Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dapanci
Dapanci (çin. ənən. 大盘鸡, pinyin: Dàpánjī) və ya çon təxsə toxu korumisi (uyğ. چوڭ تەخسە توخۇ قورۇمىسى, чоң тәхсә тоху қорумиси, qong təhsə tohu ⱪorumisi) — buxarda bişirilmiş toyuq növü. Çinin Sincan-Uyğur Muxtar Rayonuna aid məşhur bir yeməkdir. == Etimologiya == Dapanci Çin dilində "böyük boşqab toyuğu" deməkdir. Yeməyin uyğur dilində olan adındakı çon (چوڭ, Чоң, qong) "böyük", təhsə (تەخسە, Тахсә, təhsə) "süfrə", toxu (توخۇ, Тоху, tohu) "toyuq", korumisi (قورۇمىسى, Korumisi, ⱪorumisi) isə "qızardılmış" deməkdir. == Tarix == Yemək 1990-cı illərin ortalarında Çinin Sincan bölgəsində populyarlıq qazanmışdır. İddia edilir ki, yemək ilk dəfə Sıçuan bölgəsindən olan, çili bibərini toyuq və kartofla qarışdıran bir miqrant tərəfindən Şimali Sincanın Şavan şəhərində hazırlanmışdır. Yeməyin mənşəyinin Şavan olduğu düşünülsə də, başqa iddialar da mövcuddur.
Qapanlı
Qapanlı (Şəmkir) — Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Qapanlı (Tərtər) — Tərtər rayonunun Qaraağacı kənd inzibati ərazi vahidində kənd. Aşağı Qapanlı — Tərtər rayonunun Azad Qaraqoyunlu kənd inzibati ərazi vahidində kənd. Yuxarı Qapanlı — Tərtər rayonunun Yuxarı Qapanlı kənd inzibati ərazi vahidində kənd. Qapanlı (indi Alışarlı) — Tərtər rayonunun Soyulan kənd inzibati ərazi vahidində kənd. Qapanlı düzü — Tərtər rayonu ərazisində düz.
Tapanlı
Tapanlı, Tapan — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Hamamlı (Spitak) rayonunda kənd.Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25 yanvar 1978-ci il fərmanı ilə adı dəyişdirilib Geğasar qoyulmuşdur. Geğasar 1988-ci il Spitak zəlzələsinin episentrində yerləşir. Zəlzələ kəndi yerlə bir eləyib. Geğasarda 150 nəfər həlak olub. İllər ötdükcə kənd nisbətən bərpa olunub, amma hələ də müvəqqəti yaşayış yerlərində qalırlar. Geğasarda 30 ailə vaqon evlərdə yaşayır. == Tarixi == Rayon mərkəzindən 6 km şimal-qərbdə, Bəykənd çayının sağ qolu üstündə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. 1978-ci ildə kənd erməni Qexasar adlandırılmışdır. Orta əsrlərdə Anadoluda yaşamış, mənşəcə Ağqoyunlulara mənsub Boz-Ulus tayfa birləşməsinin (bu birləşmə Tabanlı, Mosullu, Purnək və Şeyxlu qollarından ibarət idi).
Dabanlı
Dabanlı (Ərdəbil) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. Dabanlı (Xudabəndə) — İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd.
Sapand
Sapand -bir ucunda, barmağa keçirmək üçün ilgək olan, ipdən atıcı soyuq silah və ov vasitəsi. Sapand ipinin ortasındakı enliyə daş yerləşdirilərək, ipin bir ucunda olan ilgək barmağa keçirilir, o biri ucunda olan düyün isə, həmin əlin barmaqları ilə sıxılaraq, başın üzərində, üfuqi müstəvidə, ya da, əgər döyüş sıx səfli cərgədə baş verirsə, yandan şaquli müstəvidə fırladılır. Lazımı fırlanma sürəti yığılandan sonra, ipin düyünlü ucu buraxılır. Daş ətalət qanununa tabe olaraq atılır.
Çapand
Çapand — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Cəbrayıl rayonunun Çapand kəndi Horovlu kənd Sovetinin tərkibində rayonun yaşayış məntəqələri siyahısına daxil edilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 2 noyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == == Tarixi == == İqtisadiyyatı == Kənd əhalisinin əsas məşğuliyyətini heyvandarlıq təşkil edib.
Aşağı Qapanlı
Aşağı Qapanlı, Qapanlı (?-2015) — Azərbaycan Respublikasının Tərtər rayonunun Azad Qaraqoyunlu kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 29 may 2015-ci ildə Azad Qaraqoyunlu kənd inzibati ərazi dairəsi tərkibindəki Qapanlı kəndi Aşağı Qapanlı kəndi adlandırılmışdır.
