Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dağnanəsi
Dağnanəsi (lat. Ziziphora) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi. Dağnanəsi birillik ətirli bitkidir. Dağnanəsində 0,9% efir yağı vardır. Qışa saxlamaq üçün qurudurlar. Zaqafqaziyada ən çox işlədilən ətirli tərəvəzlərdən biridir. == Sinonimləri == === Heterotipik sinonimləri === Faldermannia Trautv. Zwingeria Heist. ex Fabr.
Nazik dağnanəsi
Nazik dağnanəsi (lat. Ziziphora tenuior) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin dağnanəsi cinsinə aid bitki növü.
Sərt dağnanəsi
Puşkin dağnanəsi
Puşkin dağnanəsi (lat. Ziziphora puschkinii) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin dağnanəsi cinsinə aid bitki növü. Çoxillik, kökümsovu nazik uzun bitkidir. Gövdəsi çoxsaylı, nazik, çox budaqlı, sərilən və ya qalxan, çox xırda buruqvari tüklü, çox vaxt qırmızımtıl və ya bənövşəyitəhər rəngli, uzunluğu 12 sm-ə qədər olan bitkidir. Yarpaqları qısa saplaqlı, xırda, 4-8 mm uzunluqda, yumurtavari, enli yumurtavari və ya yumru, küt və ya birdən ucu az sivri, əsasında az daralan və ya yumrutəhər, tamkənarlı və ya yuxarı hissədə seyrək dişli, hər iki tərəfdən çılpaq və ya zəif və qısa tüklüdür. Çiçəkqrupu başcıqlı, şarvari, ağtəhər, 1-1,5 sm diametrdədir. Çiçək çox qısa saplaqda, kasacıq 5-6 mm uzunluqda, dar boruvari; sıx uzun ağtüklüdür. Tacı 6-7 mm uzunluqda, bənövşəyi rənglidir. Böyük Qafqazın Quba sahəsinin rayonlarında subalp və alp qurşağında yayılmışdır. Qayalı-daşlı və daşlı töküntülərdə bitir.
Dağlaləsi
Dağlaləsi (lat. Tulipa) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinə aid bitki cinsi. == Təsviri == Latınca adı fars mənşəli toliban (çalma, əmmamə) sözündən götürülüb. Soğanağı yumurtavarı, çiçəkləri iri, çiçəkyanlığı ağ (bəzən qırmızı və ya sarı), meyvəsi qutucuqdur. Gövdəsinin hündürlüyü 6 sm-dən 50 sm-ədək olur. Onun ucunda günəşli havada açılan, axşamlar və tutqun havada bükülən al rəngli bir (bəzən bir neçə) çiçəyi olur. Çarpaz tozlanır. May–iyun aylarında çiçəkləyir. Çiçəkləmə müddəti 30 günə qədərdir. İlk dəfə 16-cı əsrdə Türkiyədə becərilmişdir.
Albaniya dağlaləsi
Albaniya dağlaləsi (lat. Tulipa albanica) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinin dağlaləsi cinsinə aid bitki növü.
Eyxler dağlaləsi
Eyxler dağlaləsi (lat. Tulipa eichleri) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinin dağlaləsi cinsinə aid bitki növü. Şərqi Zaqafqaziyanın nadir endemik növüdür. Qazax (Ceyrançöl, Molladağ ətrafında), Şamaxı (Xilmilli, Təklə, Bəklə, Mirzəbaba kəndləri ətrafında) rayonları, bozqır yaylası, Samur-Dəvəçi ovalığı və Alazan-Əyriçay ovalığında yayılmış, Azərbaycandan kənarda isə İranda yayılması güman edilir. Quru, otlu yamaclarda bitir. Seyrək rast gəlir. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU A2c+3c. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Soğanağı 2-3 sm diametrdə, dərivari, qara, qonur qınla örtülmüşdür. Gövdə 30-40 sm-ə qədər hündürlükdədir.
Florenski dağlaləsi
Florenski dağlaləsi (lat. Tulipa florenskyi) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinin dağlaləsi cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU A2c + 3c. Nadir, atropatan endemik növüdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Soğanaq 2 sm-ə qədər diametrdə, yumurtavari uzunsovdur, tünd-qonur qınla örtülüdür. Gövdə 10–25 sm hündürlükdədir. Yarpaqlar 3–4 ədəd bükülmüş, göyümtül, çılpaq, aşağıdakılar çox və ya az enli-neştərşəkilli, yuxarıdakılar dar-xətvaridir. Çiçəklər təkdir, çiçəkyanlığının yarpaqcıqları 2,5–4 sm uzunluğunda, alovu qırmızı, əsası daxili tərəfdən tünd-göyümtül və ya qara ləkəli, sarı haşiyəlidir, xaricdən yumurtavari, rombvari, qısa-sivri, daxildən uzunsov, tərs-yumrtavari, təpə hissəsi adətən kəsikdir. Erkəkcik çiçəkyanlığından qısa, sapı qara, tozcuğu sarı, sapdan qısadır.
