Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Daşlıca
Daşlıca (Əhər) — İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. Daşlıca (Ərdəbil) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. Daşlıca (İğdır) — Türkiyənin İğdır ilinin İğdır ilçəsinə daxil olan kənd.
Daşlıca (Xudabəndə)
Daşlıca (fars. داشلوجه‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 522 nəfər yaşayır (108 ailə).
Daşlıca (İğdır)
Daşlıca — Türkiyənin İğdır ilinin İğdır ilçəsinə daxil olan kənd. == Tarixi == Kənd 1901-ci ildən bəri eyni adı daşıyır. == Coğrafiyası == İğdırdan 25 km uzaqlıqdadır. Kəndin bir məhəllsi olan Tarlabaşının əvvəlki adı Qarahisar olmuşdur. == Əhalisi == 1886-cı il məlumatına görə kəndin Tarlabaşı məhəlləsində 33 nəfər azərbaycan türkü və kəndin özündə isə 72 kürd yaşayırdı.
Daşlıca (Əhər)
Daşlıca (fars. داشلوجه‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 107 nəfər yaşayır (25 ailə).
Daşlıca (Ərdəbil)
Daşlıca (fars. داشلوجه‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 96 nəfər yaşayır (18 ailə).
Ballıca
Ballıca (Xocalı) — Azərbaycan Respublikasının Xocalı rayonunun inzibati ərazi vahidində kənd. Ballıca (Türkiyə) — Ballıcalı — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində kənd.
Bağlıca
Bağlıca (Sayınqala)
Qanlıca
Yuxarı Qanlıca — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunda kənd. Aşağı Qanlıca — İrəvan quberniyasının Aleksandropol qəzasındı, indi Düzkənd (Axuryan) rayonunda kənd. Qanlıca — Zərdab rayonunun Yuxarı Seyidlər kəndi yaxınlığında göl.
Yağlıca
YAĞLICA — Yuxari Qarabagın Vərəndə nahiyəsində məzrə (əkin yeri) adı. Ermənistanda Yağlıkənd, Qars əyalətinin Ərdahan dairəsində Yağlı (dağ), Dağıstanda Yağlı Güney (dağ), Şamaxı qəzasında Yağlıtəpə, Gürcüstanda Kutaisi quberniyasının Şaporan qəzasında Yağlıtəpə, Borçalıda Yağlıca, Zəngəzur qəzasında Yağlıdərə, Qazax qəzasında Yağlıçay, Ordubad rayonunda Yağlıdərə və s. toponimlərlə mənaca eynidir. Bu toponimlərin bəziləri monqolca yaq "şibyə ilə örtülmüş şam ağaclığı", "şamlıq" sözündəndir. Bəziləri isə qaramalın südünün çox yağlı olmasını təmin edən otlaq mənasındadır.
Zağlıca
Zağlıca (Bostanabad)
Dadlıq
Dadlıq — xüsusi bir dad, dadı artırmaq, və ya yeməyi tamamlamaq üçün adətən bişdikdən sonra yeməyə əlavə olunan ədviyyat və ya sous. Dadlıqlar bəzən qidaya başlamazdan əvvəl, məsələn, ketçup, xardal və ya mayonezlə hazırlanmış sendviçə əlavə olunur. Yemək zamanı dad və ya toxuma əlavə etmək üçün bəzi dadlıqlardan istifadə olunur: barbekü sousu, qarışıq kərə yağı, teriyaki, soya sousu, xama və s.
Darıca
Darıca — Türkiyənin Kocaeli ilinin ilçələrindən biri. == İdman == "Darıca Gənclərbirliyi" adlı futbol klubu ilçəni Türkiyənin 2-ci liqasında təmsil edir.
