibati sərhəddi Samur çayından, şimal-qərb, qərb və cənub-qərb inzibati sərhədləri Böyük Qafqaz silsilələrindən, cənub inzibati sərhədləri isə Qusarçay vadisindən keçir. Şərq tərəfdən inzibati sərdəhlər Qusar maili düzənliyi ilə Şollar düzünün kəsişdiyi əraziyə qədər uzanır.

İqlimi[redaktə | mənbəni redaktə et]

Azərbaycanda mövcud olan 9 iqlim tipindən 4-nə Qusar rayonu ərazisində rast gəlinir. İqlimi düzənlik və dağətəyi hissədə mülayim isti, yüksək dağlıqda soyuq və rütubətlidir. Orta temperatur yanvarda düzənlikdə 1 °C, yüksək dağlarda −14 °C, iyulda müvafiq olaraq 24 və 2 °C-dir. İllik yağıntıların miqdarı 350–1500 mm-dir.

Təbii ehtiyatlar – gil yataqları, palıd, fıstıq, vələs və s. meşələr

Əhalisi[redaktə | mənbəni redaktə et]

Rayon[9]
2010 2015 2016 2017 2018 2019
Əhali 89,3 95,1 96,2 97,2 98,1 103,0
Artım 972 1128 1031 910 784 4963
Təbii artım
Doğum 1706 1808 1644 1583 1391 1465
Ölüm 734 680 613 673 607 630
Həmçinin
Evlilik 887 622 655 599 594 525
Boşanma 112 112 121 144 138 156

Bu statistikadan Qusar rayonunda başqa rayonlarla muqayisədə nisbətən az uşaq doğulduğunu görmək olar. Məsələn, 2015-ci ildən 2019-cu ilədək Qusarda cəmi 7 891 uşaq doğulub, amma eyni müddətdə Xaçmazda təqribən 2 dəfə çox (14 558) uşaq, Cəlilabadda işe təxminən 3 dəfə çox (21 726) uşaq doğulub.

Rayonun əsas uşaqların az doğulması ve gənc əhalinin rayondan başqa yerlərə köçməsi, əsasən Bakı və Rusiyanın şəhərlərinə. Bu da Qusar rayonun inkişafı üçün ciddi bir problem yaradır və rayon əhalisinin azalmağına gətirib çıxardır.[10]

Qusar rayonu əhalisinin milli tərkibi
Etnik qrup 1999[11] 2009[12]
Ləzgi 77 278 (94,67%) 81 629 (94,63 %)
Azərbaycanlı 5 162 (5,86 %) 4 956 (6,06 %)
Türk 82 (0,10 %) 102 (0,12 %)
Rus / Ukraynalı 189 (0,23 %) 87 (0,10 %)
başqa 63 (0,07 %) 37 (0,01 %)
hamsı 80 816 (100 %) 87 857 (100 %)

Əhalisinin əksəriyyəti(94%) Azərbaycanda etnik qrup olan ləzgilərdən ibarətdir. Rayonda say baxımından ikinci olan azərbaycanlılar (6%) və qardaş ləzgi xalqı mehriban şəraitdə yaşayırlar.

İqtisadi xarakteristikası[redaktə | mənbəni redaktə et]

2009-cu ildən Qusar rayonu ərazisində Şahdağ Qış-Yay Turizm Kompleksinin tikintisinə başlanmışdır. Kompleks bir dəfəyə 5 min nəfər turist qəbul edə biləcək. 2006-cı ildə elan edilən tenderdə Türkiyənin DİA Holdinq şirkəti qalib gəlmişdir.[13]

Tanınmış şəxsiyyətləri[redaktə | mənbəni redaktə et]

Mədəniyyət və təhsil müəssisələri[redaktə | mənbəni redaktə et]

Özunə məxsus çalarları və cazibədar məlahətlə daima seçilən Azərbaycan musiqisi özunün dinamik inkşaf sürətinə regionlardada musiqi mədəniyyətinin formalaşıb genişlənməsinə münbit şərait yatarmışdır.

