Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Özünüzlə səslə danışmaq
Özünüzlə səslə danışmaq — insanın digər insanların yanında da daxil olmaqla, özü ilə ucadan danışdığı psixoloji vəziyyət. İnsanın özü ilə davamlı daxili ünsiyyətinin psixoloji prosesi ilə əlaqələndirilir. Özünüzlə yüksək səslə danışmaq şəxsiyyətin inkişafında müsbət rol oynayır. Bəzi insanlar bunu psixi pozuntu kimi qəbul edirlər, lakin öz-özünə danışmaq həmişə psixi pozuntunun əlaməti deyil. == Uşaqların öz-özünə danışmağı == 2-7 yaş arasında uşaqların öz-özünə danışdıqlarını müşahidə etmək olar. Onların danışıqları səsli olsa da, nə başqaları üçün nəzərdə tutulub, nə də onlara yönəlib. Tədqiqatçılar uşaqların öz-özü ilə danışmalarından istifadə etmələri ilə onların tapşırıqların icrası və nailiyyətləri arasında müsbət korrelyasiya olduğunu qeyd ediblər. Bu faktı daha əvvəl Vıqotski qeyd etmişdir. Uşaqlar məktəbə getdikdən sonra onların öz-özünə danışıqları azalır və “gizli” olur. == Özünüzlə yüksək səslə danışmağın koqnitiv əhəmiyyəti == Banqalor Universitetinin alimləri Mery–Beffa Paloma və Aleksander Kirkheim tədqiqatlar nəticəsində sübut ediblər ki, tapşırıqları yüksək səslə söyləmək onların icrasına nəzarəti yaxşılaşdırır..
Bizdən danışaq (mahnı)
Bizdən danışaq — azərbaycanlı müğənnilər Aygün Kazımova və Raufun duetidir. Mahnı NƏFƏS Sənət mərkəzi tərəfindən hazırlanıb. Mahnı 26 yanvar 2020-ci ildə Aygün Kazımovanın doğum günündə təqdim olunmuşdur. Bu sayca Aygün və Raufun 3-cü duetidir. == Mahnı haqqında == Sözləri Fidan Cəbiyevaya, musiqisi Aygün Səmədzadəyə aiddir.
Dansiq
Qdansk (pol. Gdańsk [ˈgdaɲsk], kaşub Gduńsk, lat. Gedanum, Dantiscum, 1308-ci ildən 1466-cı ilə və 1793-cü ildən 1945-ci ilə qədər Dansiq alm. Danzig‎) adlanmışdır — Şimali Polşada təxminən 500 000 əhalisi olan şəhər. Qonşu Sopot və Qdınya ilə birgə ümumi əhalisi bir milyona yaxın Truymyasto (Üçlü şəhər) aqlomerasiyasına daxildir. Qdansk – Baltik dənizində iri liman, sənaye mərkəzidir (xüsusilə neft-kimya və maşınqayırma (gəmiqayırma və gəmi təmiri sənayesi inkişaf edib) sənayesi). == İqtisadiyyat == Şəhərin sənaye rayonlarında gəmiqayırma, neft-kimya, kimya və qida sənayesi sahələri üstünlük təşkil edir. Elektronika, telekommunikasiya, maşınqayırma, kosmetika və əczaçılıq kimi yüksək texnoloji sektorların payı da durmadan yüksəlir. Kəhrəba emalı da yerli iqtisadiyyatın vacib hissəsidir. Belə ki, dünyada kəhrəba yataqlarının böyük bir hissəsi məhz Baltik dənizi sahillərində yerləşir.