Dabanlı (Ərdəbil)
Dabanlı — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il siyahıya alınmaya görə kənddə 29 nəfər yaşayır (5 ailə).
Qapanlı (Tərtər)
Qapanlı — Azərbaycan Respublikasının Tərtər rayonunun Qaraağacı kənd inzibati ərazi vahidində kənd. == Tarix == II Qarabağ müharibəsindən əvvəl Qarabağdakı Ermənistan Silahlı Qüvvələri Qapanlı kəndi istiqamətində atəşkəsi tez-tez pozurdu. == İqtisadiyyatı == Qarabağ müharibəsi nəticəsində kəndin təsərrüfatına ciddi ziyan dəymişdir. 2011-ci ilin sentyabr ayında kəndə ilk dəfə təbii qaz verilməsinə başlanılıb.
Qapanlı (Şəmkir)
Qapanlı (əvvəlki adı: Məmmədalılar) – Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 26 iyul 1994-cü il tarixli, 868 saylı Qərarı ilə Şəmkir rayonunun Qaracəmirli kənd inzibati ərazi vahidinin tərkibindəki Məmmədalılar kəndi Qapanlı kəndi adlandırılmışdır. == Əhalisi == Kənd əhalisi 3285 nəfərdir. == İqtisadiyyatı == Kənd əhalisinin əsas məşğuliyyətini heyvandarlıq və əkinçilik təşkil edir.
Qapanlı bələdiyyəsi
Qapanlı bələdiyyəsi (Şəmkir) — Şəmkir rayonunda bələdiyyə. Qapanlı bələdiyyəsi (Tərtər) — Tərtər rayonunda bələdiyyə.
Yuxarı Qapanlı
Yuxarı Qapanlı, Qapanlı (?-2015) — Azərbaycan Respublikasının Tərtər rayonunun Yuxarı Qapanlı kənd inzibati ərazi vahidində kənd. == Tarixi == 29 may 2015-ci ildə Qapanlı kənd inzibati ərazi dairəsi tərkibindəki Qapanlı kəndi Yuxarı Qapanlı kəndi adlandırılmış və Qapanlı kənd inzibati ərazi dairəsi Yuxarı Qapanlı kənd inzibati ərazi dairəsi hesab edilmişdir.
Dabanlı (Xudabəndə)
Dabanlı (fars. دابانلو‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 666 nəfər yaşayır (157 ailə).
Layın dabanı
Layın dabanı – (rus. подошва пласта, ing. base of bed, bottom of bed) geologiyada layı aşağıdan məhdud­laşdıran səth (layın stratiqrafik alt sərhəddi).
Yamacın dabanı
Yamacın dabanı – (rus. подошва склона, ing. foot of slope, toe of slope) dağın ətəyi, dar keçid zolağı olub, planda dağlıq qurşağı və onun sərt yamaclarını sərhədləndirən düz və maili səth.
Yüksəkliyin dabanı
Yüksəkliyin da­banı – (rus. подошва возвышен­ностей, ing. foot of upland) ayrıca bir dağı, yaylanı və s. ətraf düzənliklərdən ayıran və yüksəkliyin əsasını /oturacağını/ dövrəyə alan, qapalı əyri xətt.
Qapanlı bələdiyyəsi (Şəmkir)
Şəmkir bələdiyyələri — Şəmkir rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarix == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Apardı sellər Saranı
Apardı sellər Saranı — Azərbaycan xalq mahnısı. Əbülqasım Nəbati "Apardı sellər Saranı" şeirinin müəllifi sayılır.
Yoldaş, səni kim apardı?
Yoldaş, səni kim apardı? — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər mövsümlərdə əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Oyunun quruluşu == Əvvəlcə dəstəbaşı (usta, başçı, molla və ya hakim) seçilir. Dəstəbaşı (usta, başçı, molla və ya hakim) iki cür təyin olunur: ya onları oyunçular özləri seçirlər, ya da ümumin razılığı ilə (oyunda və uşaqlar arasında müəyyən keyfiyyətləri fərqlənənləri), çox hallarda isə (əgər oyunçular bir-birini tanımırlarsa) püşk yolu ilə seçirlər. Dəstələrə bölünərək oynanılan bu oyunu başlamaq üçün halay yolu ilə uşaqlar iki dəstəyə bölünürlər. Dəstələr sıra ilə ard-arda düzülürlər. Geridə düzülmüş dəstədən bir uşaq gəlir, onlardan birinin arxasından irəli itələyib aparır. Aparılan uşaq geri baxmamalı, ancaq himlə onu aparan uşağı tanımalıdır. Yoldaşlarından biri aparılan uşağa bərkdən deyir: - Yoldaş, səni kim apardı?Uşaq aparanı tapa bilsə, onu da götürüb öz yoldaşlarının içinə qayıdır, dəstədə bir nəfər artır. Yox, uşaq tapa bilməsə, aparan uşaq onu götürüb öz dəstəsinə qayıdır.