Malıca
Malıca — İranın Kürdüstan ostanının Qürvə şəhristanının Dilbəran bəxşində şəhər. == Tarix == Malıca kəndi 2021-ci ildə şəhər statusu qazanmışdır. == Əhalisi == 2016-cı ilin məlumatına görə şəhərdə 4,164 nəfər yaşayır (1,245 ailə). === Milli tərkibi === Əhalisi Azәrbaycan türklərindən ibarətdir və Azərbaycan türkcəsində danışırlar.
Qarlıca (Xudafərin)
Qarlıca (fars. قارلوجه‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 546 nəfər yaşayır (115 ailə).
Çamlıca məscidi
Çamlıca məscidi (türk. Çamlıca Camii) — Türkiyənin İstanbul şəhərində yerləşən məscid. 29 mart 2013-cü ildə Üsküdarın Çamlıca səmtində inşasına başlanılan və 3 may 2019-cu ildə açılışı olan məscid respublika tarixinin ən böyük məscididir. 63 min nəfərlik tutumu və 6 minarəsi ilə 57 min 500 kvadratmetr sahəyə malikdir.. Məscid kompleksinə həmçinin muzey, rəsm qalereyası, kitabxana, 1000 nəfərlik konfrans zalı, 8 sənət emalatxanası və 3500 avtomobil üçün dayanacaq daxildir. 2010-cu ildə İstanbul Böyükşəhər Bələdiyyəsi Çamlıca təpəsində televiziya-radio antenası üçün yeni beynəlxalq ideya layihəsi üçün Beynəlxalq Memarlar İttifaqına (BMİ) müraciət etdi. BMİ, Memarlar Palatasının rəyini öyrəndi. Memarlar Palatası Çamlıca təpəsinin tarixi və simvolik bir ərazi, təbii və mədəni irs və qorunan ərazi olduğunu və ictimai sahə olaraq müvafiq tənzimləmələr edilməsi lazım olduğunu, lakin ərazinin tikintiyə açılmasının düzgün olmadığını müdafiə etdi. Bundan əlavə, qurum, televiziya və radio antenalarının bölgənin və Boğazın görünüşünə xələl gətirdiyi və yerindən tərpənməli olduğu fikrini də bildirib. Bu rəyə görə BMİ müsabiqəni təsdiq etmədi.
Aşağı Qanlıca
Aşağı Qanlıca — İrəvan quberniyasının Aleksandropol qəzasındı, indi Düzkənd (Axuryan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 17 km məsafədə, Gümrü-Amasiya yolunun 12 kilometrliyində yerləşir. 1937-ci ilə kimi Leninakan rayonunun tabeliyində olmuşdur. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 26.IV.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Vahramabad qoyulmuşdur. == Toponimi == Toponim türk mənşəli qanlı etnoniminə -ca şəkilçisinin artırılması əsasında əmələ gəlmişdir. Toponimin əvvəlindəki "aşağı" sözü fərqləndirici əlamət bildirir.Qədim türk mənşəli Qanlı (əsli Kanqlı) tayfasının adındandır. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. == Əhalisi == 1878-ci ildə əhalisi qovulduqdan sonra kənddə ermənilər yerləşdirilmişdir. Ermənilər buraya 1828–29-cu illərdə Türkiyədən köçürülmüşdür.
Ballıca (Miyanə)
Ballıca (fars. اللوجه‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 210 nəfər yaşayır (52 ailə).
Ballıca (Xocalı)
Ballıca — Azərbaycan Respublikasının Xocalı rayonunun Ballıca kənd inzibati ərazi dairəsində kənd. Ballıca çayının sol sahilində, Qarabağ silsiləsinin ətəyindədir. Adını ərazidəki eyniadlı çaydan almışdır. == Tarixi == Yaşayış məntəqəsi XIX əsrədək Gəncə qəzasındakı Əhmədbəyli kəndinin əhalisinin yaylağı olmuşdur. Sonralar başqa yerlərdən köçürülmüş ermənilər burada məskunlaşmışdılar. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub və o qondarma özünü “Dağlıq Qarabağ respublikası” adlandıran separatçı rejimin nəzarətində olmuşdu. Separatçı rejim tərifindən kənd Ayqestan adlandırılırdı. Bu müddət ərzində Ballıcada Ermənistan ordusunun silah anbarı qurulub. 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Ballıca kəndinin əhalisinin faktiki sayı 1071 nəfər, qeydiyyatdakı əhalinin sayı 1091 nəfər təşkil edirdi. İkinci Qarabağ müharibəsi zamanı 5 oktyabr 2020-ci ildə Ballıc kəndində yerləşən silah anbarı Azərbaycan ordusu tərəfindən məhv edilib.
