Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dalğıclıq
Dayvinq və ya dalğıclıq — xüsusi avadanlıqlarla uzun müddət su altında qalma üzrə idman növü. == Tarixi == İnsanlar qədimdən su altında uzun müddətlər qalmağa çalışmışlar. E.ə. 500 illərinə aid şəkillərdə heyvan dərilərindən hazırlanmış tuluqdakı havanı tənəffüs edərək su altında olan Qədim Yunan dalğıclar təsvir edilmişdir. Xüsusilə, batan gəmilərdəki yüklərin çıxardılması ehtiyacı insanları daha dərinə enmək və orada daha uzun müddət qala bilmək üçün yeni icadlar etməyə məcbur etmişdir. Bu zaman su altında qalanlar xüsusi zənglərdən istifadə etməyə başlamışlar. Jül Vernnin "20 000 lye su altında" kitabında su altə aparatlardan bəhs edilir. Ancaq dalğıclıqda ən böyük inqilab 1943-də Fransız ixtiraçı Kapitan Kustonun (Jak-İv Kusto) inkişaf etdirdiyi requlyator sayəsində olmuşdur. Kustonun "su ciyəri" adını verdiyi aparat yüksək təzyiqli bir balon və tək pilləli requlyatordan ibarət idi. O insanın su səthindəki havaya heç bir ehtiyacı olmadan su dərinliyinə enib uzun müddətlər orada qala bilməsinə imkan vermişdir.
Dağarcıq
Dağarcıq - keçmişdə ərzaq məhsulunu saxlamaq üçün istifadə olunan qab. Dağarcığı hazırlamaq üçün, bütöv soyulmuş və qurudulmuş qoyun dərsinin, qol yerlərini tikir, boğaz hissəsini isə ərzaq tökə bilmək üçün açıq saxlayırdılar. Qoşqu və minik heyvanlarına yüklənə bilirdi. Hələ e.ə. 3-cü minillikdən meydana çıxan dağarcıq, orta əsrlərdə də Azərbaycanda maldar əhali arasında geniş yayılmış əşya olmuşdur.
Dalğalı
Dalğalı (Neftçala) — Azərbaycanın Neftçala rayonunda kənd. Dalğalı (Xaçmaz) — Azərbaycanın Xaçmaz rayonunda kənd.
Qalacıq
Kəndlər Azərbaycanda Qalacıq (Cəbrayıl) — Azərbaycanın Cəbrayıl rayonunda kənd. Qalacıq (İsmayıllı) — Azərbaycanın İsmayıllı rayonunda kənd. Qalacıq (Qusar) — Azərbaycanın Qusar rayonunda kənd. Ermənistanda Qalacıq (Qarakilsə) — Qərbi Azərbaycanın Qarakilsə rayonunda kənd.
Dəniz dalğası
Dəniz dalğası — suyun səthi üzərindən əsən külək tərəfindən meydana gəlir. Bəzi bölgələrdə buna ləpə yaxud şəpə deyilir. Dalğanın əmələ gəlmə səbəbləri müxtəlifdir: zəlzələ, sualtı vulkan püskürməsi, atmosfer təzyiqinin ciddi dəyişməsi və küləklər. Küləyin sürəti 1 m/s-dən az olduqda sakit səthdə zəif dalğa və ya kapilyar dalğa yaranır. Küləyin sürəti artıqca daha iri və nəzərə çarpacaq qravitasiya dalğası əmələ gəlir. Küləyin sürəti 7–8 m/s-yə çatdıqdan sonra isə dalğanın zirvəsində köpüklü dalğa formalaşır. Güclü külək əsməsi nəticəsində davamlı güclü dalğaların yaranması baş verir. Köpüklü dalğanın əmələ gəlməsində duzluluğun rolu çoxdur. Duzlu suda hava qabarcıqları uzun müddət qalır. Külək enerjisi suya bir tərəfdən küləkdöyən dalğa yalına basqı(normal təzyiq),digər tərəfdən su ilə sürtünmə(tangensial təzyiq)vastəsilə verilir.
Koreya dalğası
Koreya dalğası (ing. Korean Wave) və ya Koreya axını (kor. 한류; 韓流; Hallyu) — 1990-cı illərdən başlayan Cənubi Koreya mədəniyyətinin dünyada məşhurluğunun artması. == Tarix == Koreya mədəniyyətini yumuşaq güc kimi istifadə etməkdən Koreya müstəqillik hərəkətinin başı və Koreya Respubkilasının Müvəqqəti Hökumətinin prezidenti, Kim Qu yazırdı: <...> İstəyirəm ki, millətimiz, dünyanın ən gözəl milləti olsun. Bunnan ən güclü millət demək istəmirəm. Mən başqa millətin tərəfindən istila olunmağınən ağrısını hiss etdiyimə görə, istəmirəm ki, öz millətim başqaları istila etsin. Yətər ki, varlığımız həyatlarımızı bərəkətli etsin; yətər ki, gücümüz xarici istilalara mane ola bilsin. Sonsuz miqdarda arzu etdiyim tək şey, mərd mədəniyyətinin gücüdür. Ona görə ki, mədəniyyət gücü bizi də xoşbəxt edir, başqalara da xoşbəxt verir <...> === 1950-1995: Yeni yaranmış film bazarı üçün mübarizə === Koreya müharibəsindən (1950-1953) sonra Cənubi Koreyada Han çay möcüzəsi adlanan iqtisadi artım müdəti başlayıb. Pak Çon Hi prezidentliyin zamanı əcnəbi filmlərə kvota qoyulmuşdu.