Dansiq koridoru
Dansiq koridoru (və ya Polşa koridoru, Qdansk koridoru) — Versal sülh müqaviləsindən sonra yaradılmış koridor. Müqavilədən sonra Şərqi Prussiya ilə Almaniya arasında yerləşən ərazi Polşa sərhədlərinə daxil edilmişdir. Dansiq (indiki Qdansk) liman şəhərinində daxil olduğu ərazi Polşanın Baltik dənizinə olan çıxışını təmin etməkdə idi. Koridorun yaradılması ilə Şərqi Prussiya və Almaniya arasındakı quru bağlantısı kəsilmişdir. 1938-ci ilin sonlarında Almaniya Dansiq liman bölgəsinin və Şərqi Prussiya ilə quru nəqiliyyatının təmin edilməsi üçün ərazini Polşadan tələb etmişdir. Ərazinin əvəzində Almaniya Polşaya Cənubi Prussiya torpaqlarından bir hissə verməyi təklif etsə də Polşa tərəfi təklifi rədd etmişdir. Adolf Hitler Polşanın rədd cavabından sonra generallarının təkidlə qarşı çıxmasına rəğmən Polşaya hücum etmək barədə qərar verir. Fransa və İngiltərə əvvəlki imzalanmış müqavilərə əsasən Almaniyanın hər hansısa bir Avropa torpağı üzərində haqq iddia etməsinin müharibəyə səbəb olacağını bildirmişdir. Adolf Hitler Dansiq koridoru kimi kiçik bir ərazi üçün böyük dövlətlərin onlara qarşı müharibəyə başlmayacağını güman etsə də, limanın bombalanmasının ardından Fransa Almaniyaya müharibə elan etmişdir. İkinci dünya müharibəsinin ilk bombası Dansiq şəhərinə atılmışdır və zamanla müharibə bütün dünyanı əhatə edəcək şəkildə genişlənmişdir.
Daşıma qabiliyyəti
Daşıma qabiliyyəti nəqliyyat vasitəsinin daşıya biləcəyi maksimum yük tutumunu bildirir. Avtomobillərdə boş çəkinin üstünə tam dolu vəziyyətdə depo ağırlıqları, oturacaq sayı qədər insan (təxminən 70 kq) və maksimum baqaj tutumu əlavə edilərək hesablanır. Xülasə olaraq, bir avtomobilin alt hissəsinin daşıya biləcəyi maksimum çəkidir.
Arvad daşıma yarışı
Arvad daşıma yarışı və ya fin dilindəki adı ilə eukonkanto – kişilərin qadın partnyorlarını daşıyaraq yarışdıqları idman növü. Bu idman növündə kişi qadını daşıyaraq ən qısa müddətdə finiş xəttinə çatmalıdır. İdman növü Finlandiyanın Sonkayarvi şəhərində yaranmışdır. Bu idman növündə bir çox arvad daşıma stili mövcuddur: klassik stil, yanğınsöndürən stili (çiyinlərdə), eston stili (qadın başı aşağı vəziyyətdə daşınır) və s. == Tarix == Arvad daşıma yarışı Finlandiyanın Sonkayarvi şəhərində ixtira edilib və mənşəyi XIX əsrdə yaşamış Herkko Rosvo-Ronkainen adlı quldurla bağlıdır. Rəvayətlərə görə Rosvo-Ronkainenin dəstəsi ilə kəndlərə basqın edərkən evli qadınları qaçırır və onları bellərində aparırdılar. Digər versiyaya görə Rosvo-Ronkainen adamlarını daha güclü və cəld etmək üçün onlara ağır kisələr daşıtdırırdı və nəticə bu idman növü yaranmışdır. İdman növü zarafat məqsədi daşısa da, iştirakçılar ciddi şəkildə yarışırlar.Arvad daşıma yarışları əsasən Finlandiya, İsveç, Estoniya, Latviyada baş tutsa da, ABŞ, Avstraliya, Honkonq, Birləşmiş Krallıq, Almaniya, Hindistan kimi ölkələrdə də keçirilir. İdman növünün Ginnesin Rekordlar Kitabında öz kateqoriyası mövcuddur.1992-ci ildən Sonkayarvi şəhərində Arvad daşıma üzrə Dünya çempionatı keçirilir və qalibə qadının çəkisi qədər pivə verilir. == Qaydalar == Əvvəllər yarış yolu qayalı olsa da, hal-hazırda su hovuzları və qum sahəsindən ibarətdir.