DANIŞILMAQ

məch. Söylənilmək, deyilmək, söhbəti getmək. Bu barədə heç bir söz danışılmadı. Onun haqqında çox danışılmışdır.
– O yerdə ki söz düşəndə, gərək “millət” sözü danışıla, orada “əşxas” ləfzi istemal olunur. C.Məmmədquluzadə.
Tinlərdə danışılan sözlərə qulaq verməyin. Qantəmir.

DANIŞILMA
DANIŞQAN

Значение слова в других словарях