Meksika dalğası
1986-cı ildə Meksikada futbol üzrə dünya çempionatı keçiriləndə meksikalı azarkeşlər çiyin-çiyinə verərək stadionda möhtəşəm bir dalğa yaratmışdılar ki, bu terminin yaranması da onunla bağlıdır.
Qalacıq (Cəbrayıl)
Qalacıq — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 9 Noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Qalacıq Cəbrayıl rayonunun Hovuslu inzibati ərazi vahidində kənddir. Çaxmaq çayının (Arazın qolu) sahilində, Qarabag silsiləsinin ətəyindədir. Keçmis adl Əhmədli olmuşdur. Yasayış məntəqəsi orta əsrlərə aid qədim qala xarabalığının yaxlnlığında salindığı üçün belə adlandırılmışdır. Əsas təsərrüfatı heyvandarlıq idi.
Qalacıq (Hurand)
Qalacıq (fars. قلعه جيق‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 50 nəfər yaşayır (14 ailə).
Qalacıq (Həştrud)
Qalacıq (fars. قلعه‌جوق‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 22 nəfər yaşayır (5 ailə).
Qalacıq (Kövsər)
Qalacıq (fars. قلعه جوق‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 91 nəfər yaşayır (15 ailə).
Qalacıq (Maku)
Qalacıq (fars. قلعه جوق‎‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 696 nəfər yaşayır (170 ailə).
Qalacıq (Məlikan)
Qalacıq (fars. قلعه جوق‎) — İranın Şərqi Azərbaycan ostanının Məlikan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1.935 nəfər yaşayır (487 ailə).
Qalacıq (Nir)
Qalacıq (fars. قلعه جوق‎) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 241 nəfər yaşayır (48 ailə).
Qalacıq (Poldəşt)
Qalacıq (fars. قلعه جوق‎) — İranın Qərbi Azərbaycan ostanının Poldəşt şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 114 nəfər yaşayır (24 ailə).
Qalacıq (Qarakilsə)
Qalacıq — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonu ərazisində kənd. Rayon mərkəzindən 21 km cənub-qərbdə, Bazarçay çayının sağ sahilində, Bazarçay kəndindən 4 km şimal-şərqdə yerləşirdi. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim qala (qələ) sözünə kiçiltmə mənası bildirən -cıq şəkilçisinin artırılması əsasında yaranmışdır. Relyef əsasında yaranan quruluşca düzəltmə toponimdir. Kəndin adı qeyri-rəsmi dəyişdirilərək Spandaryan qoyulmuşdur.
Qalacıq (Qusar)
Qalacıq — Azərbaycan Respublikasının Qusar rayonunda eyniadlı inzibati ərazi vahidində kənd. Kəndin ərazisindəki qədim xarabalıqlar bu ərazidə orta əsrlərə aid qala olduğunu göstərir. Qalacıq toponimi “kiçik qala” mənasındadır. Yaşayış məntəqəsi qədim qala xarabalıqlarının yaxınlığında salındığına görə belə adlandırılmışdır. Kənddə 1457 nəfər yaşayır.
Qalacıq (Sulduz)
Qalacıq (fars. قلعه جوق‎) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 158 nəfər yaşayır (37 ailə). Milli tərrkibi azərbaycan türklərindən ibarətdir.
Qalacıq (Sərab)
Qalacıq (fars. قلعه جوق‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 2,185 nəfər yaşayır (568 ailə).
Qalacıq (Takab)
Qalacıq (fars. قلعه جوق‎, azərb. قالاجیق,Qalacıq‎) — İranın Qərbi Azərbaycan ostanının Takab şəhristanı ərazisinə daxil olan kənd. Bu kənd Təkabdan 12 kilometr şərqdə, Bədrli və Yolqunağac kəndlərinin arasında yerləşir. 2006-cı il məlumatına görə kənddə 267 nəfər yaşayır (46 ailə). Etnik baxımından kənd əhalisi müsəlman olan Azərbaycan türklərindən ibarətdir. Kənd əhalisinin əsas gəlir mənbəyi əkinçilik və maldarlıqdır.
Qalacıq (Urmiya)
Qalacıq (fars. قلعه جوق‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 138 nəfər yaşayır (37 ailə).
Qalacıq (Xudabəndə)
Qalacıq (fars. قلعه جوق‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 506 nəfər yaşayır (115 ailə).