Bu baxımdan Qusarda da yaşam üçün ruhi qida sayılan musiqinin elmi əsaslar üzərində öyrənilməsinin və yerli kadrların hazırlanmasının təməli ötən əsrin 60-cı illərindən qurulmuşdur.

Musiqi insanları yaşamları boyunca daima müşayiət etməkdədir. Bu baxımdan Qusar rayonunda musiqi ocağı yaradılanadək həvəskar musiqiçilər mənəvi xidməti istedad ve bacarıq çərçivəsi daxilində yerinə yetirmiş mədəniyyətin belə vacib qolunu yaşatmışdır.

Qusar şəhərində 7 illik musiqi məktəbi Azərbaycan SSR Mədəniyyət Nazirliyinin 596 nömrəli 3 avqust 1960-cı il tarixli əmrilə yaradılmışdır. Həmin əmrlə Oqtay Məmməd oğlu Allahverdiyev məktəbin ilk direktoru həmdə Tar ixtisası üzrə müəllim təyin olunmuşdur. Nazirliyin 03.09.1960-cı il tarixli 714 nömrəli əmri ilə "Fortepiano" ixtisasının tədrisi Boçkova Lidiya İvanovnaya həvalə edilmişdir. Beləliklə əsasında "Tar" və "Fortepiano" ixtisasları üzrə musiqi məktəbi yaradılmışdır. İlk illərdə məktəb ücün indiki Fəxrəddin Musayev küçəsində bir vaxtlar mədəniyyət evi olaraq fəaliyyət göstərmiş bir mərtəbəli, ağac tirlərdən tikilmiş binada iki otaq ayrılmişdır. Sonralar sənət ocagı Heydər Əliyev prospektində indi yaşayış mənzili kimi istifadə edilən və əvəllərin şəhər mehmanxanası olmuş binaya köçürülmüşdür.

Musiqi məktəbinin ilk illərində onun fəaliyyətini xüsusilə xarakterizə edən cəhət yerli kadrların yoxluğu, kənardan gələnlərin isə daimi olmaması ilə səciyyələnirdi. Ona görədə 1967 ci ildən etibarən tədris ocağının rəhbərliyi ilk məzun kadrlarından yararlanmaği qarşiya məqsəd qoydu və Liza Akimova, Abdulkərim Seyidov, Bəxtiyar Babayev, Tanya Sırıseva, Xanlar Vəlimətov və Vidadi Məmmədov "Fortepiano" və "Tar" ixtisasları üzrə bir il müddətinə tədris məşğələlərinə cəlb olundular. Musiqi təhsililə yanaşı orta məktəbidə bitirən şagirdlərin əksəriyyəti qeyri-musiqi istiqaməti üzrə ali ve orta ixtisas məktəblərində oxumağı üstün tuturdular. Bununla yanaşı ömürlərini yalnız musiqiyə bağlayan kadrlar da az olmadı.

Musiqini öyrənməyə meyilli kontingentin artması bu sənət ocağı ücün ayrıca binanın inşasını gündəmə gətirdi. Mədəniyyət nazirliyi və rayon rəhbərliyinin bilavasitə dəstəyi sayəsində layihə tipli musiqi məktəbinin tikilməsi üçün Məhəmməd Əmin Rəsulzadə küçəsində 6300 km² ərazi ayrılaraq iki mərtəbəli binanın bünövrəsi qoyuldu.

Yeni bina və gücləndirilmiş maddi-texniki baza musiqi məktəbində "Qarmon", Nağara, Klarnet, Kamança, Balaban kimi ixtisasları tədris etmək və şagird kontingentini artırmaq üçün şərait yaratdı. Eyni zamanda müəllim kadrlarını ixtisas hazırlıq səviyyəsini də gündəmə gətirmişdir. Buna görədə müəllimlər üçün qiyabi təhsil almaq zərurətə çevrilmişdir. Musiqi məktəbinin müəllimləri və məzunları Sumqayıt, Dərbənd orta ixtisas məktəblərində qiyabi və əyani təhsil alirdılar.