Ballıca mağarası
Ballıca mağarası və ya digər adıyla İndərə — Qara dəniz bölgəsində, Tokatın adını daşıyan Ballıca, Pazar kəndində yerləşən bir mağara. Təxminən 3,4 milyon il əvvəl başladığı təxmin edilən Ballıca mağarası 680 metr uzunluğunda və 90-94 metr yüksəkliyindədir. Cəmi 5 mərtəbədən və 9 zaldan ibarət olan, bəzi hissələrdə hələ də formalaşmaqda davam edən mağarada yay və qışda orta temperatur 17-24 dərəcə arasında, orta rütubət isə 55% -dən çoxdur. Makaron formalı stalaktitlər, sütunlar, təbii hovuzlar, mağara gülləri və soğan formalı stalaktitlər dünya üçün ən yaxşı nümunələrdir. Türkiyədə soğan formalı stalaktitlərin olduğu tək mağaradır. Mağaraya girdikdən sonra 19 metr qalxdıqdan sonra, 75 metr enilir. Dünyanın ən böyük mağaralarından biri olan Ballıca, 1995-ci ildən bəri ziyarətçilər üçün açıqdır. Tokat şəhər mərkəzindən 33 km və Pazar ilçəsindən 8 km məsafədədir. Mağaradan 70 metr aralıda avtodayanacağı var. Ziyarətçilərin sayı 2000-ci ildə 55 min, 2006-cı ildə 60 min, 2017-ci ildə 110 min nəfər olmuşdur.
Bağlıca (Sayınqala)
Bağlıca (fars. باغلوجه‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 101 nəfər yaşayır (22 ailə).
Yuxarı Qanlıca
Yuxarı Qanlıca - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunda kənd. Rayon mərkəzindən 14 km məsafədə yerləşir. 1937-ci ilə kimi Leninakan rayonunun tərkibində olmuşdur. Toponim fərqləndirici əlamət bildirən yuxarı sözü ilə qanlı qədim türk tayfasının adına -ca şəkilçisinin qoşulması əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 26.lV.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Marmaşen qoyulmuşdur. Kəndin köklü sakinləri azərbaycanlılar olmuşdur. Onlar 1828-ci ildə deportasiya olunmuş, 1828-30-cu illərdə Türkiyədən köçürülən ermənilər burada yerləşdirilmişdir.
Zağlıca (Bostanabad)
Zağlıca (fars. زگلوجه‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 59 nəfər yaşayır (25 ailə).
Çaplıca (Sayınqala)
Çaplıca (fars. چپلوجه‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 739 nəfər yaşayır (159 ailə).
Bağlıca (Uludərə)
Bağlıca — Türkiyənin Şırnak vilayətinin Uludurə rayonunda kənd. == Tarixi == Kəndin köhnə adı 1928-ci il qeydlərində kürdcə "kiçik ot tayası" mənasını verən Kadinük və ya Kadun kimi qeyd olunur. Əvvəllər Hakkari vilayətinin Uludere rayonuna bağlı olan kənd 1990-cı ildə Şırnak vilayətinin yeni yaradılmış Uludere rayonuna birləşdirilib.