Qalacıq (İsmayıllı)
Qalacıq — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Qalacıq İsmayıllı rayonundan 30 km Şimal Qərbdə dağ ətəyində yerləşir. Əhalisi əkinçilik, taxılçılıq, tütünçülük, meyvəçilik və heyvandalıqla məşğul olur. Kənddə orta məktəb, kitabxana, xəstəxana vardır. Qalacıq yaxınlığında çayın sahilində 9-14 əsrlərə aid Qasımxan qalası xarabalıqları mövcuddur. Kənd eyniadlı turizm zonasında yerləşir. «Qasımxan» qalasının qalıqlarını görmək üçün kənddən qalaya qədər olan 8 km məsafənin 5 km-ni avtomobillə, 3 km-ni isə piyada və ya atla getmək olar. Kənd elektrik enerjisi ilə təmin edilir. Kənddə il boyu fəaliyyət göstərən yeməkxana vardır. İsmayıllı-Qalacıq-Qəbələ turist marşrutu kənddən keçir.
Qalacıq (Şərur)
Qalacıq — Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Axura kəndinin şimal-şərq hissəsində, Axuraçayla Havuşçavın birləşdiyi yerdə, hündür dağın sinəsində arxeoloji abidə. Qala divarları iri ölçülü daşlardan inşa edilmiş və uzunsov-dördkünc planlıdır. Qala divarının eni bəzi yerlərdə iki metrə çatır. Divarlar düzbucaqlı çıxıntılar və dördkünc formalı kontrforslarla möhkəmləndirilmişdir. Aparılan tədqiqatlar əsasın- da aydanlaşdırılmışdır ki, burada mədəni təbəqənin dərinliyi 1 metrdən artıq deyil. Görünür ki, qaladan daimi yaşayış yeri kimi istifadə edilməmişdir. Tədqiqatlar zamanı buradan tikinti qalıqları, müxtəlif növ saxsı qab sınıqları, çürümüş nizə, ox ucları, küp, küpə, qazan tipli qab sınıqları, şirsiz və şirli saxsı məmulatı və. s tapılmışdır. Qalacıqdan aşkar edilmiş arxeoloji tapıntılar e.ə. 2, eramızın 3 əsri üçün səciyyəvidir.
Qalacıq arxı
Qalacıq arxı — Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda qədim süni suvarma şəbəkəsi. Oğlanqala yaşayış yerinin şm.- ndan, qalanın yaxınlığından çəkilmişdir. Başlanğıcını Arpaçaydan götürür. Yaşayış yerindən cənubda və qərbdə olan əkin sahələrini suvarmaq üçün istifadə edilmişdir. Arxın bəzi yerlərində iri qaya parçalarından hörülmüş tikinti qalıqları saxlanmışdır. Tədqiqatçıların fikrincə, Qalacıq arxı uzun müddət fəaliyyət göstərmiş, (e. ə. 2–1-ci) minilliklərdə və erkən orta əsrlərdə də öz əhəmiyyətini itirməmişdir.
Salaçıq
Salaçıq (ukr. Старосілля, krımtat. Salaçıq, Салачыкъ) — Krımın Baxçasaray rayonunda (Ukraynanın inzibati-ərazi bölgüsünə görə - Krım Muxtar Respublikası) yoxa çıxmış kənd. 1954-1968-ci illərdə Baxçasarayın tərkibinə daxil edilmişdir. İndi şəhərin şərq kənarlarını təşkil edir. Salaçık Krım xanlığının ilk paytaxtı (1532-ci ilə qədər) olan Çufutqalanın ətəyində qədim yaşayış məskənidir. Artıq Övliya Çələbinin Səyahətnamə əsərində (1667-ci il) Əski Salaçıq kimi qeyd edilmişdir. Əslində Baxçasarayın ətrafı olan Salaçıq ayrıca kənd kimi Rusiya İmperiyası dövrünün və Sovet hakimiyyətinin ilk illərinin mühasibat sənədlərində əksini tapmır. 1833-cü il tarixli "Xəritələr, planlar, mənzərələr və vinyetkalarla bəzədilmiş Krıma Səyahət Bələdçisi ..." əsərində Çarlz Montandon Salaçıqın adını qeyd etmədən təsvir etdi (... onun necə adlandırıldığı məlum deyil ...) Yalnız 1865-1876-cı illərə aid Şubertin üçverstlik xəritəsində Salaçıqda 61 həyət göstərilmişdir.
Alaçıq
Alaçıq — Azərbaycanda yarımköçərilərin, el əhlinin istifadə etdiyi müvəqqəti olacaq. Əsasən yaylaqda istifadə olunur. Digər türk xalqlarında alaçıq yurt adlanır. == Alaçığın növləri == Üst bölmə qara çadır adlanır və keçi tükündən olur. Yan divar çıq ya çit adlanır, qamış və keçi tükündən olur. Muxuru alaçıq-çubuqlardan hazırlanır. Dəyə - üstüörtülü, yanları açıq olan alaçıq.
Qalqaçı (Urmiya)
Qalqaçı (fars. قالقاچي‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 269 nəfər (73 ailə) yaşayır. Kəndin əhalisi şiədir və azərbaycanca danışır.