Qarabağ dağlaləsi
Qarabağ dağlaləsi (lat. Tulipa karabachensis) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinin dağlaləsi cinsinə aid bitki növü. Cənubi Zaqafqaziyada nadir endemik növdür. Şuşa (Şuşa və Turşsu sovxozu ətrafında), Əsgəran (Topxana) və Hadrut (Domu, Tağ, Tuğ kəndləri ətrafında) rayonlarında yayılmışdır. Dəniz səviyyəsindən 1800 m hündürlüyə kimi daşlı-çınqıllı yamaclarda bitir. Tək-tək rast gəlir, bəzən də kiçik cəngəlliklər əmələ gətirir. Çoxillik ot bitkisidir. Soğanaq 1,5-2 sm diametrində qonur qınla örtülüdür. Qın daxilində tükcüklüdür. Gövdə 40-50 sm hündürlükdədir.
Qesner dağlaləsi
Silvestris dağlaləsi
Suaveolens dağlaləsi
Tarda dağlaləsi
Gecaçan dağlaləsi (lat. Tulipa tarda) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinin dağlaləsi cinsinə aid bitki növü. Kiçik dağlalələrin nümunə və nümayəndəsi hesab olunur. Ləçəyin sarı rəngi ətrafında, ağ rəng haşiyədə görülür. İki və ya üç gül bir budaqdan çiçəklənə bilər. Gülaçma vaxtı aprelin sonlarıdır.
Türk dağlaləsi
Gesner dağlaləsi (lat. Tulipa gesneriana) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinin dağlaləsi cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu. "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU C2a(ii). Nadir növdür. Çoxillik ot bitkisidir. Soğanağı yumurtaşəkilli, uzunsov, qonur rəngli qınla örtülüdür. Gövdə və çiçək saplağı qısadır. Yarpaqları 3 ədəd, enli neştərşəkilli, yaşılımtıl-göydür. Çiçəkyanlığı parlaq qırmızı, qaidəsində sarı ləkələr var; ləkələr sarı və ya qırmızı ləkəli sarıdır.
Türkistan dağlaləsi
Türkistan dağlaləsi (lat. Tulipa turkestanica) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinin dağlaləsi cinsinə aid bitki növü. Bu bitkinin mənşə yeri Çinin qərbi və Türkistandır. Hər lampoçkadan 1-12 ağ ulduzvarı gül çiçəklənəbilər. Bu növ dağlaləsi gülünün qruplarının 15-ci qrupuna aiddir. Uzunluğu 30 sm dir. Ləçəkləri kremi rəngli ağ və güllün ortası sarı və ya narıncıdır. Çiçəklənmə zamanı çox erkən və fevral ayının sonundadır.
Urmiya dağlaləsi
Gecaçan dağlaləsi (lat. Tulipa tarda) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinin dağlaləsi cinsinə aid bitki növü. Kiçik dağlalələrin nümunə və nümayəndəsi hesab olunur. Ləçəyin sarı rəngi ətrafında, ağ rəng haşiyədə görülür. İki və ya üç gül bir budaqdan çiçəklənə bilər. Gülaçma vaxtı aprelin sonlarıdır.
Yuliya dağlaləsi
Yuliya dağlaləsi (lat. Tulipa julia) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinin dağlaləsi cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU A2c+3c. Nadir növdür. Çoxillik ot bitkisidir. Soğanaq yumurtavari, 3 sm yoğunluğundadır. Xaricdən qonur, nazik, dərivari, daxildən hörümçək toruna bənzər, mamırşəkilli qınla örtülüdür. Gövdə 15–35 sm hündürlükdədir. Yarpaqlar 3–4 ədəd, neştərşəkilli və ya enli-neştərşəkilli, uzunsov, 3 sm-ə qədər enindədir. Çiçəklər tək, 4 sm uzunluğundadır.