Damlaca (Silopi)
Damlaca — Türkiyənin Şırnak vilayətinin Silopi rayonunda kənd. == Tarixi == Kəndin köhnə adı 1929-cu il qeydlərində Silib kimi istinad edilir. 1994-cü ildə bölgədə baş verən PKK münaqişəsinə görə kənd boşaldılıb. 2004-cü ildə yenidən məskunlaşmağa açıldıqda Beşiktaş adlandırıldı. Əvvəllər Mardin vilayətinin Silopi rayonuna bağlı olan kənd 1990-cı ildə Şırnak vilayətinin yeni qurulan Silopi rayonuna birləşdirilib.
Dalliya
Dalliya (lat. Dallia) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin durnabalığıkimilər dəstəsinin durnabalığılar fəsiləsinə aid heyvan cinsi.
Dahlia
Soğangülü (lat. Dahlia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Bu cins rus botaniki, alim və etnoqrafi İ. Georginin şərəfinə adlandırılmışdır. Cinsə 27 növ daxildir. Onların vətəni Mərkəzi Amerika və Kolumbiyadır. Gülçülükdə georginlərin 4 növündən və müxtəlif mədəni formalarından istifadə olunur. Dəyişkən georgin (D. variabilis) — çoxillik ot bitkisi olub, yaşıllaşdırmada geniş istifadə edilir. Onların yerüstü hissələri hər il məhv olur. Dəyişkən georginin gövdələrinin içi boş olub, budaqlıdır, hündürlüyü 300 sm-ə çatır. Çiçəyi səbətdir.
Dalida
Dalida (fr. Dalida, ərəb. داليدا‎; əsl adı İolanda Kristina Cilyotti, it. Iolanda Cristina Gigliotti; 17 yanvar 1933 – 3 may 1987) — İtaliyan əsilli, Misirdə doğulan fransız müğənni. Milliyyətcə italyan olsa da, Misirdə doğulub-böyümüş, həyatının böyük bir hissəsini isə Fransada keçirmişdir. 800-ə yaxın mahnısını fransız dilində, 200-ə yaxın mahnısını doğma italyan dilində, 200-ə yaxın mahnısını isə digər 8 dildə — alman, ərəb, ingilis, ispan, yapon, ivrit, yunan, flamand dillərində ifa edib. Dalidanın bütün dünyada 130 milyondan çox səs yazısı satılıb. == Uşaqlıq illəri == İolandanın işsiz babası Cüzeppe Cilyotti XX əsrin əvvəlində iş tapmaq üçün İtaliyadan Qahirəyə köçür. Ona görə ki, Misir Kalabriyaya yaxın idi və yollar ucuz başa gəlirdi. Cüzeppe dərzilik edir, paltarlarını satırdı.
Dallia
Dalliya (lat. Dallia) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin durnabalığıkimilər dəstəsinin durnabalığılar fəsiləsinə aid heyvan cinsi.
Taliça
Taliça — Rusiya Federasiyasında yerləşən şəhər. Sverdlovsk vilayətinə daxildir.
Adıça
Adıça (rus. Адыча, saxa Адыаччы) — Rusiya Federasiyasına bağlı Saxa Respublikasında çay. == Xüsusiyyətləri == Yananın sağ qoludur. Uzunluğu 715 kilometr, hövzəsinin sahəsi 89,8 min kilometr2-dir. Çerski silsiləsinin qərb yamaclarından başlanır. Qar və yağış suları ilə qidalanır. Oktyabrdan maya qədər donmuş olur. == İstinadlar == == Əlavə ədəbiyyat == Adıça // Большая советская энциклопедия: [в 30 т.] (3-е изд.). М.: Советская энциклопедия. гл.