Qarandi
Qarandi — Azərbaycan Respublikasının Goranboy rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Qarandi Goranboy rayonunun eyniadlı i.ə.v-də kənd. Gəncə-Qazax düzənliyindədir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 13 nəfər əhali yaşayır.
Dandi
Dandi (ing. Dundee [dʌnˈdiː], şot.kelt Dùn Dèagh) — Böyük Britaniyada, Şotlandiya vilayətinin dördüncu böyük şəhəri.
Apardı sellər Saranı (film, 1996)
Apardı sellər Saranı televiziya tamaşası rejissor Bəhram Osmanov tərəfindən 1996-cı ildə çəkilmişdir. Azərbaycan televiziyasında istehsal edilmişdir. Əsas rolu Məleykə Əsədova ifa edir.
Eupatorium durandi
Ageratina anisochroma (lat. Ageratina anisochroma) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ageratina cinsinə aid bitki növü. == Sinonimləri == Eupatorium anisochromum Klatt ex T.Durand & Pitt. Eupatorium anisochromum Klatt Eupatorium durandi Klatt Eupatorium durandi Klatt ex T.Durand & Pitt.
Piter Kapaldi
Piter Duqan Kapaldi (ing. Peter Dougan Capaldi; 14 aprel 1958, Qlazqo) — Şotland aktyor, rejissor və ssenari müəllifi. Oskar və BAFTA mükafatlarının laureatı. 2013-cü ildən bəri «Doktor Kim» serialında on ikinci Doktorun rolunda oynayır.
Rapanui Milli Parkı
Rapanui Milli Parkı Rapanui Milli Parkı (Pasxa adası) (rap. Rapa Nui, isp. Rapa Nui) Çilidə Pasxa adasında və ona bitişik adalarda yerləşən milli parkdır. Ada YUNESKO-nun ümumdünya irsi obyekti kimi şöhrətini və statusunu moai adlı çoxsaylı daş heykəllərə borcludur, onların yaradılması X—XVI əsrlərdə adada məskunlaşmış qədim Rapanui xalqına aid edilir. Milli park təxminən 7 min hektar ərazini əhatə edir. Çilinin 1888-ci ildə nəzarət etməyə başladığı ada Sakit Okeanda, Polineziya üçbucağının cənub-şərq küncündə, Cənubi Amerika sahillərindən 3700 km məsafədə yerləşir. Milli park 1935-ci ildə arxeoloji irsin qorunması və saxlanılması məqsədilə milli park və tarixi abidə statusu alıb. 1995-ci ildə milli park i (insan yaradıcılığının şah əsəri), iii (itirilmiş mədəni ənənənin unikal obyekti) və v meyarları əsasında YUNESKO-nun ümumdünya irs obyektinə çevrildi. Park Milli Meşə Korporasiyası (Corporación Nacional Forestal, CONAF) tərəfindən idarə olunur. Təbii və tarixi irsin qorunması üzrə tədbirlər Çili hökuməti tərəfindən maliyyələşdirilir.
Uolter Dandi
Valter Edvard Dandi (6 aprel 1886 – 19 aprel 1946, Baltimor, Merilend) — Amerikalı neyrocərrah və alim. O, Viktor Horsli (1857–1916) və Harvi Kuşinq (1869–1939) ilə birlikdə neyrocərrahiyyənin qurucu atalarından biri hesab olunur. Dandi çoxsaylı neyrocərrahi kəşfləri və yenilikləri, o cümlədən beyində serebrospinal mayenin sirkulyasiyasının təsviri, hidrosefal cərrahi müalicəsi, hava ventrikuloqrafiya və pnevmoensefaloqrafiyanın ixtirası, beyin endoskopiyası təsnifatı, ilk intensiv terapiya şöbəsinin qurulması, serebrovaskulyar neyrocərrahiyyənin yaranması ilə müşayiət olunan intrakraniya anevrizmanın ilk kliplənməsi ilə tanınır.