Bakıda müntəzəm olaraq keçirilən musiqi məktəbləri şagirdlərinin Respublika baxışında Qusar musiqi məktəbinin müəllim və şagird heyətidə uğurla çixiş edirdi. Musiqi fənlərilə yanaşı tədris dairəsinin incəsənətin digər ixtisasları (xoreoqrafiya, rəssamlıq) hesabına genişlənməsi sayəsində 1984-cü ilin sentyabrından etibarən bu sənət ocağı "İncəsənət məktəbi" adlanmışdır.

Musiqiyə həvəs göstərən şagirdlərin mövcudluğu, valideynlərin xahiş ərizələri alınaraq Respublika Mədəniyyət Nazirliyinin göstərişi ilə 1988-ci ilin sentyabrında Quxur oba kəndində Qusar İncəsənət məktəbinin filialının axşam şöbəsi açılmışdır.

Sonrakı illərdə məktəbdə tədris olunan fənlərin sayı artmiş, yeni şöbələr yaranmışdır. 1998 ci ildə məktəbdə tədris edilən ixtisasların siyahısına "Skripka" sinfi əlavə edilmiş, 2008-ci ildə isə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin icazəsi ilə "Xanəndəlik" şöbəsi açılmışdır.

Hazırda Qusar rayon uşaq İncəsənət məktəbində 10 ixtisas üzrə 373 nəfər şagird təhsil alır və onlara 95 nəfər orta və ali ixtisas təhsilli müəllim dərs keçir.

Musiqi həyatımızın ayrılmaz və tərkib hissəsi olub, insanların mənəvi ehtiyaclarını ödəməklə özünün tarixi missiyasını yerinə yetirməkdədir. Qusar İncəsənət məktəbidə belə şərəfli yolun yolcusudur.

Maddi-mədəni irsi[redaktə | mənbəni redaktə et]

Rayon ərazisində bir sıra tarixi abidələr mövcuddur. Rayonun Əniğ kəndində XIII əsrə aid qala divarlarının qalıqları, Həzrə kəndindəki 1460-cı ildə Şirvanşah I Xəlilullahın qoşunları ilə vuruşmada həlak olaraq burada dəfn olunmuş Ərdəbil şeyxi Şeyx Cüneydin qəbri üzərində 1544-cü ildə tikilmiş türbə, XVIII əsrə aid Köhnə Xudat, Xuray, XIX əsrə aid Hil, Gündüzqala və Həsənqala kənd məsçidləri bu günədək mühafizə edilən qədim tarixi abidələrdəndir.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Ümumi məlumat. — Azərbaycan Respublikasının inzibati–ərazi vahidləri. — İnzibati kənd rayonları (1. yanvar 2006), səhifə 12. // Azərbaycan Milli Ensiklopediyası. 25 cilddə. Məsul katib akademik T. M. Nağıyev. "Azərbaycan" cildi. Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi, 2007, 884 səhifə. ISBN 9789952441017
  2. "Arxivlənmiş surət". 2020-06-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-02.
  3. 1 2 Сумбатзаде, 1961
  4. 1 2 АСЭ, 1979
  5. "Куба: апрель-май 1918 г. мусульманские погромы в документах — Солмаз Рустамова-Тогиди — Google Книги". 2020-07-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-28.
  6. "Arxivlənmiş surət". 2020-02-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-03-28.
  7. 1 2 "Arxivlənmiş surət". 2017-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-15.
  8. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin Regionların inkişafı və dövlət proqramları şöbəsi: Qusar Rayonu[ölü keçid]
  9. Sitat səhvi: Yanlış <ref> teqi; автоссылка1 adlı istinad üçün mətn göstərilməyib
  10. Ведомости Верховного Совета СССР. № 50 (982), 1959 г.
  11. "Кусарский район (1999 г.)". 2012-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-28.
  12. "Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi:Qusar rayonu". 2020-10-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-28.
  13. Qusar Rayon İcra Hakimiyyəti: Xəbərlər: İlham Əliyev Qusarda Şahdağ qış-yay turizm kompleksinin tikintisi ilə tanış olmuşdur Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine---yayınlanma tarixi: 2011–09–23

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]