Dadli
Dadli — Böyük Britaniyada, İngiltərədə şəhər. == Ərazisi == Böyük Britaniyada, İngiltərənin mərkəzi hissəsində, Staffordşir qraflığında şəhər. Әh. 79,4 min (2011), Qərbi Midlend konurbasiyasına (əhalisi təqr. 2,6 mln.) daxildir. == Tarixi == Qara ölkə adlandırılan (18–19-cu əsrlərdə sənaye inqilabı illərində ətraf mühitin sənaye tullantıları ilə çirklənməsinə və hisin divarlara hopması nəticəsində binaların, əsasən tünd rəngdə olmasına görə) ərazidə ən iri şəhərdir. Şimala (Lankaşirə), şərqə (Birminhemə), qərbə (Uelsə) və cənuba (İngiltərənin cənub-qərbi) ayrılan dəmir yolları və avtomagistrallar qovşağıdır. Sənaye inqilabı dövründən yüklərin nəqli üçün inşa olunmuş kanallar (ən uzunu 2,9 kmdir; hazırda istirahət məqsədilə istifadə edilir) şəbəkəsi saxlanılmışdır. Aeroport (Birminhemdə). 8-ci əsrdən Dadlinin yerində ağac (12-ci əsrdən daş) qəsr yerləşirdi; şəhər qəsrin ətrafında meydana gəlmişdir.
Mentha gallica
Çəmən yarpızı (lat. Mentha arvensis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin nanə cinsinə aid bitki növü. Nanə cinsinin Avrasiyada — Avropada, Qərbi və Orta Asiyada, Qafqazda, Hindistan və Nepalda yayılmış növüdür. Əkin yerlərində, çəmənliklərdə, su hövzələri, çay, göl, arx və bataqlıq sahələri kənarında bitir. Calamintha arvensis (L.) Garsault [Invalid] Mentha agrestis Hegetschw. [Illegitimate] Mentha agrestis Sole Mentha agrestis var. subrotunda Schur ex Heinr.Braun Mentha albae-carolinae Heinr.Braun Mentha alberti Sennen Mentha allionii Boreau Mentha angustifolia Schreb. Mentha anomala Hérib. Mentha approximata (Wirtg.) Strail Mentha arenaria Topitz Mentha arguta Opiz Mentha argutissima Borbás & Heinr.Braun Mentha argutissima var. recedens Heinr.Braun Mentha argutissima var.
Olea gallica
Avropa zeytunu (lat. Olea europaea) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin zeytun ağacı cinsinə aid bitki növü. Hündürlüyü 12 m-ə çatan, geniş çətirli, həmişəyaşıl ağac bitkisidir. Yarpaqları qısa saplaqlı və tam kənarlı olub, gövdə üzərində qarşı-qarşıya düzülürlər. Yarpaq ayası uzunsov formalı, yaxud lansetşəkilli bəzən də tərsinə, yumurtavari olub, uzunluğu 5-8 sm-ə çatır. Yarpaqlarının alt səthində gümüşü rəngli pulcuqlar yerləşir. Xırda və ağımtıl rəngli çiçəkləri salxımşəkilli çiçək qrupu əmələ gətirirlər. Dişiçiyi qısa sütuncuqlu, iki yuvalı və üst yumurtalıqlıdır. Tac borucuğunun divarlarına birləşmiş iki erkəkciyi vardır. Meyvəsi uzunsov, yaxud girdə formalı ətli çəyirdək meyvədir.
Rosa gallica
Fransa itburnusu (lat. Rosa gallica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. Cənubi və Mərkəzi Avropada, Türkiyə və Qafqazada rast gəlinir. Hündürlüyü 1 m-dək olan çoxillik, budaqlı koldur. Bitkinin mil kökü torpaqda bir neçə metr dərinliyə qədər uzanır. Cavan zoğları yaşıl və ya açıq yaşıl rənglidir. Qocaldıqda qonurlaşır və boz rəngli olur. Gövdələri müxtəlif ölçülü və formalı iynələrlə örtülmüşdür. Yarpaqları növbəli, uzun saplaqlı, mürəkkəb, cüt olmayan lələkvaridir. İyun-iyulda çiçəkləyir.