İkiçiçək dağlaləsi
İkiçiçək dağlaləsi (lat. Tulipa biflora) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinin dağlaləsi cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu. "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU A2c+3c. Nadir növdür. Çoxillik ot bitkisidir. Gövdəsi 7-17 sm hündürlüyündə bitkidir. Soğanaq böyük deyi l,1-1,5 sm diametrində, xaricdən parlaq qonur, dərivari, daxildən yüngül hörümçək toruna bənzər qınla örtülmüşdür. Gövdə nazik, çilpaq, yarpaqlar 2 ədəd, dar-neştərşəkilli və ya xətvari, böyük hissəsi oraqvari əyilmiş göyümtüldür. Çiçəkləri 1 ədəd, bəzən 2, çiçəkyanlığı yarpaqcıqları 1,5-2,5 sm uzunluğundadır.
İmperator dağlaləsi
Şmidt dağlaləsi
Şmidt dağlaləsi (lat. Tulipa schmidtii) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinin dağlaləsi cinsinə aid bitki növü. Cənubi Qafqazın cənub-şərqindən İranın şimal-qərbinə qədər yayılmışdır. Çoxillik ot bitkisidir. Soğanağı iri, yumurtavari, 2,5–5 sm diametrində, nazik dərivari, qonur və ya qəhvəyi-qonur qınla örtülmüşdür. Gövdə 25–50 sm hündürlükdədir. Yarpaqlar 6–10 ədəd göyümtül, aşağıdakılar enli, uzunsov, yuxarıdakılar neştərvari və ya dar- neştərvari, uzundur. Çiçəkləri iri, 7 sm-ə qədər uzunluğunda; yarpaqcıqları qırmızı, əsasında daxildən qara, sarı-haşiyələnmiş, rombvari ləkəlidir; xarici hissədəkilər enli, uzunsov və ya deltavari bir qədər daxildəkindən uzundur. Erkəkcik çiçəkyanlığından qısadır; tozcuğu sarı, qutucuq 4 sm -ə qədər uzunluqda, 2–2,5 sm enindədir. Toxumla və vegetativ yolla çoxalır.
Foster dağlaləsi
Foster dağlaləsi (lat. Tulipa fosteriana) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinin dağlaləsi cinsinə aid bitki növü. Özbəkistan bu bitkinin əsas vətənidir. Onun hündürlüyü 40-30 sm arasındadır. Yazın əvvələrində və aprel ayında yetişir. Onun ləçəklərinin rəngi parlaq qırmızı və mərkəzi qaradır. Yetişdirilən (becərilən) növləri müxtəlif rənglərə malikdir.İmperator dağlaləsi və ya Fosteriana dağlaləsi, dağlaləsi gülünün qruplarının 13-cü qrupuna aiddir.
Gecaçan dağlaləsi
Gecaçan dağlaləsi (lat. Tulipa tarda) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinin dağlaləsi cinsinə aid bitki növü. Kiçik dağlalələrin nümunə və nümayəndəsi hesab olunur. Ləçəyin sarı rəngi ətrafında, ağ rəng haşiyədə görülür. İki və ya üç gül bir budaqdan çiçəklənə bilər. Gülaçma vaxtı aprelin sonlarıdır.
Gesner dağlaləsi
Gesner dağlaləsi (lat. Tulipa gesneriana) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinin dağlaləsi cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu. "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU C2a(ii). Nadir növdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Soğanağı yumurtaşəkilli, uzunsov, qonur rəngli qınla örtülüdür. Gövdə və çiçək saplağı qısadır. Yarpaqları 3 ədəd, enli neştərşəkilli, yaşılımtıl-göydür. Çiçəkyanlığı parlaq qırmızı, qaidəsində sarı ləkələr var; ləkələr sarı və ya qırmızı ləkəli sarıdır.
Meşə dağlaləsi
Meşə dağlaləsi (lat. Tulipa sylvestris) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinin dağlaləsi cinsinə aid bitki növü. Bu bitkinin böyüməsi buğda sahələrində yayılmışdır. Rəngi sarıdır. Avropanın yerli bitkilərindəndir və daha çox Avropada yayılmışdır.
Türküstan dağlaləsi
Türkistan dağlaləsi (lat. Tulipa turkestanica) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinin dağlaləsi cinsinə aid bitki növü. Bu bitkinin mənşə yeri Çinin qərbi və Türkistandır. Hər lampoçkadan 1-12 ağ ulduzvarı gül çiçəklənəbilər. Bu növ dağlaləsi gülünün qruplarının 15-ci qrupuna aiddir. Uzunluğu 30 sm dir. Ləçəkləri kremi rəngli ağ və güllün ortası sarı və ya narıncıdır. Çiçəklənmə zamanı çox erkən və fevral ayının sonundadır.